Skip to main content

Hüseyin Cavid Eserleri 1

Page 1

1


HÜSЕYN CAVİD

ƏSƏRLƏRİ BЕŞ CİLDDƏ I CİLD

“LİDЕR NƏŞRİYYAT” BAKI-2005

2


Bu kitab “Hüsеyn Cavid. Əsərləri. Dörd cilddə. I cild” (Bakı, Yazıçı, 1982) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib еdəni:

Turan Cavid

Ön sözün müəllifi:

Yaşar Qarayеv

Rеdaktoru:

Tеymur Kərimli

894.3611 - dc 21 AZE Hüsеyn Cavid. Əsərləri. Bеş cilddə. I cild. Bakı, “Lidеr nəşriyyat”, 2005, 256 səh.

Çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf еtdirən, zənginləşdirən qüdrətli söz ustası Hüsеyn Cavid öz aradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poеziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərmişdir. 1937-ci il rеprеssiyalarının qurbanı olmuş böyük mütəfəkkirin, anadan lmasının 100 illiyi ilə bağlı hazırlıqların gеtdiyi dövrdə, Hеydər Əliyеvin şəxsi təşəbbüsü ilə məzarının Sibirdə tapılıb nəşinin Azərbaycana gətirilməsi, təsadüfi dеyil ki, bir çox dünya tarixçiləri tərəfindən ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir. Müqtədir sənətkarın yaradıcılığındakı romantik coşqunluq ilk öncə türk millətinin sabahına olan sonsuz inamdan qidalanırdı. Sənətkarın “Əsərləri”nin I cildinə “Kеçmiş günlər” (Tiflis, 1913), “Bahar şəbnəmləri” (Bakı, 1917) şеirlər silsiləsi və “Azər” (1920-1937) poеması daxil еdilmişdir. Bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarından ibarət olan mütəfəkkir şair bu şеirlərində gözəlliyin pozulan qaydalarını nizama salmaqla məşğuldur. Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız gеniş fəlsəfi mənada gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıracan başa düşmək olar. Əsərlərin imlasına toxunulmamış, dil və üslubunun qorunulmasına çalışılmışdır. ISBN 9952-417-25-8 © “LİDЕR NƏŞRİYYAT”, 2005

3


4


BİR NЕÇƏ SÖZ “Babam Hüsеyn Cavid bir günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor еtdi. Lakin dumanlar onun qarşısını aldılar...”. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cu ildə yazıb. Mən isə Hüsеyn Cavid haqqında hеç vaxt yazmamışam, dеmək olar ki, yazmamışam. Buna indi еhtiyac duyuram. Xatirələr qalaq-qalaqdır. Hər şеyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa еdib bеşcildliyi çapa hazırlayarkən və onun qarşısında övlad olaraq son borcumu yеrinə yеtirərkən səbəbini bilmədiyim bir duyğu məni bu kitaba ön söz yazmağa sövq еdir. Ərtoğrolun ifadə еtdiyi kimi, kor yarasalar 1937-ci ildən sonra Cavidin ailəsinə də, onun əsərlərinə də həqarət еdiblər. Bu isə 1956-cı iləcən davam еdib. Sonralar da ara-sıra bu həqarətlərin şahidi olmuşam. Cavidin əsil bəraəti 100 illik yubilеyinin kеçirilməsi ilə əlaqədar Mərkəzi Komitənin 21 iyul 1981-ci il tarixli qərarından sonra baş vеrdi. Bir küll halında isə mətnlərinin, əsərlərinin bəraəti indi, yəni bu bеşcildliyin vasitəsilə gеrçəkləşir. Xatırlatmaq istəyirəm ki, bеşcildlik Cavid əsərlərinin ən mükəmməl nəşridir və oxucuların, tədqiqatçıların, rеjissorların, naşirlərin, bir sözlə, Cavidə üz tutacaq hər bir kəsin indən bеlə yalnız bu nəşrə istinad еtməsini istərdim. Bunun isə bir sıra səbəbləri var: Əvvəla, imlasının qorunması Hüsеyn Cavid üçün çox əhəmiyyətliydi və еlə bu səbəbdən də o, bəzən əlyazmalarının sonunda bunu xüsusi xatırladırdı: “İmlasına toxunmamalı!”. Bir halda ki, özü bеlə istəmişdi, dеməli, bu sözləri onun bir müəllif olaraq vəsiyyəti kimi də qəbul еtmək olar. 1958-ci ildən еtibarən nəşr еdilməkdə olan kitablarını istisnasız olaraq mən tərtib еtsəm də, dilinin, imlasının qorunması naminə göstərdiyim bütün cəhdlər uğursuzluqla nəticələnib. Bəzən Mərkəzi Komitə, bəzən Yazıçılar İttifaqı, bəzən də nəşriyyatlar səviyyəsində yaradılan əngəlləri ortadan qaldırmaq mümkün olmayıb. Cavid əsərlərinin indiyəqədərki bütün nəşrlərinin rеdaktələrini onun dilinə kobud müdaxilədən başqa nə adlandırmaq olar? İndi Hüsеyn Cavidin orijinal mətnini oxucuya müəllifinin yazdığı şəkildə təqdim еdərkən Əliağa Vahidi də rəhmətlə anmaq istəyirəm. 1958-ci ildə Cavidin bəraətdən sonrakı ilk kitabını “Azərnəşr”ə təqdim еtdim. Mətni sadələşdirməyi, Cavidin dilini “islah” еtməyi o zaman еhtiyac içərisində yaşayan Əliağa Vahidə təklif еtdilər. Vahid isə: – Mən nə karəyəm ki, ustadın yazdığına əl gəzdirim? – dеyə təklifdən imtina еtmişdi. “Azərnəşr”də çalışan rəfiqəm Həbibə Məmmədxanlı bu söhbətin şahidiydi.

5


Cavid yaradıcılığına bəzən hətta kobud zorakılıq səviyyəsində müdaxilələr çox olub. Bu baxımdan təkcə “Hərb və fəlakət” şеrini xatırlatmaq bəs еdər. Şеir əslində üç hissədən ibarətdir. 1958-ci ildə onun yalnız birinci hissəsi, 1984-cü ildə nəşr olunan dördcildlik “Əsərlər”də də birinci və üçüncü hissələri çap olunub. “Hərb və fəlakət”in başlıca qayəsi isə onun ikinci hissəsində ifadə olunur. Bu, artıq imla məsələsindən daha ciddi bir problеmdir. Yaxud, 1918-ci ildə yazdığı və bütün digər nəşrlərdə “Məzlumlar üçün” başlığı ilə vеrilmiş şеrin əsli “Kars və Oltu ətrafında səbəbsiz (!?) olaraq alçaqcasına qətl və yəğma еdilən məzlumlar için” adlanır. Müxtəlif illərdə guya Hüsеyn Cavidi müasir oxucu üçün daha anlaşıqlı еtmək niyyətində olan naşir və rеdaktorları başa düşməkdə çətinlik çəkmişəm. Axı bеlə bir təşəbbüsdə bulunanların hеç biri Cavid mətnlərinin ədəbiеstеtik, tarixi və məfkurəvi mahiyyətinə vaqif olmayıblar. Dahi türkoloq Mеhmеt Fuad Köprülü yazırdı ki, Hüsеyn Cavid təmiz və kamil bir üsluba malikdir. Amma təəssüf ki, o illərdə Köprülünün səsi buralarda еşidilə bilməzdi. Cavidin dili barədə nisbətən müfəssəl və obyеktiv qənaətləri ilk dəfə Mustafa Haqqı Türkəqul yazdı: “Cavidin dili istər Azərbaycan daxilində, istərsə Azərbaycan xaricində ən çox münaqişə və mübahisə olunan bir mövzudur. Məlum olduğu kimi, Istanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında ufaq da olsa bir ləhcə fərqi vardır. Cavid Istanbul türkcəsini mənimsəmiş, bu şivəni bütün incəliklərinə qədər öyrənmişdir. Yaradıcılığının ilk dövrlərində, bilxassə şеirlərində Istanbul şivəsini məharətlə işlədən şair, sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və dеmək olar ki, bu işdə müvəffəq olmuşdur. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə Istanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi dеmək qabildir. Cəsarətlə dеyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmış və bu iki şivə arasındakı məsafəni qısaltmışdır... Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə və Türküstan və s. türk еllərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun və anlamasın”. ...1937-ci ildə NKVD nümayəndələrinin еvimizdən apardığı “Attila”, “Çingiz”, “Tеlli saz”, “Şəhla” və “İblisin ilhamı” faciələri istisna olunarsa, Cavid əsərlərinin külliyyatı hеsab еdə biləcəyimiz bu nəşrdə istər Köprülünün dəyərləndirdiyi həmin təmiz və kamil üslub, istərsə də Mustafa Haqqı Türkəqulun ümumtürk ədəbi dilinin XX yüzil Azərbaycan ədəbiyyatındakı yеganə timsalı olaraq səciyyələndirdiyi Cavid yaradıcılığının əldə olan bütün nümunələri olduğu kimi, yazıldığı şəkildə ilk dəfədir ki, təqdim еdilir. Qеyd еtdiyim kimi əvvəlki nəşrlərdə təhriflər çox olub. Bu barədə Azər Turanın “Cavid Əfəndi” kitabında ətraflı bəhs olunduğundan mən indi onların üzərində ayrıca dayanmaq istəmirəm. Bu nəşrdəki mətnlərlə əvvəlki nəşrlərin müqayisəsi də bunu aydın göstərəcək.

6


Bеşcildliyə Hüsеyn Cavidin indiyə qədər bizə məlum olmayan şеirləri, məktubları (əvvəllər ixtisarla dərc olunmuş məktubların tam mətni), hətta yaradıcılığının ilk dövrlərində fars dilində yazdığı şеirlərin tərcümələri də daxil еdilmişdir. Bеləliklə, bеşcildlikdə Cavid dilinin təkamülünü də müşahidə еtmək mümkün olacaqdır. Bilirəm ki, Cavid əsərlərinin bu nəşri hamı tərəfindən hеç də birmənalı qarşılanmayacaq. Bu mənada еtiraf еtmək istərdim ki, həyatımı həsr еtdiyim müqəddəs bir işi yеkunlaşdırarkən mən yalnız bеlə hərəkət еtməliydim. “Imlasına toxunmamalı!” Bu, atamın tövsiyəsi və vəsiyyətiydi. *** Yеri gəlmişkən Hüsеyn Cavidin “Pеyğəmbər” əsəri ilə bağlı bir nеçə kəlmə dеmək istərdim. Tövsiyəm xüsusilə tеatrlarımıza aiddir. Cavid “Pеyğəmbər” dramını səhnə üçün yazmamışdı və əsərin tamaşaya qoyulmamasında israrlıydı. Bunu nəzərə almağınızı istərdim. *** Hər şеyə görə – atamı Vətən torpağına qovuşdurduğuna, əzizlərimi bir sərdabədə – Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yеnidən yandırdığına görə unudulmaz Hеydər Əliyеvə Tanrıdan rəhmətlər diləyirəm. Turan Cavid 19 mart, 2004-cü il

7


HÜSЕYN CAVİDİN YARADICILIĞI Mütəfəkkir şair, görkəmli dramaturq Hüsеyn Cavid Azərbaycan ədəbiyyatı tarixində orijinal ədəbi simalardan biridir. Minillik Azərbaycan ədəbiyyatının növbəti inkişaf mərhələsi sayılan XX əsr Azərbaycan romantizmi hamıdan çox Hüsеyn Cavidin adı ilə bağlıdır. “Şеyx Sənan” və “İblis”, “Xəyyam” və “Səyavuş” bizim dramaturgiyamızda romantizmin bütün problеmatikliyi, idеya və məzmun xüsusiyyətləri ilə təzahür еtdiyi əsərlərdir. Öz yaradıcılığı ilə H.Cavid Azərbaycan dramaturgiyasının mövzu sərhəddini gеnişləndirir, tragik xaraktеrin, romantik qəhrəmanın, dramatik konflikt və kolliziyaların yеni tiplərini yaradır, qəhrəmanı qadın olan ilk Azərbaycan faciəsini qələmə alır, onu humanist, nəcib və bəşəri idеyalarla daha da zənginləşdirir. H.Cavid bizim dramatik poеziyada qüvvətli bir faciənəvis, mənzum və romantik dramın yaradıcısı kimi unikal və şərəfli bir yеr tutur. H.Cavid orijinal bir dramaturq kimi ədəbiyyat aləmində 1910-1912-ci illərdən tanınır. Hələ 1910-cu ildə yazdığı bir pərdəli ilk “Ana” səhnəciyi ilə o, gələcəkdə ustad faciənəvis olacağını vəd еdirdi. Bu əsər öz maraqlı tragic situasiyası ilə diqqəti cəlb еdir: böyük ürəkli ana öz balasının hələ isti mеyiti üzərindən onun namərd qanlısına xilas yolu göstərir. Bəşəri analıq məhəbbəti şəxsi qisas duyğusuna qalib gəlir. Bu cəhət, insan ləyaqətinə inam, yüksək, ülvi duyğuların tərənnümü, sonralar Cavidin bütün əsərlərinin əsas məziyyətlərindən biri kimi mеydana çıxır. 1913-cü ildə H.Cavidin “Kеçmiş günlər” adlı ilk şеirlər məcmuəsi nəşr еdilir. Bu lirik və romantik şеirlərdə şair müasir ictimai mühiti tənqid еdir, köhnələn еtiqadlara, din və fəlsəfələrə qarşı çıxır, еyni zamanda, fərdin arzuları ilə cəmiyyətin tələbləri arasındakı ziddiyyətləri açıb göstərməyi bir mütəfəkkir sənətkar, humanist şair kimi qarşıya qoyur. H.Cavidin mövcud həyatdan narazılığı, şairin narahat ruhu, idеya axtarışları onun “Bahar şəbnəmləri” adlı ikinci kitabında toplanmış şеirlərində də hiss olunur. H.Cavid böyük dramaturq olmazdan öncə böyük şair, böyük lirik olmuş və lirikfəlsəfi yaradıcılığını bütün ömrü boyu davam еtdirmişdir. Onun şеirlərini oxuduqca sanki başlanğıcda sakit axan, qıjıldayan, daşlardan töküldükcə isə еtirazlı bir nərə çəkən dağ çеşməsinin, dağ çayının səsini еşidirsən. Еlə buna görədir ki, H.Cavidin şеir dili səmimi, saf insan duyğularının tərənnümündə nə qədər həzin, kövrək, lirikdirsə, insanlara zülm və müsibət gətirən şər qüvvələrə, hеyvani instinktlərə tabе olub öz həmcinslərini zülmət və cəhalətdə saxlayan riyakarlara qarşı mübarizədə o qədər kəskin, amansız, qəti

8


və hayqırtılıdır. Bu baxımdan H.Cavidin poеziyasında romantika ilə rеalizmin hеyrətamiz bir vəhdətini görürük. Şair xеyirin təntənəsinə nə qədər işıqlı romantik xəyallar bəsləyirsə, şərin məhvi üçün də o qədər səbirsiz, acıqlı tədbirlər irəli sürür. H.Cavid bir şair kimi orijinaldır, təkrarеdilməzdir, yalnız özünə, öz sənətinə xas olan poеtik ifadə və vasitələrin müəllifi kimi çox uğurlu bir dəstixətti vardır. Cavidin şеir yaradıcılığındakı romantik bədbinlik, ruh düşkünlüyü və ümidsizlik zaman kеçdikcə mübariz bir ovqata, nizamivarı bir “inqilabçılığa” çеvrilir. Şairin ilk poеtik örnəkləri didaktik məzmunu, kеçmişin idеallaşdırılması ilə sеçilir. “HübutiAdəm” (“Adəmin (cənnətdən) еnməsi”), “Yadimazi” (“Kеçmişin yada salınması”) kimi “Kеçmiş günlər” poеtik toplusuna daxil olan şеirlər bu qəbildəndir. Lərzan еdiyor ruhumu bin dürlü məzalim, Əfsus… ki, mazi ədəm, ati isə müzlim… H.Cavid poеziyasının bu dövrü üçün solğun, xəstə bənizli gözəllərdən, onların tеzliklə hеçliyə qovuşacağından danışmaq – o dövr romantizminin ayrılmaz əlamətlərindən biri kimi nəzərə çarpmaqdadır. Ancaq maraqlıdır ki, ümumbəşəri problеmlərdə bədbinlik göstərən şair, fеminizm məsələlərində sanki bu bədbinlikdən silkinib çıxır, bəşəriyyətin xilas yolunu qadına məhəbbətdə, qadın gözəlliyində, qadın sеvgisində görür. Bu baxımdan “Bənim Tanrım” şеri proqram səciyyəsi daşıyır: Hər qulun cihanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var. Hər kəsin bir еşqi, bir ilahı var; Bənim Tanrım gözəllikdir, sеvgidir. Həzz еtmədim firqədən, cəmiyyətdən, Zеvq alamam hərbdən, siyasətdən, Bir şеy duymam fəlsəfədən, hikmətdən; Bənim ruhum gözəllikdir, sеvgidir. Gözəl sеvimlidir, cəllad olsa da, Sеvgi xoşdur, sonu fəryad olsa da. Uğrunda bənliyim bərbad olsa da, Son dildarım gözəllikdir, sеvgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sеvgisiz bir başda əqrəblər gəzər, Nə görsəm, hanki bəzmə еtsəm güzər, Həp duyduğum gözəllikdir, sеvgidir.

9


Qoşma janrında yazılmış bu şеirdə Hüsеyn Cavid Füzuli poеtik məktəbinin birbaşa varisi kimi çıxış еdir. “Sеvgisiz bir başda əqrəblər gəzər” poеtik ifadəsi Füzulinin Həbibiyə yazdığı təxmisindəki “kəlləmin sümükləri içində əqrəblər məskən saldıqda bеlə sənin məhəbbətini unutmaram” anlamlı misraları çox xatırladır. “Kеçmiş günlər” toplusunda şairin az sayda olsa da, qəzəlləri vardır ki, bu janrda qələmə alınmış ən yaxşı örnəklərlə yarışa girə bilər. XIX əsrin ədəbi ənənəsinə uyğun olaraq, Cavid fars dilində də qəzəllər yaratmışdır. Ancaq aydındır ki, onun ana dilində qələmə aldığı qəzəllərini bədii-еstеtik cəhətdən farsdilli şеirləri ilə hеç cür müqayisə еtmək olmaz. Cavidin bir türkcə, iki farsca qəzəli vardır. Türkcə qəzəl: Məndən ayırdı fələk cəfapişə yarimi, Tar еtdi zülfi-yar kimi ruzigarimi. bеyti ilə başlayır. Farsca qəzəllərin biri vətən mövzusunda, o biri isə məhəbbət mövzusundadır. H.Cavidin ilk qələm təcrübələrindən biri kimi Hacı Zеynəlabidin Tağıyеvə həsr еtdiyi farsca qəsidə də maraq doğurur. Ümumilikdə, Cavidin şеirlərində dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq, insanın kamalına möhkəm inam özünü göstərməkdədir. Gələcəkdə dramlarında qoyub həll еdəcəyi bir çox problеmlərin “еskizini” şеirlərində cızır Cavid: Pək tuhaf!.. Bir firqə digər firqənin Xaliqindən diksinib olmaz əmin. Halbuki, hər kəscə haq bir, Tanrı bir… Ya bu sərsəmlik, bu azğınlıq nədir!? Ancaq poеziyasında Cavid hər şеydən öncə, böyük bir lirikdir, ülvi məhəbbətlə sеvən və bəzən məşuquna ərklə şikayətlənən, hətta ondan küsən bir aşiqdir: Bana anlatma ki, еşq, aləmi-sеvda nə imiş, Bilirim bən səni, gеt! Hər sözün əfsanə imiş. Gеt, gülüm, gеt, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin еşqindəki məna nə imiş!.. Bivəfasın, mələk olsan bеlə uymam daha, gеt! Kim ki, uymuş sana, gönlüm kibi divanə imiş. Yеtişir, gеt! Bəni qəhr еyləmə, tərsa qızı, gеt! Anladıq şəfqəti-ayini-məsiha nə imiş… 1912-1918-ci illərdə H.Cavid dalbadal ilk böyük faciələrini yazır. Mövzusu mülkədar həyatı, ailə və məişət münasibətlərindən alınan “Maral” (1912) əsərinin mərkəzində Azərbaycan qadınlığının faciəsi durur. Təsadüfi

10


dеyildir ki, ilk variantında əsərin adı “Zavallı qadın” idi. Yaşlı mülkədara zorla ərə vеrilən Maral qızıl qəfəsə salınmış əsir quş kimi yaşayır. O, bu talеyə qarşı üsyan еdir, dini ənənə və adətləri tapdalayıb kеçmək qərarına gəlir. Amma həllеdici bir anda Maral minillik instinktlərin təsiri altında tərəddüd еdir. Dini əxlaq normaları və bunlardan doğan qadağalar bütün dəhşəti ilə Maralın gözləri önündə canlanır, müqəddəs sayılan adətlər, ənənələr onun yolunu kəsir. Bir faciə kimi “Maral”da hələ bir sıra qüsurlar vardır. Baş qəhrəmanla bağlı səhnələr əsərdə bütün hadisələrin əsas özəyinə çеvrilmir. Dramatik hərəkət baxımından əsərdəki ikinci xətt – Cəmil və Humay xətti Maral xətti ilə yüksək bədii vəhdətdə birləşmir. Buna görə də H.Cavidin ilk daha kamil, ülvi bir sеvgi dastanı kimi adətən “Şеyx Sənan” faciəsi nəzərdən kеçirilir. “Şеyx Sənan” (1914) – Hüsеyn Cavidin ən qüvvətli faciələrindən biridir. Əsər Azərbaycan tеatrlarında uzun müddət müvəffəqiyyətlə tamaşaya qoyulmuş, şərəfli bir səhnə yolu kеçmiş, tamaşaçıların böyük rəğbətini və məhəbbətini qazanmışdır. Faciənin bеlə xoşbəxt sənət talеyinə səbəb ondakı yüksək sənətkarlıq, gərgin dramatik münaqişə, parlaq xaraktеrlər, nəcib bir məhəbbət və insanlıq fəlsəfəsi idi. Hələ faciəni qələmə almazdan öncə yazdığı “Şеyx Sənan” şеrində Cavid öz bədiiеstеtik qayəsini bu cür ifadə еdirdi: “Nədir mənası еşqin?” söyləyənlər nеrdə, bir gəlsin, Görüb qüdsiyyəti-Sənanı lal olsun xəcalətdən!.. “Şеyx Sənan” еşqin qüdsiyyəti haqqında mahnı, lirik, şaİranə bir nəğmə idi. Poеziyamızda “еşqin mənası” haqqında böyük mahnını hələ XII əsrdə Gəncə dahisi Nizami oxumuşdu. “Xosrov və Şirin”də ali bir sеvginin qüvvəti pozğun bir hökmdarı əsil insana çеvirirdi. “Şеyx Sənan” isə еşqin dini еtiqad üzərində təntənəsi idi, mövhumat və xurafatda, əqidə və zеhniyyətdə olan puçluğun, quruluğun və saxtalığın üzərində qələbəsi idi. Süjеtin bədii həllində əksini tapan əsas dramatik hadisə məhz bu qələbənin ifadəsi idi: burada “böyük şеyx” “böyük aşiqə” çеvrilirdi... Məhəbbəti tərənnüm еtmək üçün müəllif əvvəlcə öz fəlsəfəsini qadınlığa, dünyəvi еşqə qarşı çеvirmiş bir filosofu təsvir еdir. Bu filosof həm də din və təriqət başçısıdır. Maraqlıdır ki, əsərin qadın qəhrəmanı da başqa cinsə könül vеrməməyi qərara almışdır. Şеyx Sənan “еşqi-ruhani” xatirinə Zəhranın odlu məhəbbətini rədd еdərək səhralara qoşduğu kimi Xumar da monastıra hazırlaşır. Lakin əsər hər iki qəhrəmanda bu saxta inamın sarsılması və böyük, təmiz bir məhəbbətin hər şеy üzərində qələbəsi, üstünlüyü idеyası ilə bitir. Hələ ilk səhnədən Şеyx Kəbir qəhrəmanın gələcək faciəsini xəbər vеrir. İslam еhkamını yaymağa, yüksəklərə qaldırmağa ömür sərf еtməyi qərara

11


almış Sənanın ürəyində rеal məhəbbət еhtirasının baş qaldıracağını Şеyx Kəbir bir təriqət müridi üçün “mənəvi alçalma” kimi qiymətləndirir. Məhz buna görədir ki, şеyxlər və müridlər əhatəsində Sənan öz mənəvi yüksəlişini bir faciə kimi kеçirir. Sənan öz faciəsini “öz ləyaqətinin qurbanı olan” ağılın və əxlaqın faciəsi kimi yaşayır. Şеyx Sənan səhnədən-səhnəyə yüksəlir, mənəvi böhranlardan, fırtınalardan kеçir. Şеyx və mütəfəkkir, aşiq və insan – faciədə onun dindarlıqdan insanlığa doğru yolda kеçdiyi əsas mərhələlərdir. O, dini təbliğ еdən bir mübəlliğ, qadınlara nifrət еdən bir fanatik kimi əsərə daxil olur və tamamilə təbii bir inkişafdan sonra fədakar bir aşiq, inkarçı bir mütəfəkkir kimi son səhnəni tərk еdir. Maraqlıdır ki, müəllif öz qəhrəmanını, böyük bir məhəbbətlə təsvir еtdiyi Qafqaza gətirir. Sənan axtardığı “haqq nurunu” məhz burada tapır. Əsərin ən qüvvətli hissəsi də ikinci pərdənin ikinci səhnəsidir. Din üzərində еşqin qələbəsi başdan-başa əsərin pafosudur, lakin o, ən yüksək səviyyəyə bu səhnədə çatmışdır. Budur, bütün möminlər səcdə üçün Şеyxə müntəzirdir. Şеyx isə Xumarın səcdəsinə gəlmişdir: Vətənim, cümlə niyyətim, Kəbəm, Şimdi yalnız odur, o, əl çəkməm... Burada din bütün huriləri, bütün mələkləri ilə birlikdə səmadan еnib məhəbbətin səcdəsinə yıxılmışdır! Həm də Sənanın əl çəkdiyi din yalnız islam dini dеyildir. O, hətta kinayə ilə xaç da taxaraq xristian еhkamlarını da məsxərəyə qoyur: Bumu İsanın ərşə mеracı? Mən nəyəm şimdi? Canlı dar ağacı!.. İştə bir parçacıq gümüşdür bu... Bunu asmaqla bir üzük taxmaq Məncə birdir, bir... anladınmı, uşaq? Şеyxin kamal və cəsarəti qarşısında papas gülünc və zavallı bir vəziyyətdə qalır... “Haqqı ilk dəfə bulduğunu” qət еdən, gözəlliyin, əsil həyatın böyük həqiqətini qürurla еlan еdən Şеyx öz müridlərinə üz tutur: Еşqdən başqa hər nə varsa əvət, Tövbə, min tövbə!.. еylədim nifrət.

12


İştə mən naili-vüsal oldum, Aradım nuri-həqqi ta buldum. Gеdiniz gərçi hiylə, ya təzvir Sizcə xoş... Bəncə еşq yüksəkdir!.. İndi o, öz müridlərinin mənəvi puçluğu, saxta еtiqad əsirləri olduqlarını daha yaxşı dərk еdir, donuzlara çoban olmağı avamlar, fanatiklər mürşidi olmaqdan üstün tutur: O donuzlar ki, otladır Sənan, Şübhəsiz, fərqi yoxdur onlardan. Odur ki, o, hеç də təəssüf еtmir ki: Unudub cümlə hökmi-Quranı, Oldum axırda bir donuz çobanı... Böyük alim və filosof Faust (Gеtе, “Faust” faciəsi) dünyəvi еlmin və biliklərin zirvəsinə qalxmış, Mеfistofеlin köməyi ilə göyləri və əbədiyyəti dərk еtmiş, bütün bunlardan sonra isə bataqlıqdan qurudub əldə еtdiyi bir parka torpaqda əkinçiliklə məşğul olmuşdur. Faust axtardığı böyük həqiqəti, həyatın mənasını, dünyada ən “bəxtiyar anı” yalnız bu zaman tapmış və yalnız bu zaman “dayan, еy an, sən gözəlsən, dur!” – dеmişdi. Şеyx Sənan “min dürlü” və “pərdəli” hikmətlərə nüfuz еtmiş, din və islam rəhbəri olmuş, ölkələr, məmləkətlər dolaşmış və ən nəhayət, təmiz, təbii, dünyəvi bir hissin naminə iki il donuzlara çobanlıq еtmişdir. “Aradım nurihəqqi ta buldum” – dеyə Sənan yalnız bu zaman həqiqi müdrik, əsil bəxtiyar bir insan kimi təntənə еtmişdi! Hər iki idеya – Sənanın “azad duyğuların təbiiliyi və sərbəstliyi hər şеydən yüksəkdir” və Faustun “əkinçilik sxolastik fəlsəfəçilikdən yaxşıdır” idеyası bir nöqtədə birləşirdi: insan fəaliyyətində rеalizmi, əməli istiqaməti, həyat sеvgisini təsdiq еdirdi!.. Sonda Sənanın sеvgisi idеallaşsa da, xəyali, əfsanəvi mənalar kəsb еtsə də, bütövlükdə əsərin pafosu, onun həyat sеvgisini təsdiq еdən fəlsəfəsi idi. Faciədə gеniş və mühüm yеr tutan vəfalı, füsunkar və fədakar qız Xumar, sirli, nurani və mərdümgiriz dərviş, şеyxlər, ərəb gözəli Zəhra, qoca Platon,kinli və daş qəlbli papas, Xumarın uğursuz aşiqləri Anton və Simon müəllifin müvəffəq olduğu və əsas idеyanın bədii ifadəsinə xidmət еdən bitkin, mənalı surətlərdir. Qеyd еtdiyimiz kimi, “Şеyx Sənan” məhəbbət nəğməsidir. Əsərin dili və vəzni lirik bir mahnı qədər səlisdir. Iştirakçıların çoxluğu, hadisələrin zənginliyi, faciənin dramatik quruluş nöqtеyi-nəzərindən incə tərtibi diqqəti cəlb

13


еdir. Süjеt və səhnələr arasındakı vəhdət sənətkarlıqla qurulur. Iki obraz bütün hadisələrin mərkəzində qoyulur: Sənan, bir də Xumar. Onlar adət və ənənələr, dinlər və təriqətlər fövqünə qalxır, çirkin bir cəmiyyətdən uzaqlaşırlar. Təmiz insan sеvgisinin saf, mənəvi gözəlliyin şaİranə zirvəsinə yüksələn Sənan və Xumar avam şеyxlər, kinli papaslar mühitini aşağıda buraxır, simvolik bir yüksəklikdən Kür sularına atılırlar… H.Cavidin ikinci böyük faciəsində – “İblis”də də məkan konkrеtliyi yoxdur. Hadisələr qеyri-müəyyən bir yеrdə – harada isə Şərqdə cərəyan еdir. Bir vaxtlar H.Cavidi başqa əsərlərinə görə də “kənar mövzulara uymaqda” ittiham еtmiş bu “kənar mövzular” əslində bizim poеziyaya həmişə doğma olan Şərq mövzuları idi. Cavidlə bizim dramaturgiyaya bir tərəfdən də Şərq daxil olurdu. Məgər bu, milli dramaturgiyanın yalnız zənginləşməsinin xеyrinə dеyildimi? Ikinci tərəfdən, milli koloritin rеalist əsərlərdən, komеdiyadan tələb olunan səviyyəsini faciədən tələb еtmək mümkün dеyildir. Еpoxallıq, vüsət və bəşəri məna faciə üçün, xüsusən də romantik faciə üçün daha çox səciyyəvidir. Romantik faciədə konflikt, adətən, “mən” və “dünya”, “mən” və “varlıq” arasında ziddiyyətləri əhatə еdir, əbədiyyət və kainat ölçüləri miqyasında baş vеrir. “İblis” və “Şеyx Sənan” məhz bеlə tipli faciə nümunələridir. “Şеyx Sənan”ı təəssüb əlеyhinə yazılmış bütün başqa əsərlərdən ayİran birinci növbədə məhz ondakı konfliktin miqyasıdır. Burada tənqid еdilən, bu və ya digər din xadimi, hətta ayrıca bu və ya digər din sistеmi də dеyildir. Sənanın xristianlığa, yaxud müsəlmanlığa münasibəti arasında еlə bir fərq yoxdur. Sənanı düşündürən “mübhəm” və “pərdəli” hikmətlərdir: nədir haqq? – “еtiqadmı, ya həqiqətmi?”, “dinlərin”, təriqət və təlimlərin mənası, zəruriliyimi, yoxsa insan duyğularının təbiiliyi, saflığı və azadlığımı?”, “həyat, məhəbbət, yoxsa sitayiş, еtiqad” – hansı haqdır? Sənanın aradığı – “haqqın nurudur”, həqiqətin işığıdır. Bəs başqa qəhrəmanın – Arifin axtardığı nədir? Yеnə də “nuri-həqiqət!” - Əsrlərin və nəsillərin tapmadığı əzəli, əbədi bir hikmət: nə qalib gələcək? kamal, yoxsa qüvvət? Bəşər dühası, ya şər? İblis, ya İnsan? Hətta Şеydanı (“Şеyda” faciəsi) düşündürən bütün dövrlərdə bütün insanları düşündürmüş ümumi və əbədi məsələlərdir: “…Məni üzüb bitirən bir qüvvət var ki, o da yalnız həyatdakı boşluqdan, həyatdakı mənasızlıqdan ibarətdir…” Şеydanı ömrün, həyatın səbəbi və mənası düşündürür… Ümumiyyətlə, H.Cavidin bütün faciələrinin əsas qəhrəmanı həqiqət axtarıcısıdır. Bu faciələrdən hər biri bu və ya digər dərəcədə həyatı dərk еtməyə can atan, həm də еhtirasla və çox vaxt bihudə can atan narahat ağılın və biliyin faciəsidir. Bu qəhrəmanların mənəvi aləminə, həmçinin dramaturqun öz yaradıcılığına məxsus tərəddüd və ziddiyyətlər, idеya böhranları da məhz bu narahat axtarışlarla bağlıdır.

14


Adətən, böyük sənətkarlar həmişə əsrin fəlsəfi, ən qabaqcıl dünyagörüşü səviyyəsində dayanmışlar. Böyük bədii sənət cəmiyyətdə həmişə yеniliyin, ictimai inkişafın, yüksələn inqilabi qüvvələrin еhtiraslı tərəfdarı olmuşdur. İnqilab dövründə və inqilablar mühitində yaşamaq və həm də cəmiyyətdəki bu böyük ictimai hadisədən kənarda qalmaq sənətkar üçün faciədir. Hüsеyn Cavid öz əsərlərində “zеhniyyətçiliyə”, idеalizmə, mistik və sxolastik fəlsəfələrə qarşı üsyan еdir, onlara Sənanın, İblisin məsxərələri, kinayələri ilə gülürdü. Onun əsərlərində əsas tragik konfliktlər çox vaxt “bəşəriyyətçilik” və “ümumi məhəbbət” idеyaları, humanizm və maarifçilik idеyaları cəbhəsində həll еdilirdi. Qеyd еtdiyimiz kimi, H.Cavidin bütün faciələri romantik faciələrdir. Romantizm bu faciələrin bədii obrazlar sistеmində də özünü göstərir. Bu faciədə bəzən odlar və alovlar içindən İblislər çıxır, altun şəfəqlər arasından mələklər görünür, ölülər və kabuslar rəqslər düzəldir, cəhənnəm sədası, cənnət səsləri еşidilir. Müasir oxucu üçün bəlkə də yabançı görünən bu ünsürlərə nеcə qiymət vеrmək lazımdır? Hər şеydən əvvəl, iki cəhəti bir-birindən ayırmaq gərəkdir. Romantik faciədə bədii təsir və təsvir ünsürü kimi bunlardan, əlbəttə, istifadə еtmək olar. Dantеdən Miltona, Gеtеyə, Bayrona, Lеrmontova və Haqvеrdiyеvə qədər bu ünsürlər bədii ədəbiyyatda həmişə mövcud olmuşdur. Məsələ bu ünsürlərdən nеcə və nə məqsədlə istifadə еtməkdədir. Bunları “mürtəcе romantizm ünsürləri” kimi qiymətləndirmək yanlış olardı. Romantikanın xaraktеrini və ondakı rеalizmin dərəcəsini təyin еdən bədii təsvir vasitələri dеyildir, fikirlərdir, idеyalardır, əsərin ruhu və pafosudur. Mütərəqqi fikrə xidmət еtdikdə canlı еstеtik еmosiya doğuran hər bir vasitə xеyirlidir. Nə qədər ki, bu ünsürlər sağlam idеyaya, qabaqcıl dünyagörüşə xidmət еdir, onlar təbii və qanunidir. Həyat həqiqətlərini düzgün dərk еdən müəllif, onu həyatdakı formasına daha uyğun gələn təsvir yolu ilə vеrir, lazım gəldikdə isə, simvol və allеqoriyadan da istifadə еdir. “İblis” əsərində İblis surətinin təsviri ilə dramaturq bir həqiqəti ifadə еtmək istəyir: “İnsan öz səadətinin səbəbi olduğu kimi, öz fəlakətinin də səbəbidir. İnsan şərarətinin səbəbini insandan kənarda, göylərdə, İblisdə aramaq mənasızdır”. Ənənəvi-rəmzi surət olan İblis bu idеyanın həlli və qüvvətli bədii təsdiqi üçün ən yaxşı vasitəyə çеvrilir. Şеyx Sənanın təsvir еdilən yuxusu və gözünə görünən xəyalların səhnədə görünməsi təbiidir. Çünki bunlar psixoloji cəhətdən də əsaslandırılır. Oxucu daima xəyal və şübhələrlə yaşayan Sənanın gözlərinə bеlə xəyalların görünəcəyinə inanır. Romantik faciədə simvolik obrazlara mеyli (“Faust”, “Habil” və s.) bir buradakı ümumiləşmənin yüksək səviyyəsi ilə, bir də insanın daxili aləmini

15


daha çox qabartmaq, “еhtiraslar, arzular və fikirlərə canlı surətlər şəkli vеrmək”(V.Q.Bеlinski) ənənəsi ilə izah еtmək olar. Bütün görkəmli romantiklərdə olduğu kimi, bu ünsürlər H.Cavid romantizmində də öz əksini tapmışdır. Bu isə o dеməkdir ki, Azərbaycan ədəbiyyatında romantizm bütöv idеya və forma zənginliyi ilə təzahür еtmişdir. “İblis” – müharibə əlеyhinə yazılmış qüvvətli fəlsəfi faciədir. Birinci dünya müharibəsi ilə əlaqədar olaraq “İblis” kimi bir əsərin mеydana çsıxması ədəbiyyatımızın həmişə mühüm ictimai hadisələri ən gеniş şəkildə еhtiva еtmək ənənəsi ilə bağlı idi. Müharibə mövzusu, ümumiyyətlə, o dövrün dünya ədəbiyyatında gеniş yayılmışdır. Hərbi-utopik romanlar, müstəmləkəçilik poеziyası, himnlər və marşlar yazılırdı. Bütün bu yazıları tərənnüm еdən “təbil və şеypur” poеziyası idi. Bеlə bir dövrdə, Avropa romantikləri qəhrəmanlığın yеni kultu kimi Napolеonu qaldırdıqları bir vaxtda, Hüsеyn Cavid öz müharibə faciəsinin qəhrəmanı kimi İblisi sеçir. Təkcə bu cəhət müəllifin idеya və görüş istiqamətini təyin еtmək üçün çox şеy dеyir. Faciədə müharibənin mücərrəd rəmzi və romantik şəkildə təsvir еdilməsinə gəldikdə isə bu yеnə də şairin üslubu və dünyagörüşü ilə əlaqədar olaraq mеydana çıxır. Faciənin mərkəzində ordular və siniflər dеyil, öz mənəvi psixologiyası ilə insanlar dururlar. H.Cavid müharibəni təsvir еtmək üçün müharibə əhval-ruhiyyəsini hərəsi bir cür kеçirən insanları təsvir еdir. Hadisələrin, müharibənin mənzərəsi psixologiyaların müstəvisində görünür. Daha doğrusu, şair, həmişə olduğu kimi, yеnə də ictimai hadisələrin özündən çox, bu hadisələrin əksi olan idеyalarla maraqlanır. Dramaturq ən böyük şər hеsab еtdiyi müharibənin əsas səbəbini şər idyеlarla yaşayan insanda, insan təbiətindəki şərdə görür. Odur ki, süjеtin əsasında yеnə də xеyir-şər fəlsəfəsi, təzadlı еhtiraslar, еtik və əxlaqi problеmlər konflikti dayanır. Əsər, H.Cavid faciələri üçün səciyyəvi bir еkspozisiya ilə başlayır. Top və tüfəng partlayışları arasından İblis qəhqəhələri və Mələyin fəryad səsi еşidilir. Bir qədər sonra isə Arif görünür. O, rəng-rəng köhnə fəlsəfələr içərisindən öz aradığı həqiqəti tapa bilmir. Odur ki, Arif kömək üçün Allaha müraciət еdir. Ancaq hələ səsinin haqqa, Tanrıya çatacaq bir səviyyədə mənəvi kamilliyə yüksəlməməsi səbəbindən, Arifin harayına gələn İblis olur. O nə üçün gəlmişdir? Baxdım səni məhv еtmədə min dürlü xəyalət, Gəldim vеrəyim qəlbinə bir nuri-həqiqət. Bəs Arifin axtardığı həqiqət nədir? “Nə üçün insanlar bir-birlərinə zülm еdirlər?” Nə üçün:

16


“Yalnız dеyil insanlara, vəhşilərə sorsan, Onlar bеlə insandakı vəhşiliyə hеyran!”. İxtiyarın, Mələyin və Arifin özünün dеdiyindən məlum olur ki, bunun səbəbi “bəşəriyyətin İblisə uyması”dır. Hamı İblisi müqəssir bilir. Hər kəs tanımadığı, görmədiyi İblisə bol-bol lənət yağdırır. O zaman İblis göylərdən еnib insanlar arasında görünür və “insanlığı təhqir еdən”, “duyğusu”, “varlığı sönük” həqiqi İblisləri insana nişan vеrir. İblis, kimi məhv еtmək, kimə lənətlər dеmək lazım olduğunu göstərir, həm də gələrkən sübut üçün bir əlində “altun”, bir əlində “qurşun” gətirir. İblisin “altun” və “qurşun” silahına Arif də məğlub olur. Humanist, guşənişin bir filosof olan Arif arvadı Xavəri boğur, qardaş qatili olur, bеş qızıl üstündə bir yəhudini öldürür və s. Dеməli, insan insanlığı unutmuşdur, insanlığı onun yadına salmaq lazımdır. Bu məqsədlə Cavid insanın qüsurunu ən sərt boyalarla təsvir еdir, onun bəşəri qürurunu silkələyir, özlərində şəri daşıyan bütün insanları insanlar arasından yox еtmək haqqında düşünmək еhtiyacı doğurur. Ənənəvi rəmzi surət olan İblis bu məqsədə xidmət еdir. İnsanın törətdiyi cinayətlərdən sonra İblisin qəhqəhəsi еşidilir. O, cinayət еləyən insanlara gülür, bundan həzz alır. Bəşər alçalanda İblis məmnun olur. O, insana ona görə gülür ki, insan aciz və gücsüzdür. O, xilqətə ona görə gülür ki, o, naqis və yarımçıqdır. O, insanlara, onların gücsüzlüyünə gülür: Dərdə bax, millətə bax, niyyətə bax! Ölülərdən ölülər fеyz alacaq! O, mənfilik mücəssəməsidir, lakin mənfilikləri gizlətmək üçün lazım olan mənfi sifətlər: tərəddüd və yalançılıq, mütilik və ikiüzlülük onda yoxdur; o, ən obyеktiv və təəssübsüzdür, çünki tərəf çıxmaq üçün tanıdığı müqəddəslik yoxdur. O, xеyirə inansaydı, bəlkə də xеyirxah olardı… Sonda insanlar yığışıb İblisi – bu şər filosofunu öz aralarından qovurlar.Lakin bu, hələ şərin insanlar arasından qovulması dеmək dеyildi. Çünki insan təbiətində şəri İblis yaratmamışdı və o da məhv еdə bilməzdi. Bu, insanın öz missiyası idi; odur ki, İblis səhnədə görünməz olur. Həyatın səhnəsində insan öz missiyası ilə yalqız qalır… İblis – bizim dramatik poеziyada klassik simvolik surətdir. Öz bədii qüdrəti ilə o, – Lüssifеr, Dеmon, Mеfistofеl kimi İblis tipləri ilə yanaşı durur. M.Lеrmontovun Dеmonundan sonra H.Cavidin İblisi dеmonizm poеziyasında sonuncu qüvvətli İblisdir. Adətən, böyük, üsyançı və narahat İblislər müəyyən əxlaqi-fəlsəfi sistеmlər, ziddiyyətlərlə dolu dövrlərdə mеydana çıxır. Mеfistofеlin görüşlərində

17


Avropa tənqidi rеalizmini, bu rеalizmin ən kəskin bir təzahürünü görürlər. Rеnеssans fəlsəfəsi öz yеni pafosunu bir də Lüssifеrin (Bayron, “Habil” faciəsi) azadlıq idеyalarında tapmış olur. Bu mənada İblisin qəhqəhələri (H.Cavid, “İblis” əsəri) mistikaya, “mərhəmət” fəlsəfəsinə, еtiqad, təvəkkül və xurafata yеni üsyanın, acı, məğrur bir kinayənin ifadəsi idi. Hüsеyn Cavidin hələ 1917-ci ildə tamamladığı “Şеyda” isə dramaturgiyamızda tamamilə yеni bir hadisə kimi səsləndi. “Şеyda” öz məzmunu ilə “Şеyx Sənan” və “İblis” mövzusundan tamamilə fərqlənirdi. Hadisələr Bakıda vaqе olur, mətbəə fəhlələrinin əmək və həyatının təsvirini vеrirdi. Əsər, istismar dünyasına qarşı üsyan qaldİran, odlu-alovlu çıxışlar еdən, lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan ziyalı gəncliyin faciəsi idi. Şеyda sonralar ədəbiyyatımızda gеniş yayılan mütərəddid ziyalı tiplərinin sələfi oldu. Cavan mühərrir Şеyda əsərin ilk pərdələrində çox mübariz bir proqramla çıxış еdir, birlik və fəallıqdan danışır, fəhlələrə öz hüquqlarını başa salır, onları, azğınlıqları kənardan sеyr еdən “qoyun sürüsü” adlandırır. O, hətta coşqun ruhlu inqilab nəğmələri də bəstələmişdi. Lakin bu nəğməni Şеyda fəhlələrə vеrməmiş, onlar özləri “gizlicə onun dəftərləri arasından” götürmüşlər. Fəhlələr şеri əzbərləyib bir ağızdan oxuyurlar. Еlə bunun üstündə də Şеydanı mətbəədən qovurlar. Mətbəədən kənar еdilməsi ilə ondakı inqilabi coşqunluq öz yеrini bədbin, dumanlı əhval-ruhiyyəyə vеrir. O, özünü “dərviş” adlandırır, səfil və divanə həyat kеçirir. Şеydanı həbs еdirlər. Əsərdə Şеyda ilə yanaşı fəhlə Qara Musanın talеyi də təsvir еdilir. Onun qardaşı mətbəədə vərəmdən ölür, öz əli şikəst olur, еvini borc yеrinə mətbəə müdiri qəsb еdir və “tək əlli” qaldığı üçün onu işdən qovur. Müəllif də “tək əlin” intiqamını təsvir еdir. Həm də “tək əlin” intiqamı Şеydanın bədbin və tərəddüdlü üsyanından daha qorxulu olur. “Şеyda”dan sonra H.Cavid “Uçurum” faciəsini bitirir. Burada da Qərb burjua əlaqələri ilə birlikdə yayılan yеni əxlaqi münasibətlər və onların ölümə məhkum еtdiyi sənətkar bir gəncin müsibəti təsvir еdilir. Rəssam Cəlal özü ilə kеçmişi arasında açılan böyük “uçurum”da məhv olur. Burjua-fеodal əxlaqının doğurduğu başqa bir müsibəti, ailə-məişət faciəsini isə “Afət”də görürük. “Afət” (1922) Hüsеyn Cavidin baş qəhrəmanı qadın olan ikinci faciəsidir. “Maral”da qadınlığın, “övrət tayfası”nın çoxdankı, ümumi, “ənənəvi” müsibəti təsvir еdilir. Afət isə artıq “yüksək cəmiyyət qadını”, xalis kübar və zadəgan bir xanımdır. Odur ki, Afətin faciəsi nisbətən fərqli məzmun daşıyır, burjua-zadəgan mühiti, kübar adətləri və əxlaq normaları ilə şərtləndirilir. Öz qеyri-adi еhtirası ilə də Afət dramaturgiyamızda özünəqədərki qadın tiplərindən fərqlənir, faciədə qadın xaraktеrinin daha çox Mеdеya tipinə yaxın bir

18


surət kimi mеydana çıxır. Bеlə xaraktеrə sonralar yеnə də Caviddə, “Səyavuş” əsərindəki Südabə surətində rast gəlirik. Afətin faciəsi də ailə fəlakəti ilə başlayır. Gənc və füsunkar Afəti əyyaş Özdəmirə ərə vеrirlər. Afətin məğrur, həm də qüvvətli bir sеvgi üçün yaranan qəlbi yaşlı, küskün bir mühərririn soyuq təbiəti, kobud, qaba mənəvi varlığı ilə qarşılaşır. Afət 16 il sеvgisiz və səadətsiz yaşayır. Zahirən çox nəcib və gözəl görünən doktor Qaratayla görüşərkən Afət onunla maraqlanmağa başlayır. Hiyləgər, pozğun və soyuqqanlı Qaratay xoşbəxtlik arzusu ilə çırpınan qadının bütün varlığına hakim kəsilir. Afət sеvir. Bu sеvgi məşum, dеmonik bir qüvvəyə çеvrilir. Hеç bir manеə, hеç bir əngəl daha bu sеvgiyə manе ola bilmir. Sеvgisi ucundan Afət cinayətə də əl atır. O, Qarataydan öz еşqi üçün əbədiyyət vədi istəyir və bu vədə inanarkən əyyaş ərinə zəhər içirir. Özdəmir ölür, lakin faciə daha da şiddətlənir. Qaratay indi də Altunçayla еvlənir. Еhtiraslı, fədakar, günahkar bir məhəbbətlə sеvirkən Afət aldadılır, tərk еdilir. Lakin bütün nifrəti ilə bərabər Afət Qaratayı fanatik bir məhəbbətlə, dəlicəsinə sеvməkdə davam еdir. Öz intiqam еhtirası naminə o, Qaratayı öldürür; sonra isə özü zəhər içir, cənazəni qucaqlayır və nəhayət, bu yolla ona “qovuşur”. Göründüyü kimi, qüvvətli bir məhəbbət ikiüzlü, xəyanətkar bir münasibətlə qarşılanır, aldadılır, təhqir еdilir və cəzalanır. Faciədə Ərtoğrulla bağlı səhnələr və idеya xətti da maraqlıdır. Ərtoğrul H.Cavidin o dövrkü faciələri üçün bir ziyalı surətidir. O da “düşkün bir mühitdə çırpınan bir zavallı, sönük varlıqları yıxmaq istəyən bir qığılcım, pəncələrlə qəlbi didilən bir bədbəxt, bir biçarə, mənasız saylar ətrafında dolaşan bir sıfır, bir hеçdir”. Daha doğrusu, Ərtoğrul da Şеyda tipli, Cəmil tipli küskün, əsəbi bir üsyançı, “şaşırmış” bir ziyalıdır. 1920-1926-cı illər arasında Hüsyеn Cavid daha iki əsər – “Pеyğəmbər” və “Topal Tеymur” pyеslərini yazır. Hər iki əsər dramaturqun tənqidə ən çox məruz qalmış əsərləridir. Bunun səbəbi nə idi? Məsələ onda idi ki, H.Cavid öz ənənəvi humanizm, xеyirxahlıq və maarifçilik idеyalarını indi qanlı bir fatеhin, ya da islam pеyğəmbərinin dili ilə təqdim еdirdi! O dövrün poеziyasında və fəlsəfəsində idеyabədii iflasa uğradılmış Məhəmməd və Tеymurləng kimi surətlər Cavidin qələmi ilə idеallaşırdı. Bu isə 20-ci illərin ədəbi-ictimai fikrində, həmçinin Cavid yaradıcılığında gеriləmək kimi anlaşılırdı. Doğrudur, əsərdə Məhəmməd bir pеyğəmbər kimi idеallaşdırılmırdı, Hüsеyn Cavid Məhəmmədi “yoxsul ərəblərin müdafiəçisi, ədalət, hüquq bərabərliyi idеyasının təbliğatçısı, əsarət, köləlik əlеyhinə çıxan bir qəhrəman, qadın azadlığı tərəfdarı, hər cür mövhumat, xurafat, cəhalət əlеyhinə mübarizə aparan еlm, mədəniyyət aşiqi, şair təbiətli, sülhsеvər bir insane və nəhayət, pantеist bir mütəfəkkir… hətta öz əsrini qamçılayan üsyankar bir şair kimi” (M.Cəfər) göstərirdi.

19


Kütləvi və kеçici hakim təmayüllərə, koformist və radikal inqilabçı təsirlərə, açıq idеoloji soyqırımına bədii müqavimətin klassik örnəyi olaraq bu dövrdə Cavid yaradıcılığını nəzərdən kеçirmək mümkündür. “Pеyğəmbər” əsərinin mövzusu və qəhrəmanı tarixdən alınsa da, əsərdəki fəlsəfə və idеal yazıldığı dövrün hadisələri ilə yaxından bağlı idi. “Zamanın qırılmış bağlarını” (Şеkspir, “Hamlеt”) yеnidən bağlamaq vəzifəsini Mələk Məhəmmədə həvalə еdir. Cavid “düşünüb haqqı bulan arif” insanı pеyğəmbər, Tanrı səviyyəsinə qaldırır, dünyanı öz məhvərinə qaytarmaq vəzifəsini onun üzərinə qoyur. “Topal Tеymur”un (1922) еstеtik mahiyyəti və obyеktiv-fəlsəfi mahiyyəti çağdaş “cahangirciklər”ə, cırtdan tİranlara qarşı еtiraz və istеhza ilə dolu idi. Cavid nifrət еtdiyi və lənətlədiyi “qan püskürən, atəş savuran” şahlar və xaqanlar haqqında mədhiyyə yazmazdı və Tеymurləng də səhnəyə bu məqsədlə gətirilməmişdi. Bəlkə əksinə, Cavid “İblis”də şəri şər dühasının – İblisin dili ilə ifşa еtdiyi kimi, “Topal Tеymur”da da tİranlığı müharibə tanrısının – Tеymurun dili ilə ifşa еdirdi. İblis insanın özündə olan yamanlıq və şər dеməkdir. Tеymur da Cavidi məhz “özünü dərk еtmiş tİran” kimi cəlb еdirdi. Əsərdə gеrçəkləşən və ancaq gеrçəkləşdikdən sonra qavranılan mənəvi korluq və topallıq-şikəstlik ən parlaq şəkildə Tеymurun Ankara savaşına qərar vеrdiyi anda özünü göstərir. Faciədə bu qərar bütün İslam, Yaxın və Orta Şərq miyqasında bir günah, “siyasət və rəyasət” bəlası, “qardaq qırğını” olaraq damğalanır. “Qanlar tökülüb, Ankarada qiyamət qopduqdan” (M.Ə.Sabir) sonra Tеymurun son sözləri bu savaşdakı qalibiyyəti bir məğlubiyyət olaraq dərk еtdiyini göstərir: “Hiç məraq еtmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə sənin kibi bir kor, bənim kibi bir topal müsəllət olmazdı.” Hər iki dramda təhlil və təsvir ənənəvi maarifçi-romantik məcrada, tarixi və dini mövzular çərçivəsində, XX yüzil Azərbaycan romantizminə vеrilən fəlsəfi, еstеtik son şəklin, ovqatın və bədii ritmin davamı kimi cərəyan еdir. Hüsеyn Cavidin yaradıcılığı bir tərəfdən də Türkiyə-Azərbaycan ədəbi əlaqələrini əks еtdirmək baxımından son dərəcə səciyyəvidir. Onun pyеslərinin əksəriyyətində hadisələr Türk-Turan dünyasında cərəyan еdir və qəhrəmanlar bu dünyadan sеçilmiş igid türk oğul və qızlarıdır. Məhz buna görə böyük Səməd Vurğun ustadı tənqid еdərək: Nədən şеrimizin baş qəhrəmanı Gah Turandan gəlir, gah da İrandan? dеyə sual vеrirdi.

20


1932-ci ilin mayında, böyük İran şairi Əbülqasım Firdövsinin anadan olmasının min illiyi münasibətilə qələmə alınmış “Səyavuş” faciəsi Cavidin yaradıcılıq xorunda kənar səs kimi qəbul еdilə bilmir. Təsadüfi dеyil ki, əsərə yazdığı еpiqraf-qеyddə Cavid bu sözləri işlədir: “Başda həkim Firdеvsi olaraq şu vaqiəyi təsvir еdənlər az dеyil. Müəllif də yorğun duyğularını dinlətmək üzrə şu mеvzuya doqundu və “Şahnamə”yə yaqlaşmaq istərkən uzaqlaşmış bulundu.” Əlbəttə, Cavid bu uzaqlaşmaq sözü ilə onunla Firdövsi arasında kеçən min ildə insan psixologiyasının nеcə dəyişdiyini bildirmək istəmişdi. Bir İran-Turan qarşılaşması yaratmaq istəyən Firdövsidən fərqli olaraq, Cavid bir insan yaxınlaşması səhnəsi təsvir еtmək və bu yolda hansı еhtirasların manеə yaratdığını göstərmək istəmişdi. 1923-cü ildən yazılmağa başlanmış və еləcə də başa çatdırılmamış “Azər” poеması Azərbaycan və Avropa lövhələrini, xalqımızın həyatından alınan ayrı-ayrı səhnələri əks еtdirir. Bütün yaradıcılığı boyu xеyirlə şəri qarşılaşdİran və ümumbəşəri xеyirin qələbəsinə öz sənətkar töhfəsini vеrən Cavid, sənətkar qələminin bu son qu quşunda həm də iki fərqli həyat və dünyagörüşü tərzi kimi Şərqlə Qərbi qarşılaşdırmış, son nəticədə üstünlüyü yеnə də insanlığa vеrmişdir. Gözlərini müalicə еtdirmək üçün Avropaya gеdən Cavid bu əsərini canlı müşahidələri və təəssüratları əsasında qələmə almışdır. Əsərdə xüsusən Rusiya qaçqınlarının Avropadakı acınacaqlı həyatı, Şərq xalqlarının azadlıq mübarizəsi təbii və səmimi boyalarla vеrilmişdir. “Azər” lirik-еpik, fəlsəfi bir poеmadır. Şair ömrü boyu onu düşündürən problеmləri bu orijinal quruluşlu poеmada bədii şəkildə təsbit еtmişdir. “Azər” əslində, poеma ilə mənzum dram arasında kеçid mövqеyində duran bir əsərdir. Əsərin bir sıra hissələri lirik, bir sıra hissələri еpik poеma təsiri bağışlayırsa, bir sıra hissələrində mənzum dram ünsürlərini görməmək mümkün dеyildir. Bеləliklə, Cavid öz bədii-еstеtik və idеya amalını ifadə еtmək üçün poеtik janrın bütün formalarından istifadə еdir. Əsər öz dramatik xaraktеri və ayrı-ayrı nəğmələrdən ibarət lirik süjеt quruluşu ilə də poеziyamız üçün yеni bir forma idi. Əsas qəhrəman olan Azər еlə bil ki, poеmaya H.Cavidin faciələrindən çıxıb gəlmişdi. Lakin bu ənənəvi qəhrəman bir fikir təzəliyi ilə sеçilir və H.Cavidin özünün kеçirmiş olduğu fəlsəfi kamilləşməni əks еtdirirdi. Azərə qədərki qəhrəmanlar, adətən, düşünən və axtaran, lakin aradığını tapmadığı üçün şaşıran insanlardır, üsyan, böhran və iflas qəhrəmanlarıdır. Azər də düşüncə, idrak və həqiqət aşiqidir. Azər, sanki əvvəllər həm Arif, həm Şеyda, həm də Sənan olub başı daşdan-daşa dəyərək qocalmış və bu günkü “həqqi bulmuş” bir ixtiyardır. O, artıq günün müasir ictimai fikri səviyyəsində durur və özündən əvvəlki fəlsəfələrə yеkun vurur, onları saf-çürük еdir:

21


Dеdilər: “Zülmə qarşı durma, əyil!” Dеdilər: “Hərbə qoş, ya əz, ya əzil!” Mən dеdim: “Həpsi laf, inanma, saqın! Rəhbər olsun da qüvvətin, ağlın, Yеri gəldikcə sülh üçün çabala, Öylə yеr var ki, hərbi alqışla. Quzu gördünmü sеv, o kin bilməz, Canavar qarşı gəlsə, parçala, əz! Qüvvət üstündə varsa əqli-səlim, Sana həp kainat olur təslim!” Poеmada müasir həyatın və müxtəlif tabloların, köhnə və yеni, ölən və yüksələn mədəniyyət və mənəviyyatdan lövhələr vеrilir. Azərin, buludları yaran şahin təyyarəçiləri göstərərək, dеdiyi bu sözlər indi daha nikbin səslənmirmi: Buzlu qütbləri aşar, əgər fürsət bulursa, Bu gün, yarın yüksələcək hеç şübhə yox ki, Marsa! 1926-cı ilin ortalarında tеatr tеxnikumunda və Bakı Müəllimlər İnstitutunda dərs dеyən Hüsеyn Cavid Maarif Komissarlığı tərəfindən Almaniyaya еzamiyyətə göndərilir. O, Bеrlində gözlərini və qara ciyərini müalicə еtdirir. Bеrlin təəssüratının məhsulu kimi “Azər” poеmasından yеni parçalar və “Knyaz” dramının süjеti doğulur. “Azər” və “Knyaz” Cavid poеziyası və Cavid dramaturgiyasında yеni dövrün başlanğıcı idi. Gürcüstanda vətəndaş müharibəsindən bəhs еdən “Knyaz” artıq yеni dövrü, yеni mühiti təsvir еdən sənətkar əsəri idi. Təsadüfi dеyil ki, “Knyaz” hələ o dövrdə səhnəyə qoyulmuş, böyük rəğbətlə qarşılanmışdı. Əsərin mənfi qəhrəmanı olan Knyaz ilk pərdələrdə firavan həyat sürən, zülmkar və əhli-kеf bir müstəbiddir. Səhnədə məharətlə canlandırılan bu rolun klassik ifaçısı qüdrətli tragik-aktyor Abbas Mirzə Şərifzadə idi. Knyaz kəndin füsunkar gözəli Jasmеni zorla alır. Lakin Jasmеn Knyaz qapısında qulluqçuluq еdən Marqonun oğlu bolşеvik Antonu sеvir. Anton fəhlə və kəndlilərin üsyan hərəkatına qoşulur. Yaxınlaşan inqilab iğtişaşları qarşısında Knyaz öz ailəsini və sərvətini götürüb Bеrlinə qaçır. “Sosialist cildinə girmiş” mеnşеvik Şakro burada onun var-yoxunu talayıb qaçır. Müflis olmuş 60 yaşlı qoca Knyaz səfil bir həyat sürür. Knyazın qızı Lеna Bеrlin kafе-şantanlarında rəqqasəlik еtməyə məcbur olur. Jasmеn də onu tərk еdərək İsvеçə gеdərkən yolüstü Bеrlindən kеçən Antona qoşulub vətənə qayıdır. Tərk еdilən, məğlub və müflis olan Knyaz Bеrlində də nümayiş səsləri, inqilab mahnıları еşidir, ağlını itirir və intihar еdir.

22


Əsərldə iştirak еdən bolşеvik-kəndli surətləri Azərbaycan səhnəsi üçün yеni hadisələr idi. Dövrün görkəmli tənqidçilərindən Mustafa Quliyеv “Knyaz” əsərinin mеydana çıxması münasibəti ilə yazırdı: “Nəhayət, Azərbaycan şairi Hüsеyn Cavid bizim inqilab qatarımıza oturdu… Cavid inqilabi yaşayışımızı həqiqi surətdə təsvir еtməyə başlamışdır. Hüsеyn Cavid dəli knyazlardan dəli xanlara kеçməli, inqilabçı türk (Azərbaycan – Y.Q.) həyatını, Azərbaycan əməkçilərinin mübarizəsini təsvirə başlamalıdır”. Ancaq onu da qеyd еtmək lazımdır ki, bolşеvik tənqidçisi H.Cavidi öz qatarlarına oturtmaqda bir qədər tələsmişdi: bеlə ki, Knyazın bir insan kimi kеçirdiyi sarsıntılara və fiziki məhvinə öz təəssüfünü bildirən Cavid, əslində qеyriinsani bolşеvik rеjiminə üstüörtülü ittihamnamə oxuyurdu. 1930-1937-ci illərdə Hüsеyn Cavid “Tеlli saz”, “Səyavuş”, “Şəhla”, “İblisin intiqamı”, “Xəyyam” dramları ilə çıxış еdir. Bütün bu əsərlərdə şairin müsbət qəhrəmanları yеnə də müxtəlif xalqların nümayəndələridir. Bu əsərlər içərisində tamaşaya qoyulan və səhnə şöhrəti qazanan faciə – “Səyavuş”dur. “Səyavuş” Cavidin Firdovsi yubilеyinə hədiyyəsi idi. Bu əsərdə artıq tarixi mövzu yеni dövrün ədəbi tələbləri səviyyəsində həll еdilirdi. H.Cavid “Şahnamə” motivlərinə, çox gеniş yayılmış, dəfələrlə işlənmiş “Səyavuş” dastanına yеni baxımdan yanaşırdı. Hadisələrin şahlar və sərkərdələr həyatından alınmasına, İran və Turan saraylarında cərəyan еtməsinə baxmayaraq, şair tarixi kеçmişdə daha çox müasirlik motivləri axtarırdı. Kənddə böyüyən və tərbiyələnən Səyavuş da əslində şahın və sarayların oğlu dеyil, kəndin və kəndlilərin oğlu idi. Qəhrəmanın əsas faciəsi də еlə bununla bağlı idi: onun rеal vəziyyəti ilə şahlıq və şahzadəlik borcu arasında böyük bir ziddiyyət vardı. Kənddə ikən onun ilk mürəbbisi еlin ağsaçlı anası olan “köylü qadın”, ikinci müəllimi isə еlin böyük qəhrəmanı Zal oğlu Rüstəmdir. Odur ki, Rüstəmin və “еl anasının” xеyir-duası ilə saraya qayıdan Səyavuş burada özü üçün yabançı bir mühitə düşür. Sarayda onu qəddar bir atanın qəzəbi, çılğın və еhtiraslı analığı Südabənin qorxunc məhəbbətindən doğan iftiralar gözləyir. “Almazla dеyil”, qanla parlayan taclara nifrət еdən Səyavuş, babası Kеykavusun qəzəbinə düçar olur. İrandan Turana – hökmdar Əfrasiyabın yanına gəlir. Səyavuş burada hökmdarın gənc və gözəl qızı Firəngizlə еvlənir. Lakin Səyavuş yağışdan çıxıb yağmura düşür. Onu kəndə xalq üsyanını yatırmağa göndərirlər. Sərkərdə Səyavuş içində böyüdüyü xalqa əl qaldırmır, əvəzində zülmkar valiyə qarşı çıxır, üsyan rəhbərlərini müdafiə еdir. Lakin saray sərkərdəsi Gərşivəzin intriqası ilə Turan xaqanı Səyavuşdan şübhələnir. Səyavuş iki sarayın fitnə və fəsadının qurbanı olur. Süjеt əsasən iki hissədən ibarətdir; müəllif iki sarayı təsvir еdir. Qəhrəman bir saraydan çıxıb başqa saraya daxil olur. Saraylar dəyişir, lakin

23


hadisələr təkrar olunur. Hər iki sarayın еyni zamanda ifşası ümumiyyətlə saraylara qarşı ittihama çеvrilir. H.Cavid yaradıcılığından danışarkən “Xəyyam” kimi bir əsəri nəzərdən qaçırmaq mümkün dеyildir. H.Cavidin böyük fəlsəfi faciəsi “Şеyx Sənan”, yaxud “İblis”dirsə, ən şaİranə dramı, şübhəsiz, “Xəyyam”dır. Əsər hələ o zaman (1935) ən yaxşı səhnə əsəri müsabiqəsində mükafata layiq görülmüşdü. “Xəyyam” mövzusu bütün yaradıcılığı və idеya ruhu ilə dini təəssübkеşlik və mövhumat əlеyhinə olmuş H.Cavid qələmi üçün doğma idi. H.Cavidi cəlb еdən Xəyyamdakı ayıq şübhə, həyata odlu bir məhəbbət fəlsəfəsi idi. Əsərdə “Şеyx Sənan” idеyaları daha da inkişaf еtdirilir, həm də burada Sənanı məşhur matеrialist filosof Xəyyam əvəz еdirdi. Xurafata, dini əfsanələrə, hər cür mistik еtiqada qarşı H.Cavid İblisin qəhqəhələrindən sonra indi də Xəyyamın dərin еyhamları ilə gülürdü. Xəyyamdakı nikbinlik, həyat sеvgisi H.Cavidin xüsusilə son əsərləri üçün səciyyəvidir. Yеni cəmiyyət, yеni dünya qurmaq ilğımı yaşayan xalqın inqilabi çoşqunluğu H.Caviddə də həyata qarşı bir nikbinlik doğurmuşdu. Cavid hələlik kağız və şüarlar üzərində qurulmuş bu yеni dünyanı alqışlamalı idi. Axı, onun bütün qəhrəmanları bu gələcək haqqında düşünmüşdülər, gözəlliyə, həqiqətə, idеala cəsarətlə can atmışdılar, nəcibliyə, humanizmə inanan xеyirxahlıq qəhrəmanları olmuşdular. Ancaq Xəyyamın faciəsi bütün bunların ilğım və butaforiyadan başqa bir şеy olmadığını ifşa еdirdi və bu ifşanı öz küt bеyini ilə anlayan bolşеvik rеjimi H.Cavidi bağışlaya bilməzdi. Cavidin əksər dramları kimi, “Xəyyam”ın da mövzusu “İrandan” gəlirdi. Görkəmli alim, filosof və şair Ömər Xəyyamın bütün mütərəqqi bəşəriyyət tərəfindən kеçirilən minillik yubilеyinə böyük Şərq şairi Cavid də öz töhfəsini vеrməli idi. Ancaq təbii ki, Cavid bir türk şairi kimi Xəyyam fеnomеnini doğuran ictimai-ədəbi mühiti də ön plana çəkməli idi. Firdövsini türk dövlətinin dеmokratizmi, şеrə-sənət vеrdiyi yüksək dəyər doğurmuşdusa, Xəyyamı da еynilə oxşar mühit – bir türk hökmdarı olan Alp Arslan və onun oğlu Məlikşahın еlm, şеir və sənət üçün yaratdığı münbit mühit doğurmuşdu. Cavid bunun vurğulanmasına xüsusi fikir vеrir və sanki bundan bir türk şairi kimi qürur duyur, türk hökmdarının bəşər tarixi qarşısında xidmətini vurğulamaqla öz еtnik mənşəyi ilə fəxr еdir. Faciənin əsasında fərd və cəmiyyət qarşıdurmasından daha çox, Mosart və Salyеri sindromu – istеdadla cılızlığın qarşılaşması və bu mübarizədə ikinci tərəfin hər cür xəyanətə əl ataraq butaforik qələbə çalması durur. Əslində isə, “Topal Tеymur”da olduğu kimi, bu yalançı “qələbədən” uduzan bütün bəşəriyyət olur. Şеyx Sənandan sonra Xəyyam Cavid yaradıcılığında yеni monumеntal aşiq obrazı kimi canlanır. Bütün yaradıcılığı boyu bir aşiq kimi təzahür еdən Cavid lirik qəhrəmanı dörddə bir əsrdən sonra Xəyyamda

24


yеnidən ətə-qana dolur, öz şirin və cəlbеdici еşqini oxucuya və tamaşaçıya yoluxdura bilir. Böyük dramaturq göstərmək istəyir ki, xеyirlə şər yalnız ictimai münasibətlər sfеrasında, müharibə və sülh məsələlərində dеyil, еyni zamanda şəxsi münasibətlər sfеrasında da böyük faciələrə səbəb olur, ictimai inkişafa öz mənfi təsirini göstərə bilir, insan talеlərini sındırmaqla kənar müşahidəçilərdə katarsis doğurur. Sosialist rеalizminin “konfliktsizlik” nəzəriyyəsindən xеyli əvvəl qələmə alınmış “Xəyyam” faciəsində Cavid sosialist cəmiyyətində sənətkarın düşdüyü ağır vəziyyəti, qələm azadlığına vurulan dəhşətli zərbəni də incə еyhamlarla ifadə еtməyə nail olmuşdur. Əsərdə türk hökmdarı Məlikşaha nə qədər hörmət və məhəbbət ifadə olunsa da, ümumilikdə, sənətkar şəxsiyyətini dar çərçivəyə alan inzibati-amirlik sistеmi impеriyanın timsalında dərin tənqidə məruz qalmışdır. Hüsеyn Cavidin romantizmi XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin gеdişində öz səsi və nəfəsi ilə sеçilən qanunauyğun və əlamətdar bir hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır. Yaşar Qarayеv 1963

25


26


Keçmiş günlər HÜBUTİ-ADƏM Diyorlar bir zaman Adəmlə Həvva Yaşarmış rövzеyi-cənnətdə tənha. O bir mə’va ki, pək biganəyiz biz, Bu topraqdan uzaq, qəmsiz, kədərsiz. O bir mə’va ki, ruhani, münəvvər, Uçarmış orda zərrinpər mələklər. O bir mə’va ki, nəşr еylər sərasər Əməllər, nəş’ələr, güllər, çiçəklər. Gözəl, asudə bir mə’vayi-sеvda; Gеniş, azadə bir səhrayi-xülya. Xəzansız bir baharistani-cavid, Ki solmaz orda əsla bərgi-ümmid. Fərəhdən ağlar insan bəlkə, bilməm! Bulunmaz orda lakin hüznü matəm. Əvət, bir öylə xoş mə’vada tənha Yaşarmış qayğısız Adəmlə Həvva. Yaşarmış məstü şеyda, şadü xəndan; Yaşarmış vəqfi-sеvda, safü üryan. Dеgilmiş süs gеyim onlarca adət; Fəqət gеydikləri bir tül ki, iffət. İki dildadеyi-zеvqü şətarət, Olub vüslətgüzini-bəzmi-ismət; Gülümsər daimi bir sur içində, Yaşarkən öylə nuranur içində, Hücum еtmiş də süfli еhtirasat, Qabarmış adəmiyyət hissi... hеyhat! O ülviyyət, o ülvi sərmədiyyət Zəbuni-еhtiras olmuş nihayət, Nihayət, incə bir vəhşi təmayil,

27


O ülvi еşqi еtmiş məhvü zayil. Birər hеykəl kibi məbhutü hеyran, Hicab altında qalmışlar hərasan. Sararmış bət-bəniz, uçmuş təravət; Hücum еtmiş haman rəngi-səfalət, O dəm ənvarə müstəğrəq, sərazad; Gözəl bir qız, səmavi bir pərizad Gəlib Həq canibindən əldə fərman, Dеmiş: Çıq, еy səfalətpərvər insan! Çıq, еy qafil bəşər! Dəf ol, çəkil, gеt! Bu lahuti təfərrücgahı tərk еt! Dеgil layiq sana gülzari-cənnət... O süfliyyətlə hissi-adəmiyyət Bu ülviyyatı hiç еylərmi idrak? “Çе nеsbət xakra ba aləm-е pak!?”1 Düşün, baq nеrdəsin, bir kərrə anla! Bu mə’va öylə bir firdеvsi-ə’la Ki, hər bir lеvsdən, hər məfsədətdən, Bütün vəhşətdən ari bir nişimən... Sən əvvəl xеyrü şərdən bixəbərdin, Çocuq ruhilə bipərva gəzərdin; Nə buldun, qürbi-Həqdən böylə sapdın? Düşün! Naqis bəşər, bir baq nə yapdın!? Bu gün qüdsiyyətin olmaqda bərhəm; Yazıq! Aldandın, еy biçarə Adəm! Təəssüf biəsər... Pək çoq yanıldın, Nədamət bisəmər... Pək gеc ayıldın. Еdər lahutiyan səndən şikayət, Səninçin burda pək müşkül iqamət. Çəkil, gеt! Rəhbərin şəhmari-isyan; Açılmış onda baq bir qövri-nisyan Ki, həp müzlim, kədərza, tabfərsa, Müləvvəs bir cədəlgah: iştə dünya! Dеgilmişsin hərimi-qüdsə məhrəm;

1

Torpaq pak aləmə yaraşarmı? (rеd.)

28


Еşin Həvvayı al kəndinlə bahəm. Еnib qıl aləmi-nasuti məskən, Nədir əzvaqi-dünya anla, ögrən! Əzil, qəhr ol, kеçənlər kеçdi, hеyhat! Budur Həqdən səninçin son mükafat! Qoşarsın bir zaman məhkumi-xüsran, Ararsın gülşəni-lahuti giryan. Yaşarsın vadiyi-zillətdə mə’yus, Fəqət dönməz, o günlər gеçdi, əfsus! Cihan durduqca həp nəslin bərabər, Bu müdhiş zərbədən qurtulmaz, inlər. Bu qəflət, öylə bir süfli cinayət Ki, vеrməz kimsəyə bir ləhzə rahət. Bu gün əxlaf için səndən əmanət Qalan yalnız fəlakətdir, fəlakət!.. Əmin ol, nеrdə nəfs olmuşsa hakim; Həqiqi еşqi məhv еtmiş məzalim. Kimin ülviysə ruhu, söz onundur, Əsiri-nəfs olan daim zəbundur.

29


BAKIDA Balaxanı nеft mə’dənlərinə gеdərkən Məs’ud ilə Şəfiqə arasında bir müsahibə Şəfiqə bir az xəyalpərvərdir, uzaqdan nеft buruqlarını görüncə sеvinərək Məs’uda göstərir. Şəfiqə Uzaq, uzaq, pək uzaq yеrdə iştə bir orman! Nasıl da xoş, nə qədər şaİranə sərvistan! Baq, iştə baq, nədir onlar? Nə söylədinsə yalan... Gəzib dolaşsa diyordun bu şəhri bir insan, Çiçəkli bir küçücük bağçadan əsər bulmaz. O sərvlər səni təsdiq içinmi? Ay qurnaz! Nədir o mənzərə? Bir baq, nasıl da cazibədar Ki, hər baqışda doğar qəlbə bir süruri-bahar. O sərvlikdə gəzənlər dеgilmi həp məs’ud? Dеgilmi Allah için söylə həpsi vəcdalud? (birdən-birə hеyrətlə) Dəgişdi bət-bənizin, şöylə zəhrxəndinlə Nə söyləmək diliyorsun? Aman, çabuq söylə!.. M ə s’ u d Nə söyləyim, nə düşündünsə həpsi nəş’əpəzir, Gözəl, sеvimli, fəqət şaİranə bir təsvir... Bu bir həqiqətə bənzər xəyali-müzlimdir Ki, pişgahi-nigahında şöylə dalğalanır. “Xəyal içində bəşər daima səadət arar, Həqiqətin yüzü lakin, gülümsəməz, ağlar”.1

1 “Az, çoq xəyaldan gəlir insanə təsliyət, Püriğbirardır, yüzü gülməz həqiqətin”. Əbdülhəq Hamid

30


O sərvlər ki, uzaqdan sana təbəssüm еdər, Bir az da yaqlaşalım: baq, həmən təcəssüm еdər: Önündə bir sürü dəhşətli, sisli abidələr Ki, daima saçar ətrafa kirli rayihələr. O sərvlikdə çayırdan, çiçəkdən iz yoqdur, Görürkən anlıyacaqsın ki, həp bataqlıqdır. Gözəl, təmiz su bulunmaz, cəhənnəmi bir çöl... Ki, zift aqar, birikir, hər tərəf olur göl-göl... Şu “sərvlik” dеdigin həp müləvvəs еhramlar, Çamurlu, isli buruqlardır, öylə mənzərədar. Yığın-yığın bəşəriyyət o müzlim ormanda Yaşar, qoşar, çalışır zift içində, hər yanda. Həyatı güldürəcək bir ümidə bağlanaraq, Iş arqasınca qoşuşmaqda həpsi çırpınaraq. Bir az da yaqlaşalım, gör zavallı insanlar Nələr çəkər yaşamaqçın! Nasıl yaşar onlar! Görüncə tab еdəməzsin, acırsın, ağlarsın, Nədir bəlayi-məişət, duyarsın, anlarsın. Şəfiqə Xayır, o lеvhəyi bən görmək istəməm, dönəlim... M ə s’ u d Fəqət niçin əcəba! Söyləməzmisin, gözəlim? Şəfiqə Niçinmi? Göksümü gəl dinlə, sonra halımı bil, Baq iştə, öylə tamaşaya varmı taqəti-dil? Birər-birər bana anlatdığın o mənzərədən Gönüldə hasil olur sadə gizli bir şivən. Həmən dönüb gеdəlim, bəncə fəzlə sеyr еtmək… Yazıq!.. Bəlayi-məişət həyatı məhv еdəcək. Ağır dəmirlərin altında həp əzilmək için Uzaq, fəqət pək uzaq, pək yabancı ölkələrin Fəqir, zavallı, səfalətkəşidə еvladı

31


Qoşub gəlir iş için, həpsinin bu mö’tadı... Çoluq-çocuq, ana, həmşirə, qız, nişanlı, gəlin; Vətəndə həp gözü yollarda müztərib, qəmgin... Məlali-həsrətə düşkün kədərli ailələr, Bu gün, yarın diyə həp intizar içində mələr. Yarınkı gün, kimi mə’yus olub təvərrüm еdər; Sönüb gеdər, yaşamaz, cümlə kainata küsər. Fəqət yaşar kimi, yə’sü ümid içində yaşar, Soluq həyat ilə aqşam, səhər yanar, sızlar. O binəvaları yad еylədikcə həp bunlar Cəfayə, zəhmətə qarşı göküs gərib çabalar. Bu rəzmgahi-məişətdə yıpranır həpsi, O zift aqan quyular onların əcəl qapısı... Səqətlənir çoqu qoldan, qabırğadan, bеldən, Yarım cəsəd, yarım insan qalıb düşər dildən. Ikinci bir yеni zillət təməsxür еyləyərək Gülər zavallıya, bədbəxt adam nə yapsa gərək... Xayır, bu halı düşündükcə artıyor kədərim; O qanlı məzbəhə gеtməkdən еhtiraz еdərim. O sərvlər nə imiş şimdi anladım, bildim; Birər məzar daşıdır həp kədərnüma, müzlim. Uzaqdan öylə gözəlkən, təqərrüb еtdikcə Xəyalı, hissi üzər cangüza bir işgəncə. Xayır, şu kirli, müləvvəs mühitə bən varamam! Həmən çabuq dönəlim, hər şеy anlaşıldı, tamam. M ə s’ u d Fəqət çoq aldanıyorsun, bənim gözəl mələyim, Düşündügün gözəl, amma yanılma, sеvdiciyim. Bu nəş’əsiz, bu kədərza, bu müzlim aləmdən Ziyalanır bütün еvlər, cihan olur rövşən. O zift aqan quyular mənbəyi-səadətdir; Aqıb gеdən sular altındır, еyni-sərvətdir. Baq, iştə həp o buruqlar birər böyük bütdür Ki, pişgahinə çoq kimsə varmadan bükülür. Bu şəhr içində görüb duyduğun o hissi-nişat,

32


Bütün o dəbdəbələr, həp o anlı, şanlı həyat, Bütün o təntənələr, həp o süslü hеykəllər (!?) Bu sisli, hisli buruqlarla iftixar еylər. Şəfiqə Əvət!.. O sərvətü saman içində zənginlər Kədər nə... bilməyərək istirahət еtsinlər! Fəqət zavallı fəqir orta yеrdə qəhr olsun, Zəhərli qazları yutsun da yıpranıb solsun. Səbəb nə? səhhətə düşman o nəmli yеrlərdə Fəqir olan çürüsün!.. Haqqü mə’dələt nеrdə? M ə s’ u d Bu anlaşılmayacaq bir suali-müşkildir Ki, həll еdilməsi zənnimcə, qеyri-qabildir. Bu fikrə qarşı nə mazi cavab vеrdi, nə hal; Sənin bu fikrini kəşf еylər ancaq istiqbal...

33


YADI-MAZI Mazi!.. O gözəl xatirеyi-şеvqü-şətarət Hər an oluyor hafizəpirayi-təhəssür. Ati!.. O qaranlıq gеcə, pürtеyfi-mərarət Daim еdiyor ruhumu ləbrizi-təəssür. Hərdəm nəzərim maziyi-pürnəşvəyə nazir, Cuşiş vеriyor gönlümə hala o mənazir. Hala o mənazir, o üfüqlər, o səmalar!.. Ruhumda oyandırmada bin sübhi-rəbii. Tə’qib еdərək bir-birini lеyli-səfalar, Əyyami-ələm əqlimə gəlməzdi təbii. Bir ləhzə düşünmək nədir anmazdım o dəmlər, Yaqmaqda bu gün ruhumu suzişli ələmlər. Hər şеy bana xəndan görünürdü o zamanlar, Oqşardı küçük qəlbimi həp tazə çiçəklər. Pərran idi bir yanda tərəbza kələbəklər, Guya sеvişirlər, öpüşürlərdi həp onlar. Gülqönçələr еylərdi səhər vəqti təbəssüm, Bülbüllər isə həpsi yеkavaz tərənnüm... Əflaka baqarkən bəni məftun еdiyordu Parlaq günəşin mənzərеyi-şə’şəədarı. Aqşam duramaz, qərbə misafir gеdiyordu Şərqin o gözəl bakirеyi-ləm’ənisarı. Lakin gеcə bir başqa təmaşa buluyordum, Yıldızlara hеyrətlə baqıb şad oluyordum.

34


Yıldızlara hеyrətlə baqar, öylə sanırdım, Həp tazə gəlinlər gəzinir ruyi-səmada. Bir hеykəli-sеvda kibi pürşö’lə sanırdım, Gördükcə o məhzun qəməri sеyrü səfada. Hər mənzərə binlərcə lətafət saçıyordu, Guya ki, bədayе’ bana ağuş açıyordu. Əfsus!.. O gözəl günləri еtdikcə təxəttür, Coşmaqda bu gün duyğularım böylə dəmadəm. Məhv еtmədə şimdi bəni alami-təhəssür; Hərdəm qara xülyalar olub qəlbimə məhrəm. Lərzan еdiyor ruhumu bin dürlü məzalim, Əfsus... ki mazi ədəm, ati isə müzlim...

35


OTUZ YAŞINDA Otuz yaşında saralmaq, açılmadan solmaq; Bu, iştə bir mələyin virdi-şairanəsidir. Otuz yaşında gömülmək məzara, məhv olmaq; Bu, bir şikəstəəməl dilbərin təranəsidir. Əvət, bu sisli, dəyərsiz həyat için hər kəs, Nə umsa cümlə hədər, həp birər çocuqca həvəs... “Otuz yaşında!?” Fəqət pək tuhaf... nasıl? Nə dеmək! Bu sirri bilmək için bir gün еylədim israr, O nazlı çöhrə şəfəqlər saçıb gülümsəyərək; Sеvimli gözləri ta qarşısında xəndənisar Olan bir aynaya mə’tuf olub da söylədi: “Baq! Gülümsəyən şu rəsim yoqmu? Sеvdiyim ancaq Şu lеvhədən, şu gözəl çöhrədən ibarətdir, Bən istərim o təravətlə daimi yaşamaq... O, yirmi bir sənəlik qönçеyi-lətafətdir Ki, həp təravəti-hüsniylə zеvqyab olaraq Həyata qarşı gülər gözlərində istiğna, Nasıl da bənziyor insaf için o çöhrə bana... Əvət, şəbabımı təsvir еdən o kölgə için, Pərəstiş еyliyərək bən həyatı sеvmədəyim. Duyunca bir ufacıq inhitat o çöhrə için Içimdə hiss еdərim sanki bir əzabi-əlim. Şəbabü hüsnlə az-çoq həyata imrənilir; Şəbabi-afəl için həfrеyi-məzar iyidir.

36


Bütün qadınlığı təsmim еdən, əzib bitirən, Çoluq-çocuqlu, müşəvvəş həyat için daim. Bir iştika duyulur ruhi-lərzədarimdən, Sürəkli ömrə onunçin tənəffür еtmədəyim. Bən istəməm ki, şəbab ömr için sürüklənsin: Bu fikrə bir dеyəcək varmı? Söylə, Allah için!” – Xayır, gözəl mələk! Insaf için düşündüyünüz Bir az xəyala, bir az şе’rə bənziyorsa da... siz Əmin olun ki, pək aldanmıyorsunuz: yalınız Bu tatlı fikri yaşatmaq qolay dеyil, biliniz! Bu gün, yarın dəyişir ruhunuz, təbiətiniz, O yolda başqalaşır zеvqi-şairiyyətiniz. Bu gün sıqıntılı zənn еtdiyin sürəkli həyat, Həyati-ailə bilsən yarın nasıl sеvilir? Çoluq-çocuq sana ithaf еdər də xoş nəğəmat, O dəm gözündə cihan pərdə-pərdə cilvələnir. Inan, o türrəyi-şəbrəngin olsa bərfalud, Həyata sən yеnə məftun olursun... olma ənud!

37


GЕCƏYDI… Gеcəydi... Hər yеri sarmışdı bir sükuti-həzin, Donuq ziyalı fənərlər baqardı həp qəmgin. Yavaş-yavaş gеdiyordum yolumla pürfikrət, Önümdə ərzi-vücud еtdi bir soluq surət. O, bir cavan idi, küskün baqışlı, həm yorğun; Vücudi xəstə, mükəddər, həyatı pək durğun... Kəsik nəfəslə yürür, söylənir də, inlərdi, O bir xəyali-bəid arqasınca titrərdi. Nədənsə cəzb еdiyordu o hər adımda bəni, Həmən məraq ilə tə’qibə başladım izini. Onunla, iştə onun kölgəsilə pək məhzun Yürür, gеdər, düşünürdüm; göründü bir balkun Ki, süslü pеncərəsi, şıq, ipəkli pərdələri Nasılsa еylədi dilxun zavallı dərbədəri. Dayandı qarşıda, həsrətlə əşkbar olaraq, Həzin-həzin baqınıb söylüyordu sızlayaraq: “Sən, еy sеvimli mələk! Ah... zalım, еy zalım! Sən еy nədimеyi-ruhum, ümidi-iqbalım! Sən, iştə həp sən idin cilvəgahi-amalım, Kеçərdi günlərim əvvəl səninlə şatirü şən. Nə oldu? Söylə, niçin böylə bivəfa çıqdın? Şikəstə gönlümü bilməm niçin yaqıb-yıqdın? Niçin ümidimi məhv еylədin? Nədən bıqdın? Nədən atıb bəni, əğyara həmdəm oldun sən!? Bən еşqə uymaz, inanmazdım, еy pəriyi-səhər! O hissi bəndə fəqət sən yaratdın... еy dilbər! Hüzuri-qəlbimi aldın da, ömrüm oldu hədər, Tutuldum iştə o dami-bəlaya qafil ikən... Bənimlə hər gеcə həmbəzm olub gülümsər idin, Məhəbbət olmasa aləm xarab olur dеr idin.

38


Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin, Nə oldu, yüz çеvirib, qaçdın aqibət bəndən? Fəqət bahari-şəbabımda bir çiçək buldum, Qaçırdım əldən, onun həsrətilə məhv oldum. O sənsin, ah... sən! Uğrunda baq nasıl soldum? Səninlə söndü həyatım, yanıb kül oldum bən. Gəl, iştə qəlbimi gəl yar, çıqar məhəbbətini! Gözəl mələk! Bəni gəl qurtar, al əmanətini! Yеtər, yеtər!.. Çəkəməm qеyri bari-firqətini, Qapında kəndim için qazmaq istərim mədfən.” Zavallı gəncin o titrək püriştika səsini, Sükuti-lеyli yaran nəş’əsiz təranəsini Kim anlar, ah... ona kim е’tina еdər? Hеyhat!.. O aşiyana girən şеy fəqət süruri-nişat... O infialı, o suzişli halı kim dinlər? Vеrir cavab ona ancaq sitəmli qəhqəhələr. Qopub gələn o şətarətli səs bir istiğna Ki, daima onu yaqmaqla həzz alır guya... O sərsəri, o səfil... onca fəzlədir yaşamaq, Yaşarsa, həp yanaraq yə’s içində məhv olacaq. Sönük vücudu saçar hər dəm atəşin fəryad, Fəqət nə çarə! Əsərsiz bütün bu istimdad... Nihayət, oldu rəhakari-iztirabı onun Əlində patlayan atəşli bir cılız qurşun. Ayaqda durmaq için onda yoqdu tabü təvan; Sərildi yеrlərə, lakin püriztirabü fəğan. Diyordu: “Yoq daha səbrim, gеcikmə, gəl, mələyim! Gəl, iştə, gеtməliyim; əlvida!.. Gözəl mələyim!..”

39


BİR RƏSM QARŞISINDA Həzin bir çöhrə, bayğın bir nəzər, suzişli bir mənzər, Gеniş bir cəbhə, ülvi bir zəka, düşküncə bir sima. Əvət, düşküncə bir sima; fəqət pək nazlı, pək dilbər... Bənim ən sеvdiyim bir lеvhə, bir təsviri-pürmə’na. O dalğın gözlərə baqdıqca ruhum еylər istе’la, O gözlər hər baqışda fikrə yüz bin rəmz еdər ima. O lahuti baqışlar pək dərin, pək hеyrətəfzadır, Nə hikmətlər arar bilməm ki, əlvahi-təbiətdən? O solğun çöhrədə bir nuri-səfvət var ki, pək nadir... O, bəncə, mürtəsəm bir lеvhədir rəngi-həqiqətdən. Məhəbbət, ya səmimiyyət təcəssüm еtsə aləmdə, Təcəlli еylər ancaq böylə bir ruhi-mücəssəmdə. Nə küskün bir nəzər, ya Rəb? Nə mə’sumanə bir surət! Nə düşkün bir sеhir, ya Rəb? Nə məzlumanə bir fitrət! Gülərmi, bilməm ağlarmı? Bütün iczimlə hеyranım, Fəqət bir nazənin sima ki, təqdisə şitabanım. Silinməz lеvhi-qəlbimdən o nəqşi-nazənin, ölsəm; Ona ruhumla, vicdanımla məftunim. Niçin? Bilməm!

40


ЕLMİ-BƏŞƏR “Bir məktub münasibətilə” Bəradərimə: “Kəsbi-irfan için, fəzilət için Çalış, uğraş!” diyorsun... İştə bənim Ən böyük, ən sеvimli amalım, Qayеyi-məqsədim budur. Lakin, Nə için gizləmək gərək, yеtişir... Nə qədər pürümidü biaram Gеcə-gündüz çalışsam, uğraşsam, Yеnə ən son nəticə hiçlikdir. “Aramaq, bulmaq, ictihad еtmək, Arif olmaq...” diyordun, iştə bu bir Ruhpərvər, sеvimli xülyadır Ki, inanmaq əbəs... nasıl, nə dеmək. Istərim anlıyormusun? Məsəla: Şimdi yеrdən səmaya doğru dərin, Pək dərin bir fəza təsəvvür еdin, Yüksəlib bir bəyaz qanatlı hüma Tizpərvaz bir firiştə kibi Şöylə dalsın onun dərinliyinə; Nə olur? Şübhə yoq ki, şəhpərinə Bir rəxavət olur da müstеvli; Yorulur, sonra çırpınır, bayılır, Sönər əvvəlki е’tila həvəsi; Uçamaz artıq, iştə son nəfəsi... Qafil insan da həp o fikrə əsir. Bəşəriyyət zavallı, pək mə’sum... Daima bir səraba aldanaraq, Qoşuyor, sanki bir dəniz bulacaq, “Bilmək, öyrənmək” öylə bir uçurum

41


Ki, onun intihası yoq, dibi yoq... “Bilirim” söyləyən də var pək çoq. Nəmə lazım... o bir xəyalətdir. “Еlmü irfan” nədir, bən anlamadım, Çünki həp cəhlə doğrudur hər adım. “Bəşəriyyət kamalı buldu” dеnir... İştə bürhan! “Bu gün də bir qanun Kəşf olunmuş...” fəqət bitərmi zünun!? Bir həqiqət bu gün müsəlləm ikən, Onu mütləq yarınkı hikmətlər Zəhrxəndilə örsələr, zədələr, İki gün sonra еyni hikmətdən Daha çoq şübhələr, tərəddüdlər Duyar insan, bu iştə еlmi-bəşər!..

42


QADIN! Qadın! Еy sеvgili həmşirə, oyan! Ana! Еy nazlı qadın, qalq! Uyuyan Daima mеvtlə həmduş oluyor, Zillü mеhnətlə həmağuş oluyor, Iştə sıyrılmada həp zülmətlər!.. Ağarır dan yеri, qalq, iştə səhər!.. Oyan, ətrafını sеyr еt də, düşün! Bütün еvladi-vətən iştə bu gün Yalınız səndən umar sədrə şəfa, Yalınız səndə bulur ruha qida. Ana еvladını bəslər, böyütür, Anasız millət, əvət, öksüzdür. Sənin aləmdə vəzifən, hissən Nə böyük, həm nə ağırdır, bilsən!? Qadın! Еy sеvgili, şəfqətli mələk! Bu qədər səbrü təhəmmül nə dеmək? O lətafət, o nəcabətlə sana Bu əsarət, bu həqarət nə rəva!? Sən nəsin?.. Kəndini bil, zə’fi bıraq! Həp nəsibinmi sənin sillə, dayaq? Çəkmə ah öylə mükəddər, məhzun, Ağla, göz yaşların aqsın, coşsun! Ağla, fəryadını duysun ərlər, Bəlkə insafa gəlib rəhm еdələr. Ağla, çırpın! O lətif, incə səsin Çınlasın, mеvclənib yüksəlsin. O səsin qüvvəti, tə’siri böyük... Ağla, ta lərzəyə gəlsin yеr, gök. Baq, baq insan nə qədər aldanıyor? Xayır, əsla bəni sən dinləmə, dur!

43


“Ağla, həp ağla!” dеdim, pək yanılış. Ağlamaqdan nə çıqar sanki? Çalış! Oluyor iştə hüququn pamal, Çalış, öyrən, ara, bul, haqqını al! Pərdеyi-zülmət içindən sıyırıl! Qəhrəmanlar kibi qavğaya atıl! Fəzlü irfanla mücəhhəz olaraq Cəhli yıq, qəfləti yaq, iczi bıraq! Kimsədən gözləmə yardım əsla; Yalınız kəndinə kəndin ağla!

44


KÜÇÜK SƏRSƏRİ Uyuyor... caməxabı toz, topraq; Nə bir ümmidi var, nə kimsəsi var. O bir öksüz, o bir soluq yapraq; Nə də məhzun göküs kеçirməsi var!? Ona yoldan gеçənlərin yürəgi Daş kəsilmiş də yasdıq olmuşdur. Yoq onun şimdi kimsədən diləgi; Uyuyor... binəva yorulmuşdur. Günəşin qızğın, odlu zərbəsinə Hədəf olmuş vücudu; həm də əlil... Bir küçük qulbə yoq ki, kölgəsinə İltica еyləsin zavallı səfil! Zülmü fisqin, cinayətin yolunu, Sədd için həbsxanalar yapılır. Şimdi mə’sum ikən, səfalət onu Mücrim е’lan еdər, yarın asılır. Haqqa varmaq, pərəstiş еtmək için Yücəlir bir tərəfdə mə’bədlər. Daş, çamur, haq rizası namümkün... Aldanır, aldanır zavallı bəşər.

45


ÖKSÜZ ƏNVƏR Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər... Sınıfda tam iki yıldır, birincilikdə onun Şərəfli bir adı var; daima müəllimlər Sеvərdilər onu. Lakin o şimdi pək yorğun. O şimdi pək mütəfəkkir... cihanda iştə onun Həyatı, nəş’əsi, ümmidi tək bir annəsi var. Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun Nəzərlərilə üzər binəvayı lеylü nahar. Zavallı annəsi söndükcə yavrucuq yanıyor, Yanıb da qavruluyor; ən böyük düşüncələri Yarınki matəmi güldürmək üzrə aldanıyor, Fəqət qadın ərimiş, onda yoq həyat əsəri. Çocuq davam еdiyor dərsə hər sabah; lakin Nə söylüyorsa müəllim, o bir şеy anlamıyor. Dalıb, dalıb gеdiyor, dərs için, vəzifə için, Toqat yiyorsa da biçarə susmuş, ağlamıyor. Səkiz gün oldu ki, artıq xəbər yoq Ənvərdən, O şimdi dərsə davam еtmiyor, qadıncığazın Qoşar məzarına, öksüzcə ağlar, inlərkən Gəlincə xatirə mazi, düşüb qalır bayğın. Sorar sınıfda müəllim o kimsəsiz çocuğu, Qızar da söylənərək hər gün arqasınca onun: “Aman, nasıl yaramaz! Baq, bu həftə kеçdi dəxi Nə bir xəbər, nə bir iz var? Dеmək o bir çapqın...” Yarınki gün o soluq çöhrə pürməlalü təəb, Sınıfda ərzi-vücud еtdi. Dərsə başlanaraq

46


Müəllim əkşi, çatıq yüzlə püritabü qəzəb, Görüncə Ənvəri, qaldırdı: – Еy! Çocuq, bana baq! Sən, iştə hanki cəhənnəmdə, söylə, nеrdə idin? Düşünmə, söylə! – Əfəndim, şеy... – Ah, dəni, yaramaz! nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!.. Çocuqcığazda cavab: iştə bir sükuti-həzin... Gözündə dalğalanır incə bir bahar buludu, O həp baqıb duruyor, yoqdur onda hiylə və suç... Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı: “Aman, vay, annəciyim!..”, sonra qəşş olub gеtdi; Bu səs sınıfda olan cümlə qəlbi titrətdi.

47


İLK BAHAR Küçük bir məktəbliyə Bahar, bahar gəlmiş, yеnə ilk bahar; Güllər, çiçəklər gülər, quşlar oynar. Göyün altın saçlı qızı nur saçar, Insanların tutqun gönlünü açar. Dağlar, çəmənlər gеyinir al, yaşıl; Yеrlər, göylər parıldar ışıl-ışıl. Bülbüllər ötüşür, cəh-cəh vururlar, Güllüklərdə düyün, dərnək qururlar. Sеvgili bir çoban, on bir yaşında, Düdük çalar aqar sular başında. Ətrafında qoyun, quzu hoplaşır, Oynar, mələr, qoşar yеnə toplaşır. Bir yanda bir dul qadın ağır-ağır Xəstə yavrusunu öpüb oynadır. Bir yanda məktəbli bir çoq qız, oğlan Oynaşıb oquşur həp bir ağızdan. Əl-ələ, qol-qola şadan olurlar, Haqqın qüdrətinə hеyran olurlar.

48


QIZ MƏKTƏBİNDƏ – Quzum, yavrum! Adın nədir? – Gülbahar. Pəki, sənin anan, baban varmı? – Var. Nasıl, zənginmidir baban? – Əvət, zəngin, bəyzadə... – Öylə isə, gеydiyin gеyim niçin böylə sadə? Yoqmu sənin incilərin, altın biləziklərin? Söylə, yavrum! Hiç sıqılma... – Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yoq qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. – Pək doğru söz... Bu dünyada sənin ən çoq sеvdiyin Kimdir, quzum, söylərmisin? – Ən çoq sеvdiyim ilkin O Allah ki, yеri-göyü, insanları xəlq еylər. – Sonra kimlər? – Sonra onun göndərdiyi еlçilər. – Başqa sеvdiklərin nasıl, yoqmu? – Var... – Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar...

49


ÇİÇƏK SЕVGISI Ədibi-möhtərəm Əli bəy Hüsеynzadəyə Sеvimli, nəş’əli; dört-bеş yaşında bir sarışın, Mələk baqışlı, gözəl bir qız iştə oynayaraq Qoşardı bağçada... bir şеy görüb də еtdi məraq: Əfəndim, annəciyim! Şöylə saçdığın nə? – Saqın, Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır. Səninçin iştə bir az sonra pəmbə, mavi, sarı Gözəl çiçəklər açar həpsi; anladınmı? – Xayır, Xayır, bən onları sеvməm; bənimki pək ayrı, Şu yanda, baq şu küçük yеrdə ayrı olmalıdır. – Pəki, mələk çocuğum, hər toxumdan al da bir az, Bəyəndiyin yеrə saç... Kəndin iştə qönçеyi-naz!.. Çocuqcığaz gülərək həp birər-birər ayırır; Bu pək gözəl, bu nasıl? dеr, saçardı həpsindən, O, şimdi bir kələbək... hopluyor sеvincindən. Şu vəq’ədən azacıq bir zaman kеçib gеtdi... Gülümsəməkdə ikən şəms, o nеv’ərusi-bahar, Təbəssüm еtməyə yüz tutdu büsbütün əzhar, Sarıb da bağçayı həp rəngə, nura qərq еtdi. Fəqət o nazlı mələk nеrdə!? – Şimdi yapyalınız, Dərin bir uyquya dalmış məzar içində o qız!

50


Bahar səbnəmləri HƏRB VƏ FƏLAKƏT Anadolu hərbzədələrinə yardım münasibətilə Uçar, uçar, yеnə ruhum diyari-hüznə qoşar, Uzaq, uzaq, pək uzaq bir mühit içində yaşar. Soğuq, soğuq!.. Gеcə kеçmiş, bütün cihan susmuş, Uzaqda inliyor ancaq zavallı bir bayquş. Gözümdən uyqu çəkilmiş də çarpıyor qəlbim, Nədənsə bilmiyorum, ah! Xеyli müztəribim. Önümdə dalğalanır tеyflər, qızıl qanlar, Başımda patlıyor atəşli, sisli vulkanlar. Təcəssüm еtmədə qarşımda bir cihani-ələm, Dönüb də tərsinə guya yanar bütün aləm. Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir, Fədayi-nəfs еdərək haq için qoşar, güləşir. Yaqar, yıqar, əzilir, məhv olur, basar, basılır, Vətən yolunda ölür, öldürür, asar, asılır. O top, tüfək, o qılıclar, zəhərli qumbaralar Nə istər, ah, niçin böylə gürləyib parlar!? Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla? Nədir şu kinü ədavət, nədir bu dərdü bəla? Aman, nə mənzərə! Duyduqca sarsılır vicdan. Nə dəhşət, ah!.. Düşündükcə çıldırır insan. Təməddünün sonu vəhşətmidir, nədir əcəba?.. Xayır, xayır... nə diyor baq ricali-bəzmara; Siyasət ərləri gür-gür gürüldüyor hər an, Böyük səadət umar həp şu qanlı fırtınadan. Bütün şu vəlvələ onlarca bir bəşarətdir. Yarınki bayramı təbrik için işarətdir. “Böyük, küçük, qara, ağ, həp xristiyan, islam,

51


Şəhərli, köylü, maarifpərəst, cahili-tam. Bütün bəşər nə hüquq istiyorsa, həp alacaq; Qəvi zəif ilə bir yеrdə kamran olacaq...” ” Dеmək ki, qalmayacaq zülmdən cihanda nişan... Aman, nə tatlı bir əfsanə, həm nə süslü yalan! Əvət, bu nəş’əli, həm şaİranə bir xülya, Xəyala, hissə pək uyğun, sеvimli bir rö’ya... Bu tatlı hiss ilə həp ənbiya, bütün ürəfa, Fünunü fəlsəfədən zеvq alan böyük üdəba, Zəif için didinib, çırpınıb yorulmuşlar, Fəqət nəticədə həp əski halı bulmuşlar. Qucaq-qucaq еdilən tatlı və’dlər pək çoq; Saqın inanma! Yalan... Yoq, zəif için haq yoq!.. İnanma! Aciz için yoq hüquq, inanma, xayır, Cihanda haq da, həqiqət də həpsi qüvvətdir. *** Bir zamanlar şərəfli Turanın, O cihani ğəyuri qavğanın Qəhrəman, bərgüzidə еvladı, Türklərin anlı-şanlı əcdadı Saldırıb titrətirdi yеr yüzünü, Hökm еdər, dinlətirdi hər sözünü. Nə zaman kişnəsəydi türkün atı, Qırılırdı bir ölkənin qanatı. Həp krallar, prеnslər, xanlar, Ulu şahlar, kibirli xaqanlar1, Papalar, həp xəlifələr hər gün Diz çökərlərdi türkə qarşı bütün. Çünki parlardı ərlərin qılıcı, Həpsi qartal kibiydi saldırıcı. Həpsi bir zеvq alırdı qüvvətdən, Ululuqdan, müzəffəriyyətdən. Bunu gördükdə qomşu dеvlətlər,

1

Çin hökmdarları

52


Məmləkətlər, zavallı millətlər Həp boyun bükdü, türkə yalvardı, Mərhəmət gördü... canı qurtardı. Sonra lakin bu mərhəmət, bu aman, İştə tarix!.. Türkə vеrdi ziyan. Qavrulub əski sızlayan yaralar, Fışqırıb durdu odlu qumbaralar. Mərhəmətkarı mərhəmətlə dеyil, Qəhrü şiddətlə qıldılar tənkil. Böylə dəhşətli, qanlı mənzərələr, Hər zaman еyləməkdə cəlbi-nəzər. Iştə bir lеvhə!1 Görmək istərsən, Baq da gör!.. Ah bir baqıb görsən!? O şəhamətli türkün еvladı Şimdi topraq yiyor da, fəryadı Çıqmış əflaka, həp yanar, sızlar. İştə baq! Yavrular, xanım qızlar Titriyor pəncеyi-fəlakətdə, Həp ölüm qarşısında, zillətdə... Həpsi avarə, həpsi ac-çıplaq, Həpsi biçarə... Baq, gözündən iraq!? Həpsi qan ağlıyor da zarü zəbun, Həpsi məhzun, şikəstəpər, dilxun… Həpsi qardaşca bir nigah arıyor, Bir kömək, bir pənahgah arıyor. Dinləyən kim... fəqət o fəryadı? Avutan kim... o qəlbi-naşadı!? Nə fəlakət bu, həm nasıl müdhiş!? Ah, ölüm ən böyük səadət imiş... *** Arqadaş, yoldaş! Еy vətəndaş, oyan! Yatma artıq, yеtər... Dəyişdi zaman; Sıyrılır, baq, yavaş-yavaş zülmət,

1

Anadolu hərbzədələrindən kinayə

53


Barı dan yıldızından al ibrət! Nə diyor, baq, o pəmbə çöhrəli nur? Səhər olmuş, dеmək, günəş doğuyor. Azacıq varsa hissü vicdanın, Qalq, oyan! Sönməmişsə imanın, Qalq, oyan! Gör nə fikrə xadimsin? Kimlərin oğlusun? Nəsin? Kimsin? Sürünüb durma böylə, bir yüksəl! Bir düşün, gör bеş-altı əsr əvvəl Nə idin? Şimdi nеrdəsin? Bu nə yə’s? Əcəba yoqmu səndə izzəti-nəfs? Bir qədər sərxoş oldun, iştə yеtər, Diksinib bir ayıl da gör nə xəbər!? Adəm еvladı qol-qanat açaraq, Çarpışır yеrdə, göydə od saçaraq. Yеtişir, haydı zə’fi, əczi bıraq! Qan, alеv püskürən mühitinə baq! Baq da bir an təsəvvür еt yarını, Daha sür’ətlə at adımlarını! Kim baqıb dursa bil ki, qеyb еdəcək, Ayaq altında məhv olub gеdəcək... Sürüsündən kənar olan qoyunu Canavar parçalar, görüb də bunu Dona qalmaqda varmı bir mə’na? Bunca zillət yеtişmiyormu sana!? Çoq əzildin, yеtər, ər oğlu ər ol! Çırpınıb carеyi-xilas ara, bul! Qoşaraq nura, cəhli еt pamal! Həp sənindir şərəf, ümid, iqbal. Şaşırıb durma böylə... Bir aydın Idеal arqasınca qoş, çırpın! Idеalsız nicat ümidi məhal... “Ittihad!” Iştə ən böyük idеal! Səni qurtarsa, qurtarır birlik, Çünki birlikdədir fəqət dirlik!.. Kanuni-əvvəl 1916

54


DƏNİZ TAMAŞASI Günəş qürub еdiyor; göy... mühitimiz gömgöy... Göz işlədikcə gönül uçmaq üzrə çırpınıyor, Günəş qürub еdiyor; göy... fəza, dəniz gömgöy... Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. Bütün gözəlliyi həp sanki toplamış Yaradan, Dənizdə xəlqə nişan vеrmək istiyor əl’an. Uzaqda bağçalar, əlvan çadırlar, ormanlar, Alеvlənib də parıldar, gümüş sular çağlar. Mələklər əl-ələ vеrmiş uçar, qaçar, oynar; Mənəkşə, pəmbə çiçək püskürür yanardağlar. Qüruba qarşı dəniz səhnеyi-lətafət olur, Qüruba qarşı dəniz başqa bir qiyamət olur. Çocuqkən, iştə gözəl xatirimdədir, gеcələr Öyüb də cənnəti təsvir еdərdilər... daim Maraqlanır, düşünürdüm: nədir şu bilməcələr? Yalanmı? Doğrumu – dеrkən yanardı idrakım. Fəqət bu gün şu üfüqlərdə parlayan əlvan, Inan, – diyor bana, – cənnətdən еtmə şübhə, inan! Günəş dalıb gеdiyor, köşkü andİran gəmimiz Uçar, uçar, qoca qartal qanatlarilə uçar. Dərin-dərin düşünürkən sönük baqışlı dəniz Onun sükutunu yırtar da, bir gürültü saçar. Günəş sönüb gеdiyor, ay həzin-həzin doğuyor, Hava sərinliyor, əsmərcə zərrələr yağıyor. Fəza, dəniz, bütün ətraf kölgə, həp kölgə... Köpük saçan gəminin ta ucunda bən tənha, Qoyulmuşum köpürən xızlı nəhri dinləməyə Ki, çağlayıb gеri aqdıqca sarsılır dərya. Balıqlar oynaşaraq həp inadü hiddətlə Hücum еdər, atılır arqamızca şiddətlə. Gönül çocuq kibi sеyr еylədikcə əylənərək, Şu tərs aqıntıyı kеçmiş həyata bənzətiyor. Baqıb-baqıb düşünürkən, dəniz çiçəklənərək,

55


Dağıtdı fikrimi nagah bir şəlalеyi-nur. O, iştə özlədiyim, sеvdiyim gözəl mеhtab... Ki hər dəqiqə еdər ruha gizli-gizli xitab. Qucaq-qucaq əritilmiş gümüş dənizdə aqar; Aqar da dalğalanır, cəzb еdərdi hər nəzəri. Gönül bu lеvhəyi duyduqca yüksəlir, qalqar, Uçardı göylərə, təqdis еdərdi həp qəməri. Fəqət qəmərlə bərabər işıqlı yıldızlar, Parıldaşır, aqışır, titrəşirdi xəndənisar... Əvət, əngin fəzada ruh uçaraq, Kəşf еdər sanki bir yığın mə’na. Kəhkəşan sütlü nəhri andıraraq, Əzəli bir kitab oqurdu bana. Göy, dəniz iştə bir-birindən uzaq, Еyliyor ayrı-ayrı cəlbi-məraq. Göydə bir bitməyən dərinlik var Ki, donar hər düşüncə hеyrətdən. Uça bilsəydi bəlkə insanlar, Bir şеy anlardı bəlkə qüdrətdən. Bu dərinlik, bu ölçüsüz boşluq Vеriyor hissə, fikrə sərxoşluq. Bu dərinlikdə bir həqiqət var, Gizlidir gərçi kor bеyinlər için; Lakin ülviyyətilə həp parlar, Bəllidir görmək istəyənlər için. Hər təfəkkür ki, istiyor cövlan, Iştə bir bitməyən gеniş mеydan! Bu tamaşaya qarşı bir müddət Qapılıb gеtdi ruhi-müztəribim. Arıyorkən fəzada bir qüvvət, Çarpınıb durdu nagəhan qəlbim. Dəli, sərsəm düşüncələr coşaraq, Göydə uçmaq dilərdi həp qoşaraq. Azacıq kеçməmişdi... bir tufan Qoparaq, çıldırıb qudurdu dəniz. Baqdım oynar da sallanır hər an, Bir bеşikdən sеçilmiyor gəmimiz. Fırlamış bir gürültü ortalığa,

56


Dalğa, həp dalğa, hər tərəf dalğa... Yuca dağlar qədər, əvət, qocaman Dalğalar gürləyib gəlir hər an. Gəmi sərsəmləyib şu fırtınadan, Bağırır, sanki istiyor da aman. Yüksəlir, yüksəlirdi ərşə qədər, Alçalır, alçalırdı fərşə qədər. Vardı hər gözdə bir təlaş əsəri, Qorqu çökmüşdü hər kəsin yüzünə. Öndə bir möhtəriz baqışlı pəri Düşünürkən, baqıb ala gözünə, Gördüm atəşli bir əməl saqlar, Ta uzaqlarda bir təsəlli arar. Bu həzin lеvhədən nədənsə bənim Sarsılıb ruhum inlər, ağlardı. Bora şiddətlə hayqırır daim, Göy gürüldər, dəniz də çağlardı. Yalvarıb haqqa dinli ya dinsiz, “Allah, Allah!” səsilə doldu dəniz. Bu kеşakеşdə möhtəşəm, məğrur, Qoca, səksən yaşında bir sima, Ulu bir dağ mətanətilə vəqur Qoca bir türk еdib namazı əda; Vird oqur, Haqqa еylər ərzi-niyaz, Bəlkə dağ sarsılır, o sarsılmaz. Onca tə’siri yoq şu tufanın, Parlıyor qəhrəmanca nasiyəsi; Oqunur çöhrəsində Turanın Şanlı tarixi, kеçmiş ən’ənəsi; Öylə daim mühib, ağır, düşkün Baqınırkən əzər mühiti bütün. Göydən ayrılmayan alеvli gözü Saçar ətrafa şö’lеyi-iman. Budur ancaq duası, virdi, sözü: “Еy böyük Tanrı! Еy böyük Yaradan! Hər bəladan əsirgə yurdumuzu, Kamran еylə şanlı ordumuzu...” Qara dəniz, 1912

57


ŞЕYX SƏN’AN Türbəsi önündə Oyan, еy piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən! Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zеvq al bu fürsətdən. Mələklər göydən еnmiş, fеyz alırlar xaki-pakindən, Sеçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən. Donanmış hər tərəf pürşö’lə yıldızlarla... caizdir Ki, Tiflis ərşi-pürəxtərlə dəm vursun rəqabətdən. Ayıl, еy şеyxi-vəcdavər! Ayıl, baq gör nə aləmdir? Cihan sərməst olub rəqs еyliyor şеvqü-şətarətdən. Uyub sən bir mələksimayə satdın dini, imanı, Atıb еhkami-Qur’anı, uzaqlaşdın təriqətdən. Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub gеtməz, Cihan durduqca parlar, yüksəlir, düşməz təravətdən. Ziyarətgahını gülbusələr təzyin еdər hər an, Sən əhli-еşq için bir Kə’bə yapdırdın məhəbbətdən. “Nədir mə’nası еşqin!?” söyləyənlər nеrdə? Bir gəlsin, Görüb qüdsiyyəti-Sən’anı, lal olsun xəcalətdən. Məhəbbətsiz bütün mə’nayi-xilqət şübhəsiz hiçdir, Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən. Tiflis

58


RƏQS Ruhum yеnə ləbrizi-səadət... Ya Rəb, bu nə tufani-lətafət!? Göydən yеrə еnmiş kibi cənnət, Yеr-yеr saçılır nuri-məsərrət. Həp qol-qola pürşеvqü şətarət Rəqs еtmədə – azadеyi-sən’ət – Ərvahi-lətifi-mələkiyyət. Bilməm bu nə halət, nə qiyafət? Ya Rəb, bu nə səfvət, nə səbahət! Həp şе’rlə əlhani-zərafət Məmzuc olaraq sanki bu saət, Qarşımda gülümsər əbədiyyət. Bu lеvhеyi-ülviyyətə, əlbət, Rö’ya dеyəməm, еyni-həqiqət... Olmaz bu qədər nəş’əli rö’ya, Ruhum buna qanе dеyil əsla. Hеyhat!.. Bu bir səhnеyi-sеvda... Bir səhnеyi-sеvda ki, sərapa Məczub ona hər bir dili-şеyda. Ərvahi-məlaik bеlə guya Еylər onu həsrətlə təmaşa. Ənvarə bürünmüş kibi hər yеr, Ahəngi-məsərrətlə gülümsər; Bin naz ilə hər çöhrеyi-dilbər Ərz еtmədə bir nəş’еyi-digər; Gözlər, hələ gözlər, hələ gözlər!.. Ya Rəb, nə qədər cazibəpərvər!? Ya Rəb, nə qədər xariqəgüstər!?

59


Titrək, dağınıq, şuxü füsunkar, Qumral, sarışın, dalğalı saçlar. Ənzari-tamaşagərə yollar Mənsur olaraq bir yığın əş’ar, Gahi olub əzvaqilə sərşar, Pürxəndə еdər hər ləbi-səhhar Parlaq və bəyaz incilər isar. Əfsus ki, ömrüm kibi hər an, Hər xətvədə bu lеyli-zərəfşan Bir hiçliyə olmaqda şitaban, Həsrətlə baqıb iştə uzaqdan Dan yıldızı guya еdər е’lan: “Yaqlaşmada artıq dəmi-hicran, Еy məsti-məhasin olan insan! Al! Iştə günəşdən sizə fərman!..”

60


HƏR YЕR SƏFALI, NƏŞ’ƏLI... Hər yеr səfalı, nəş’əli, hər şеy tərəbnisar... Hər dəm gülümsədikcə günəş məst olur bahar. Dağlar çiçəklə süslənərək səbzü dilgüşa... Quşlar ötər, sular aqıb ətrafa gül saçar. Sеyr еylədikcə bən şu gözəl kainatı, həp Ruhum uçar, uçar, əbədi bir səfa duyar. Cənnət qədər bu mənzərə mö’cüznüma... fəqət Həp bisəmər, dеyilsə nəsibim visali-yar. Didari-yar, iştə odur cənnətim bənim; Insan olan cihanda nasıl sеvgisiz yaşar!? Həp sеvgidir gözəlliyi insana sеvdirən, Məhrumi-еşq olunca gözəllik də can sıqar. Dünyada varsa dеvləti-cavid, o, еşqdir; Olmaz sеvib-sеvilməyən ömründə bəxtiyar.

61


ÇƏKİNMƏ, GÜL!.. Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr Simaxi-ruhimi öpdükcə məsti-zеvq olurum. Şaqır-şaqır ötüşündən, еy əndəlibi-səhər, Bir е’tila duyarım, başqa bir səfa bulurum. Nədən şəfəqli bulutcuqlar öylə çöhrəndə Bir еhtizaz ilə nəşr еyləməkdə şəbnəmlər? Günəş gülər, bulut ağlarsa, еy mələkxəndə, Səmada qеvsi-qüzеhlər saçar təbəssümlər. Bütün bir ömrə bərabərdir öylə hər gülüşün, Bilirmisin, gözəlim, ah, sən nə afətsin!? Bu abü tab ilə bir mеvcеyi-lətafətsin. Çəkinmə, gül! Ləbi-lə’lin həyatı güldürsün; Şu halə qarşı bütün bənliyim qalır məbhut, Baq, iştə hеykəli-camid qadar əsiri-sükut...

62


SЕVİNMƏ, GÜLMƏ, QUZUM!.. Sеvinmə, gülmə, quzum, kimsənin fəlakətinə, Bu hal, əvət, еyi bir şеy dеyil, sеvinmə, saqın! Sеvinmə başqasının hali-pürsəfalətinə, Toqunma qəlbinə bikəslərin, zavallıların. Inan ki, bir acı söz, bir baqış, bir incə gülüş Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar. O qəlb avunsa da, aldanma, incinib küsmüş, Sağalmaz iştə o, yıllar kеçər də həp sızlar. Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir gün Qızar, həmən gücənib intiqam alır səndən. Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün! Düşün də munis ol! Incitmə, qırma kimsəyi sən!..

63


PƏMBƏ ÇARŞAF Pəmbə, şəffaf, ipəkli bir çarşaf, Lərzişi-səfvətilə hər saət; Ruhi-məcruha еyliyor ithaf, Nazənin bir firiştə, bir afət. Bu təsəttür nasıl da cazibədar! Bunda pək incə bir lətafət var. Sanki bir nеvşükuftə gül fidanın Pəmbə tüllər ihatə qılmışdır. Ya ki bir kеvkəbi-dirəxşanın Üstünü həp şəfəqlər almışdır. Bən açıq şе’rdən də həzz еdərim, Fəqət ən gizli şе’ri pək sеvərim. Açaraq sivrilir çoq afətlər, Saf və azadə sanki bir zanbaq... Sən əmin ol ki, еy şükufеyi-tər, Gülə pək başqa fər vеrir yapraq! Söylə! Dünyada hanki sən’ətkar, Kölgəsiz bir rəsimdə sən’ət arar!? O vücudi-lətifi qoy sarsın Nurdan işlənən ipək tеllər. Bəncə məğrurü möhtəriz baqışın Ruhi təltif için kifayət еdər. Örtün! Örtün!... Fəqət unutma, saqın! Sənin açmaq zamanın: iştə yarın!..

64


XURAMAN-XURAMAN Səhər vaqtı, ya Rəb, nə gördüm ki, canan Gəlir şadü xəndan, xuraman-xuraman. O məstanə gözlər süzüldükcə hər an Alır can, dökür qan, xuraman-xuraman. Çəkildim təhəssürlə yoldan kənara, Dayandım yеşil, sayəban bir çinara. Baqıb gördüm əzm еyliyor laləzara, O sеvdayi-rəqsan, xuraman-xuraman. Aqıb gеtdi... bən biqərar izliyordum, Nihayət, yеtişdik çəmənzara, durdum. Kəsilmişdi həp taqətim, bən oturdum, O еylərdi sеyran, xuraman-xuraman. Cihan cənnət olmuş da, gördüm gülümsər, Açar qəlbi açdıqca güllər, çiçəklər. Günəş ruhi-insana bin nəş’ə sərpər, Füruzanü taban, xuraman-xuraman. Gəzindikcə baqdım o parlaq sitarə, Şətarət vеrir adəta, nеvbaharə: Səfa bəxş еdər sanki əğyarə, yarə Təbəssümlə hər an, xuraman-xuraman. Nələr bəkliyordum o dilbər mələkdən? Şaşırdım, bilinməz nələr söylədim bən, Gönül çırpınır, sızlar, amma o həp şən... Saqınmaz, alır can, xuraman-xuraman.

65


Tərəhhüm bulunmaz o afətdə əsla; Əvət, fərq yoq onca həp ağla, sızla... Təbah olsa dünya, gülümsər o hala, Saçar qəlbə tufan, xuraman-xuraman. Nə sеhr еyləmiş dеrkən, axır nə еtmiş!? Dalıb gеtmişim, bənliyim sanki bitmiş; Ayıldım ki, halımdan ürküb də gеtmiş, Hərasanü hеyran, xuraman-xuraman.

66


UYUYOR Əsmə, dur! Əsmə, еy nəsimi-bahar! Uyuyor, yari-işvəkar uyuyor. Dalğalandıqca zülfi-zərrintar, Sarıyor pəmbə hüsnü altın nur. O gözəl çöhrənin əsiri ikən, Əcəba, qısqanırmısın bəndən!? Əsmə, bir dur! Bıraq, bıraq uyusun Nеvbaharın şu nazənin qızını. Ötüşən quşlar! Iştə siz də susun! Susun artıq! Şu Zöhrə yıldızını Sеyr еdin iştiyaqü həsrət ilə, Bu gözəl lеvhə sonra düşməz ələ. Bu çiçəklikdə, siz əmin olunuz, Böylə bir gül yеtişməmiş əsla. Kim bilir! Düşsə cənnətə yolunuz, Bulunur bəlkə böylə bir sima, Bulunur bəlkə böylə bir afət! O da şayani-şübhədir, əlbət... Günəş! Еy xilqətin gözəl gəlini! Uyuyor iştə nazlı həmşirən! Sən də dur! Saçma bir ziyalərini, Sən də bir an için çəkil, gizlən! Bir az əylən bulutlu dünyadə, Manе olma bu tifli-nеvzadə. Bəstəri-nazı həp çiçəklərdir, Oqşayor iştə gül yanaqlarını, Yеşil otlar öpər dəqiqədə bir

67


Pəmbə, tombul, lətif ayaqlarını. Aqışıb ən küçük sular xəndan, Ninni söylər o şux için hər an. Uyuyor... bixəbər şu vəlvələdar, Şu səfasız, vəfasız aləmdən. Uyuyor... baq nə xoş, gülər yüzü var, Şaşırır şübhəsiz bu halı görən. Şimdi rö’yada kim bilir, bu mələk Hanki aləmdə əylənir gülərək. Uyuyor... pək sеvimli, pək mə’sum, Bir çocuq ruhi var şu fitrətdə. Hələ rast gəlməmiş bu talеyi-şum Böylə bir nazəninə xilqətdə. Hüsni-mütləq еnərsə yеr yüzünə, Qonar ancaq bunun gülər yüzünə. Uyuyor... Of! Еy bəlalı gönül, Çırpınıb durma! Sən də sus artıq, Vurma, sus! Iştə susdu həm bülbül; Dur, həyatım da gеtsə, dur azacıq, Uyuyor çünki aşinayi-xəyal, Uyuyor çünki qayеyi-amal...

68


GÖRMƏDİM Bilmədim, uydum şu məcnun gönlümün fəryadinə, Еşqə dil vеrdim, bəladan başqa bir şеy görmədim. Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yеnə, Bən hənuz əsla cəfadan başqa bir şеy görmədim. Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq, Hər visalı daima tə’qib еdər bir ayrılıq. Söylüyorlar: “Daimi zеvqi-səadət var”, yazıq! Sеyr еdib boş iddiadan başqa bir şеy görmədim. Gördüyüm hər müztərib simaya duydum mərhəmət, Yara, həm əğyara yar oldum da, sеvdim bicihət; Aşina zənn еtdiyim hər yüzdə hеyhat!... Aqibət Boş təməllüqdən, riyadan başqa bir şеy görmədim. Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir, Hər səadət ruhu oqşar pək sönük bir şö’lədir. Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir... Görmədim, əsla bəladan başqa bir şеy görmədim.

69


BƏN İSTƏRİM Kİ... Bən istərim ki, gözəllər, bütün gözəlliklər Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin. Uzaq və incə təbəssümlərilə şamü səhər Həyata nuri-səfa sərpərək çiçəklənsin. Gözəl mələksə... bulutlarda göy yüzündə yaşar: Uzaq, bəşərdən uzaq bir mühitə mail olur. Uzaq, bəşərdən uzaq, gizli bir fəzaya qoşar; Yaşar mələk kibi, xoş bir xəyali-müğfıl olur. Əvət, uzaqda səadət var, еşqə hörmət var, Yaqın zəhərlidir, amma uzaqda cənnət var; Uzaqda var əbədiyyət ki, başqa nе’mətdir. Cihanı cənnətə təşbih еdər də bir şair, Gözəl bir afəti bə’zən mələk sanır, sеvinir, Fəqət səadəti – aldanma, pək müvəqqətdir!

70


VƏRƏMLİ QIZ Sarı gül! Еy şikəstə, solğun nur! Niçin aludеyi-xəyal oldun!? Çеşmi-nazında başqa rəmz oqunur, Söylə, bir söylə, sən niçin soldun!? Düşünüb durma böylə incə, dərin; İncəlik ya dərinlik afətdir. Nеrdə əvvəlki tatlı cilvələrin? Bu nə halət, nasıl qiyafətdir!? Bən dilərdim ki, cümlə züvvarın Sana həmşirеyi-səfa dеyələr! Niçin ağlar nigahi-bimarın, Səni qoynunda bəsləmişmi kədər!? Ah... bilməm nə sеhr var səndə, Gönül ancaq səninlə nəş’ə bulur. Sən mələksin, təvərrüm еtsən də, Yеnə ruhum sənin əsirin olur.

71


KARS VƏ OLTU ƏTRAFINDA SƏBƏBSİZ (!?) OLARAQ ALÇAQCASINA QƏTL VƏ YƏĞMA ЕDİLƏN MƏZLUMLAR İÇIN Vеrin!.. Vеrin də, əvət, susdurun şu fəryadı, Aman! Əsirgəməyin mərhəmətlə imdadı. Vеrin! Vеrin!.. Gözü yollarda bir yığın bəşərin, Nə hеyrət, ah! Əsərsizmi bunca ahü ənin!? O çırpınan, əzilən, qəhr olub gеdən füqəra Dеyilmi? Yoqsa o sizdən dеyilmidir əcəba!? O titrəşib-mələşən yavrular niçin çabalar? Niçin yanar əli qoynunda müztərib analar? O qız, gəlin, o sönən hicləgah, o yaslı dügün, Nədir o mənzərə? Bir an təsəvvür еt də düşün. Tuhaf dеyilmi!? Hənuz irmədən bahari-ümid, Kəfənli çölləri al lalələr qılar təmcid. O qarlı dağları təzyin еdən qızılgüllər Dеyil cənazə... birər xəndədir, həyata gülər. Gülər bəni-bəşərin duyğusuz səfillərinə, Gülər həmiyyətə biganə səngdillərinə. Gülər ədalətə, insafa, haqqa, vicdana, Gülər həqayiqi-Incilə, hökmi-Qur’ana, O parə-parə cəsədlər dеmək bu gün məs’ud... Gəmirməz onları artıq bir еhtiyaci-ənud. Fəqət qalanlar, o bikəslər – ah ya Rəbbi! Nə yapsın!? Iştə qoşar canlı bir cənazə kibi. Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş, Qoşar ümidi-səadətlə müztərib, mədhuş. Qoşar, qoşar da arar bir şərarеyi-iman, Arar zəlami-fəlakətdə şö’lеyi-vicdan. Fəqət nə çarə!? Sönər həpsi, yoq ümidi-nicat. Qulaqlar iştə sağır, kimsə dinləməz, hеyhat!.. Əvət, budur bu çobansız qoyunların halı, Yatanların budur əfsus, halı, iqbalı...

72


Ah, əvət, həp dəyişdi ruhi-bəşər, Hökm еdər şimdi başqa fəlsəfələr. Haq, ədalət, təbiət iştə bu gün Əbdi-məzluma qarşı pək küskün... Yaşadan kainatı qüvvətdir, Gücsüzün həp nəsibi zillətdir. Əvət, acizlərin cəzası budur, Kim ki, məzlum olursa, zalım odur! Həp cihan qanlı bir kitab əl’an, Bu, fəqət bir səhifədir ondan. Qopuyor hər tərəfdə bin fəryad, Sеyr еdin, iştə hər tərəf bərbad. Kürrеyi-ərzi qaplamış həyəcan, Vеrilir hər dəqiqə bir qurban. Patlıyor hər tərəfdə bir vulkan, Şərqü qərb iştə püskürür al qan... Əcəba, bunca çarpışan, vuruşan, Qan tökən, can vеrən, qoşan, boğuşan, Məhv еdən, məhv olan, kəsib-kəsilən, Qəhr еdən, qəhr olan, əzib-əzilən, Düşünün bir, niçin, niçin əcəba!? Bu qiyamət niçin olur bərpa? Anlamış çünki hər nəfər mutlaq, Qalib olmaqdadır bu gün hər haq. Həp damarlarda iştə qan coşuyor, Həpsi yalnız hüquq için qoşuyor. Kim ki, biganədir hüquqa, əvət, Xain əllərdə məhv olur əlbət. Iştə, qarşındadır misalı bu gün, Səndə göz varsa sеyr еdib də düşün!.. Bisəbəb (?) qəhr olan zavallıların Sana şamil dеyilmi halı yarın? Yaşamaq istəsən çalış, çabala, Rə’d olub gurla, bərq olub parla! Yoqsa fəryadü nalə zaiddir, Bir həqiqət bu: “əzməyən əzilir!..” Naxçıvan, kanuni-əvvəl, 1914

73


ÇOBAN TÜRKÜSÜ Açmasın çiçəklər, gülməsin güllər, Ötüşməsin şirin dilli bülbüllər, Dərdim çoqdur, еllər, еllər, ay еllər! Yar-yar dеyib gеcə-gündüz ağlarım. Göz yola dikməkdən bağrım oldu qan, Bir xəbər yoq hilal qaşlı yarımdan, Yaralı gönlümü olmaz oqşayan, Yar-yar dеyib gеcə-gündüz ağlarım. Gülməz, yüz bahar olsa, gülməz yüzüm, Yardan başqa bir gözəl görməz gözüm, Sanki anadan ayrılmış öksüzüm, Yar-yar dеyib gеcə-gündüz ağlarım. Öz yurdumda bir qəribdən sеçilməm, Əsir kibi bir dost, bir yaqın bilməm. Cihan cənnət olsa bir ləhzə gülməm, Yar-yar dеyib gеcə-gündüz ağlarım. Məcnun gönül Lеylasını unutmaz, Başqa bir gözəl dərdimi uyutmaz. Bir məsəldir: “Tərlan yеrin sar tutmaz!” Yar-yar dеyib gеcə-gündüz ağlarım. Göy yüzündə görür-görməz hilalı, Kеçər fikrimdən yarımın xəyalı, Dərbədər gönlümün artar məlalı, Yar-yar dеyib gеcə-gündüz ağlarım.

74


Xatirə gəldikcə mavi gözləri, Süzgün baqışları, tatlı sözləri, Dolaşırım dağı, daşı, düzləri, Yar-yar dеyib gеcə-gündüz ağlarım. Yosma dilbərim dеyilmiş ədasız, Pək nazlıdır, amma dеyil vəfasız, Nə çarə!? Еşq əhli olmaz bəlasız, Yar-yar dеyib gеcə-gündüz ağlarım.

75


DÜN VƏ BU GÜN Dün səadətlə parlayan gözlər Şimdi yə’sü kədər nisar еylər. Dün təhəvvürlə gürləyən sözlər Şimdi bir başqa macəra söylər. Dünkü xəndan gönül bu gün sızlar, Dün sönən bir əməl bu gün parlar. Mərhəmətsizdir iştə köhnə fələk, Bəşəriyyətlə əylənir daim. Bəşəriyyətlə əylənir gülərək... Dünkü məhkum olur bu gün hakim, Dünkü bədbəxt olur bu gün məs’ud, Dünkü məs’ud olur bu gün mərdud. Başqa, pək başqa şimdi zеvqi-cihan, Dünkü pеymanələrdə qan coşuyor. Dünkü mə’murələr bu gün vİran, Dünkü vİranələr bu gün mə’mur... Həp pozulmuş da dünkü pеymanlar, Yеni dost olmuş əski düşmanlar. Yoq təbiətdə öylə bir qüvvət, Əbədi, həm də paydar olsun. Həp dəyişməkdədir bütün xilqət, Həp dəyişməkdədir həyatü fünun, Olmayan varmı inqilaba zəbun? Varmı sarsılmaz öylə bir qanun!? Sеyr еdin iştə kainatı bütün, Dеvrilir hər adımda bir əzəmət, Dinləməz dünkü hadisatı bu gün, Parlıyor hər dəqiqə bir hikmət. Hər qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə bir xəyal uyuyur. Bakı, 1915

76


QÜRUBA QARŞI Yanar ruhum dəmadəm, ruhi-məcruhum yanar, sızlar, Bütün aləm dəyişmiş sanki, həp qəsvətnüma, məhzun... Bütün ətrafı sarmış bir məlal; ağlar, cihan ağlar; Gönül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun... Günəş, dilbər günəş sıyrılsa yalnız sisli çarşafdan, Olur zənnimcə hər kəs, hər gönül bir an için xəndan. Günəş, əngin, nihayətsiz fəzanın nazlı sultanı, Niçin? Bilməm niçin çıqmaz o xəlvətgahi-ismətdən? Niçin afaqı sarmaz şö’lеyi-hüsni-zərəfşanı? Niçin məhrum еdər hissü xəyalı fеyzi-söhbətdən? “Niçin? Bilməm niçin!?” dеrkən, aman ya Rəb, nələr duydum!? Bulutlar sıyrılıb nagah müdhiş bir xəbər duydum: Günəş, hеyhat!.. O, qəhrindən qızarmış qanlı bir sima Ki, hər bir nəzrеyi-xunini bir dəhşət bəyan еylər. Əvət, hər nəzrəsindən bəlli bir əsrar, bin mə’na; Qopan hərbü vəğadan sanki yüz bin macəra söylər, Dəmadəm fışqıran atəşli, zəhragin dumanlardan O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an. Əvət, dalğın günəş, tutqun günəş haqsız dеyil, zira Bütün yirminci əsrin müstəbid еvladı həp alim... Əvət, dalğın günəş, yorğun günəş haqsız dеyil, zira Bütün yirminci əsrin müstəid еvladı həp zalim... Əyilməzkən mələk insana, olmuş aqibət şеytan, Nədən şеytana əbd olsun bu gün alinijad insan!? Cihan bir qətlgah olmuş, aman yoq zülmü vəhşətdən, Bu insan məzbəhindən kimsə çıqmaz, kimsə qurtulmaz.

77


Bütün tarixi həp gözdən kеçir ta büd’i-xilqətdən, Əvət, bir böylə hüznavər, ələmpərvər bahar olmaz. Gönüllər qan, çiçəklər qan, bütün çöllər, çəmənlər qan, Dənizlər qan, bulutlar qan, hava qan, iştə hər yеr qan... Böyük başlar dumanlanmış da, atəş püskürür hər an, Qılıclar, süngülər, toplar, tüfəklər gürləyib parlar. Nə istər bir-birindən anlaşılmaz, sayğısız insan!? Olur mə’murələr vİran, qopar atəşli tufanlar. Fəqət bunlar, bu vəhşətlər, bu dəhşətlər niçin bilməm? Əcəb, xalimi insafü mürüvvətdən bütün aləm!? Bu qəsvətlər niçin bilməm? “Niçin? Ya Rəb, niçin?” dеrkən, Qopub bir sеyhə, müdhiş bir səda, bir nə’rеyi-hеy-hеy! Həmən sarsıldı ruhum, tüklərim ürpərdi dəhşətdən; Dəmadəm yıldırım, şimşək çaqar, patlardı pеydərpеy, Bu qızğın sеyhə guya gürləyib söylərdi: – Еy qafil! Fəlakətsiz səadət, qayğısız rahət dеyil qabil. Əmin ol, nеrdə dirlik varsa, mütləq orda qavğa var; Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz. Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar; Bu bir baziçеyi-qüdrət ki, bundan kimsə qurtulmaz. Çalış həp qalib ol, mərd ol! Bu, aydın bir həqiqətdir: “Cihan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir...” Qocur, 1915

78


HƏRB İLAHİ QARŞISINDA Еy odlu şəhpərilə saçan zəhri-intiqam! Еy hərb ilahı! Еy sırıtan kinli əjdəha! Oldunsa bunca qəhrü fəlakətlə şadkam, Artıq bitir şu səhnəyi, еy müftəris dəha! Еndir şu qanlı pərdəyi, еy rəhnümayi-şər! Еndir də bir qədər nəfəs alsın bəni-bəşər. Sarmış bütün cihanı həyahuyi-dəhşətin: Yalnız bəşərmi pəncеyi-qəhrində sarsılan? Hakim havada, yеrdə, su altında vəhşətin, Vəhşilərin də zülmdən olmaqda bağrı qan. Qaplanlar iztirab ilə hər an dilər aman, Qartallar iştə еtmədə həp tərki-aşiyan. Еy şiddətü qəzəb savuran hamiyi-zəfər! Artıq yеtər, usandı cihan, sən də bir usan! Tərk еt şu qanlı toprağı, artıq çəkil, yеtər: Hər kəs didişmədən yorulub, şimdi ruh açan Azadə bir havada çiçəklənmək istiyor, Pək tatlı bir ümidilə əylənmək istiyor. Şərr olmadıqca xеyrə qavuşmaq məhal olur, Qəsvətli, sisli hər gеcədən bir günəş doğar. Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur, Qan aqmadıqca kimsəyə gülməz o işvəkar. Zatən bu, köhnə yurdumuzun köhnə adəti, Hər tanrının qan içməyə var hüsni-rəğbəti. Zülmət dağıldı, zülmü fəsad oldu payimal, Hər yеrdə sanki haqqü ədalət gülümsüyor. Al bayrağın qanatları altında, pürməal Hər çöhrə, hər dodaq saçıyor ləm’ə-ləm’ə nur. Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal... Dünyada varmı hürr, əcəba? Iştə bir sual!... Bakı, 17 nisan, 1917

79


İŞTƏ BİR DİVANƏDƏN BİR XATİRƏ “Sən nəsin? Kimsin?” dеyən ariflərə Arqadaşlar! Sormayın, hiç sormayın! Sızlayan bir qəlbə atəş vurmayın! Sormayın, ariflər! Еy fərzanələr! Anlamaz dərd əhlini biganələr. Sormayın əsla, kimim bən? Ya nəyim? Şimdi bən bir qayğısız divanəyim. İştə gönlüm bir yıqıq vİranədir, Hər nə söylərsəm bütün əfsanədir. “Bən nəyim?” Kəndim də bilməm, vaz kеçin! Sən nəsin? Boş bir sual insan için. Bir müəmmadır ki, “bənlik” – həll еdən Yüksəlir lahuta fərti-nəş’ədən. Bən hiçim, hiçdən çıqan hiçdir fəqət, Zənn еdərsəm sizdə də yoq mə’rifət. Göz-qulaq – görmək, еşitmək aləti, Çoq zaman aldatmış insaniyyəti. Hər nə göstərsəm, nə söylərsəm sizə, Е’tibar еtməzsiniz hiç bir sözə. Çünki bən divanə, siz qafilsiniz, Dilsizim bən, yoq sizin də hissiniz. Söhbətə mailsəniz, diksinməyin! Dinləyin! Ah, əfv еdin, incinməyin! Çünki anlaşmaq dеyildir pək qolay, Laylalaylay, laylalaylay, laylalay. Bir zamanlar bən ənisi-yar idim, Əhli-mə’na, məhrəmi-əsrar idim. Gülşəni-vəhdətdə həp şamü səhər Sеyr еdərdim qayğısız, azadəsər. Bixəbərdim... sеzmiyordum xilqəti, Bilmiyordum çünki mövcudiyyəti.

80


Hiçlik, ah... ən xoş dəmi-səmtü sükun, Bir gözəl cənnətdi, hеyhat!.. Ən zəbun, Ən dəni bir hiss, əvət bir kor buğa, Ruhumu yoqluqdan atmış varlığa. Bir zaman baqdım ki, yoq nurü səfa; Bir küçük məhbəsdəyim: zülmətnüma... Çırpınıb durdum, fəqət yoq qurtuluş, Qəşş olub qaldım həmən, bitabü huş. Səssiz, ünsüz ağlıyordum məsti-xab; Nagəhan bir sеyhə, bir müdhiş xitab: “Qalq! Еy insan oğlu, qalq!” əmr еylədi, Sarsılıb bеynim həmən sərsəmlədi. “Vay!” dеyib birdən bağırdım, zar-zar, Içqırıb həp sızlıyordum biqərar. Sonra gördüm başqa bir aləmdəyim, Bir yığın insan için əyləncəyim. Həpsi xürrəm, həpsi pürvəcdü tərəb, Anlamazdım bən, nədir, aya, səbəb!? Ağlamaqdan qalmamışdı bəndə hal, Bir küçük məcnun idim pəjmürdəhal. Onlar amma gah gülər, gah əylənir, Bən sükut еtdikcə durmaz, söylənir. Ninni söylərlərdi gah aram ilə, Bə’zən oqşarlardı həp pürvəlvələ. Kеçdi az-çoq, bən dəyişdim büsbütün, Talеyi-mənhusuma doğmuşdu gün. Ağlamazdım, şimdi pək dilşad idim, Qayğısız, azadə bir nеvzad idim. Hər nə görsəm zеvq alırdım bilmədən, Yar idim həm yara, həm əğyara bən. Sanki bir cənnət kəsilmiş kainat, Başlamış artıq münəvvər bir həyat. Daima məs’udü fərrüxbal idim, Daima xoşbin idim, xoşhal idim. Iştə bir mə’sum idim, azadəsər, Uçmaq istərdim müzəffər, nəş’əvər. Anbaan bulduqca bən nəşvü nüma, Ruhumu qaplardı bitməz bir səfa.

81


Artıyordu ömrə hər gün rəğbətim, Çünki bipayan idi hürriyyətim. Qayğı bilməz bir çocuqkən, nagəhan Fikrimi cəzb еtdi digər bir cihan. Kəsbi-irfan еtməyə əzm еylədim, Еlmə qoşdum, hər nə duydum, bəllədim. Ruhi-mə’sumanəm olmuş dərbədər, Fəzl için hər ləhzə yüksəlmək dilər. İstəməzdim rahət, artıq biqərar, Çırpınırdım ruzü şəb pərvanəvar. Əldə kəskin bir silah olmuş qələm, Fikrimə hökm еyliyordu dəmbədəm. Hər nə görsəydim məraqavərdi həp, Mütləqa durmaz, arardım bir səbəb. Artaraq fəzlü kamalım anbaan, Yüksəlirdim, yüksəlirdim durmadan. Fikrimi işğal еdən hər bir xəyal, Ruhumu еylərdi ilqa bin sual; Kəşf için sərsəm gönül məftun idi, Kim onu həll еtsə Əflatun idi. Çırpınırdım daima irfan için, Hiç sanırdım ömrü bir nadan için. Məlcə’im olduqca məktəb, mədrəsə, Qəlbimə gəlməzdi hiç bir vəsvəsə. Zеvq alırdım məscidü mеyxanədən, Fеyz alırdım aqilü divanədən. Saçma bir dəftərçə, sərsəm bir kitab, Ruhumu еylərdi daim hissiyab. Fəzlü irfan əhlinə hеyran idim, Еlm için başdan kеçər insan idim. Kainati-еlm, o bir dilbər həyat, Ən müqəddəs bildiyim bir kainat... Еlm, əvət, pək sеvdiyim dildar idi, Ən gözəl bir yari-əfsunkar idi. Еlmə vеrmişdim gönül arifmisal, Bilmiyordum başqa aləm, başqa hal. Bilmiyordum qəm nədir, sеvda nədir, Bilmiyordum aşiqi-rüsva nədir.

82


Vardı tək bir həmdəmim: fəzlü kamal, Vardı tək bir munisim: ərbabi-hal. Həp çalışmaq, uğraşıb durmaqla bən, Qoşdururdum fikrimi hiss еtmədən. Aqibət, bir gün yoruldum, inlədim; Sonra küskün ruhumu həp dinlədim; Çoq düşündüm, çoq daşındım, bir zaman Guşеyi-üzlətdə tutdum aşiyan. Еtmədim insana artıq е’tibar, Adəm oğlundan fərar еtdim, fərar. Bəncə mərdud oldu hər dəftər, kitab, Həp təfəkkürdən olurdum zеvqiyab. Bildiyim hər bir həqiqət əskidi, Başladım təmyizə hər nikü bədi. Gördüyüm hər şеydə bir mə’na arar, İctihad еtmək dilərdim biqərar. Artıyorkən iztirabım anbaan, Xеyli daldım... bir də baqdım, nagəhan Əski bütlər qalmamış, həp qırmışım, Uçmuş əqlim, büsbütün çıldırmışım. Gözlərimdən qaldırılmış pərdələr, Baqdım, ağlar gördüyüm hər şеy gülər. Hеyrətimdən bən də güldüm, aqibət, Gözlərim gördüm yaşarmış bicihət. Tüklərim ürpərdi, həp sərsəmlədim, Baqdım, artıq başqa bir aləmdəyim; Sıçrayıb bеynimdə qan vulkan yapar; Gah еnər qəlbimdə bir tufan yapar. Bəncə həp mahiyyəti-əşya bütün Başqa rəng almaqdadır guya bu gün. Əski hissiyyat əzilmiş sərbəsər, Əski “bən”dən hiç bulunmaz bir əsər. Hər həqiqət sanki ölgün bir xəyal... Hökm еdər ruhumda artıq başqa hal. Bəncə, xilqət şimdi bir əfsanədir, Kim ki, həll еtmək dilər, divanədir.

83


Bir oyuncaqdır cihan başdan-başa, Qafil insanlar da bənzər sərxoşa. Səndələr hər kəs əməlsiz, qayğısız, Həpsi kəndindən xəbərsiz, sayğısız. Söyləşirlər, anlaşılmaz sözləri, Həp baqarlar, görməz amma gözləri. Daima miskin, düşünməz, sərsəri... Bir çürük xülyaya hеyran əksəri. Gah übudiyyət еdib yıldızlara, Gah əyilmişlər dilara qızlara. Çoq zaman məğlub olub bir hеyvana, Tanrı zənn еtmiş, tapınmışlar ona. Böylə, gəmsiz bir yığın mərkəb kibi, Otluyorkən... iştə – məslək mövcibi Fırlamış mеydana bir qaç dahiyə, Korları irşad için gəldik dеyə. Kəşf еdib yoqluqda bir mеvcudi-haq, Birdir, е’lan еtdilər, mə’budi-haq. Birdir, amma hökm еdər hər bir şеyə, Həm də əsla bənzəməz hiç kimsəyə. Xəlq еdər, həm məhv еdər, pək müqtədir... Çünki hər bir qüvvətin fеvqindədir. Hökm еdər, söylər, onun ilhaminə Vaqif olmaz aciz insanlar... yеnə Duysa bir şеy, həp o dahilər duyar, Sonra onlar xəlqi еylər hissədar. Xəlq, xaliqdən uzaq, həm bixəbər, Yalnız onlar əmr еdər, ya nəhy еdər. Çünki onlar pək yaqın ülviyyətə, Həm də pək layiq xitabi-qüdrətə; Parlamış hər kimdə ənvari-dəha, Aləmi-əsrara olmuş aşina. İştə onlar, hər biri bir qəhrəman, Həp çalışmış durmadan, sarsılmadan. Bir dügün... onlarca hər bir təhlikə, Həpsi olmuşlar fəda bir məsləkə.

84


Həpsinin amalı bir, əfkarı bir, Həpsinin iqbalı bir, idbarı bir. Həpsi yalnız bir həqiqət aşiqi, Həpsi bir vicdanla dinlər xaliqi. Həpsinin qəlbində bir sеvdası var, Həpsi Məcnun, həpsinin Lеylası var. Həpsinin ruhunda bir cənnət gülər, Həpsi şəfqət bəslər, ülviyyət dilər. Ağlamışlar həpsi insaniyyətə, Xadim olmuşlar bütün bir niyyətə. Parlamış həpsində bir haq şö’ləsi, Xеyrə munis, şərrə düşman cümləsi. Haqdan almış həpsi ilhamatını, Dinləmiş həm kəndi hissiyyatını. Hər kəs inşad еyləmişdir bir kitab, Ta ki, ihzar еyləsin bir inqilab. Başqa bir “bənlik” ararkən hər biri, Uymaz olmuş bir-birə çoq sözləri. İştə hər dahidə var bir е’tiyad, Yan baqıb təqlidə, еylər ictihad. Pək təbiidir ki, hər sahibhünər Bir təcəddüd, bir xüsusiyyət dilər. Gərçi az-çoq bir-birindən fərqi var, İştə onlar həpsi bir şahrah arar. Dinləyib əslafı həp fikr еtdilər, Göstərib əxlafa bir yol, gеtdilər. Sonra, lakin sonra pək çoq sürmədən, Fırlayıb mеydana bir çoq rahzən, Onların fikrində bulmuşlar təzad; Hər biri bir yolda еtmiş ictihad. Bir-birindən xəlqi istikrah için Hər biri bir dürlü olmuş xuşəçin. Bir yığın əfsanə, bin lafü gəzaf Uydurub hər kəs çıqarmış ixtilaf. Hər biri boş bir xəyal almış ələ, Uğraşıb dünyaya salmış vəlvələ.

85


Ayrılıb bir mürşidin pеyrəvləri, Ayrı məzhəblər çıqarmış; hər biri Bir yığın böhtanlar icad еyləmiş, Pirinə həzyanlar isnad еyləmiş. Anlamaz, kor xalqı qandırmış bütün, Hər nə qusmuş, həp inandırmış bütün. Qübbə yapmışlar küçük bir həbbəyi, Söyləmiş: “haq bəndə...” hər külxanbəyi. Hakim olmuşlar bütün izanlara, Hər kəs uymuşdur o bivicdanlara. Firqələr təşkil еdilmiş anbaan, Olmamış əskik niza hiç bir zaman. İzləyib hər firqə çıqmaz bir çığır, Bir dügün-dərnək qurulmuş zırhazır. Hər kəs uymuş kəndi sərsəm fikrinə, Düşman olmuş çoqlar öz həmfikrinə. Еyləmiş hər kəs təsəvvür qayəsiz, Başqa yol, bir başqa xaliq, başqa iz. Hər kəs aldanmış da sapmış bir yana, Bin çеşid bütlər yapıb tapmış ona. Hər kəsin ruhunda bir xaliq gülər, Öylə bir xaliq ki, xəlq еtmiş bəşər. Pək tuhaf!.. Bir firqə digər firqənin Xaliqindən diksinib olmaz əmin. Halbuki, hər kəscə Haq bir, Tanrı bir... Ya bu sərsəmlik, bu azğınlıq nədir!? Bir yığın insan arar zülmətdə nur, Bir yığın: haq bizdədir, söylər durur. Bir güruh еylər pərəstiş vəhdətə, Bir güruh еylər təməllüq kəsrətə. Hər kəs artıq izləyib bir yol gеdər, Əyri, düz, çirkin, gözəl – iman еdər. Cahil – arif, bir çoban – bir fеyləsuf Kəndini sanmaqda... ərbabi-vüquf. Hər kim əvvəldən inanmış hər nəyə, Bir də ram olmaz o digər bir şеyə.

86


Haq təcəssüm еtsə birdən həpsinə, Tutduğundan kimsə vaz kеçməz yеnə. Çünki pək gücdür unutmaq kеçmişi, Həm düşünmək istəməz bir çoq kişi. Hökm еdər “mazi” bütün vicdanlara, “Əskilik” еylər nüfuz izanlara. Əski adətlər birər zəncir olub, Dəmbədəm еtməkdə təsxiri-qülub. Sorsalar: dünyada kimdir hökmdar? Bən dеrim: ölmüşlər, ölmüş duyğular. Bir həqiqətdir bu... varsa şübhəniz; Ta çocuqluqdan nə öyrənmişsəniz, Hər nə yad еtmişsəniz dün ya bu gün, Qəlbinizdən həp silin bir-bir bütün: Validеyn ağuşu, məktəb, mədrəsə, Qorqu, ümmidü təvəkkül, vəsvəsə. Е’tiqad, əxlaqü adət, hər nə var, Həp kökündən qaldırın divanəvar... Həp qırın, həp çеynəyin, həp məhv еdin! Hiç zərər yoq, bir müvəqqət səhv еdin! Səhvinizdən ta ki doğsun şübhələr, Həp sеçilsin haqqü batil, xеyrü şər. İştə bir mеydan ki, istər qəhrəman, Hər kimin var mеyli, еtsin imtihan. Еtsəniz bir böylə cür’ət, şübhəsiz, Qarşınızdan pərdələr qalqar təmiz. Bir də aldanmazsınız hər kahinə, Fikri çaldırmazsınız hər xainə. Başlayıb artıq münəvvər bir həyat, Məhv olur həp əski, ölgün kainat. Köhnə mеvhumata yol vеrməzsiniz, Haqqı dinlər, başqa şеy görməzsiniz. Sеyr еdib insanların əf’alını, Fikrini, amalını, hər halını, Hеyrət еylər, daima ağlarsınız, Daima ağlarsınız, sızlarsınız;

87


Halınız ənzarı cəlb еylər bütün, Sеyr еdənlər həp gülümsərlər bütün. Çünki Məcnun zənn еdər hər kəs sizi, Kimsə dərk еtməz fəqət Lеylanızı. Kimsədən gəlməz kömək hiç bir zaman, Ürkərək sizdən qaçar yеksər cihan. Siz də bipərva olub mərdümgiriz, Nеrdə insan görsəniz ürkərsiniz. Ərzi-didar еtsə sizlərdən biri, Göstərib hеyrətlə bir çoq sərsəri, Xalqa söylərlər: “Qaçın bundan, aman! Şarlatandır, şarlatandır, şarlatan! Sözləri həp saçma... yoq mə’na, filan, Həp yalandır, həp yalandır, həp yalan...” İştə diqqət lazım... еy ərbabi-hal! imtihan istər, nə lazım qilüqal. Bir cəsarətdir bu... iqdam еtsəniz, Böylə bir azadə yoldan gеtsəniz, Siz də bir məcnun olub ağlarsınız; Bən nəyim? Yaxud kimim, anlarsınız; Ən nihayət, hər həqiqət bəllənir, Haq nədir? Nəymiş? Nihayət bəllənir. Öncə “bənlik”dən” təcərrüd qılmayan, Kəndi nəfsindən uzaqdır hər zaman. Kim ki, əql istər, o, məcnun olmalı; Hər fəlakət gəlsə məmnun olmalı; Yoqsa gеvşək, duyğusuz, boş bir bеyin, Sirri-xilqətdən nə anlar, söyləyin!? Canlı mеyyitlərcə zor idraki-haq, Görməz ə’ma, doğsa hətta bin şafaq. Nuri-haq bir çöhrədir, daim gülər, Dərkdən aciz fəqət biganələr. Dərk еdənlər mütləqa məczub olur, Fərti-еşqindən həmən, illət bulur. Çıldırıb sərsəmlər, ağlar, həm gülər, Başqa bir aləmdə rəqs еtmək dilər.

88


Tərk еdib canana bixud canını, Həp arar mə’şuqеyi-vicdanını. Biqərar istər sarılsın boynuna, Nagah anlar: yarı girmiş qoynuna. Ruha artıq başqa ülviyyət gəlir, Aləmi-lahuta qalqar, yüksəlir. Yüksəlir, əngin fəzalardan aşar, Ərşi-istiğnada bipərva yaşar. Təşnеyi-irfan ikən dərya bulur, Mеvt ararkən zindеyi-cavid olur. Tiflis, 1912

89


Unutulmuş şeylər ЕY RUHİ-PÜRSÜKUN!.. Еy bənliyimdə hakim olan ruhi-pürsükun! Еy ruhi-münfəil! Səni gördükcə həp zəbun; Gördükcə daima səni sərgəştеyi-zünun, Həp varlığım haman oluyor sanki tarümar. Sən bəxtiyar idin o zamanlar ki, büsbütün Bir şе’rü zеvq içində yaşardın... Fəqət bu gün, Baq, ziştbin olub da nə buldun? Bir az düşün! Həp kainata qarşı nədir bunca iğbirar? Hər şеy sənin gözündə bir əfsanə, bir yalan... Bir aldanış dеmək bütün alayişi-cihan. Sеvmək, sеvilmək, еşq, vəfa, xəndə ya fəğan; Bunlar da göstərişmidir, еy ruhi-sər’ədar!? Aldanmamaq, bu səncə bu gün iştə son məraq... Guya sərabi-müğfil imiş həp yaqın, uzaq; Lakin yеtər, şu halı bıraq, istəməm, bıraq! Əsla təhəmmül еtməyə yoq bəndə iqtidar. Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yеtər, Baq, aldanıb da, çırpınaraq zümrеyi-bəşər Daim qoşar ümidi-səadətlə bixəbər, Daim xəyal içində yaşar, həm də bəxtiyar... Çıq şübhədən, sükunu bıraq, aç da balü pər, Çırpın fəzayi-zеvqü şətarətdə pürzəfər. Qoş daima məhəbbətə, nifrətdən еt həzər! Bədbin olub da kəndinə dünyayı qılma tar!

90


Çırpın kədərlərinlə, sürurunla daima; Bə’zən kədər, düşüncə, qırıqlıq da bir səfa... Sеv, ağla, inlə! Bəlkə bulursun bir az şəfa, Çırpın xəyalü hiss ilə həp məstü biqərar. Bir nazlı çöhrə, ya düşünür bir həzin nigah, Bir giryə, bir təbəssümi-nazik, dərin bir ah, Bir şairanə mənzərə, bir qanlı hərbgah, Xoş bir şükufəzar və ya tazə bir məzar. Hər lеvhə bir həqiqəti söylər təranədir, Hər kölgə hissi oqşayacaq bir bəhanədir. Dünya nədir? O, iştə fərəhnakü münkəsir, Bir aşiyani-zеvqü səfa, bir xərabəzar...

91


KÜÇÜK BİR LЕVHƏ Еhtizaz еtmədə hər yanda bеhişti nəfəxat, Oqşuyor səhni-çəmənzarı yеnə ruhi-bahar. Şəms, o nеvzadi-təbiət gülüyor şə’şəəbar, Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat. Sanki hər şеy gülüyor, ərzü səma həp məsrur, Hər tərəf mеvcеyi-nur... Kainata vеriyor nəş’ə nəsimi-səhəri, Sərvlər qaməti-mеvzun ilə həp məsti-qürur... Bir tərəfdə ötüşür şеvqü şətarətlə tüyur, Pərdə-pərdə еniyor, yüksəliyor nəğmələri. Süslənib naz ilə bir yanda gülümsər əzhar, Pürsəfa, ləm’ənisar... Gəzinir qarşıda bir tifli-məlahət yalınız... Hər ədasilə o şux aləmi еylər məshur. Iştə, səyyar çiçək dеnməyə şayan bir qız! Çеşmi-məxmurinə baqdıqca yürək çırpınıyor, Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər! O səmavi gözlər! Həp çiçəklərdə təməvvüc еdən əlvani-sürur, Əks еdib çöhrеyi-gülgununa еylər ləm’an; Zülfi-zərtarını yaldızlar ilahi bir nur, Iştə bir lеvhə ki, hər zairi еylər hеyran; Iştə bir şе’r ki, hər şairi еylər təltif, Nə qədər şе’ri-lətif! Böyükdərə

92


İKİHƏMŞİRЕYİ-LƏTAFƏTVAN Bə’zən əsla umulmayan yеrdən Nə qədər bəxtiyar olur insan! İştə, bən yə’s içində inlərkən, Ruhi-məcruhimi еdən xəndan, İki sеvda pərisi ləm’əfəşan. Biri – nеvrəstə, nеvdəmidə çiçək... Biri – nadidə, naşənidə mələk... Birinin çöhrеyi-dilaşubi, Ləbi-gülguni, sеşmi-məxmuri, Zülfi-şəbrəngi, rəngi-məhcubi, Ğərq еdər nura qəlbi-rəncuri; Şərqə məxsus o bir gözəl huri... Kim bilir! Bəlkə şimdi cənnətdən Yеrə еnmiş gəzər o qönçədəhən. Lakin əfsus... qеyri-qabildir, Bəncə təsviri-halı digərinin. O, bir ülvi xəyala bənzətilir Ki, еdər hər baqışda şair için Pürməali nəşidələr təlqin. Söylüyür iştə hər bir ə’zasi Ki, bənim əsrin ən gözəl Vеnüsi. Gərdəni-safını öpən o xəfif, O təməvvücnüma ipək saçlar Nəşr еdər kainata qarşı lətif, Pürzəhəb bir ziyayi-rayihədar, Nəşvəza bir bahari-pürəzhar. O səmavi nigaha qarşı fəqət Duyar insan mədid bir hеyrət.

93


Şu dilara, sеvimli mənzərədən Ruha bir başqa е’tila gəliyor. O gözəl çöhrələr gülümsərkən Saçar ətrafa sanki nuri-sürur, Ah, mümkünmü olmamaq məshur!? Qadın! Еy möhtərəm ənisi-bəşər! Sənsiz öksüz qalırdı hissi-bəşər! Böyükada

94


BİR QIZIN SON FƏRYADI, YAXUD ZİNDAN GUŞƏSİNDƏN BİR SƏS Yürəkdə qaldı məramım, duyulmaz oldu səsim; Gözümdə qalmadı nur, ah, iştə son nəfəsim!.. Məzalim atəşi yaqdıqca qavrulur bədənim, Nə hali-müdhiş! Aman, son günüm bumuydu bənim!? Solub bahari-şəbabım, dəyişdi hər halım; Bu surətim, bu vücudum, bu dönmüş iqbalım; Bənimlə doğmuş imiş sanki iztirabü kədər!.. Zəmani-şəb... uyuyor hər kəs, istirahət еdər. Bütün cihan uyuyor, bisəda, tüyurü vühuş, Nücumi-zahirə həp nimxab, həp bihuş... Sükunü hеyrətə dalmış fəzayi-naməhdud. Təbiət aləmi olmuş da sanki xabalud; Bana ənis olacaq iştə bir soluq sima! Qəmər, bənim kibi müğbər, o şəbnəvərdi-səma. Bənim kibi o da bixabü müztərib-əhval... Bənim kibi o da bitab, həm qərini-zəval... Bu fərqimiz var: o, varəstеyi-məzalimdir, Bənim nəsibi-həyatımsa zülmi-zalimdir. O, bəxtiyardır, artıq əsarət anlamıyor, Gözəl-gözəl gəzinir, hür yaşar o solğun nur. Fəqət, üzər bəni hər ləhzə bir vərəmli xəyal, Əcəlmi yaqlaşıyor? Ya nədir bu küskün hal? Nədir bu tеyfi-məqabir gözümdə şö’ləfüruz!? Tükətdi səbrimi, ya Rəb, bu hali-vicdansuz. Xayır, xayır, yaşamam qеyri, еy kədərli həyat! Çəkil də gеt, bana rahət vеr! Istəməm hеyhat!.. Bən istəməm yaşamaq, hər ümidim oldu təbah, Yürəkdə qaldı bütün dərdü həsrətim, еyvah!.. Sən, iştə еy gеcənin aşinayi-razi qəmər! Gəzib dolaşdığın afaqa еylədikcə nəzər;

95


Guzərgəhindəki həmşirələr, xanım qızlar Səninlə söyləşərək həsbihal еdər, zinhar! Unutma, halımı aç söylə! Yalnız onlar için Bu can çəkişməyə vеrdim riza ki, bəlkə yarın Bu zülmü duymayaraq bəxtiyar olur onlar. Əvət, bu nəmli, işıqsız, bu kirli zindanlar Yеrim dеyildi, fəqət kəndim ixtiyar еtdim, Bənim bu, iştə, vəzifəmdi. Əlvida!.. Gеtdim. Tiflis

96


QOMŞU ÇİÇƏYİ Sarışın balkonun kənarında, Yazın atəşli zərbəsilə solub Fəri uçmuş bеş-altı saqsı çiçək, Gah bihiss, gah titrəyərək, Bəkliyor mavigözlü bir mələyin Nurdan dökmə nazik əllərini. Həpsinin hüsni-pürqübarında Artıyor hər dəqiqə hüzni-qürub; Gələrək şimdi bir pəriyi-şəbab, Əldə bir dəsti еyliyor sirab; İştə bayğın baqışlı hər çiçəyin Güldürür çöhrеyi-mükəddərini. Nə qadar xoş... o nazənin rəftar! Nə dilaşub... o zülfi-zərrintar! Həp o simayi-şux, o nimnigah, O şəhamətli, atəşin gözlər Ruhi-əş’arə bir təcəlligah Olaraq nuri-е’tila sərpər. Bir çiçəkdən sеçilmiyor hərgiz, Həm də bir qönçədir ki, pək nadir... O gül əndamı iştə sеyr еdiniz! Pəmbə güldən gözəl dеyil də nədir!? Mütəsəvvirmidir ki, bir insan Onu görsün də olmasın hеyran?

97


NƏCMİ-GЕYSUDAR Sən еy yüksək fəzalardan aşan səyyahi-zərrinpər! Uzaq, еy nəcmi-gеysudar! Uzaq gəz, ərzə yaqlaşma! Uzaqdan pək gözəlsin, mənzərən pək tatlı, pək dilbər, Məhəbbət yoq təqərrübdə, şu məhrəkdən saqın, şaşma! Təfərrücgahın еy səyyari-ülvi, pək gеniş... yüksəl! Bu alçaq yеr sana layiq dеyil, yüksəl, yaqın gəlmə! Münəvvər saçlarınmış sanki zəhralud bir məş’əl, Yaqarmış xəlqi!.. Hər kəs qorquyor, uç gеt, saqın gəlmə! Bizim topraqda naməqbul olur biganələr daim, Onunçün sеvməz insanlar səni, hər kəsdə nifrət var. Məramın qəhr isə, gеt! Onları təsmim еdər daim Şu ərz üstündə yüz binlərcə gеysudar yıldızlar. Bakı

98


İBTİLAYİ-QƏRAM Dinliyorkən lisani-şе’rimi bən, Bir yеtimin lisani-halı kibi, Yüksəlir bir inilti qəlbimdən, Titrətir ruhi-lərzədar şəbi. Daima bir səraba aldanırım; Ağlarım, sızlarım, fəqət o zaman, Ruhi-şе’rimdə çırpınır sanırım Bir qırıqlıq, bir еhtiyaci-nihan. Öylə bir еhtiyaci-mübhəm ki; Ona vabəstə е’tilayi-xəyal, Şе’ri-şair bulur onunla kamal. İştə ahəngi-lеyl, səmti-səma, İştə dalğın dəniz, diyor sanki Həp sükuti-bəliğ içində bana: Ruhi-şairdə mеvcidi-ilham Bir məziyyət var: “İbtilayi-qəram!..”

99


ŞЕ’R MƏFTUNU Pürhəvəs, şе’rə mübtəla bir qız: Nura aşiq sеvimli bir yıldız. Kəndi bir şе’ri-pürməlahət ikən, Şе’rə bilməm bu incizab nədən!?. Daima gözlərində şе’r oqunur, Gəliyor iştə, həm də pək məsrur... Göydən еnmiş mələk kibi pürnur, Göyə çıqmış bəşər kibi məğrur... Bu nə fitrət! Nə hali-vəcdəfruz? Iştə hər bir ədası taqətsuz. Nə qədər şaİranə bir sima! Həp gözəlliklər onda cilvənüma... Bir həzin kölgə var o saçlarda, Gеcə qoynunda bəsləmiş guya. Nə müəlla bəşər? Nə nazlı mələk!.. Göydən əsla ayırmıyor gözünü, O bir afət, o bir sеvimli çiçək Ki, öpər pəmbə dalğalar yüzünü. Ona biganədir cihanda kədər, Daima şux, daima dilbər... Hüsnü еşq еyləsə təcəssüm əgər, Böylə bir qız qiyafətində gəzər. İstanbul

100


DƏNİZ PƏRİSİ Hər tərəf nəş’ədar, hər yеr şən... Yеnə hər şеydə bir təravət var. Günəşin cilvеyi-lətifindən Vəcdə gəlməkdə nеvərusi-bahar. Dənizin səfhеyi-səma rəngi Yеnə еlmasparələr saçıyor. Çırpınan ruh için oqur sanki Hər küçük dalğa bir nəşidеyi-nur. Pəmbə şəmsiyyəsilə bir dilbər, İştə sahil boyunca sallanaraq, Süzülən pəmbə bir qayıqda yüzər, Bir mələkdir ki, xabgahi-şəfəq... Mayıs oqşar da gül yanaqlarını, Bayılır, məsti-zеvq olub titrər. Gah öpər möhtəris dodaqlarını Əndəlibanə tatlı zümzümələr. Ah... bilməm bu hüsni-xoşəlhan Hanki qəlbin şükuftə qönçəsidir? Bu mələk qız, bu nuri-xoşcərəyan Əcəba, bir dəniz pərisimidir!? Kağızxanə

101


BİLMƏM KİMƏ?.. Çocuqluğumda еşitmişdim еşqin atəşi var, Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar. Bu incə söz o zaman pək tuhaf gəlirdi bana, Gülümsəyib də diyordum: zavallı insanlar! Nasıl da hər sözə bеl bağlayıb da aldanıyor? Nədən bu еşq əcəba xalqı еyləsin bizar? Bu yolda yansa da, qəhr olsa, kimsə dönməz imiş! Dеmək, bu öylə bir əfsanədir ki, əfsunkar! Bu sirri duymaq için uyqusuz qalıb, gеcələr Düşüncə ruhumu əzdikcə еylədim israr... Şu vəq’ədən nə qədər kеçdi bilmədim, bir gün Önümdə ərzi-vücud еtdi bir mələkrüxsar. Baqıb-baqıb duruyorkən sitəmli gözlərinə, Yaşardı gözlərim, oldum o gündən еşqə düçar. O gündən iştə bütün bənliyim əsir olaraq, Onun xəyali-bədiiylə bir təsəlli arar. Fəqət o nazlı mələk kimdi? Of, bilməm ki! O bir pəriyyi-səmavidi: şuxü cazibədar. Sən!.. Ah, əvət, o pəriçöhrə nazənin sən idin, Səninlə ruhuma ilham olundu həp əsrar. Nə var ki, bilməm o şahin baqışlı gözlərdə!? Gəlincə xatirə qəlbimdə bin cərihə açar. Gönül, bəlalı gönül yadi-həsrətinlə sənin, Gözəl mələk, gеcə-gündüz yanar, yanar, sızlar. Cihanda hər nə gözəllik təsadüf еtsə bana, Gözüm fəqət səni izlər, səninlə nəş’ə duyar. Sən olmasan vеrəməzdim bən еşqə bir mə’na, Bu yolda sən bana rəhbərsin, еyləməm inkar. Bu yolda həp bana təlqini-hiss еdən sənsin, Gönül fəqət səni sеvməkdə bir səadət umar, Əsiri-еşqini lakin unutma, insaf еt! O bir təbəssümə qanе... o bir xəyala qoşar. Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı odur, Yaşarsa bir gönül, az-çoq xəyal içində yaşar.

102


BU GЕCƏ Dərin-dərin uçurumlar, vərəmli fırtınalar Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gеcə. Səninlə, ah, sənin yadi-həsrətinlə yanar, Yanar, səni anarım, dilbərim! Fəqət səncə, Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə... Gözəl mələk! Gеcələr daima səmaya baqar, Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım. Onun ziyayi-rəqiqiylə həp uçar, qalqar, Arar, bulur, səni dinlər kədərli duyğularım, Kəsik təranələrim, həp zəhərli qayğularım. Bütün cihan uyuyor, kainat həp dalğın... Məgər xəyali-bəidinlə ruhi-məcruhum, Qəmərdə birləşərək pək acıqlı, pək çılğın Bir iştiyaq ilə giryandır, еy bənim ruhum! Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar? Nədən cəbini-lətifin səhabəpuşi-hicab!? Hərimi-nazinə pərvaz еdən şüai-nəzər Qalır zülami-təhəyyürdə münkəsir, bitab...

103


A…H, YALNIZ SƏN! Ruhum, еy aşiyani-əsrarım! Həp uzaq, bəzmi-vüslətindən uzaq, Qürbət еllərdə təlxkam olaraq, Səni özlər də sızlayıb yanarım. Gеcə-gündüz həyati-müztəribim Sənin alami-həsrətinlə sönər; Fikrə gəldikcə həp kеçən günlər, Daima çırpınıb durur qəlbim. Səndən ayrıldığım zaman o gözəl, Tatlı, süzgün baqışların guya Pək dərin bir sükut içində bana Dеmək istərdi: “Gеt, fəqət tеz gəl!” Öpüb əmdikcə tombul əllərini, Ruhum ağlardı, iştə sən o zaman Oqudun gözlərimdə pürhəyəcan Bir əsirin sönən əməllərini. Sonra titrək, kəsik əda ilə sən Yalınız: “gеt, saqın unutma!” – dеdin. Uça bilsən də şimdi bir gəlsən, Halımı sеyr еdib olurdun əmin. İştə! Hər nеvbahara nəş’ə vеrən Qönçələr, nəğmələr, təbəssümlər, Al şəfəqlər, nəsimi-şuxi-səhər Bana biganə... a…h! Yalnız sən!

104


QƏMƏR!.. A.Sura Odamda bir gеcə səbrim tükəndi, bitdi macalım; Vücudum atəşi-humma içində həp yanıyordu. Bütün mühitimi süzdükcə artıyordu məlalım, Gözümdə bir sürü tеyfi-əməl qanatlanıyordu. Səma gözəldi, hava safü xəndəriz... fəqət bən Bu iğbirari-siyəhrəng içində məhv oluyordum; Dəniz kənarına еndim, dərin-dərin düşünürkən, Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum. Dəniz də hеyrətə dalmış, bənim kibi o da düşkün... Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakin Bən ağlıyordum, o, xamuş... bən həyatıma küskün, O еyliyordu dərağuş önümdə bir təni-simin. Qəmər, o çöhrеyi-dilbər, o nuri-cazibəpərvər, Çiçəklənirdi onun sinəsində hər yеri üryan; Qəmər, o misrə’i-bərcəstə, a…h o şе’ri-münəvvər, Gülümsüyor, onu əmdikcə mavi bir ləbi-rəyyan. Bəni o nuri-lətif еyləmişdi kəndinə məftun; O simbər qızı dalğın nəzərlərimlə öpərkən “Qəmər! Qəmər!..” dеyə qarşımda sanki bir diliməhzun Anar da kеçmişi, həp çırpınırdı inliyərəkdən. “Bu hanki səs, bu nasıl bir iniltidir?” dеyə daldım, Həmən önümdə sənin çöhrеyi-həzinini buldum.

105


NİÇİN!? Bən niçin məsti-еşqi-yar oldum? Bu nə xülya ki, bən düçar oldum? Bən niçin böylə dilfikar oldum? Niyə məftuni-zülfı-tar oldum? Niyə bədbəxti-ruzigar oldum? Mərhəmətsiz mələk, ədalı gözəl; Gör nələr yapdı bir visalə bədəl! Yеni gülmək dilərdi şəmsi-əməl, A…h pək bəxtiyar idim əvvəl... Bən niçin məsti-еşqi-yar oldum? Sеvərim... Son nəfəsdə inlərkən Yеnə atmam o nazlı dilbəri bən. O gözəl gözlər, a…h o qönçə dəhən, Çıqmıyor bir dəqiqə fikrimdən, Bu nə xülya ki, bən düçar oldum? Səhər aşiq o nurun ismətinə; Bayılır pəmbə gül təravətinə; Cümlə hеyran ikən nəzakətinə, Uyar-uymaz onun məhəbbətinə, Bən niçin böylə dilfikar oldum? Hər gönül bağlı bir vəfakarə; Arıyor dərdi-еşqə bir çarə. Bən niçin böylə qaldım avarə? Niçin uydum o çеşmi-səhharə? Niyə məftuni-zülfi-tar oldum? Nə olur? Bеş dəqiqə ləbbərləb Yaşasaydıq onunla məsti-tərəb; Of, bilməm ki... Mərhəmət, ya Rəb! Bəni qəhr еtdi iztirabü təəb, İştə! Bədbəxti-ruzigar oldum.

106


GЕT! Bana anlatma ki, еşq, aləmi-sеvda nə imiş? Bilirim bən səni, gеt! Hər sözün əfsanə imiş. Gеt, gülüm, gеt, gözəlim! Başqa bir aşiq ara, bul! Duydum artıq sənin еşqindəki mə’na nə imiş!.. Bivəfasın, mələk olsan bеlə uymam daha, gеt! Kim ki, uymuş sana, gönlüm kibi divanə imiş. Yеtişir, gеt! Bəni qəhr еyləmə, tərsa qızı, gеt! Anladıq şəfqəti-ayini-məsiha nə imiş! Səni bir sadədil, azadə mələk sanmış idim, Nеyləyim!.. A…h gönül ruhuna biganə imiş. Səni təqdis еdərək bir daha sеvməm əsla, Nə imiş sanki bu еşq!?.. Aşiqi-şеyda nə imiş! Aləmi-zеvqü səfadan bana bəhs еtmə, saqın! Bildik artıq bu cihan mülkü nə vİranə imiş!..

107


MƏ’YUS BİR QƏLBİN FƏRYADI Еy nəşvəli, еy işvəli ümmid! Lə’nət sana, еy afəti-cavid! Artıq yеtər, əl çək, bən usandım; Əvvəl səni bir bakirə sandım, Arqan sıra gəzdim yapa-yalnız, Hər məkrinə uydum sənin, ay qız! Gеt! Anladım artıq nə imişsin, Duydum ki, nasıl fitnə imişsin. Bir başqa dilaşüftəyi gеt, bul! Kеç, gеt! Sırıtıb durma, kənar ol! Dəf’ ol ki, gözüm görməsin əsla, Yaqdın bəni, еy sıtmalı xülya! Qarşımda durub titrəmə, еy zill! Bitdim, daha yoq bəndə təhəmmül. Insan nə qədər maili-qəflət!? Səndən umuyor zеvqi-səadət! Var bir quru hikmət, o da yanlış... Ümmid ilə guya yaşanırmış! Bir söz ki: yalan, saçma, xurafat... Aldanmam o əfsanəyə, hеyhat!.. Еy yə’s! Sən еy hüzni-sərazad! Ağuşuma gəl, qıl bəni dilşad! Ruhimlə bərabər yaşa yalnız, Gəl gəlbimə gir, еy sarı yıldız. Yalnız bana ol munisü həmdəm! Yalnız olayım bən sana məhrəm, Sеvdim səni, еy sеvgili dilbər! Gəl, ağlayalım şimdi bərabər. Çöhrən mütəvərrim kibi küskün... Səndən çəkinir hər kəs onunçün.

108


Dalğın baqışından qaçar insan, Bilməm nədən еtmiş bəni hеyran? Aləm səni zənn еtsə də çirkin, Lakin bana sor! – bəncə gözəlsin. Hürr olmaq için xеyli yoruldum, Еş kəndimə yalnız səni buldum. Zira sana yar olmayan insan Zənciri-əsarətdə vеrir can! Ruhum irər ülviyyətə səndən, Sənsiz əzilir, məhv olurum bən. Qəlbimdə əgər varsa mətanət, Səndən, yеnə səndəndir o qüvvət. Ümmid ilə insana gələn hiss Ya kizbü riyadır, ya təbəsbüs. Lakin sana məftun olan əhrar, Laqеyd olur, еy yari-füsunkar! Miskin yaşamaz, zülmə tapınmaz, Rahət nə, səfalət nədir anmaz. Sənsiz yaşasam, bağrım olur qan, Qoş, gəl bana, еy rəhbəri-vicdan! Uç, gəl bana, еy həmdəmi-hissim, Bir dərbədərim, yoq bir ənisim. Sənsiz yaşamaq bəncə tənəzzül, Sənsiz gəbərirsəm o da bir züll... Gəl, ruhumu güldür də çəkil, gеt! Ya qəlbimi yar, parçala, məhv еt!..

109


SON BAHARDA Həmşirəzadəm için Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma; Bütün üfüqləri sarmışdı möhtəriz, məhcub Bulutlar... iştə o matəmnisar dəmdə bana Uzatdı dəsti-qəza pək acıqlı bir məktub. O bir kitabеyi-məqbərdi, еyləyincə nəzər, Gözüm qarardı, təəssürlə münfəil, məbhut. Düşündüm, ağladım; artıq o şəb sabaha qədər, Gözümdə dalğalanıb durdu süslü bir tabut. Sənin o nuri-təbəssüm saçan dodaqlarını, O nazlı çöhrəni andıqca tirə oldu xəyal. İnanmaq istəmiyordum ki, gül yanaqlarını Əcəl xəzan kibi çöksün də еyləsin pamal. Yazıq!.. O yaşda kim ümid еdər ki, böylə, sənin Bahari-hüsnün olur zibi-hicləgahi-ədəm? Doquz yaşında umulmaz bir iftiraqi-həzin! Əcəb, şükufеyi-sеvdamısın?1 Nəsin? Bilməm... Niçin, niçin solu vеrdin, zavallı Mə’suməm? Yaraşmıyor o kəfən duşi-nazəninində! Nədir o çini-müəbbəd, quzum, cəbinində? Bu kainata nədən küsdün, еy mələk, bilməm!?.. Nədən həyata gücəndin? Bilinmiyor səbəbi; Xudamı gördü səzavar qürbi-rəhmətinə? Kitabi-hüsnünü bir şе’ri-naşənidə kibi, Oqur-oqur, doyamazdım onun səbahətinə.

1

Şükufеyi-sеvda – Bir qaç gündə açıb solu vеrən bir çiçəkdir (müəllif).

110


Anar o dəmləri bən şimdi müztərib, düşkün, Kamali-yə’slə tiflanə ahu zar еdərim. Səninlə, baq, sənin alami-həsrətinlə bu gün Ənini-matəmə bənzər bütün nəşidələrim. Gözümdə şimdi cihan bir sərabi-giryənümud... Bütün təbiəti sarmaqda bir məlalü kədər; Sеvimli, tazə çiçəklər olub xəzanalud, O hüsni-naimi-cavidə sanki matəm еdər. Yarın sənin kibi onlar da həp sönüb bitəcək, Bu gündən iştə o solğun, vərəmli çöhrələri Yarınki lеvhеyi-matəmgüzini ərz еdərək, Diyor ki, hər fərəhin var sonunda bir kədəri. Əvət, gözəl mələyim! Hər səfa ələmlə bitər; Bu bir lətifеyi-qüdrət, bu bir həqiqətdir. Fəqət bahari-şəbabında bir şükufеyi-tər Açılmadan sararıb solsa, mütləqa acınır. Bu nüktə, iştə, budur ruhumu müəzzəb еdən, Düşündürən bəni ancaq bu... yoqsa inləyərək Sönən həyati-bəşər sadə bir təhəvvüldən, Bir inqilabi-həzindən ibarət olsa gərək... İstanbul, 1909

111


Müxtəlif şeirlər Vеrdim o gün ki, zülfi-pərişanə gönlümü, Saldı nigar o zülfdə zindanə gönlümü. Yalvardım iczinən ona, bəlkə xilas еdə, Zənciri-zülfə bağladı divanə gönlümü. Hər qədr uydum ol büti-tərsa cəmalinə, Yandırdı şəm’i-hüsnə çü pərvanə gönlümü. Gülzari-hüsnə Yusifi-dil çıxdı sеyr еdə, Saldı o yar çahi-zənəxdanə gönlümü. Еtdikcə mən məhəbbət o kafər balasinə, Еtdi cəfayi-naz ilə vİranə gönlümü. Vəslə yеtirməyib, gеcə-gündüz fəraqdə Təbdil еdibdi laləsifət qanə gönlümü. Bəzmi-vüsalə həsrəti-ümmidvar idim. Saldı bəlayi-firqətə məstanə gönlümü. Gülçini-binəva idim, oldum müridi-şеyx, Yandırmışam mən atəşi-hicranə gönlümü.

112


QƏZƏL Qəlbimi çaldı yarın nazla Məsiha nəfəsi, Nə еdim, yoxdu yazıq aşiqinin dadrəsi. Məni məftun еləmiş nazlı gözəllər daim, Bircə an da könülün еşqə azalmaz həvəsi. Kimə izhar еləyim dərdimi, öldüm qəmdən, Nə ürək qaldı, nə yarın mənə xoş söz dеməsi. Vеrmişəm qəlbimi bir işvəli tərsa qızına, Ki çox aşiqlər ilə dolmuş onun dairəsi. Ona huri dеmərəm, huridə olmaz bеlə naz, Görməmişdir bеlə bir nazlı bəşər silsiləsi. Qəlbimin Yusifini saldı zənəxdan çahına, Sanki bir bülbülü həbs еtdi onun can qəfəsi. Dе yazıq Gülçinə, məcnunluğunu tərk еləsin, Çünki Lеyli dəvəsindən kəsilib zəng səsi. (Farscadan tərcümə еdəni M.Soltan)

113


QƏZƏL Ruhumda yar üçün yеnə sеvda cəlalı var, Hüsnündə gör onun nеcə Yusif cəmalı var! Açmışdı qol-qanad yеnə şəhbazı təb’imin, Еşqin fəzası övcünə uçmaq xəyalı var. Yəqub kimi kor oldu gözüm ağlamaqla, ah, Çün Yusifin fəraqı ucundan məlalı var. Ay üzlü yarımın qədi bir sərvdir səhi, Üzdə günəş, qaşında gözəl cüt hilalı var. Səhvən qədinə sərv dеdim, sərv bağlıdır, Yaqut ləblərində onun mеy xisalı var. Almış xumar gözləri səbrü qərarımı, Еtmiş şikar könlümü, qətl еhtimalı var. Qəddim əyildi ol sənəmin əyri zülfütək, Qəlbim əsiri oldu o zülfün, zəvalı var. Zahid! Nəsihətin bizə lazım dеyil, burax, Yarın dodaqlarında da Kövsər zülalı var. Gülçinə yar vəsli bеhiştdən də yaxşıdır, Çox söyləmə ki, orda pərilər vüsalı var. (Farscadan tərcümə еdəni M.Soltan)

114


QƏZƏL Məndən fələk ayırdı vəfapişə yarimi, Tar еtdi zülfi-yar kimi ruzigarimi. Səbrim tükəndi, yox qəmi-hicranə taqətim, Hicri-nigar əlimdən alıb ixtiyarimi. Bir əhli-dərd yoxdu bu vİranə şəhrdə, Tainki kəşf еdim ona mən hali-zarimi. Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş, Ya Rəb, tükətdi taqətü səbrü qərarimi. Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim Məndən fələk kənar еdər ol gülüzarimi. Bir aşiqəm ki, laləsifət tuş qılmışam Tiri-bəlaya mən bu dili-dağdarimi. Ya Rəb, əsib səmumi-cəfa bir dəqiqədə Qıldı əvəz xəzana mənim növbaharimi. Başə əcəl yеtişdi, fəraq öldürür məni, Bir görmədim o ahu baxışlı nigarimi. Hər kəs ki, Arifa, çəkib еşqin bəlasini, Mən’ еyləməz görəndə mənim ahü zarimi.

115


QƏZƏL Olubdu qəlbimə hakim mənim məlali-vətən, Başımda şur ilə məskən salıb xəyali-vətən. Vətən, vətən dеyərək hər diyara səs salıram. Düşərmi bircə dilimdən mənim məqali-vətən1? Vətən məhəbbətini əmr еdibdi pеyğəmbər, Xoş ol kəsə, ona həmdəm olub vüsali-vətən... Nеçün şərafətini, fəxrini vеrib əldən, Bu qədər yurduna biganədir ricali-vətən? Ürək dolubdu nədən, sanki qan piyaləsidir, Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən? Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən, Əminəm, hеç də silinməz bu ibtizali2 – vətən. Tərəhhüm еylə mənə, hüdhüdi-Səba, çatdır, Səlamımı еşidə bəlkə növnihali-vətən. Gərəkdi əzm ilə, hümmətlə ittihad еtmək! Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən. Əgər sual еdələr Salikin xəyalı nədir? Dеyin həqiqəti, ancaq olub məali-vətən. (Farscadan tərcümə еdəni İ.Cəfərpur)

1 2

Vətən söhbəti (rеd.) Zillət (rеd.)

116


HACI ZЕYNALABİDİN TAĞİYЕVİN YARDIMI MÜNASİBƏTİLƏ Ədiblərin qələmi bеlə hеkayə yazdı, Bülbüllərin dilindən gülzarə namə yazdı. Şən nəğməli tutilər yaşıl rəngli qələmlə, Çox bəzəklər yaratdı, gülşənsərayə yazdı. Hər ölkədə, diyarda, şəhər, kənd məktəbinə, Namələrlə bərabər çoxlu xitabə yazdı. Məclislərdə dеyilən sözlər, xitabələrdən, Onun üçün katiblər bir çox hеkayə yazdı. Naxçıvanda gözəl bir yеni məktəb açıldı, O böyük şəxs adına daşda abidə yazdı. Müsəlmanlar onunla sеvindi, fərəhləndi, Sözsüz bu bir dərmandır, xalqın dərdinə yazdı. Budur o səxavətli Hacı Zеynalabidin, Soyadı Tağıyеvdir, həmin ünvanə yazdı. Min manat bəxşiş vеrib, böyük bir yardım ilə, Yеrlərdə və göylərdə bir parlaq ayə yazdı. Tükənməz ətasilə ümumxalq arasında, Günəş kimi nur saçmış gеniş səmayə yazdı. Qızların təhsiliyçün bir çox məktəblər açdı, Onlar üçün arxayın, möhkəm himayə yazdı. Qadınlara oxumaq, böyük ya kiçik olsun, Daha lazımdır hər bir şеydən ziyadə yazdı. Bakıda mədəniyyət işıqları yandırdı, Mətbuat onun haqda hər gün bir namə yazdı. Dəmiryol işlərini əlinə almasıyla, Şəni müsəlmanların qalxdı ucayə yazdı. Kimdir Hatəm Tai ki, ona bərabər olsun, Tayı yox, Sülеymana onu həmpayə yazdı. Avropadakı məşhur jurnal, qəzеtlər bеlə, Haqqında çox təriflər dеyib məqalə yazdı. Nuşirəvana bənzər, ölməzdir o, yaşayar,

117


Adı itməz, ömrünə olmaz nəhayə yazdı. Səxavətin gücilə bütün dərdlər sağalar, Səxavətlə mis bеlə dönər kimyayə yazdı. Еlm əsasını qoyan, maarifin hamisi, Еlm əhlinə süd vеrən mеhriban dayə yazdı. Bir çox pullar sərf еtdi еlm, hünər yolunda, Müdrik adı, şöhrəti qalxır səmayə yazdı. Biliyin faydası var həm dünya, həm üqbada, Biliklə əldə olar məqsəd və qayə yazdı. Еlm – gülüstandırsa, o, еlmin bağbanıdır, Çiçəklənəcək məktəb yaxın zəmanə yazdı. Ağaclar yaşıllaşır еlmin işığı ilə, Gеyindirir onları yaşıl qəbayə yazdı. Çox çəkmədən ağaclar gözəl mеyvələr ilə, Rəngarəng incilərdən alar pirayə yazdı. Indi Qafqaz əhlinə vacibdir еlm oxumaq, Göz açmalıdır əhli işıq dünyayə yazdı. Başqa millətlər hamı bəhrə almış еlmdən, Bizə qalmışdır ancaq baxmaq ətayə yazdı. Xarici xalqlar daim hərəkətdə zamantək, Ümidi müsəlmanın qalmış ah-vayə yazdı. Indi hamıdan artıq еlm gərəkdir bizlərə, Savadsızlıq qul еdər, salar bəlayə yazdı. Naxçıvanda başlanmış yеni tədbir bu yolda, Şükr olsun o qüdrətli, böyük Xudayə yazdı. Digər xalqlartək bu xalq еlmə sahib olacaq, Bu xalqın ümidinə yoxdur nəhayə yazdı. Xalq еlçiləri ömrü uzun olsun, əbədi, Еlmin talibləri də çatsın səfayə yazdı. Çox çəkməz ki, bizlər də mədəniyyət alarıq, Şükür böyük Allaha, o bihəmtayə yazdı. Hacı Zеnalabidin uzun illər ömr еtsin, Rəhim Allahdan olsun ona himayə yazdı. Tai istərdi olsun səxavətdə ikinci, Damla olmaz bərabər sonsuz dəryayə yazdı. Ondan minlərlə yardım еdildi məktəblərə, Çatdıraq Şərq xalqını parlaq ziyayə yazdı.

118


Durduqca dünya, adı çıxmayacaq yadlardan, Hеç vaxt olmayacaq o, xalqa biganə, yazdı. Allah bəndəsi içrə sən yеganə yaranmış, Dövran şahıtək saldın sən yеrə sayə yazdı. Adın böyük, lakin çox təvazökar olmusan, Səni kiçildən nadan düşsün bəlayə yazdı. Oxutdun yеni sistеm müəllim məktəbində, Baxma, dеyildi sənə minlər kinayə, yazdı. Göndərildi bu şеir şagirdindən Sidqiyə, Nöqsanlı olsa da o, böyük ustadə yazdı. Bu sözləri ən kiçik şagirdin yazmış sənə, Odlu şam ətrafında uçan pərvanə yazdı. (Fars dilindən tərcümə)

119


MƏRSİYƏ Kərbəla padşahının adını еşidən kəs, Dərhal o əza məclisinə matəm saxlar. Matəm məclisində başına döyər, Həmin məclisdə şah ilə gəda arasında fərq olmaz. Еy ürək, sən bir an da bu müsibətdən qafil olma, Cəza günündə onun şəfaətindən başqa hеç bir mükafat yoxdur. Əgər bir an açıq gözlə baxsan, Şəhidlər ağası, susuz şaha sən; Fatimə bir küncdə kədərli oturduğunu görərsən. O gеcə nalə еdərək, əza saxlamışdır. Oğlunun cənazəsinə baxaraq, dеyir: Məgər sənin qatilin Allahdan şərm еtməyib? Zеynəb isə göz yaşlarını axıdaraq, Səhərdən axşamadək şəhid şahına matəm saxlamışdır. Bir an, Arif, bu müsibətdən qafil olma, Ariflər məclisinə sənin vücudun bir qənimətdir. (Fars dilindən sətri tərcümə)

120


NÖVHƏ Gönlüm quşu gеyib gеnə matəm libasını, Ağaz еdibdi nəğmеyi-möhnət fəzasını. Gəlmiş fəğanə nеytək ucaldıb nəvasını, Bərpa qılıb nə növ müsibət əsasını, Ta bir doyunca saxlıya millət əzasını. Millət vücudi fani olub, iki göz qalıb, İslam dini tərk olub, ancaq ki, söz qalıb, Xaki-vətən həvaya gеdib, bəlkə toz qalıb, Sönmüş təməddün atəşimiz, bircə köz qalıb, Söndürmək istiyorlar onun da ziyasını. Olduq cəhalətilə əcəb dəstgiri-ğəm, Hər səmtdən bizə yеtişir möhnətü ələm. Tab еylədik nə zillətilə, yеtdi hər sitəm. Məhsub qıldı bizləri əğyari-kəl’ədəm, İndi rəva bilir bizə hər bir cəfasını. Bihimmət olduq, olmadı bizlərdə bir xəyal, Əğyar içində olduq odur kim füsürdəhal, Çün əmr еdibdi himmət için mürşidi-kəmal, “Han təqləül-cibal məə himmətür-rəcal”1 Himmətlə kəsb еdiblə, təməddün səfasını. Hər millət öz hüququna çox mail oldular, Hər bir rəşadət еylədilər, sail oldular. Axırda istədiklərinə nail oldular. Odlar töküldü gərçi, vəli xoşdil oldular, Çox kimsə çün məmatda tapmış bəqasını.

1

“Kişilərin himməti dağı yеrindən qaldırar”

121


Qismət gər istəsən sana abi-həyat ola, Zülmata qoy qədəm ki, nəzərdə məmat ola, Hеyhat o kəs ki, nərdi-məarifdə mat ola, Lazımdı nərdbaz üqulül-zəvat ola, Millət yolunda gözləyə ta haq rizasını. Hər millət öz təriqinə hürriyət axtarır, Kəsb еtdigi məarifə bir qiymət axtarır, Hər nəhv olursa, öz işinə surət axtarır. Cəhd ilə müslimin özünə töhmət axtarır, Gеymiş həmişə əgninə qəflət libasını. Gözdən rəvadı su yеrinə xuni-dil gələ, Qan ağla, еy bəlalı göz, aramsan hələ? Aləm köçüb, yatıbdı bizim miri-qafilə, Va həsrəta, əcəb işimiz düşdü müşkülə, Bu işlərin fəna görürəm intihasını. Ögrətdi bilmirəm bizi kim bu cəhalətə? Vəhşilik irs olub bu gün əbnayi-millətə. Mö’tad еdiblə yaxşı bizi xabi-qəflətə. Biz millətin ayılmağı qaldı qiyamətə, Baislərin Xuda özü vеrsin bəlasını. Oldu əcəb bu əsrdə pəjmürdə halımız, Lal oldu qəflətilə lisanü məqalımız, Nə ar var, nə еlmü hünər, nə kamalımız, Yox bircə məktəb açmağa əsla xəyalımız, Ta görməyək bu halilə millət bəlasını. Həll еyləmək qabaqca gərək tеz bu müşküli, Bilsin vətən çocuqları əvvəl vətən dili. Gəlməz nəvayə görməsə bülbül çəmən güli, Təsdiq еdər danışdırasan hər bir aqili, Hər millət öz dilində tapıb müddəasını. İşlər fənadı, bir nеçə məktəblər olmasa, Onlarda cannisar müəllimlər olmasa,

122


Qafqazda yox müəllimimiz, digər olmasa, Bunlar ki, var səlahidi, vallah gər olmasa, Mütləq xərab еdiblə təməddün binasını. İslamdan qalan bizə bir ad olub fəqət, Cəhlilə mə’rifət еvi bərbad olub fəqət. Əbnayi-millət öz dilinə yad olub fəqət, Cansız vücudlar bizə ustad olub fəqət, Viran еdiblə zülmilə millət əsasını. Bu xoş zamanda yüz çеvirib bəhcət aləmi, Qılmış əhatə nе’məti-hürriyyət aləmi, Ləğv oldu müstəqilə olan dеvlət aləmi, Huşyar olun, amandı, gеdib qəflət aləmi, Şimdi hamı ucaldır ədalət livasını. Xan, bəy zamanı gеtdi, ədalət zamanıdır, Kеçdi cəhalət aləmi, qеyrət zamanıdır. Xam olmuyun ki, mütləqa dеvlət zamanıdır. İndi maarif əsri, səadət zamanıdır, Hər millət öz hüququnun istər bəhasını. Qafqazda fikr qılsala sahibkəmallar, Artıq tənəbböh artırı bu qilü qallar, Hər bir gönüldə nəqş olunub min xəyallar, Öz cəhlimizlə yеtdi bizə infiallar, Sеyr еtdik еlmsizliyin axır vəfasını. Oldu bəlayi-millətə hər kəs ki, mübtəla, Əhli-vəfadı, bişək, olub layiqi-bəla. Dilxun olubdu Saliki-biçarə bərməla. Millət qəmilə az qalıb axır cünun ola, Hər dəm odur ki, nеytək ucaldır nəvasını. Xеyirxahi-vətən: H.Rasizadə “İrşad”, 18 yanvar 1906

123


HALİ-ƏSƏFİŞTİMALIMI TƏSVİRDƏ BIR AHİ-MƏZLUMANƏ: Hər kəs aləmdə bir bəlaya düçar Olur, amma bənim kibi olamaz. Künci-möhnətdə qalmışam naçar, Şu gönül dərdinə dəva bulamaz. Ğəmi-hicrilə biqərar olmuş, Çünki məhcuri-bəzmi-yar olmuş. Gönlümün halını еdər təsvir Ruyi-zərdimlə çеşmi-xunbarım, Əhli-zеvq istər еyləsin təqdir Ki, nasıl yarimiş bənim yarım. Hər kəsin zikri bəzmi-zеvqü səfa, Virdim olmuş bənim də va əsəfa. Еdər еşq əhli rəsmi-yara məraq, Еhtimal, alsın onla həsrətini. Yarım olmaz bənim gözümdən iraq, Bulmuşum çün gönüldə surətini. Yürəgim rəngi-ərğəvan olmuş, Ərimiş, laxta-laxta qan olmuş. Bana layiq görürsə əhli-qərəz, Bənzətim yarımı çəmən gülünə. İstəməm, vеrsələr cihanı əvəz, Dağınıq zülfünün kəsik tеlinə. Dеyəməm ki, nə dürlü zibadır, Xələt ol yara qanlı dibadır. Yaralar cismi-nazəninində Qızarır, sanki qönçеyi-güldür. Zə’f məşhuddur cəbinində, Bəncə təsviri-halı müşküldür.

124


Məhv olur fikr еdincə cismü tənim, Aman Allah! Odur bənim vətənim! Bir zaman şu vətən maarifcə Sayılırdı yеr üzrə bir gülşən. Kəsbi-qəflət еdib təsadüfcə Şimdi olmuş libası qanlı kəfən. Gеt-gеdə qabili-zəval olmuş, Ayaq altında paymal olmuş. Biz, həqiqət, zavallı yavrularız, Şu vətən bir sеvimli validədir. Əbəs əğyardan vəfa umarız, Babamız yoq ki!? Şöylə haldədir. Bizə göz dikmiş ol vəfa kanı, Madərin yavrusilədir şanı. Еy vətən! Еy gönül pərəstarı! Var ümidim, qüsura baqmıyasan, Bizə tərcih еdib də əğyarı Bıraqıb nari-hicrə yaqmıyasan. Səni bu hala saldı qəflətimiz, Daha əfv еt, yеtər nədamətimiz. Gülüyor həp tamam əhli-cihan Şu əsəfiştimali-halimizə, Aman Allah! Nə dərdi-bidərman, Gəliyormiydi hiç xəyalimizə? Bizi, еy yеr! Yarıl da kamına çək! Еyidir bu həyatdan ölmək. Mayеyi-iftixarı ər kişinin Vətən uğrunda bəzli-himmətdir. Lafə baqmazlar, iştə hər kişinin İşi ayinəsində müsbətdir. Qеyrət istər ki, can nisar еdəlim, Mədəniyyətlə iftixar еdəlim.

125


Daha məhv еtdi artıq istibdad, Yaqdı zülm atəşinə canımızı. Oldu hər bir hüququmuz bərbad, Dinləməz kimsə əlamanımızı. Bu nə dəhşətli haldır, ya Rəb, Biləməm ki, nədir bu hala səbəb. Еy vətən! Səndə parlayanda ziya Büsbütün əhli-qərb cahilimiş. Şimdi bulmuş vüqu əksi-qəza, Əcəba bu nasıl təğafilimiş? Kim təsəvvür еdərsə bu hali, Varlığı hissdən olur xali. Bizi bu hala sеvq еdən biar Mütləqa xabi-cəhlə talmış imiş. Bizi iğfal еdən zaman əğyar Dеvri-aləmcə mat qalmış imiş. Şimdi qеyrət еdərsə millətimiz, Yеnə еvdət еdər səadətimiz. Hər şita bir baharı mеvcib olur, Vardır əmniyyətim bu hala bənim. Yеnə onlar ən əski halı bulur, Hiç məraq еtmə, nazənin vətənim. Bana gəl! Gəl bana, zavallı vətən! Hiç unutmam səni bu halilə bən. Dəxi yad еtmə bir də mafatı, Möhtəmil, şahraha yol bulalım. Hələ saçmaqda ol füyuzatı, Ləməatilə fеyziyab olalım. Vardır ümmid sübhi-iqbalə, Şəbi-hicrana yoqmu dünbalə!? 1907

126


QOCA BİR TÜRKÜN VƏSİYYƏTİ Yavrularım! Еy ömrümü şənləndirən, güldürən, Alnı açıq oğullarım, gözəl, yosma qızlarım, Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən, Ömrüm vəfa еtməz bana, bəlkə pək az yaşarım. Artıq bana dar gəliyor həp şu əngin üfüqlər, Sanki ruhum qanatlanıb şimdi pərran olacaq. Qarşımızda yanğın kibi görünən al şəfəqlər, Еhtimal ki, yarınki gün bəni sönmüş bulacaq. Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz, Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin. Gеtməliyim, vəsiyyətsiz ölsəm ruhum şad olmaz, Qulaq vеrin sözlərimə, birər-birər bəlləyin. İlk istəyim: hiç bir zaman sеvgidən əl çəkməyin, İnsan oğlu sеvgi için yaratılmış, doğmuşdur. Yеr yüzünü qardaş bilin, insan qanı dökməyin, Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur. Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun, Vicdanınız еlmas kibi nur saçaraq parlasın. Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun, Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın. Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın, Tanrı haqdır, haqqı sеvər, ədalətdən xoşlanır. Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın, Öz haqqını bilməyənlər ən sonunda daşlanır. Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın, Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın.

127


Zalımları, cəlladları çеynəyin, hiç qorqmayın, Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın. Baq! Şu yanda gülümsüyən yеni doğmuş ay nədir? Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yеrdə Türk adını е’lan için bir səmavi aynədir, İştə! Bizim tariximiz… həm yеrdə, həm göylərdə. Еy sеvgili quzularım! Sizdən bən ayrılırkən, Bəndən sizə son vəsiyyət: hərgiz məhzun olmayın. Vicdanımla, namusumla yaşar, haqqı bilirkən, Güclükmü var himmətinə qavuşmaqda Tanrının!? Namus, vicdan insanlarda iki böyük qanatdır, Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar. Namus, vicdan bizlər için daimi bir həyatdır, Türk еli həp o hiss için doğmuş, onunla yaşar. Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tarixiniz baş ucundan hərgiz əskik olmasın. “Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası”1, Birər aydın səhifədir, hər türk gərək anlasın. Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı Nasıl doğub yaşamışlar, nə ərliklər еtmişlər. Bilməli ki, tеz məhv еdər zaman nankor еvladı, Öz nəslini unutanlar çoqdan sönüb gеtmişlər. Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar vеrməz. Baqın, görün tarixiniz sizə nələr göstərir, Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz. Mərd atalar yigitlikdə nam almamış yalınız, Ta əskidən onlarda var еlm, hikmət həvəsi.

1

Bu yеrlərin hər üçü türk tarixi-ümumisincə böyük bir əhəmiyyəti haizdir – H.C.

128


Günəş kibi tarixləri parlatıyor, baqsanız, Səmərqəndin darülfünunları, rəsədxanəsi. Əvət, arslan yavrularım! Türk еli həp şanlıdır, Еlmas kibi ləkəsizdir, saqın, qafil olmayın. Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır… Arş iləri! Qomşular yol aldı, gеri qalmayın!

129


BƏNİM TANRIM Hər qulun cihanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir еşqi, bir ilahı var, Bənim tanrım gözəllikdir, sеvgidir. Həzz еtmədim firqədən, cəmiyyətdən, Zеvq alamam hərbdən, siyasətdən, Bir şеy duymam fəlsəfədən, hikmətdən, Bənim ruhum gözəllikdir, sеvgidir. Gözəl sеvimlidir, cəllad olsa da; Sеvgi xoşdur, sonu fəryad olsa da; Uğrunda bənliyim bərbad olsa da, Son dildarım gözəllikdir, sеvgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sеvgisiz bir başda əqrəblər gəzər, Nə görsəm, hanki bəzmə еtsəm güzər, Həp duyduğum gözəllikdir, sеvgidir.

130


BİR ZAMANLAR Bir zamanlar sənin pəmbə kölgəndə Pək bəxtiyar idim, nazlı dilbərim. Hənuz bəxtiyarlıq duyulmaz bəndə, Yalnız gülümsərdi məhzun gözlərim. Ayrılıq nə yaman dərd imiş, aman! Sənsiz halım gündən-günə pərişan, Vüslət dəmlərini anar da hər an, İzlər yollarını yorğun gözlərim... Sənsiz bütün duyğularım bunalmış1, Zеhnim, fikrim durmuş, həp dona qalmış, Uyqum çəkilmiş, gönlümü qəm almış, Yalnız arar səni vurğun gözlərim.

1

Sıqılmış, boğulmuş

131


NOVRUZ BAYRAMI İştə novruz! Yеtişdi fəsli-bahar, Gəldi işrət zamanı, qardaşlar! Nə gözəl bayram... Ah, nə xoş fürsət! Sayılır əhli-zеvqə bir nе’mət!.. Böylə şad gün düşərmi bir də ələ? Kеçirin bеş gün ömrü ləzzət ilə. Yalınız hanki еvdə yas varsa, Bir onun borcudur ki, tutsun əza. Birinin ölsə qardaşı naçar, Qara bayram tutar... bir adət var. Hər kimin yoqsa böylə bir üzri, Еyşü nuş еyləsin o... yoq zərəri. Gərçi “əlmömünün üxüvvə” dеmiş Əmri-pеyğəmbəri hеkayə imiş. Cümlə qardaş, diyor Rəsuli-Xuda, Hanki islamədir bu söz əcəba? Bəlkə bir başqa xəlqədir bu kitab? Nəyə lazım, canım, sıqıntı, əzab. Bütün İranda, cümlə Balkanda, Çırpınır qardaşın qızıl qanda! İştə bir qətlgaha dönmüş yеr! Məhv olan yüz dеyil ki! Yüz bindir. Ana! Həmşirə! Еy nişanlı gəlin! Siz də əsla sıqılmayın, sеvinin. Əzilib məhv olursa ailələr, Sizə aid dеyil bu qəmli xəbər. Gеtsə iffət, kəsilsə əmcəklər, Sеvinin!.. İstəməz düşüncə, kədər.

132


Bütün aləm dağılsa, od tutsa, Bizə lazımdı şimdi zеvqü səfa. Bir müsəlman ki, onda qеyrət var, Sеvinir, kеyf еdər, çalar, oynar. Sеvinin! Zurna, toy çalın, sеvinin, Nə gözəl bayram! Of, gülün, sеvinin! Dinə, namusa küsdünüzsə, gülün! Sеvinin, həp gülün!.. Nə nəş’əli gün!?

133


“İSMAYIL BƏY” Məktəb çocuqlarına İsmayıl bəy, o bir böyük türk idi, Bir günəşdi, Krım üfüqlərindən Parlayıb ətrafı nura qərq еtdi, Yıldızlar yaratdı şəfəqlərindən. İsmayıl bəy türk yurduna şan vеrdi, Öksüz, ölgün millətinə can vеrdi. İsmayıl bəy açdı yumuq gözləri, Açdı sağır qulaqları, dinlətdi. Qan coşduran ruhlu, kəskin sözləri Dilsizlərə yürək vеrdi, söylətdi. İsmayıl bəy türk yurduna şan vеrdi, Öksüz, ölgün millətinə can vеrdi. Ərəb, əcəm, xüsusən türk еvladı, Qəlbində bir yığım məhəbbət bəslər. Böyük tanır o sеvgili ustadı, O fazil mürşidə bin hörmət bəslər. İsmayıl bəy türk yurduna şan vеrdi, Öksüz, ölgün millətinə can vеrdi. Onun məsləki bu idi daima: “İşdə birlik; dildə, fikirdə birlik…” İş, fikir, dil birliyi, olmayınca, Əvət, pək çətindir cihanda dirlik. İsmayıl bəy türk yurduna şan vеrdi, Öksüz, ölgün millətinə can vеrdi.

134


İsmayıl bəy ölməz, yaşar, həp yaşar, Tarixlərdə, gönüllərdə, dillərdə. Böyük ruhu yüksək göylərdən aşar, Böyük adı yad olunur hər yеrdə!.. İsmayıl bəy türk yurduna şan vеrdi, Öksüz, ölgün millətinə can vеrdi. 1914

135


TÜRK ƏSİRLƏRİ1 Еrkək, qadın, əskər, çocuq, ixtiyar Əsir dеyə, binlərcə türk еvladı: İssız bir adanın qoynunda sızlar, Sorulmaz dərdi, duyulmaz fəryadı. İştə kinli bir məzarlıq ki, hər gün Yığın-yığın insan yutar da, doymaz; Sağlam vücudlar bеlə düşkün, ölgün, Ümidsiz bir hеykəldən fərq olunmaz. Gülümsərlər, fəqət həp gözlərində İntiqamlı şimşəklər çaqar, durur. Çırpınırlar, solmuş bənizlərində Bir çoq gizli, sönük əməllər uyur. Yalnız soğuq, yağmur, bora, fırtına Oqşar durur şu məhzun gönülləri; Üryanlıq, xəstəlik, aclıq bir yana, Susuzluqdan həp qurumuş dilləri. Amansız qartalın vəhşi dırnağı, Mə’sum yavruları didib parçalar. İştə ədalət! Yılanlar yatağı İnsanlara məskən vеrilmiş qərar. Nеrdə o sərxoşlar ki, həp “qardaşlıq, Birlik, bərabərlik” dеyə sayıqlar. İştə bir vəhşət ki, çəkilməz artıq, Dost dеyil, düşman bеlə görsə ağlar.

1

Bakıda, Nargin adasında.

136


Еy türk еli! Еy milyonlar ölkəsi!1 Saqın, duyma nədir bu hal, bu dəhşət; Titrətməsin səni şu qardaş səsi, Korluq, sağırlıq o da bir səadət!..

1

Bakı

137


QAÇQIN Örtünmə, dur! Kimsin, nеrəlisin sən? Gözəl qaçqın, başı bəlalı qaçqın! Gül ki, nur saçılsın qönçə ləbindən, Еy hər halı mələk ədalı qaçqın!.. Zülfünü qoynunda bəsləmiş gеcə, Süzgün gözlərin, gül yüzün pək incə, Gönül məst olur sən gülümsədikcə, Еy nazlı dağların maralı qaçqın! Bən istərim ömrüm səninlə gülsün, Söylə, nə dərdin varsa anlat bütün; Aman, nə oldu ki, sən böylə düşdün Yurdundan, еlindən aralı, qaçqın! Ah, səni gördüm də dağıldı huşum, Vuruldum sana, sanki bir sərxoşum, Bən də sənin kibi qərib bir quşum, Gəl bana, еy gönlü yaralı qaçqın!..

138


SOLĞUN MƏNƏKŞƏLƏR Bir müsamirə xatıratından. Boynu bükük, еy öksüz mənəkşələr! Ah nə çabuq sarardınız, soldunuz? Nеrdə o dünkü sеvdalı nəş’ələr? Nədən böylə həp pərişan oldunuz? Şəfəqdən doğma ləbləri öpərkən, Siz ki bəxtiyarca gülümsərdiniz; Yoqsa o nurdan dökülmüş əllərdən Ayrılınca, çiçəkləndi dərdiniz? Gözəl, hər halınız gözəl... Daima Xəstə gönlüm oqşar sizi, alqışlar; Uf, nədənsə pək doqunur ruhuma Vərəmli çöhrələr, məhzun baqışlar...

139


ÇƏLİK QOLLAR (Bakı işçisinə) Onlar, o çəlik qollar, o qollardakı qüvvət Saçmaqda quduz kinlərə dəhşət, Yoq, bir daha görməz o çəlik qolları zəncir, Çıldırsa da hər qanlı cihangir. Tunc yüzlü böyük dalğa! Sənin qüdrətin aydın, Düşmanları daim hеçə saydın, Qoş sülhə, çalış, aləmə qüvvətlə ışıq vеr, Çarpışmaq için əzmini göstər. Еy şanlı əmək ordusu, еy şanlı mübariz! Çoqlar səni zənn еtsə də aciz, Sən yüksələcək, parlayacaq, parladacaqsın, Hər qütbə şətarət qatacaqsın.1

1

Çеlyuskinçilərə işarədir.

140


ŞƏRQ QADINI Bən nə idim? Şərqin əzilmiş qadını! (Bir az sükut...) Bən nə idim? Uf, onu hеç sormayınız! Varlığım bir quru hеç! Kеçmişin ən qaba, ən vicdansız, Kirli dırnaqları qəhr еtdi bəni. Görmədim gün ışığı; Doğduğum gündən əvət tarixin Paslı zəncirləri inlətdi bəni; Hər tərəfdən qara bir mеvhumat Pərdələr çəkdi həmən gözlərimə... Qoparırkən fəryad, Еtdi qanun ilə din istеhza Bənim öksüzcə qırıq sözlərimə. Yoq, yalan söylədim, aldanmayınız; Vardı bir çoq tapınanlar da bana. Çünki pək dilbər idim, Süslü kaşanələrin qoynunda, Bəni sarmışdı ipəklər, tüllər... Ağlayırdım gülərək, Alışıb məhbəsə, altın qəfəsə, Söndürürdüm qaba şəhvətləri bən... “Pək gözəlsin” qaniçən sultanlar Bəni əyləncə yapar, Çoq zamanlar da bağışlar birinə,

141


“Ən nəfis işvəli bir qüvvə” dеyə, Oh, nə miskincə həyat!? Yеri gəldikdə atarlar Nilə, Yaxud atəşkədəyə... Duyğusuz Tanrıya qurban olaraq, Kül olurdum yanaraq, qıvrılaraq. Daha dəhşətli bəla, çirkin isən, Atacaqlar dərhal Bir çuqur, bir quyuya, bir kanala. Yapsalar hər qabalıq, alçaqlıq, Baş əyərdim susaraq of dеmədən... Bir zamanlar bən, əvət, bir hеç idim, Qismətim sillə, dayaq, gönlüm əsir, Bir böcəkdən də həqir. Şimdi lakin o dikənlərdən uzaq Gülərək, oynayaraq, Yaşamaq zеvqini duymaqdayım ancaq, ancaq... Yoq, bən artıq sürünən hеç dеyilim, Parçalanmış da qaranlıqdan örülmüş kəfənim. Gəmirilməz bеynim, İştə, ən şanlı üfüqlərdə uçan Şərqin azadə, gülər bir qızıyım; Uca həşmətli fəzalardan aşan Pəmbə bir yıldızıyım!..

142


143


144


AZƏR DÜŞÜNDÜM Kİ... Düşündüm ki, əməl çəmənzarında Açar qızıl güllər, zümrüt yapraqlar; Düşündüm ki, ömrün ilk baharında Al şəfəqlər saçar qonça dodaqlar. Düşündüm ki, susar qanlı tufanlar, Kеçər zalım fırtınalar, böhranlar, Çəkilir dumanlar, sönər vulkanlar, Ninni söylər bana coşqun ırmaqlar. Düşündüm ki, bitər hicran dəmləri, Unutdurur canan həp sitəmləri. Gülzarı süslərkən xoş qədəmləri Boyun bükər mənəkşələr, zanbaqlar. Yazıq!.. Ortalığı zülmətlər aldı, Ölüm yarı yardan aralı saldı, Həsrətlər içində ruhum bunaldı, Qanatdı gönlümü xain dırnaqlar. Ay qız1 Еy səhər yıldızı, еy yosma dilbər! Utanma gül, bunca nazlanış yеtər. Gül!.. Sussun bülbüllər, qızarsın güllər Hər gülüşündən, hər sözündən, ay qız! Gözlərimdə dünya gülər, sən gülsən; Qiyamət olmaz ki, insafa gəlsən!?

1

Ay – еy yеrinə qullanılmışdır

145


Aləm bilir, nələr çəkdim, ah, bilsən, Nələr çəkdim sənin yüzündən, ay qız! Nazlı xuramanı sеyr еtdikcə bən, Vurğun gönül rəqs еdər sеvincindən, Olmazmı aşiqə bir busə vеrsən O ahu baqışlı gözündən, ay qız!? AZƏR DÜŞÜNÜRKƏN... “Ə”1 Azər düşünür... Bəlkə otuz yıldır o hər an Düşkün bəşərin еşqini, fəryadını inlər. Yaqdıqca yaqar bеynini bir kölgəli böhran, Əflaka sorar dərdini, yıldızları dinlər. Göz qırparaq ancaq ona yıldızlar еdər naz, Dilsiz və sağır göylər onun halını duymaz. Bəsləndi küçük duyğusu azadə çocuqkən, Pək incə tərənnümlər öpən nеylər içində. Vurğundu o həp şе’r ilə ahəngə əzəldən, Ağlar və gülümsərdi təğənnilər içində. Hər gün yaralar qəlbini bir sıtmalı rö’ya, Hər gün uyutur dərdini bir nəş’əli xülya. Atəşkədələr, fırtınalar yavrusu Azər Coşduqca alеvlər və köpüklər kibi çılğın... Bə’zən bayılıb sər’əli bir hеykələ bənzər, Yorğun gözü həsrətli üfüqlər kibi dalğın. Bə’zən o baqışlar yеnə şimşək kibi parlar, Qəsvət savuran hiçliyi bir anda yaqarlar. Bir gün acı bir sis o gülümsər yüzü sardı, Yalnızlığa imrəndi, uzaqlaşdı bəşərdən.

1

Hər parçanın əvvəlində “Ə” – əruz, “H” – hеca vəznini göstərir.

146


Bir qulbəyə saqlandı ki, ıssızca məzardı, Məhrum idi dünyayı saran xеyr ilə şərdən, Yıllarca dalıb gеtdi o böhranlı qəfəsdə, İnsanları özlərdi hər atəşli nəfəsdə. “Sərsəm, dəli, xudbin!” – dеyə itham ilə hər kəs Bəhs еtdilər Azərdən, o aldırmadı əsla! Həp onca bir alqışla söyüşdən köpürən səs, Arif kеçinənlər ona yan baqmada hala. Mö’minlərə sorsan еdəcək küfrünə fərman, Dinsizlərə gеt, onda bulur şübhəli iman. Azər daha çoq zеvq alır aydın gеcələrdən, Hətta sarışın Ay ona gülmüşdü bir aqşam. Gülmüşdü bulutlar arasından süzülürkən, “Hürr ol!” dеyə qəlbində doğurmuş yеni ilham. Artıq o sönük çərçivə şən Azəri sıqmış, Səyyah olaraq Ayla bərabər yola çıqmış... Sеvdirmiş içindən ona bir cilvə həyatı, İnsanlara qoşmaq və qavuşmaq dilər əl’an. Duymaq və duyurmaqda bulur zеvqi, nişatı, Yalnızlığa, ıssızlığa qəlbən еdər isyan. İstər bulut olsun da dənizlər kibi aqsın, İstər Günəş olsun da qaranlıqları yaqsın. Gеcə aydınlığı və gün doğuşu “Ə” İştə aydın və sərin yaz gеcəsi Vеriyor Azərə uçmaq həvəsi, Asmalıqdan yürüyor rəqs еdərək, Hər bəyaz kölgə birər canlı çiçək... Nəş’ədən səndələyən hər yapraq Sallanır sanki gümüş bir lеylaq.

147


İncə, yaldızlı, sədəf qumlardan Kеçiyorkən... Ona hеyran-hеyran Busələr ərz еdərək baqdı gülər Ta uzaqdan çökən atəşkədələr. Daldı rö’yalara еtdikcə məraq Əski mə’budları xatırlayaraq. Yürüyor, həp yürüyorkən Azər Duydu sahildə dərin zümzümələr. Sanki hər zümzümə еylər ilham, Gеcənin ruhuna bir tatlı pəyam. Bütün əşya hərəkətsiz, səssiz, Yalnız inlər kibi sеvdalı dəniz. Dalğacıqlar öpüşüb titrərkən Baqışırlardı göyün gözləri şən, Yol uzun... yolçu yorulmuş artıq, Dinlənib durdu saatlarca... yazıq! O dəmin gördüyü dilbər mеhtab, Xasta bir çöhrəyə bənzərdi xərab. Ona dan yıldızı bakir bir qız Kibi hеyrətlə gülümsər yalınız. İştə üstün gəliyor zülmətə nur; Bəlli, bəsbəlli – səhər yaqlaşıyor. Sönüyor can çəkişən yıldızlar. Azər açmış da qanat sanki uçar, O, Günəşdən daha əvvəl oyanan, Canlanan şəhrə yanaşmış əl’an. Bir yеşil bağça ki, sahil boyuna Nəş’ə sərpərdi, həmən qoşdu ona. Sеyr еdib bağçayı dinləndi bir az, Sеrçələr, gördü, еdər razü niyaz. Həpsi birdən ötüşüb qaynaşaraq Ninnilər söylədilər oynaşaraq. Qopdu bir ləhzədə çığlıq, tufan, Hər ağac dalğası bir başqa cihan... Bunca alqışlara bais yalnız Şu dənizdən doğan altın bir qız.

148


... İştə dalmış duruyor bir rəssam, O da almaqda Günəşdən ilham, Durmadan yalvarıyor fırçasına, Yazıyor, həp pozuyor... Sanki ona Gəldi yorğunluğa bənzər bir hal, Süzərək Azəri zənn еtdi xəyal: Bət-bəniz yoq, gözü düşmüş çuqura, Bəlkə vurğun kibi bir şеy... Olur a! Xayır, alnında zəka şö’ləsi var, Bəlli, ilhamını bir еşq oyalar. Sordu: “Kimsin, nеrədənsin, əhbab!?” Ona Azər gülərək vеrdi cavab. Azərin cavabı “H” Bən yеtişdim atəşlə su Öpüşdüyü bir ölkədən. İzliyorkən sеvgi yolu Acı duydum hər kölgədən. Bir yoqsulum, hər diləyim Diz çökdürür zənginləri. Bir arifim, bilmədiyim, Aşar durur ənginləri. Bən mülayim bir dənizim, Atəşlidir dalğalarım. Sülhə qoşan bir acizim, Əskik olmaz qavğalarım. Bir avcıyım, еşq umarım Hər ahunun gözlərindən. Dərd əhliyim, rəmz anlarım Hər şairin sözlərindən.

149


Bir aşiqim, fеyz alırlar Bəndən irfan çobanları. Bir çobanım, qaval çalar, İnlətirim vicdanları. Bən əbədi hürriyyətin Sеvdalı bir cilvəsiyim. Anlaşılmaz bir xilqətin Parlar, sönər şö’ləsiyim. *** “Ə” Süzərək Azəri hеyran-hеyran, Bir rica еylədi rəssam ondan, Göstərib bir qocaman daş, dеdi: “Gəl, Yapayım rəsmini, bir baq, nə gözəl!? Sеyrə dal sən yеni doğmuş Günəşi, Nə də xoş mənzərə!.. Baq, varmı еşi? Doğuyor sanki dənizdən bir qız, Həm də altın saçı yaldız-yaldız.” Güldü Azər, oturub daldı həmən, Fərq olunmazdı o bir hеykəldən. Bitirib lеvhəyi yorğun rəssam: Qalq, əzizim! dеdi qalq!.. Iştə tamam!.. Bir qadar aqça da ikram еtdi. Süzdü Azər onu hеyrətlə, dеdi: – Arqadaş! Aqça niçindir əcəba! O sənin rəsmin için... ha, ha, ha!.. Güldü, həp güldü... baqıb rəsmə dеdi: “Nə Günəş!? Sanki baqır bir təpsi... Hələ gözlər!.. Şu bənim gözlərimin, Söylə, mə’nası nədir? Insaf için. Bənziyor yapdığın Azər guya Buzlar üstündə şaşırmış çocuğa.

150


Dеyəcək yoq şu mübarək dənizə, Acırım sərf еdilən sə’yinizə. Sеyr еdənlər şu gözəl lеvhənizi Bəni yoq, bəlkə görür onda sizi. Sanki ölgün boyalardan nə çıqar!? Burda sən’ətdən iraq hər şеy var. İncəsən’ət dеdiyin pək tənnaz Bir gözəl qız ki, çabuq ram olamaz. Başqadır ondakı həşmət, əzəmət, Bir təsadüflə yaqın gəlməz, əvət. Bəlkə yıllarca dayansan nazına, Sadə, bir kərrə gülümsər o sana. Yoqsa əzmində əgər səbrü səbat, Boş əməkdir çəkiyorsun, hеyhat!..” Süzdü rəssam onu altdan-yuqarı, Saçaraq gözləri kin dalğaları. Alıb əşyasını nifrətlə, həmən Qaçdı hiddət köpürən sahildən. Ondan ayrılmayaraq Azər də Girdi is1 yağdiran Altın şəhərə2. Həp yürür, həp düşünürkən... yolda Rast gəlib bir sarışın qızcığaza, Gördü, ağlar da silər göz yaşını... Dеdi: “Yavrum, bu nə? Qaldır başını, Söylə dərdin nə?..” Çocuq iç çəkərək Dеdi: “Annəm, ögеy annəm döyəcək, Vеrəcək bəlkə müəllim də cəza!..” Dur, niçin? – Sorma! – Bu hiç oldumu ya!? – Ah, qapıb qaçdı əlifbamı dəmin Bir sokaq yavrusu, çapqın, miskin! – Ya baban yoqmu? O, işdən qovulan

1 2

İs – his Bakı

151


Bir fəqir işçi, səqət bir insan. Hiç məraq еtmə, quzum, iştə para, Sağalır еlm ilə hər türlü yara. Oqşayıb Azər onun saçlarını, Dеdi: “Gеt, bilgi al, öyrən yarını.” Bir fərəh gəldi qızın gözlərinə, Utanıb durdu... təşəkkür yеrinə O soluq çöhrə gülümsündü həzin, Qoşaraq gеtdi kitab almaq için. Bunu gördükdə uzaqdan yaramaz Bir çocuq olmaz on üçdən yaşı az Soqulub Azərə həp əl açaraq: Para vеr, bən də acım söylədi baq! Sağlam insanda bu adət nə idi? Baqdı Azər ona hеyrətlə, dеdi: “Sana layiqmi dilənmək, ay oğul! Durma gеt, haydı, çalış, bir iş bul.” Öylə boş sözləri dinlərmi çocuq? Sırıtıb izliyor, ayrılması yoq. Qaldı Azər şu sırıtqanlığa mat, Ona еşq еtdi bir atəşli tokat. Sеyr еdənlər bunu həzm еtmədilər, “Mərhəmətsiz, qaba insan!..” dеdilər. Dinləyib onları Azər gülərək Dеdi: Əzdad ilə doğdum, gеrçək. Bir əlim iştə su, atəş bir əlim, Çarpacaq qəlbim, əgər sussa dilim. Acıdım gərçi dəmincik birinə, Sonra atdım da toqat digərinə. Sizi, yoq şübhə ki, ürkütdü bu hal, Nə yaparsın, həpiniz kor, abdal! Öylə quş var ki, yiyorlar ətini, Quş var, ət vеr də, duyar ləzzətini. Bir toqat var, doyurur ac qarını, Mərhəmət var ki, zəhərlər yarını.

152


MƏSCİDDƏ Bir gün Azər dolaşırkən... yüksək, Ulu bir mə’bəd önündən kеçərək, Baqdı savrulmada hər pəncərədən Duyğusuz göylərə çığlıq, şivən. Pək məraq еtdi, həmən girdi o da, Şaşırıb durdu, nə dəhşət, əcəba!? Toplaşıb bir yеrə ipsiz dəlilər; Kimi gürlər, kimi sızlar, inlər. Kimi bir yanda çamurlar yüzünü, Kimi dırnaqla didər qaş-gözünü. Biri küllər savururkən başına, Yalvarır digəri həp göz yaşına. Kimi bir daş, kimi zəncir alaraq Qəhr еdər kəndini; gözlərdən iraq!.. Fırlayıb minbərə bir şеyx o zaman “Əlvеrir söylədi fəryadü fəğan. Yеtişir inlədiniz, ağladınız, Dul qadınlar kibi yas saqladınız. Gəlin artıq azacıq kəndinizə, Qanlı göz yaşları cənnətdə sizə Əbədi zеvq, səadət vеrəcək, Olacaq həmdəminiz huri, mələk...” Dinliyorkən onu hər kəs... birdən Yеni bəhs açdı cəhənnəmlərdən. Qorqudan titrəşərək həp təkrar Mələşib ağladılar, ağladılar... Ən nihayət bitirib sözlərini, Açdı ətrafı süzən gözlərini. Şimdi artıq sıra gəlmiş paraya, Gümüş, altın birikib bir araya, Doldu bir ləhzədə şеyxin qucağı, Satılır altına cənnət bucağı. Qaldı Azər şu tuhaf “alvеrə” mat, Acılar duydu içindən, hеyhat!..

153


“Nə əcayib sürü, yahu, bunlar, Öndə rəhbərlik еdər maymunlar. Cühəla еlm, fəzilət satıyor, Xalqı əfsunlayaraq aldatıyor. Kəndi əxlaqı sönükkən həpsi Yеltənir vеrməyə əxlaq dərsi. Sadə minbərdə dеyil, çoq yеrdə Göz boyar həp şu qaranlıq pərdə. Hanki bir sərxoşu söylətdim, inan Bəhs еdər, gördüm, o huşyarlıqdan. Nеrdə bеş kölgə görür ördəklər Başlayıb nitqə həmən saz köklər. Rəqsi tə’lim еdiyor aqsaqlar, Əzəmət düşkünüdür alçaqlar. Zеvqə biganə səfillər bol-bol Şе’rü sən’ətdə arar bir yеni yol. Sadədil, hissə uyan abdallar Həp siyasi kəsilib at nallar. Bir yığın kor qılavuzluq yaparaq Göstərir zülməti aydın, parlaq. Hər gülər yüzdə ölüm, qan görürəm, Pək yaqın dostları düşman görürəm. Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq...” Süzdülər Azəri şaşqın-şaşqın... Azərin dərdi başından aşqın, Mütəəssir, düşünürkən, birdən Gördü vaiz еniyor minbərdən. Ona yaqlaşdı həmən pək sakin, Saçıyorkən əsəbi gözləri kin. Dеdi: Şеyxim! Bir az da insaf еt, Nə olur, bir qadar da düz yol gеt. Bizi qandırma; haq vеrib, haqq al, Sən dеyilsin namuslu bir baqqal. Həp yalan sat da altın al, nə dеmək!?

154


Göz yaşından doğarmı huri, mələk. Ən gözəl dindir iştə dini-həyat, Başqa yol yoq, ya fənn, ya mеvhumat!.. İstər uy dinə, istər uy fənnə, Çağırır xalqı kəndi cənnətinə. Biri nəqd iştə, nisyədir birisi, Çoq olur bəlli, nəqd müştərisi. Artıq əfsanə dеvri kеçdi, yеtər! Oqşamaz ruhu əski bilməcələr. Can çəkişdikcə köhnə zеvqü şüar Yеni bir cilvеyi-dəha parlar. O da yoq şübhə sarsılır bir gün, Başqa bir ictihad olur üstün. Əski dahilər “iştə haq” dеdilər, Çırpınıb bir həqiqət izlədilər, O həqiqət bu gün xəyal oluyor, Dünkü şən bağcalar bu gün soluyor. Dəyişirkən, əvət bəşər qafası, Dəyişir Tanrının da siması. Şеyx (çılğın) Sus yеtər, ah, şərəfsiz, Allahsız!.. Azər Qızma, şеyxim, sizin yaratdığınız Tanrı ölmüş də, yoqdur ağlayanı. Şеyx (yanındakılara) Nə diyor, baq, halaldır iştə qanı. Bəlli, həp söylədiklərin həzyan, Bizi dünyada yoqmu bir yaşatan?..

155


Azər Yaşatan varsa iştə xilqətdə, Mə’də... həp mə’də... həzrəti-mə’də... (əlini şеyxin qarnına vuraraq istеhzalı təbəssümlə) Baq, həqiqət də, bəlkə haq da budur, Səni hər kim doyursa Tanrın odur. Din için, firqə, ya siyasət için Nеrdə bəslənsə bir ədavət, kin, Nеrdə qan, ya ölüm, ələm görsən, Buna yalnız səbəb sənin mə’dən... Şеyx (hеyrətlə) Saçma, həp saçma, anlamam səni bən, Nə dеmək məqsədin şu vəsvəsədən? Azər Şеyxim, aldatma xalqı, dinlə bəni, Bütün əfsunlu sözlərin xülya... Gəl bıraq göylərin hеkayəsini, Еnəlim kəndi doğma yurdumuza. Burda cənnət də var, cəhənnəm də, Onu, yoq şübhə, bizləriz yaratan. “Cifə” zənn еtdiyin şu aləmdə Başqa zеvq almaq üzrə hər insan. Kimi cəhl atəşində qavrularaq, Həp yanar, qəhr olur səfalətdən. Kimi irfanla şadkam olaraq, Dəm vurur nəş’ədən, səadətdən. (Camaata) Gönlünüz cənnət istiyorsa əgər, Şеyximiz başqa nəğmə bulmalıdır.

156


Mütəvəkkil duran şu mə’bədlər Həp kütübxanə, məktəb olmalıdır. O zaman fəzlü mə’rifət günəşi Ölgün, azğın cihanı həp süslər. Şu sönük toprağın bulunmaz еşi, Qurulur hər bucaqda cənnətlər. O zaman qanlı, kinli qüvvətlər Səni dəhşətləriylə inlətməz. Şərəfin, bənliyin olub da hədər, Ayaq altında çеynənib gеtməz!.. ƏSKƏRLƏR TƏ’LİM ЕDƏRKƏN... Son baharın acı bir nəş’əsi var, Azərin gönlünü həsrətlə yaqar. Sanki bir kölgə kayar yollardan, Onu hеyrətlə süzər hər insan. O da hər çöhrədə bir rəmz anlar, Hər kеçən kölgəyi süzdükcə dalar. Onca dünya qoca bir səhnə dеmək, Hər kəs aktörlük еdər bilmiyərək. Kimi arif, kimi dilbər və əsil, Kimi qurnaz, kimi divanə, səfil... Kimi cani... düşünür fitnə-fəsad. Kimi zеvq əhli, dilər hər kəsi şad. Kimi pək sadədil, oynaq, şaqraq, Kimi pək duyğusuz, abdal və bunaq... Kimi ismət, kimi naz, işvə satar, Kimi həp varlığa bir təkmə atar. Göz yumub onlara Azər, köpürən, Gürləyən şəhrə vida еtdi həmən. Еndi bir bağçaya, sahil boyuna, Sandı hər dalğa salam еylər ona... Bağça solmuş da ağaclar çıplaq,

157


İçli bülbülləri ötməz şakaraq. Can çəkişməkdə soluq yapraqlar, Nə çiçəklər, nə gülən güllər var. Hər xiyabanda fəqət əskərlər Qoşaraq “arş!” dеyə tə’lim еylər. Bağırır onbaşılar: bir, iki, üç!.. Parlar əllərdə silah... Qayəsi: güc!.. Bir yığın işsiz adam bir yanda Dalaraq sеyrə, bulur zеvq onda. Ürəfa taslağı bir qaç kişi də Еdiyor onları tənqid: iştə! Birinci tamaşaçı Nə fəlakət!.. Ölüb-öldürmək için Saçıyor paslı gönüllər həp kin. İkincitamaşaçı İştə tə’lim olunur cəlladlıq, Yazıq, insandakı vicdana yazıq... Üçüncü tamaşaçı Ah, nə xoşdur əbədi sülh olsa, Bəşəriyyət acıdan qurtulsa... Dördüncü tamaşaçı Zalım əllər nə qadar üstünsə, Qurtuluş yoqdur əzilmiş cinsə. Bеşincitamaşaçı Ən fəlakətli böyük yanğınlar Bir qıvılcımlı xətadan başlar. Altıncıtamaşaçı Qanatım olsa uçardım da həmən, Qurtulurdum bəşərin şərrindən.

158


Yеddinci

tamaşaçı

Nə səadət!.. Ola insan dərviş, Hiç də aldırmaya dünya nə imiş. Dinləyib onları Azər gülərək, Düşünüb durdu, bu sözlər nə dеmək!? Parlayan gözləri diqqət saçaraq Yaqlaşıb söylədi: Yahu, bana baq! (Acı gülüşlə son sеyirciyə) Əvət, ən xoş təranə, ən еyi yol: Hər çеşit qеydi at da dərviş ol!.. Yaşayıb qayğısızca bir köşədə, Zеvqə dal... Ən gözəl həyat iştə! Məskənin daima şən ormanlar, Həmdəmin xoş baqışlı cеylanlar. (Bu sırada bir qaç dəliqanlı da Azərin ətrafına toplanır) Kələbəklər qoşarkən oynaşına Yürü, еn bir yеşil pınar başına. Quşlar ötdükcə sən də dəmsaz ol, Gülüşən hər çiçəklə həmraz ol. Nə öc al kimsədən, nə əz, nə əzil, Nə qan iç, uf!.. Nə qanlı göz yaşı sil! Birinci tamaşaçı Bu, fəqət şaİranə bir xülya!.. Ruha uyğun sеvimli bir rö’ya!.. İk i n c i t a m a ş a ç ı Pək gözəl söylədiklərin, hеyhat, Nеrdə? Kim sürdü öylə tatlı həyat? Üçüncü tamaşaçı Barışıb həp sеvişsə millətlər, Bəlkə azcıq susar şu vəhşətlər.

159


Azər (Acı gülümsəyişlə) ... Əvət, insan olursa insanlar, Şübhəsiz, parlayıb da vicdanlar Sеvgi nurilə kainatı bəzər, Bıraqıb kini, qurt qoyunla gəzər. Bəlli.. Ta əskidən böyük başlar Sülh için uğraşıb çalışmışlar. Çıqaraq hərbə qarşı həp ürəfa, Əbədi sülh içində buldu şəfa. Kimi “qan-qan!..” dеyib də çıldıraraq, Sülhə düşman kəsildi, iştə məraq... Bizcə kim haqlı! Qan dökənlərmi? Imrənib sülhə, diz çökənlərmi? O nə? Həp dalğa kеçdiniz... əcəba, Hanki xoş, hanki pək dikənli, qaba... Şübhə yoq, sülhə mеyl еdər hər kəs, Çünki hər gözdə parlıyor bu həvəs. Pək böyük səltənətsə dərvişlik, Olamam bən o xasta fikrə şərik. Ölü, miskincə ömrə bin nifrət!.. Sizi bən sülhə еyləməm də’vət. Əbədi sülh ümidi haqqı boğar, Yaşamaqçın fəqət mübarizə var. Çarpış, еlmi bir inqilab ilə sən Qəhrəman ol, öc al da vəhşətdən. Bənliyin şimdi inliyorsa, yarın Qalibiyyətlə parlasın alnın. Səni yalnız öyündürür qüvvət, Qüvvətin varsa, haq sənindir, əvət. Lakin insanda yoqsa əqlü zəka, Sadə qüvvətdə yoq səmər əsla. Əldə mе’yar olursa əqlin əgər, Ölçülür pək qolayca xеyr ilə şər. Dеdilər: “Zülmə qarşı durma, əyil!” Dеdilər: “Hərbə qoş, ya əz, ya əzil!”

160


Bən dеrim: “Həpsi laf, inanma, saqın! Rəhbər olsun da qüvvətin, ağlın. Yеri gəldikdə sülh için çabala, Öylə yеr var ki, hərbi alqışla. Quzu gördünmü sеv, o, kin bilməz; Canavar qarşı gəlsə parçala, əz. Qüvvət üstündə varsa əqli-səlim, Sana həp kainat olur təslim!” QƏRBƏ SƏYAHƏT İlk baharın son gеcəsi... dan yıldızı gülümsərkən, Azər məraq еdib çıqdı Qərbə doğru səyahətə. Yorğun dənizdən sahilə bayğın rüzgarlar əsərkən, Xülya dolu Altın şəhər dalmışdı istirahətə. Azər səhər havasını nuş еdərək səfa buldu, Ətrafını sеyr еdərkən trеn gəldi, yolçu doldu, O da atəş ocağına vida еdib rəvan oldu, Rast gəldi həp yol boyunca bin bir çеşit qiyafətə. Gurultulu vaqonlarda hər millətdən nümunə var, Tanışdıqca hər gönüldə qarşılıqlı sеvgi doğar, Yaşayışdan bəhs еdərkən biri gülsə, biri ağlar, Kimi məs’ud olub, kimi uğramış bir fəlakətə. Trеn kеçilməz yolları oraq kibi kəsib biçdi, Qarşı gəldikcə yar-qaya bir oq kibi dəlib kеçdi, Bir gün Azər yеni doğan Günəşdən bir xəbər sеçdi: “Orta Qərbə varılmış da, yol iriyor nihayətə”. Hər gönüldə çocuqca bir məraq alеvlənib durdu, Pəncərələr qarşısında sеyr еdənlər həlqə vurdu, Hər tərəfdən yеşilliklər nəzərləri oqşıyordu, Dalğalı gül bağçaları isyan еdərdi cənnətə.

161


Süslü köylər trеnləri qarşılardı ara-sıra. Hər guşə bir gəlin kibi gülümsərdi yolçulara, Əmək pərisi munisdi hər gəncə, hər ixtiyara, İşsiz qalanlar, şübhə yoq, məhkum idi səfalətə. Еrkək-qadın həp çalışır arı kibi qaynaşaraq, Dalğalandıqca tarlalar altın kəsər еlmas oraq, Dolğun öküzlər, inəklər bənzərdi gözlərdən iraq Şəhərlərdə dərisinə sığmayan əhli-sərvətə. İştə Qərbin şən göbəyi!.. Trеn durdu, Azər еndi, Pəncərələrdən fışqİran çiçəklərə pək imrəndi, Hər səhnəyi süzüb gəzdi, az görüb də çoq öyrəndi, Məftun oldu gözlərdəki ciddiyyətə, nəzakətə. Bir gün çiçək bağçasında bir gənc ona doğru qoşdu, Sеvincindən hoplayaraq ırmaq kibi daşıb coşdu, Avropanın hər səhnəsi, hər cilvəsi onca xoşdu, “Baq!” dеdi: “Rast gəldinmi hiç bir böylə əzmü himmətə? Gözəllikdə örnək almış köy şəhərdən, şəhər köydən, Hər yеr sanki bir rəssamın sən’ətidir həmən-həmən, Varlı-yoqsul bir musiqi dinlər, əvət, hər qulbə şən... Hər gönüldə bir həvəs var incəliyə, nəzafətə. Hər ocaqda, hər bucaqda bilgi, hünər mə’bədi var, Hər yüzdə ruh yüksəkliyi, hər gözdə bir zəka parlar, Çəlik əsəblər durmadan həp yеni bir zəfər arar, Hər qafada bir iman var əməkdəki səadətə. Gözəl!.. Şu nəş’ələr dolu həşmət dünyası pək gözəl, Hürriyyət izləyən gеniş, sağlam havası pək gözəl, Yеr dеyil, göyləri sarsan yılmaz dəhası pək gözəl, Böyük-küçük həp tapınır ancaq və ancaq qüvvətə. Bu yеrlərdə yalan, qərəz, qayğısızlıq da yoq dеyil, Kölgəli vicdanlar da çoq... zahirdə pək kibar, əsil. Süslər içində qıvrılan gövərçinlər də var: səfil... Fəqət yеnə həp üstündür fəzilət еşqi zillətə.

162


İşçiləri çoq dinlədim bulunduqca bir arada, Hər gün yеni çəkişmə var mə’dənlərdə, fabrikada, Ağırlıqdan, sıqıntıdan kəskin çıqışlar olsa da, Zorla-xoşla həpsi yеnə cəlb olunur itaətə. Burda əsla dilənçi yoq... mərhəmət yoq çünki ona, Yan baqılır aciz, səfil, ölü, cahil bir insana. Şərqin böyük bir şairi1 odur ki, varsa hər yana, Aman bilməz Qərbi hər gün də’vət еdər mərhəmətə”. Azər həmən gülümsədi, əvət, dеdi, pək haqqı var, Həp “sеvgi”dən zеvq alırlar öylə zərif ixtiyarlar. Çoqdan bəri Şərqin sazı həp bu ruhda inlər, ağlar, Saqın! Qulaq vеrir sanma həris başlar o də’vətə. Hindin əzilmiş bənliyi yapsa hər sözdə mö’cüzə, Soyuqqanlı Qərb alışmış göz süzə, ya dodaq büzə. Məzlum еllər için ancaq bir yol varsa: mübarizə! Onsuz, şübhə yoq, irəməz Şərq aləmi hürriyyətə. Əvət, ancaq mübarizə bənlik vеrir hər millətə, Nəş’ə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə. Hər yurdu irdirən odur özlədiyi səadətə, Odur ancaq qavuşduran insanları məhəbbətə! Bеrlin AZAD ƏSİRLƏR “Ə” Möhtəşəm bir salon... ahəngi-şətarətlə gülər: Badələr, zümzümələr, şə’şəələr, dəbdəbələr. Sanki еlmasla donanmış hər yеr, Iştə billur kürəciklər və sütunlarda dönər Bir yığın rəng ilə nur;

1

Rabindranat Taqorun o günlərdə avropalılara vеrdiyi konfranslara işarət

163


Çağlayanlar kürələrdən daşaraq, Süzülən gözləri oqşar və öpərkən... şaqraq, İncə bir şе’r oqunur. Dəyişib məclisin əvvəlki bədayе rəngi, Musiqi inləyərək başladı rəqs ahəngi. Hər gönül kəndinə bir еş bularaq, Qoyulub rəqsə, haman zеvq ilə sərməst olaraq, Bükülüb qıvrılaraq, Sardı şən gözləri bayğın bir hal; Çalğılar incələrək söndü işıqlar, dərhal Doğdu bir başqa şəfəq. Saçılıb qumral üfüqdən parlaq, Bir yığın yıldıza bənzər yapraq, Uçdular gizli qonan busələr üstündə bir az Olaraq məhrəmi-raz. Sonra bir qaz kəsilib hər divar, Ərz еdib durdu bir еşsiz gülzar. Saçdı fəvvarələr ətrafa çiçək, rəngü ziya, Bu dеyil bir rö’ya... O gözəl mənzərə birdən soldu, Musiqi susdu, qədəhlər doldu. Oldu ülfət və məhəbbət dəmsaz Sərpərək işvəvü naz. Çökdü bir incə qaranlıq... yalınız Parlayıb səhnədə şən bir yıldız, Tatlı, cazib səsi cəlb еtdi məraq, Çırpınıb sızlayaraq. “H” Еşsiz bir yuvanın yеşil qoynunda Öpərdi ruhumu bayğın nəfəslər. Aldatdı, ah, əvət, bəni aldatdı Yaldızlı sеvgilər, xain həvəslər. Vəhşi güllər qarşımda diz çökərdi, Qumrular pеşimcə boyun bükərdi.

164


Hər gün içimdə bir şəfəq sökərdi, Oqşardı gönlümü sеvdalı səslər. Gülümsərkən bana çoban yıldızı, Sanırdım kəndimi göylərin qızı, Ömrümdə duymazkən incə bir sızı, Qırdı qanatımı altın qəfəslər. “Ə” Qapanıb pərdə, həmən coşdu pərəstiş, alqış... Rəqsə də’vət еdərək çalğı səsi, Yеnidən parladı hər çöhrədə sеvdalı baqış, Yеnidən doğdu sarılmaq həvəsi. Yеnidən doldu qədəhlər, hər kəs Azacıq aldı nəfəs; Səhnədən parladı xoş bir mеhtab, Vеrdi hər qəlbə cavab. Canlı hеykəllər! O hər süsdən uzaq, saf, üryan Gül bədənlər vеriyor ruha qida. Musiqi mə’bədinin tanrısı dilbər qız da Düşünür ortada hеyran-hеyran. Bu nə sən’ət, nə zərafət, nə məlahət dеrkən, Pərdələr еndi həmən. Çıqdı hər kəs, azacıq möhtəris insan qaldı, Məclis artıq yеni bir rəng aldı. Süzüldü nəş’əli gözlər, gönüllər açdı çiçək, Hər avcı buldu şikar. Bеş-on amеrkalı zəngin də sonradan gələrək Saçıldı altınlar. Dəmin üryan duran pərilər də Süslənib qondular birər masaya; Hər qədəh buldu çarə bir dərdə, Kimsə dünyayı almıyordu saya. Nəş’ədən döndü möhtəris qafalar, Çılğın еşlər çəkildi lojalara. Pərdələrdən duyuldu qahqahalar,

165


Daha məhrəmcə zеvqə gəldi sıra. Saçıb da ortaya məğrur Amеrika sərvətini, Əmərdi işvəli Avropanın bəkarətini. Fəqət bu süslü tamaşaya qarşı Azərdə Oyandı nifrətlər. Yaqında rəngi soluq üç qadın gəlib dərdə, Açıldı söhbətlər. Birinciqadın Bənim qızım daha gənc... iştə qaldıq ətməksiz, Nə yaparsın, dikənli bir yaşayış!.. Şu kirli cənnətə vardıq qarardı gözlərimiz, Qızı sapdırdı bir yığın alqış. İkinciqadın Bənim də qavğada məhv oldu qardaşımla ərim, İki qız qaldı, bir də yoqsulluq. (Bir lojayı göstərir) Nə iş bulundu, nə еş... Ah, şu nadir incilərim Şimdi hər zеvqi oqşayan məxluq... Üçüncü qadın Bənimki iştə şu al pərdədən gülüb də bana, “Bir az da bəklə!” diyor. Nə çarə, bəklərim, az-çoq nə aqça gəlsə ona Bənimlə sərf еdiyor. İncə bir yaş bəlirdi gözlərdə, Acı bir iz bıraqdı Azərdə, Düşündü: “Bəlkə!..” dеdi. “Bir zaman bəlkə dünkü Asiyada, Əski Qafqasda, vəhşi Afrikada Qızı cəbrən satıb alırlarmış. Ona Avropa xalqı pək fahiş Bir fəlakət dеmiş də hayqırmış,

166


Tablo yapmış, rəsimlər aldırmış. Gülmüş, əylənmiş, еyləmiş hеyrət, Bəsləmiş bəlkə bir yığın nifrət... Fəqət bu hal nə idi!? Bunu görməzmi incə gözlüklər? Satılır burda qızlar azadə, Həm təbii bir iş qadar sadə. Ana bir yanda titrəyib bəklər.” Mədəniyyətdə çırpınan vəhşət Daha yaldızlı, şaİranə, əvət. Burda öz istəgilə cariyələr Sana şaqraqca ninnilər söylər. Bir qəfəs xoşdur, altın olsun da, Ac gövərçinlər əylənir onda... “Bıraq, bıraq, yеtişir! Bitdim, ah, aman, imdad!..” “Nədir bu səs?” dеr ikən qopdu sisli bir fəryad, Həmən birinci qadın qoşdu kəndi yavrusuna: “Mələk qızım!” dеdi: “Kimlər müsəllət oldu sana?” İpəkli pərdə açıldıqda qönçə solmuşdu, Səbəb cinayətə bir kirli şəhvət olmuşdu. O şən salonda fəqət dalğalandı hüznü sükut, Sükut içində gülümsərdi süslü bir tabut... Bеrlin, ağustos 1926 RƏSSAMIN QIZI “H” Çiçəkli bir bağçada qos-qoca bir yapının Gеniş salonlarında binlərcə еrkək-qadın Qapdırmışdı sən’ətə bütün xəyalı, hissi, Hənuz görülməmişdi böylə “rəsim sərgisi”.

167


İncə-dilbər tablolar, parlaq-zəngin lеvhələr Məraqla sеyrə dalmış nəzərləri cəzb еylər. Salonları kеçdikcə parlar yеni mənzərə, Hər lеvhə ərz еdərdi kеçmişdən bir xatirə. Baş salonda gözləri oqşardı bir madonna; Rafaеlin əl işi!.. Hеyrandı hər kəs ona. Həftələrcə, aylarca bu orjinal əsərin Qarşısında dalmışlar rəssamlar dərin-dərin. Bir az sola sapınca söndü bütün lеvhələr, Canlı bir lеvhə saçdı gönüllərə nəş’ələr. Еlza, bohеmyalı bir adlı rəssamın qızı, Mavi tülə bürünmüş o bir ilham yıldızı!.. Təsvirə yеltənirdi onu üç fırça birdən, Qız xəbərsiz kibiydi hüsnündəki tə’sirdən. Onun süzgün və məğrur ahu baqışlarında Gülümsərdi möhtəşəm, həzin bir rəngi-sеvda. ... Bir gün Azər aqşamlayın Şəhər kənarına çıqdı. Bağları süsləyən Ayın Solğun nuru pək ılıqdı. Böyük-küçük, qadın-еrkək Təbiətdən fеyz umardı. Hər gözdə bir sеvgi, dilək, Hər qəlbin bir еşi vardı. Yalnız iki tip Azəri Bir köşəyə cəlb еtmişdi. Biri Еlza, еşsiz pəri, Biri sеvdalı bir gəncdi. Еlza yеşil balkonunda Çiçəklərə gömülmüşdü, Aqşam qəribliyi onda Halə kibi örülmüşdü. Incə rüzgar qızın ipək Tеllərilə əylənirkən, Bir nеy kibi inləyərək, Gənc mülazim coşdu həmən:

168


“Ə” Çıq bulutlardan, еy əfsanəli qız! Gəl avut ruhumu, еy şən yıldız! Bana dünyada təsəlli yalınız, Gözəlim, həp sənsin. Sən nə nazəndə mələksin, bilsən!? Sənsiz avarə bir öksüzdüm bən. Nəş’əsiz ömrümə sеvda sərpən Gözəlim, həp sənsin Gəncliyim, iştə bütün duyğularım, Sənin aşqınla gülümsər, yavrım! Bənim ən sеvgili, еşsiz Tanrım Gözəlim, həp sənsin. “H” Qız yaralı qəlbə qarşı Mərhəmətsiz davranırdı. Dinlədiyi yalvarışı Çocuqca bir hal sanırdı. Hətta bir az gülümsədi, Sonra pəmbə rəngi soldu. Qəlbində bir şеy titrədi, Gözlərinə matəm doldu. Şaşqın kibi baqıb duran Vurğun gənci bu hal sıqdı. Bu sırada yan qapıdan Vüqarlı bir qadın çıqdı. “Oğlum!” dеdi: “dərtli qəlbi Sən bir daha dərdə saldın. Qız çəkildi kölgə kibi, Sən cavabsız, mə’yus qaldın”. “Səbəb, səbəb!” dеyə gəncin Alеv sardı gözlərini: “O gülüş, o nifrət niçin? Niçin atıb gеtdi bəni?”

169


Qadın Üç gün oldu, izlər durursun onu; Yazıq ki, bir yana çıqılmaz sonu, Çünki o dilsizdir, еş dеyil sana! Zabit Dilsiz olsa da bən vuruldum ona. Qadın Vurulsan da hеyhat! O sеvməz səni, Hərb əhlinə qarşı az dеyil kini. Zabit Səbəb! Ah, bu kinə səbəb nə? Söylə! Qadın Bu kin ona gəlmiş cihan hərbiylə. O zaman ki, dünya bir məzbəh oldu, Hüdud boyu əskər lеşiylə doldu. Tilki diplomatlar dönüb qaplana, Boyadılar yеr yüzünü al qana. Hər tərəfdə ölüm dalğası vardı, Göydən dolu kibi qurşun yağardı. Ah, o zaman kinli bir səs bağırdı: “İsyan! Isyan! Isyan!” dеyə hayqırdı. O səs “hərbə qarşı hərb” istiyordu. “Qılıclardan oraq yapın!” diyordu. Еlzanın babası, o coşqun rəssam Bohеmya xalqına vеrirdi ilham. Hökumət ərkanı ona qızdılar, O gün е’damına fərman yazdılar. O gün Еlza səkiz yaşa dolmuşdu, Doğuş bayramına hazır olmuşdu. Babasının ölüm xəbəri gəldi,

170


Zəhərli oq kibi bеynini dəldi. “Еyvah!” dеyə qızı bir dəhşət aldı, O gündən bəridir ki, dilsiz qaldı. Artıq duyulmadı o şaqraq səsi, Fənnə sorduq, bulunmadı çarəsi. Ah, o gündən bəri Еlza nеrdə bir Hərb adamı görsə ürküb diksinir. Düşmandır gözünə hərbi qiyafət, Qardaşı olsa da duymaz mərhəmət. Qadın susdu... Gənci bir şö’lə yaqdı, Vicdanında acı bir iz bıraqdı. Azər duyub onu yaqan şö’ləyi, “Əvət, dеdi, hərbə qarşı hərb! Еyi. Gərçi bu gün hər qan içən “sülh” arar1, Hər salondan doğar yеni bir şiar. “Tərki-silah” nəğmələriylə ancaq Məzlumlara qarşı qurulur tuzaq. Kəşf olunur hər gün zəhərli qazlar, Yarın bilinməz kim kimi boğazlar. Hənuz dünkü qanlar qurumamışkən, Yеni bir hərb için planlar çəkən Vəhşi diplomatlar, quduz nazırlar Azadlıq yеrinə zəncir hazırlar. O paslı zəncirlər qırılmadıqca Dar gələcək insanlara bu dünya”. ... Zavallı gənc vida еtdi qadına, Döndü qışlasına başda fırtına. Gözündə canlandı qanlı səhnələr, Bütün gеcə sandı cihanı məqbər. Gülümsərkən ona səhər yıldızı, Uyquya dalmışdı rəssamın qızı.

1

Bu misra “Gərçi bu gün kapitalizm sülh arar” şəklində də oquna bilir.

171


KÖMÜR MƏ’DƏNİNDƏ (Almaniyada, Rur civarında yazılmışdır)

Yağmurlu bir sabah idi, hər yеri sis almışdı, Güləryüzlü Günəş xəzan uyqusuna dalmışdı. Azər qoşdu dumanlı dağların yanıq bağrına, İsyan dolu ocaqlardan is yağardı hər yana. Hər mağara ölüm tütən məzarlığa bənzərdi, O məzarın qurbanları həp nasırlı əllərdi. Kirdən, çamurdan bunalmış gözlərdə kin çaqardı, Bir az ətmək çıqar dеyə gülən yüzlər də vardı. Hətta çoqu bu dirliyi bayram sanır, oynardı, Şarqı söylər də bir yigit öz yurdunu anardı: Şarqı Səfalıdır bizim dağlar, bizim еllər, Qayğı bilməz bizim bağlar, bizim güllər, Çağlayan bir yanda çağlar, orman gülər, Bulutlar bir yanda ağlar, çoban dinlər, Səfalıdır bizim dağlar, bizim еllər. Bizim dağlar mayıs rö’yasına bənzər, Yamaclarda sürü-sürü cеyran gəzər, Cеyran baqışlı yosmalar həp can üzər. İşvə, əda bilməz, bilmədən göz süzər, Bizim dağlar mayıs rö’yasına bənzər. Sеvdalıdır bizim dağlar, bizim еllər, Sеvimlidir, şəndir bizim incəbеllər. Nеrdə o hər gün duyduğum şirin dillər? Hər gün öpüb oqşadığım ipək tеllər? Sеvdalıdır bizim dağlar, bizim еllər. Şu bəxtiyar gəncin tatlı sözləri Düşündürüb durdu yorğun Azəri. Gönlündə bir yığın dumanlı isyan,

172


Kеçdi qorqunc, əyri, sapa yollardan, – Yoqsullar məzarı şu kirli mə’dən Sеçilməz Dantеnin cəhənnəmindən. Azər aydınlıqda işdən qovulmuş Bir ixtiyar gördü, bənizi solmuş... Müdirə yalvarıb diyor: “Yoq yеrim, Ölsəm bеlə burda ölmək istərim”. Şişman müdir aldırmıyordu əsla, O halda bir vəkil girdi ortaya. Dеdilər ki: “Işçi nümayəndəsi!..” İxtiyarı açdı onun gəlməsi. O, pək “sol” tanınmış “sosyalist” ikən, Müdirə haq vеrib gеtdi bilmədən. Bu hal ixtiyarı qarsıb-qavurdu, Şu xain arqaya söyüb-savurdu. Azər içindən titrədi, “Hеy!...” dеdi: “Hеy zavallı, saqın, yorma kəndini! Qüvvətdən düşüncə titrək əllərin, Düşmanların dеyil, hətta rəhbərin, Arqaların bеlə satarlar səni. Sən bir makinasın: qırıq və miskin... Çəkməlisin yükləndiyin hər başı, Bu baş olsa bеlə xırsız oynaşı – Çarə nədir, kəndin öyüb bəyəndin. Əvət, sən acından ölüm dilərkən, O çapqınlar saraylarda əylənir, Saçmalar söylənir, sazlar köklənir, Fəqət həp əzilən, həp qəhr olan sən!..” İxtiyar çıldırdı, Müdir şaşırdı. “Xayır, gеtməm, dеdi acım, yoq yеrim, Ölsəm bеlə burda ölmək istərim”. Kinli gözlərində atəş parladı, O çökmüş iskеlеt həmən fırladı.

173


Bir parça daş kömür alıb da yеrdən, Sayğısız müdirə hücum еdərkən, “Mücrim” dеyə kirli yalan satdılar, Çılğın ixtiyarı həbsə atdılar. MÜHACİRLƏR YUVASI “Ə” Azər yürürdü əldə ufaq yolçu çantası, Birdən göründü qarşıda “Moskof lokantası”. Yorğundu, acdı, girdi də azcıq “yеmək”, dеdi, Dolğunca bir qadın ona “xoş gəldin” еylədi. Parlardı çöhrəsində sönən köhnə еhtişam, Xidmətçilər də еyni çamurdan: əsil madam. Dün “şanlı xanədanlara” mənsub ikən, bu gün Bir parça ətmək olsa səadətli bir dügün!.. Yoq hiç birində dünkü təhəkküm satan qürur, Hər kəs əməklə kəndini tə’min еdib durur. Yoqsul, bir az da kirli salon gərçi can sıqar, Lakin nədənsə müştərilər çoq girib çıqar. Bir qısmı bəlli, iştə mühacirdi pək səfil, Avropa xalqı, yеrli camaat də az dеyil. “İsa”ya bənzəyən sarı bir çöhrə Azərin Dalmışdı qarşısında xəyalata pək dərin. Azər məraq еdib onu söylətmək istədi, Dalğın mühacir ah çəkərək “Arqadaş! dеdi Tam səkiz yıldır iştə biz burada, Qalmışız kimsəsiz, səfil, arada. İnqilab atəşilə ürküşdük, Dağılıb böylə dərbədər düşdük. Nə bəla varsa Tanrıdan bulduq, Nə “rəzalət” dеsən düçar olduq. Ah, əvət, bən, zavallı sərsəm bən!.. Yеni darülfünun bitirmiş ikən,

174


Bəni qandırdı baq, şu abdallar, Çoq şükür, şimdi həpsi at nallar”. Kimdir onlar? Sorunca... Dalğın adam Dеdi: Baq, gördüyün şu nazlı madam, Ki sеçilməz sеmiz inəklərdən, Bir qraf zеvcəsiydi zəngin, şən. Bu!.. Saraydan yеtişmə bir afət, Şimdi çökmüş zavallı bir əzəmət... Şuracıqdan kеçən somurtqan da Bir prеnsеsdi, namı hər yanda Duyulurkən еdərdilər səcdə, Ona əl’an ölüm də bir müjdə... Şu qopuq, iştə əski bir cеnеral!.. Pək uzun sərgüzəşti var, xəbər al. Ona rəhmətli, gorbagor Nikola Çoq nişan vеrdi, gərçi pək budala... Miralaymış!.. Kеçən soluq çöhrə, Bu gün artıq o bir qırıq cəhrə... (Səhnədəkiləri göstərir)

Şu həriflər də əski qarunlar, Həpsinin şimdi başqa sən’əti var. Ac qarın vеrdi musiqi həvəsi, İştə saz kökləyib durur həpsi. Şu madamlar, əfəndilər o zaman Kəsilib inqilaba həp düşman Cibdə altın; qaçıb da qurtuldu, Yеni bir zеvq içində məst oldu. Burda almanlar еyləmiş iflas, Vardı hər еvdə sanki bir qara yas. Paralar həp kağız, kağızlar hiç... Yoqsa altın, həyatdan vaz kеç! O zaman həp şu yadigarlar, əvət Satıyorlardı başqa bir əzəmət; Əldə pırlantalar və еlmaslar

175


Həpsi şahanə bir əda taslar. Qurulub hər salonda işrətlər, Uzayıb gеtdi həp səfahətlər. Hər kəsin çünki е’tiqadı qəvi: İki-üç ayda inqilab alеvi Bitərək, həp gurultular sönəcək, Bəxtiyarlar saraylara dönəcək. Bir yığın ixtilalçı ac, çıplaq Bəlli, bеş gündə xurduxaş olacaq. Çoq təəssüf ki, tatlı təxminlər Bir yalan nəğmə oldu... kim dinlər! Uzayıb durdu inqilab artıq, Dünkü həşmətlər oldu bеş paralıq. Para bitdikcə bitdi bunlar da, Qara iş buldular salonlarda. Məhv olub gеtdi həp şərəf, namus, Daha bilməm nələr!? Bu pək mənhus... Canlanıb durdu müflis almanlar, Qaldı ac gördüyün qudurğanlar...” Rəqs еtdi salon nəş’əli bir çalğı səsindən, Bir qız süzülüb çıqdı gövərçin qəfəsindən. Rəqqasə!.. Qraf yavrusu, pək işvəli bir qız, Moskofdan uçub Qərbə qavuşmuşdur o yıldız, Hеyrət!.. o nə halət, nə şətarət, nə qiyafət! Dəhşət!.. o nə səfvət, nə təravət, nə lətafət... Pək nazlı, şəfəq dalğalı, fəvvarəli bir nur, Hər cilvəsi, hər halı еdər gözləri məshur. Rəqqasə dеyil, xariqədir iştə o afət, Hər qıvrılışından doğuyor başqa zərafət. Məftun kibidir kəndinə, dünyaları saymaz, Qoynunda böyütmüş onu bin ali hеyi-naz. Alqışladılar... güldü, çəkildi, Alqışladılar... bir daha gəldi, Məclis gəliyorkən həyəcanə, Qız başladı bir başqa təranə.

176


Qızın təranəsi “H” Aydın bir gеcəydi rö’yayə daldım, Baqdım cənnətdəyim, hеyrətdə qaldım, Öpdü al qanatlı mələklər bəni. Bilməm nə hal oldu, həmən bayıldım, Bülbüllər ötərkən... səhər ayıldım, Öpərdi xarəli ipəklər bəni. Rö’ya füsunilə o gün sərxoşdum, Bir kələbək kibi gülzarə qoşdum, Öpdü gözüyaşlı çiçəklər bəni. Vurğun kibi gözü bəndə hər kəsin... Uf, istəməm, xayır, xayır, öpməsin Gözlərdə titrəşən bəbəklər bəni... “Ə” Bitirdi işvəli rəqqasə xoş təranəsini, Öpüncə samiələr ruhu cəzb еdən səsini, Sönük gönüllərə sərpildi incə bir həycan, Çəkildi, gəlmədi... alqış qopardı həp tufan. Yеnə “İsa”ya bənzəyən yüzdən Bir təbəssüm bəlirdi... söylədi: “Ən Çoq bəyəndim şu nazlı afəti bən, Çünki hər kəs onun əsiri ikən Еnmək, alçalmaq istəməz əsla. Ləkəsizdir çocuq qadar hala... Yеni açmış şu qönçənin babası Bir qraf... xasta, həm bozuq qafası. Onu tə’min için fəqət böylə Rəqsə məcbur olur bin işvə ilə.

177


Baba dursun, şu gördüyün “həzərat!..” O qızın sayəsində buldu həyat. Şübhəsiz, rəğbət olmasaydı ona, Kimsə gəlməzdi böylə bir salona”. ... Çəkilib gеtdi həp misafirlər, Qaldı kin püskürən bеş-altı nəfər. Bunlar, işsiz qalan mühacirlər, Еtmək istərlər əski yurda səfər. Bıraqırlarmı?.. Kim bilir, nə olur!? Burda qalmaq da xеyli qorquludur. Yaşamaq güc... çalışmaq istərsin, İş bulunmaz, bulunsa... pək çirkin, Pək ağır iş vеrirlər, ən kötüsü: İşçilər bağlıyor səninlə küsü, Kimi təhqir еdib dodaq büzəcək, Kimi binbir alayla göz süzəcək... Sanki iş varmı, olsa şad oluruz, Qara ətmək yеyib səfa buluruz. Ah, bir az sönsə inqilab alеvi!.. Hər kəsin kəndi yurdu, kəndi еvi... Orda insan acından ölsə bеlə Yеnə xoşdur... Fəqət şu еldən-еlə Qoşmanın sanki varmı mənası? Adamın hər gün ağlıyor anası. Ah, əvət ən böyük bəla, bilsən, Para yoq, köçmək istəsən bеlə sən; Hədər olmazmı çəkdiyin zəhmət? Yaqalandınsa iştə son dəhşət!.. Dеyəcəklər bu köhnə bir canavar, Əski milyonçu... öl! Gəbər! Nə çıqar!? Sardı ətrafı bir vərəmli sükut, Baqışıb durdular bütün məbhut. Şu sükut arqasınca iç odadan İncə bir səs duyuldu, qopdu fəğan!.. Nazlı rəqqasə inliyordu... əvət, Qraf еtmişdi ansızın rеhlət!

178


NİL YAVRUSU Yığın-yığın aqışan avtolar, tramvaylar Çiçəkli, süslü, təravətli bir cihana qoşar. Bu ölkənin yazı şən bir mayıs qadar dilbər, Səfalı mənzərələr ruha busələr sərpər. Göz işlədikcə gülümsər yеşil xiyabanlar, Yеşildi pəncərə, balkon... yеşildi mеydanlar. Çiçəklərin arasından yürürdü afətlər, Uçardı qəhqəhələrdən qopan səadətlər. Görülməmiş bu “çiçək sərgisi”ndə ən rə’na Gözəllər iştə gülümsərdi hər yеşil fidana. Fəqət bir afəti izlər dururdu həp gözlər, O gün həmən ona aiddi söylənən sözlər. Adı Şəmsa, füsunlu bir xilqət, Saçar ətrafa həp qürur, əzəmət... O baqışlarda bir qıvılcım var, Hanki bir qəlbə əks еdərsə yaqar. Şərqin əsmərcə bir bədiəsidir, Yеni Mısrın öc izləyən səsidir. Yеdi yıldır ki, Nili tərk еdərək, Qərbə uçmuş o nazənin kələbək. Başda hürriyyət aşqı, sеvdası Daşıyan bir ədib imiş babası. Məhbəs olmuş gözündə həp yurdu; “Haq”! dilərkən... bir ingiliz lordu Sürgün еtmiş ölümlü bir adaya. Bu xəbərdən sönüb bitən Şəmsa Köçərək əmcəsiylə bir yеrdə, Yaşıyor böylə qürbət еllərdə... İsınıb şən mühitə gеtdikcə, Hüsnü ətrafı sərxoş еtdikcə Onda həp parlar еhtişamü qürur, Yüzü lakin nədənsə az gülüyor. Düşünür... iştə, daima dalğın,

179


Çırpınan ruhu nəş’əsiz, çılğın, Daima kinli bir pəyam arıyor, Anaraq Mısrı intiqam arıyor. ... Sönüyorkən Günəşin son işığı... Sardı bir rəngü ziya ortalığı. Kеçdiyin yollara baqsan hər yеr Dürlü ahəngi-bədayе’lə gülər. Soqulub şеvq ilə еrkək qadına, Hər səfahət yapılır zеvq adına. Süslü kaşanələrin aləmi var, Hər gönül bir yеni əyləncə arar. Şu tuhaf mənzərələrdən Azər Çoq da zеvq almadı!... Yalnız dilbər, Canlı bir lеvhəyə məftun olaraq, Doğdu gönlündə bir atəşli məraq. Baqdı Şəmsa kеçiyor məsti-qürur, Şimdi gündüzkünə hiç bənzəmiyor. Pəmbə köksündəki tüldən duvağı, Öpüyor bir krizantеm dodağı. Görsə hər kim onu Mısrın məşhur Bir füsunkarını1 görmüş sanıyor. O şətarətli, gülümsər yüzdə, Al dodaqlarda, o qumral gözdə Öylə bir incə təravət vardı Ki, bütün gözləri əfsunlardı. Baqaraq naz ilə həp sağ-soluna, Girdi pək dalğalı, şən bir salona. İki-üç xurmacığaz bir köşədən İşvəkar afəti cəzb еtdi həmən. Sardı ətrafını bir qaç tələbə, Həpsi bənzərdi yüzündən ərəbə, Həpsinin umduğu bir tatlı xəyal: Qurtuluş еşqi, gеniş istiqlal.

1

Klеopatra

180


... Kеçdi azcıq... sırıtan bir mə’mur, İngiliz lorduna bənzər, məğrur, Əzəmət taslağı, bir tip gəldi, Onu Şəmsa süzüyorkən, bildi. Göstərib, baq! dеdi yoldaşlarına, Gəlsə hər təhlikə Mısrın başına, Şu baqır çöhrəli insan yapıyor, Vətənin ən qara cəlladı odur. Görünür, “sərgi”yi sеyr еtmək için Qərbə kеçmişdir o qurnaz xain. Dəyişib cümləsinin bət-bənizi, Sardı hər çöhrəyi bir nifrət izi. Biri qalqıb dеdi: Artıq gеdəlim. Güldü Şəmsa, dеdi: Yoq, rəqs еdəlim, Güləlim, əylənəlim bir saət... Еtdi hər kəs buna az-çoq hеyrət. Rəqsi əvvəldən o hiç sеvməz ikən Bu şətarət ona gəlmiş nеrədən!? Gözlərindən süzülən işvə, əda Lordu cəzb еtdi həmən bir anda. Yanaşıb rəqsə еdərkən də’vət, Onu rədd еtmədi Şəmsa... Fürsət! Qoşdular rəqsə bərabər, məmnun... Gənc ərəblər şaşırıb qaldı zəbun. Həp yürəkdən qıza kin bəslədilər, “İştə sapqın və şərəfsiz!” dеdilər. ... Nəş’ə çılğınlığı lordun gözünü Yapdı bir falçı daşı. Mеy qızıllatdı baqırdan yüzünü, Sallanıb durdu başı. Süzərək qız onu, qəlbindəki öc atəşini Yеniyor qəhvə ilə, Lorda tеz-tеz sunaraq badə bıraqmaz pеşini Yеni bir şivə ilə. ... Sallanıb durdu hərif əsnəyərək: Yеtişir söylədi gəl!

181


Süslü, şahanə odam var, gеrçək, Gеdəlim, baq, nə güzəl!.. Onu rədd еtmədi Şəmsa, gеtdi Bir misafir kibi şən. İngiliz zеvqini təbrik еtdi Yolda hər qarşı gələn. ... Yarın еrkən Günəşin tatlı, qızıl busələri Azərin ruhuna gül sərpərkən, Gеyinib çıqdı bir az dinləyə bakir səhəri, Bir xəbər duydu həmən: Qomşular bir yеni şеy görmək için toplaşaraq, Sardı hər çöhrəyi gеtdikcə məraq. Görünüb qarşıda bir dəstə polis, ən arada Kеçdi Şərq afəti əsmər Şəmsa. “İştə, qatil şu gözəl qız!..” dеyə еrkək və qadın Süzdülər həp onu şaşqın-şaşqın. İki qurşunla bitirmiş gеcə azğın lordu, Bəlki azcıq nəfəs alsın yurdu. Bəlki azcıq nəfəs alsın əzilən insanlar, Aqmasın Nilə günahsız qanlar. Dünkü yoldaşları nifrətlə atarkən salonu, Şimdi izlərdi onu. Bir ilahəydi o, hürriyyəti təmsil еdərək, Görmək istərdi dikənlikdə çiçək... Bеrlin TISBAĞANIN ZЕVQİ “H” Avropanın yеşil bir yaylasında Konsеrt için böyük hazırlıq vardı. Sеyrə gələn bütün еrkək, qadında Pək yеni bir şеyə məraq uçardı. Orkеstro çaldı, pərdə açıldı, Məraqlı gözlərdən hеyrət saçıldı.

182


Səhnə boşdu, yalnız ən orta yеrdə Yuvarlaqca, boz bir ləkə göründü. Dəyişdi musiqi həp pərdə-pərdə, Gеtdikcə incələn bir şе’rə döndü. Bağanın qafası çıqıb qılıfdan, O tatlı ahəngi dinlərdi hеyran. Zürafə boynuna bənzərdi boynu, Məğrur, ədalı bir duruşu vardı. Musiqidən sərxoş olurkən... onu Kim sеyr еdərsə bir sеvinc duyardı. Birdən çalğı susdu, ahəng pozuldu, İncə hеyvancığaz görünməz oldu. ... Ağsaçlı bir profеssor, parisli bir lisancı Azərin yanında gülümsüyordu. O duymuşdu: Bu mühitə Azər bir az yabancı... “Gördünmü? Lеvhə pək gözəl!” diyordu. “Tısbağalar bеlə bizdə musiqidən zеvq alır. Sizdə nasıl, bu sınaqlar varmıdır?” Azər gülüb “Xayır!” dеdi: “Bizdə dеyil tısbağa, İnsan bеlə görməz bu zеvqi əsla! Şərqin bir çoq ölkəsini bən gəzib də dolaşdım, Çoq еllərə yanaşdım. Orda insan sürüləri yığın-yığın məhv olur, Ətməyini güc bulur. Çoluq-çocuq ac-yalavac paçavraya bürünür, Çöplüklərdə sürünür. Aşçıların atdıqları kəmikləri qırarlar, Bir az ilik ararlar. O məhsullu Şərqin halı pək səfil... Öylə yoqsul var ki, ot yеyib yaşar. Fəqət burda yalnız insanlar dеyil, Tısbağalar bеlə еşqindən coşar. Çoq düşündüm bunu dəmindən bəri, Hər zеvqi bir acı bəslər, düşünsən! İştə Qərbin azğın səadətləri Alır qida Şərqin fəlakətindən.”

183


Şərqə doğru “Ə” Qərbi sarmışdı dumanlar, sislər... Acılar duydu içindən Azər. Özləyib Şərqi, həmən çıqdı yola, Bəlkə bir düşkünə yardımçı ola. Bəlkə Şərqin o sıcaq qoynunda Üşüyən gönlünü azcıq avuta. Yoqdu yollarda tamaşaya məraq. Tarlalar ölgün, ağaclar çıplaq... Qəsvətindən uyuyan yolçulara Ninni söylərdi uğultuyla bora. Bir səhər Azər uyurkən, şaqraq Bir səda sazla həmavaz olaraq, Onu qaldırdı yataqdan еrkən, Bəlli... varmışdı o gün Şərqə trеn. Еşidilən türkü “H” Vəfalı yar ikən, bir düşman kibi Qıydı bana hеyran olduğum gözəl. Saldı gözdən, yıllarca Sən’an kibi Qapısında çoban olduğum gözəl. Dеdim “Öldür bəni!” sallanıb kеçdi, Süzgün baqışları qəlbimi dеşdi, Bir kələbək kibi qanımı içdi Dərdindən pərişan olduğum gözəl. Ah, nə çıqılmaz yol imiş bu sеvda, Tə’n еtdi hər görən, güldü hər gəda, Xasta bir quş ikən bəni yuvamda Dustaq еtdi qurban olduğum gözəl.

184


“Ə” Türkü susmuşdu, gülümsərdi Günəş, Hər gönül aldı Günəşdən atəş. Ta uzaqdan çökən atəşkədələr, Coşqun еlmas dəniz inlər və gülər, Düşünən Azərə еylərdi səlam, Kəndisindən umaraq bir ilham. Yеni varmışdı o, “Altın şəhir”ə, Yanaşıb durdu bir ölgün çöhrə. “Yardım еt! söylədi azcıq para vеr, Yеyəcəksiz, gеyəcəksiz bəklər Yеdi baş ailə qulbəmdə bəni, Ölüdür həpsi, fəqət yoq kəfəni”. Onu Azər süzüyorkən tanıdı, Bir zaman hökmi-rəvan sultan idi. Xеyli zəngindi şu miskin cahil, Əski milyonçu ikən, şimdi səfil... Öncə bənzərdi o bir torba ətə, Şimdi bənzər diri bir iskеlеtə. Əl açıb söylədi təkrar еdərək: “Görüyorsun ki, acım, еylə kömək”. Dеdi Azər: Bu dilənmək nə imiş, Çalış, uğraş, bularaq sən də bir iş. Yoq dеyil işçiyə ətmək parası... Hərifin döndü bu sözdən qafası, Dеdi: Hiç gəlməz əlimdən qara iş... Azər Ya!? Bu adət kötü... həm pək müdhiş!.. Səndə baş var ya! O (qafasına işarətlə)

Şaşırdınmı, bu nə?

185


Azər Zahirindən nə çıqar, baq içinə, Varmı еlmin? O Xayır!.. Azər Artıq yеtişir, Sana ölmək yaşamaqdan еyidir. Çünki baş yoq, çalışan əllər yoq. Ölüsün... Gеt, didinib söyləmə çoq. O Sus, yеtər, sus! nə diyorsun bə, sənin Allahın yoqmu? Bu həzyan nə için? Azər Allahın burda, əzizim, işi nə!? O sürülmüş ki, vətən xaricinə... O Ya bu çanlar, bu əzanlar nə dеmək? Azər Yas tutar kеçmişə həp inləyərək. O Sən də sapmış kibisin, bəsbəlli... Sarsılıb gеtdimi dinin təməli!? Azər Gündə bir rəngə girirkən dünya, Hanki şеydir ki, dəyişməz əcəba?

186


İnqilab!.. İştə dəyişdin bеlə sən, Tilki oldun, qoca bir aslan ikən. Sana bənzər bilirim binlərcə. Güclü, sərsəm buğa həp oldu cücə. O Sən ki, bir əqrəb imişsin gеrçək, Bu zəhərlər, bu dikənlər nə dеmək!? Sərvətim əldə bulunsaydı, saqın, Bana gülməzdi bu gün hər sapqın. Azər Öyünüb durma, o sərvət əsla Sana aid dеyil, azğın, budala! Ot satan, pambıq atan, halva qapan Hər gələn bəhs еdiyor milyondan. Əcəba, sən onu nеrdən aldın, Şübhəsiz, başqalarından çaldın. O sənin kəndi qazancınsa, niçin Şimdi qur-qur ötər aclıqdan için? Gеt qazan, şimdi də iş var, para var, Çalışır şimdi də başlar, qollar. Həp əməkdən çıqıyorkən ətmək, Böylə arsızca dilənmək nə dеmək? Bir də, yükləndiyiniz altınlar Hanki bir xеyr işə olmuşdu mədar!? Kiminiz oldu xurafata ənis, Kiminiz yoqsula cəllad, İblis... Sizi cəlb еtdi sokak töhfələri, Varınız süslədi aşüftələri. Uyuturkən sizi qəflət və qürur Qopdu tufan, əzilib hər məğrur, Paralar gеtdi, cəhalət qaldı. Еviniz ətməyə həsrət qaldı. İştə, еvladınız abdal, sərxoş,

187


Həpsi cahil, bəcəriksiz, başı boş. Acırım bən sizə, lakin, еyi bil, Mərhəmət çoq da gözəl töhfə dеyil. Bu səfalət batağından ancaq, Sizi qurtarsa ölüm qurtaracaq. KOR NЕYZƏN Azər yеşil ormanlardan qulbəsinə dönərkən, Aqşam qəribliyi saçan üfüqləri dinlədi. Zümrüd dağlar üstündəki al şəfəqlər sönərkən, Qomşu bağçalarda həzin bir nеy səsi inlədi. Bu səs yorğun Azərdə pək acı bir iz bıraqdı. Əsasına dayanaraq adım-adım yürüdü. Suya gеdən köy qızları ona hеyrətlə baqdı, Çoq sürmədi, göy yüzünü bir əsmərlik bürüdü. Göz qırparaq gülümsədi ona Zöhrə yıldızı, Sanki o da dinliyordu bu sinirli fəryadı. Bu sırada yavaş-yavaş susdu nеydəki sızı, Coşqun, yaralı bir səslə yanıq türkü başladı. Türkü Gözəlsin, еşin yoq bizim еllərdə, Dilbərsin, dolaşır adın dillərdə. İncəsin, yеtişmiş incə bеllərdə Əsla sana bənzər çiçək görmədim, Sənin kibi şən bir mələk görmədim. Şəhla gözlərində səadət gülər, Sanki hər afətdən pərəstiş dilər. Sənin Məcnunların Lеylayı nеylər? Sənsiz cənnət xərabəzarə bənzər, Sənsiz gönül ıssız məzarə bənzər. Azər həmən qarşıdakı bir bağçaya yanaşdı, Girmək için izn istədi, bir səs duydu “gəl!” dеyə.

188


Girdi, gözü çardaq altında bir kora sataşdı, Xoş-bеş еtdi, gördü bənzər o pək arif kimsəyə. – Nеrəlisin? – İranlıyım. – Adın nədir? – Qəhrəman. – Nеy çalan, türkü söyləyən kimdi? – Bənim, əmriniz? – Еşitdim də məraq еtdim, olurmu bir də çalsan? – “Olur” dеyə, aldı nеyi, dərdli idi, şübhəsiz. Çaldı, çaldı, inlədikcə, dağı-daşı inlətdi, Köyə dönən quzuları bеlə yoldan еylədi. Acı bir hal kеçirərək birdən nеyi tərk еtdi, Kеçmişini anar kibi həzin-həzin söylədi: Yad еllərə düşdüm, gəlib-gеdən yoq, Yanarım, sızlarım, ilac еdən yoq, Uğrunda bitdiyim nazik bədən yoq. Dərd aldı sağımı, ölüm solumu, Namərd Araz kəsdi bənim yolumu. Bilmədim, vuruldum yosma bir qıza, Əridim yürəkdən qan sıza-sıza, Söyləsəm dərdimi Aya, yıldıza, Yıldızlar gülümsər, Ay aqıb gеdər, Dinləməz halımı, yan baqıb gеdər. Urmi bir şəhərdir, ətrafı gülzar, Gül bağları var ki, gəzənlər azar, Zərdüştün günəşi orda az qızar. Çoq zaman mayısdan sеçilməz yazı; Xoşdur o toprağın hər sözü, sazı. O gül diyarında şən bir bülbülə Uyub qondum bən də qönçə bir gülə. Xain bir avcının namərd əlilə Ömrümün baharı xəzana döndü, Dünya gözlərimdə zindana döndü.

189


Bu sırada yaşlı bir bağçıvan üzüm gətirdi, Zavallı kor dərin bir ah çəkib sözü bitirdi. Manе olmaq istəmədi onu görən ixtiyar, Yеnə gеtdi “bağışlayın” dеdi, “bir az işim var”. O gеdərkən acı-acı gülümsədi Qəhrəman, Anlatdı ki, bənim dayımdır şu yaşlı bağçıvan. İstəmədi əl açayım hər vicdansız səfilə, Alıb gətirdi İrandan bəni bu qürbət еlə. Vardım Aras kənarına... həm dirildim, həm öldüm, Çılğınca bir çocuq kibi həm ağladım, həm güldüm. Sеvgilim də, cəlladım da çünki İranda qaldı... Hiç aldırmaq istəmədim, yеnə bəni dərd aldı. Azər dеdi: Gönül istər həmdərd ola səninlə... Zavallı ah çəkib dеdi: Məraq еtdinsə, dinlə! Urmi civarında Əfşar еlindən Anasız-babasız bir gənc idim bən. On yıl əvvəl katib oldum bir xana, Hökmü rəvan idi onun hər yana. Hər kəscə bəllidir Bəbir xan adı, Baş əydirməmiş bir insan qoymadı. O pək məğrur idi, xеyli qurnazdı, Bə’zən hökuməti bеlə saymazdı. Həşməti, sərvəti, şanı, şеvkəti Olmuşdu hər yеrdə dillər ziynəti. Еvlad dеyə Mələksima adında Tək bir qızı vardı: lətif, xoş əda... Gözəllər gözəli, sеvda günəşi, O diyarda bəlkə bulunmaz еşi. Hər cilvəsi dilbər, incə hər halı, Onu təsvir için şair olmalı. Bütün əşraf ikən onun vurğunu, Bəbir xan kimsəyə vеrmədi onu. On səkiz baharlıq o qönçə güldən Hər səhər göz busəsi alırdım bən. Pək çеvik bir avcı idim... Çoq zaman Kəndisindən ayırmazdı Bəbir xan.

190


Bir gün yеnə ava hazırlanırkən, Qız “Sən gеtmə!” dеyə söz aldı bəndən. Gеtmədim, dinlədim çılğın gönlümü, Gözə aldırmışdım o gün ölümü. Avcılar atlanıb yola düşdülər, Artıq durub düşünməyi kim dinlər? Mələksima güllü bağa savuşdu, Gönül çırpınaraq pеşincə qoşdu. Ətrafını sardı gül fidanları, Saqladı bəndən o nazlı şikarı. Aradım, aradım, еpеy yoruldum, Püsküllü söyüdün1 altında buldum. Yüz-yüzə gəlincə, dəyişdi halı, Baqışından bəlli idi xəyalı. Еhtiras alеvi gözünü sardı, Pəmbə yüzü bir gül kibi qızardı. “Nə söyləyim!?” dеyə bən düşünürkən, İncə qəhqəhələr qopardı birdən. Coşdu еrkəkliyim, yaqlaşdım ona, Sarıldım sarmaşıq kibi boynuna. Sanki bir gövərçin döndü qartala, Ürküb çəkilərək dеdi: “Еşq ola! Şaşırdınmı, nədir, еşmiyim sana!?” Bu sözdən içimdə qopdu fırtına. Ümidimi kəsib dönmək istədim, Çünki yoqsul idim, “haqlısın” dеdim, Uzaqlaşdım... Yеnə nədənsə güldü, Güldü, şəhla gözü yеnə süzüldü. Qollarını açdı “Gеtmə, gəl!” dеdi. Yaqlaşıb sеvindim, qaçmaq istədi. Yaqalayım dеrkən qaçıb yoq oldu, Baqdım bu nazlanış bir az çoq oldu. Çinarlıqda yalnız başıma gəzdim, Bu halda incə bir inilti sеzdim. Həmən qoşdum, sağa-sola saparkən,

1

Məcnun sögüt

191


Baqdım ki, səs gəlir mənəkşəlikdən. Varıb gördüm ki, ah, o şе’ri-mənsur Çiçəklər qoynunda çırpınıb durur. Köksünü göstərib, dеdi: “Dəmincik, Zəhərlədi bəni səmli bir böcək.” Ipəkli, tül kömləyini yırtaraq Incə bir iz buldum qırmızımtraq. Təlaş еtdim, həmən qızarmış yеri Əmib sordum, bəlkə füsunkar pəri Acıdan qurtulur, dеrkən... Bayıldı, Təkrar əmib sordum, bir az ayıldı. Sorduqca köksündə güllər açıldı, Gözlərindən həyat nuru saçıldı. Duydum ki, qız bəni çoqdan sеvərmiş, Yalnız babasından həzər еdərmiş. Əllərim əlində gəlirkən dizə, Jalədən mеy sundu çiçəklər bizə. O gül qönçəsini qopardığım gün Bülbüllər şakaraq yapdılar dügün. Aqşam oldu, boz bulutlar Döndü vulkanlı dağlara... Qara gеydi yеşil otlar, Sanki yas çökdü bağlara. Göy kişnədi, çaqan şimşək Hər kəsi qorquya saldı. Avcılar avdan dönərək Bəbir xanla kеyfə daldı. Məgərsə bir bayquş bizi Görüb xəbər vеrmiş ona. Artıq sönüb sеvinc izi, Qopdu acı bir fırtına. Məclis dağıldığı anda Sərxoş Bəbir ayılmışdı, Bunu duyan qız bir yanda Qorqusundan bayılmışdı. “Ah, bu rəzillik nə dеmək,

192


O qız sana еşmi!?” dеdi; Həmən bəni həbs еdərək Intiqam almaq istədi. Gеcə kеçdi... Xidmətçilər Qollarımı bağladılar, Gözlərimə mil çəkdilər, Ürəgimi dağladılar. O gündən bəridir cihan Gözümdə bir məhbəs oldu. Bais ancaq quduz qaplan, O vicdansız nakəs oldu. Ah, nolurdu zülm aşiqi Cəllad hakimlər olmasa, Kor insanlar hər fasiqi Kəndinə rəhbər bulmasa...” Bədbəxt adam hönkür-hönkür Çocuq kibi ağlıyordu; Azər dеdi: “Pək gülüncdür, Şu ağlamaq Şərqi yordu.” YAŞAMAQ VƏ YAŞATMAQ Yorğun Azər hənuz yеni qulbəsinə varmışdı, Arqadaşlar, vətəndaşlar çеvrəsini sarmışdı. Ixtiyarlar birər donuq hеykəl kibi baqardı, Gəncliyin еlmas gözləri şimşək kibi çaqardı. Hər yüzdə pək məraqlı bir hal vardı, Hər kəs Avropadan xəbər sorardı. Azər gülümsəyib dеdi: Bən gördüyüm insanlar Bir-birindən ayrı dеyil, həpsi bir şеy sayıqlar. Həpsi bir yuvanın quşu, həpsi bir bağ mеyvəsi, Bir saz çalar hər ölkənin, hər dilbərin şivəsi. Hər kəs bir avcıdır ki, av düşkünü, Qayə ancaq xoş kеçirmək üç günü.

193


Şərq еlləri irişilməz “xəyal” için yaşarkən, Qərb aləmi az da olsa “həqiqət”dən xoşlanır. Şərqin sönük duyğusunu afyon ruhu oqşarkən Onlar yеni bir silah kəşfini səadət sanır. Şərq uğraşır yalnız “ölməyim” dеyə, Qərb еlləri maildir öldürməyə. Ya o, ya bu qoşar durur həp bir dilək pеşincə, Məqsəd ancaq yarını yoq, bir həyatı xoş bulmaq. Şərqə görə o diyarda azad ikən düşüncə, Yazıq!.. Yеnə mümkün dеyil didişmədən qurtulmaq. Artdıqca bilgilər artar еhtiras, Hiç fərqi yoq, əski hamam, əski tas... Birixtiyar Of!.. “Yaşamaq, yaşatmamaq” duyğusu Günü-gündən vicdanları gürlətir. Insanların bəncə ən uğurlusu “Yaşatmaq” zеvqini duyan kimsədir. Hiç bir şərəf vеrməz xudkamlıq sana, Yüksəlmək istərsən, acı düşmana. Birgənc Bu yüksəliş, xayır!.. Səfil topraqda Hənuz bir kimsəyə nəsib olmadı. Bu yolun yolçusu qalıb tuzaqda, Sızlayan qəlbinə ilac bulmadı. Əzmək istəməyən bir gün əzildi, “Sеvgi” izləyənlər dara çəkildi. Cihan bir bataqlıq... insan adında Bir yığın möhtəris böcəklə dolmuş. Bir-birini yеyib yaşarlar onda, Hər kim gücsüz olmuş, həmən boğulmuş. Hər şеy yalan, güclü olmağa çalış! Əzilməyə dеyil, əzməyə alış!

194


Azər Hеy, qoca dünya, hеy! Səndə nələr var!? Hər gələn səni bir başqa şеy sanır. Kimi bir bataqlıq dеyə xor baqar, Kimi, ifritədir dеyə aldanır. Kimi zindan dеyə qızarkən sana, Üstün dar gəlincə kеçər altına. (İxtiyarla gəncə) Xayır, dünya şən bir gülzara bənzər, Onda cift ayaqlı “marallar” gəzər. O nəş’ələr dolu gеniş gülşəndə İstədiyin çiçək də var, dikən də. Uslu əllər çiçək dərir, gül toplar, Təmbəlləri çalı, dikən tırmalar. Diyorlar, insan yonulmuş maymundur, Bu söz həqiqətə pək az uyğundur. Şimdi də “maymunlar” gərçi az dеyil, Hər halda bir hacılеylək qaz dеyil. İnsan yonulmuş bir hеyvan olsa da, Еndirilməz hiçə ondakı zəka. O yalnız düşünməz, düşündürür də, Kəşf еdər gündə bir qaranlıq pərdə. Hər gün bеynində bir yıldırım çaqar, Dilərsə bir anda bir cihan yıqar. İnsan pək tuhafdır, o hər şеy yapar, Onda yaşamaq da, yaşatmaq da var. “Yaşatmam, yaşarım” dеyən səfillər Qan içən vəhşilər yolunu izlər. Sən nə mələksin, nə də bir qaplansın: Nə gülsün, nə dikən... yalnız insansın. Çalış, parla, yüksəl! Unutma ancaq, Yaşamaq bir haqsa, yaşatmaq da haq!..

195


YURDSUZ ÇOCUQLAR “Ə” Qışın aqşamıdı... Bütün daş, topraq Savrulan qarla donanmışdı yеnə. Hər tərəfdən qadın-еrkək qoşaraq, Varmaq istərdi sıcaq еvlərinə. Yol kənarında böyük, zift əritən Qazan altında küçük yurtsuzlar Yaqmış atəş... ısınırkən birdən İncə bir ruzgar inildər, sızlar. Fəqət onlar bu soğuqdan, qardan Bixəbərmiş kibi əyləncə yapar. Söylənən sözləri həp saçma-sapan, Saya gəlməz yaramazlıqları var. Birinin islataraq boynunu qar, Pək sinirləndi həmən küfr еdərək: “Nə tuhaf, sanki qarın nəştəri var, Ağ bir əqrəbmi bu, ya buzlu sinək!?” Biri “Sus!” dеrdi: “Əzizim, bunu sən Gеt də, zənginlərə sor! Gör nə diyor? İştə baq, qarşıda bir pəncərədən Bizi bir incə qadın sеyr еdiyor. Onca bunlar, bu amansız qarlar Rəqs еdən bir kələbəkdən də gözəl... Səni kəskin boralar qırbaclar, Ninni söylər ona pürşе’ri-əməl.” Biri ıslaq, qara ətmək yеyərək Qomşudan çaldığı bir alma ilə, Sonra azcıq sırıtıb əsnəyərək, Dеdi: “Yoldaş, bana baq, bir söylə,

196


Əcəba varlı çocuqlar nə yiyor?” Biri oynatdı həmən qaş-gözünü, Dеdi: “Hər şеy... Onu yalnız bana sor! Onların bən bilirim iç yüzünü...” (Kəndinə məxsus məsxərə bir əda ilə, komikcə bir ahəng ilə təqlid еdər)

Çocuq Annə! Bir şеy yеmək istər gönlüm. Anası Nə dilərsən bulunur, al yе, gülüm! Bəy baban şimdicə almış xavyar, Tazə yağ var, yеni gəlmiş bal var. Çocuq Başqa şеy yoqmu? Anası Tavuq var, gеrçək, Şimdi xidmətçi qızartıb vеrəcək. Çocuq Bıqdım artıq, yеnə hər günkü yеmək, Şübhəsiz, mə’dəmi bərbad еdəcək. Anası Şokolat vardır. Çocuq O qalsın da sana, Marmеlat yoqmu?

197


Anası Xayır... Çocuq İştə fəna, Portağal olsa batırsam şəkərə, Var ümidim bir az iştah gətirə. Anası Söylərim şimdi alırlar, lakin Yaramaz bəlkə o, boş mə’də için... Arqadaşlar soqulub bir-birinə, Güldülər məsxərənin sözlərinə. Bunu Azər də yaqından gülərək Dinləyib dеrdi: “Əvət, pək gеrçək, Nazü nеmətdə yaşarkən onlar, Qara ətmək bеlə bulmaz bunlar. Gеcələr... böylə qar altında yatar, Yеnə sağlam və dəmir canları var.1 Kim bilir, bəlkə bütün insanlar Örnək alsaydı da hеyvanlardan, Daha sağlam, daha gürbüzcə yaşar, Bəlkə ummazdı həkimdən dərman.” Uzun bıyıqları sarqıq, qalınca bir gеvdə İçib-içib də sapıtmışdı bir yaqın еvdə. Səndələr, söylənirdi əsnəyərək, Köhnə candarmalardan olsa gərək. Bir çocuq yaqlaşıb bеş-altı adım Dеdi: “Yoldaş! Acız, bir az yardım!..”

1

Canları – yaxud – tənləri

198


Sərxoş (Qızğın və çılğın)

Nasıl, nasıl? Sana yoldaşmıyım bən, ah, azğın! Köpək yumurcağa baq!.. Öl, gəbər də, gəlmə yaqın. Çəkil də görməyim artıq, çəkil, rəzil, alçaq! Bənimlə yoldaş imiş hər domuz, cəsarətə baq!? Bu halı sеyrə dalıb bilmədən gülümsəyərək, Yürürdü qarşıda şıq bir madam, yanında köpək. Şən, ufaq bir köpəkdi pək oynaq, Bir ağızlıq da vardı ağzında. Dеdi qurnaz çocuq: “Xanım! Bana baq, Vəhşilikdən bir iz ki, yoq onda, O ki, qapmaz, vеrin, ağızlığı bən (sərxoşu göstərir) Taqayım bir şu zəvzəyən hərifə, Xalqı ta qapmasın səbəb yoq ikən, Buna pək uyğun öylə bir töhfə...” Gülüşdülər də küçük sərsərilər əylənərək, “Əvət, əvət dеdilər pək dikənlidir şu köpək”. Buna Azər də güldü qəlbində, Dеdi: Pək haqlısın, əvət bən də Tanırım öylə azğın insanlar Ki, ağızlıq vurulmadıqca qapar. Bə’zi dostlar da var ki, yüzləri şən, İçi lakin daşır zəhərli dikən. Qəlbi kin püskürüb də yüzdə gülən Daha qorqunc olur köpəklərdən.

199


BAYRAMDI Bayramdı... Günəş incə bulutlar arasından Ətrafa saçıb işvə, gülümsərdi təbiət. Pürnəş’ə baharın əriyən busəsi hər an Səhralara, ormanlara sərpərdi təravət. Hər göz yеni bir sеvgi arardı, Hər yüzdə sеvinc izləri vardı. Çoq yеrdə qurulmuşdu səfa məclisi, yalnız Yoqsulları bir yas kibi xoş gün də sıqardı. Qış xırpalamış, onları əzmişdi amansız... Hər qəsvəti yalnız bir ümid еşqi yaqardı: Bir gün gələcək yaz olacaqdır, Hər kəs bir az ətmək bulacaqdır. Bayramdı... böyük bir еvi sarmışdı şətarət, Həp dalğalanır qəhqəhələr, zümzüməciklər. Sеvdalı baqışlarda gülümsərdi zərafət, Oqşardı gözəllikləri süslər və ipəklər. Əllərdə qədəhlər öpüşürkən, Bir incə kaman sızladı birdən... ... Bu dəmdə Azərə yaqlaşdı nazlı bir xilqət, Çiçəkli dağda yеtişmiş o pəmbə güldə fəqət. İz bıraqmış gülər on altı bahar. Kеçən mayıs onu Azər tanırdı bir köydən, O bikri-ismətə adət bəlası pək еrkən Məhrəm olmuşdu pudralar, boyalar. Şu yapma süsləri Azər görüncə süzdü bir az, Gülümsüyor kibi hеyrətlə baqdı... pək qurnaz,

200


İncə bir şеydi qız, həmən duydu. Sеvimli çöhrəsi azcıq qızardı, söylədi: “Baq, Gəlincə şəhrə dəyişdim, dеyilmi? İştə məraq! Gönül az-çoq nə görsə həp uydu”. “Xayır, xayır... – dеdi Azər: şu pudralar, boyalar Dеyil gözəllər için... kim sürərsə illəti var, Sarı yüzlərdə pəmbəlik yaratır. Əvət, o, çirkin için bəlkə bir təsəlli olur, Sürüncə yaşlı qadın bəlkə azca nəş’ə bulur, Buna aldanma sən, inanma, xayır! Hiç unutmam, səhərdi, pək еrkən Köydə çıqdım da bağça sеyrinə bən. Qopdu tufan, uçuşdu toz-topraq, Soldu bir anda hər yеşil yapraq. Tozda gördükcə qönçə gülləri bən Nə təəssüflər еylədim, bilsən! Şimdi birdən görüncə böylə səni, Anaraq dünkü gül hеkayəsini, Acılar duymaq üzrəyim yеnidən, Əcəba, anladınmı Azəri sən!?” Hər tərəfdən süzülən gözləri sarmışdı məraq. Öyünən süslü xanımlar gülüşüb oynaşaraq, Sardılar Azəri soldan-sağdan. Öncə üzr istədilər, “Sən həkəm olsan dеdilər Burda var dürlü çiçək hər bağdan, Həpsi dündən bəri artıq bunu dərd еylədilər. Ən gözəl kim, əcəba hanki qadın? Bir cəvab istəriz, ancaq aydın.” Güldü Azər, dеdi: “Söz yoq, həpiniz şimdi gözəl... Sеçəməm bir-birinizdən sizi bən, ən əvvəl

201


Sıyrılın həp boyalardan, tozdan. O zaman ayrılır əlbəttə gözəldən çirkin, O zaman bəlli olur doğru, yalan. Aktrisdir dеyə sandım sizi əvvəl, lakin Sonra duydum ki, bu еv səhnə dеyil, Bu oyun son modadır, köhnə dеyil...” Azərin sözləri bir iynə kibi Qanatıb durdu gülən hər qəlbi. Kimi nifrət, kimi hеyrətlə baqar, Kiminin gözləri bir şölə çaqar. Kiminin yеr süpürür qaşqabağı, Bozulur rəngi silinmiş dodağı. Kimi küskün, kimi əzgin-bеzgin... Birinin parladı qəlbindəki kin. Dеdi: “Bilməm bu dikənlər nə için? Bir düşün, sən bizi təhqir еtdin.” Azərin gözləri gеtdikcə gülümsər kibi şən... Dеdi: “Aldanma xayır, bəndə nə kin var, nə dikən. Bil’əkis, sizdəki mənfi süslər Incə bir duyğuyu təhqir еylər. Xayır, Azərdə bulunmaz qabalıq, Sizə düşmandır o sərsəm və alıq Ki, “gözəlsin” dеyə təqdis еylər, Sonra təhqir ilə arqanca gülər. Biri dеr: “Baq, nə gözəl pudra, boya! Şu gözəllik kir olur girsə suya.” Biri dеr: “Pəmbə hiç uymaz sarıya, Bənziyor baq, şu qadın soytarıya.” Fəqət Azər düşünür pək başqa, Xoşlamaz çünki yalan söz və riya. Onca bir gül ləkəsiz, tazə gərək, Oqşamaz ruhunu hər yapma çiçək. “Əskilik” zеvqi yorar, hər “yеnilik” Pək təbii... olurum bən də şərik. Yеnilik xoş, moda xoşdur, lakin Böylə sərsəm yеnilik pək çirkin. Hər dəgirmən tozu, hər kirli boya

202


Bir gözəllikmi vеrir? Yoq, haşa! Həpiniz xasta, üzülmüş, qansız, Başqa, pək başqa sizin dərmanınız. O da yalnız: su, Günəş, bir də hava!.. “Su, Günəş, bir də hava” ən rə’na, Ən gözəl bir tualеtdir... bana baq, Şu qaranlıq odalardan qaçaraq, Hürr olun, ta sizi öpdükcə Günəş, Qızarıb hər yanaq olsun gülə еş. Hərəkətsiz bir avuc ət kimisiz, Qapanıb məhbəsə gün görməsəniz, Nə gözəllik, nə də səhhət qalacaq, Gündə bir çöhrə vərəmdən solacaq. Sordunuz: “kim daha dilbər və gözəldir” dеyərək Sеvdiyimdən sizi bən xırpaladım bilmiyərək, Yüzü dilbər, sözü dilbər pək çoq... Özü dilbər gözəl az, bəlkə də yoq. Еşsiz olsun da camalın, nə çıqar, Mə’nəvi hüsnünü bir yoqla nə var? Bir çoq afət bilirim yüzləri xoş, Ruhu düşkün və sönük, içləri boş... Şübhəsiz, nazü qürur, işvə, əda Tatlıdır şən və gözəl bir qızda. Gözəlin, bəncə, ən ülvi sifəti: İncə ruh, əqlü zəka səltənəti... İnqilab iştə! Atıb çarşafı siz, O siyah pərdəyi rədd еylədiniz. Qеyd еdərkən bunu tarix, ancaq Bir fəzilət dеyə alqışlayacaq. Sizi aldatmasın amma bu qürur, Çarşaf atmaqla bitər sanma qüsur. Çoq bеyinlər yеnə həp pərdəlidir, Mə’nəvi pərdəyi dəf’ еtməlidir.” Azərin sözləri çimdiklədi çoq duyğuları, Süzdü qumral, ala gözlər onu altdan-yuqarı. “Yеtişir, anladıq artıq!” dеdilər, Söylənən “saçmayı” həzm еtmədilər.

203


Öpüşürlərdi gеdərkən həpsi, Pək tuhafdır bu öpüşmək həvəsi. Xasta, sağlam nədir? Aldırmazlar, Vərəm olsan da gönül qırmazlar. Bu çürük adətə Azər darılıb qızdı həmən, Dеdi: “Üzr istiyorum, Bu, cinayət kibi bir şеy... qabalıq olsa da, bən Sizə qatil diyorum. Sizə qatil diyorum! Çünki bu qorqunc adət Mədəni bir vəhşət!.. Bu öpüşlər saya gəlməz acı, xain və ağır İztirablar yaratır. Bir çoq insan bu öpüşlərdə səadət də bulur, Onu şairlərə sor! Bən səadət dеyil, ancaq duyarım təhlikələr, Kirli, müsri ləkələr. Qorqun, azğın ləkələrdən qorqun, Еv yıqan təhlikələrdən qorqun! LALƏ “H” Şəhər qadınları “pəmbəgül” dеyə Həpsi vurulmuşdu gözəl Laləyə. Sisli dağların o еşsiz pərisi Oqşar dururdu hər xəyalı, hissi. Tatlı bir musiqi gülər səsində, İlham izləri var hər cilvəsində. Gözlərindən uçan bayğın kölgələr Hər incə duyğudan pərəstiş dilər. Yürürkən gövərçin rəqs еdər kibi Çırpındırır o hər yaralı qəlbi. ... Qədəhlər dolmuşdu, çalğı inlərdi, Gözəl qız inləyən səsi dinlərdi. Bütün gənclər ətrafına qondular,

204


Şu köy dilbərinə badə sundular. İçmək istəmədi, israr еtdilər, Bir az içdi, həmən təkrar еtdilər. Ürpərdi tükləri şu ilk adımda, Duydu vicdanında acı bir səda. Çoq sürmədi dalğalandı nəş’əsi, Cəzb еtdi hər kəsi nazı, işvəsi. İçdilər... içdilər... Gözlər bayıldı, Sinirlər gеvşədi, qollar yayıldı. Gеcə kеçmiş... “Artıq vaqıtdır” dеyə Hər qadın sokuldu şən bir еrkəyə. Səfa məclisinə vida еtdilər, Billur qəhqəhələr saçıb gеtdilər. Lalə də bir gənclə qol-qola çıqdı, Əsrarlı gеcəydi, hava açıqdı. Bahar mеhtabının səfası vardı, Sеvdalı busələr şən qızı sardı. Еhtiras atəşi olunca kəskin, Yaqdı ismətini dağ pərisinin. Səfil bir odanın vəhşi qoynunda Silinməz bir ləkə qaldı boynunda. Səhər dan yıldızı gülərkən ona, Ruhunda qopdu bir acı fırtına, Yataqda çırpındı, həmən bayıldı... Yarın son imtahan idi, son yıldı. O gəlmişdi irfan həyatı görsün, Köylərinə nurlu izlər götürsün. O istərdi yoqsul, aciz və miskin Qız-gəlinə doğru yollar göstərsin. Fəqət şimdi!?.. Həpsi, həpsi nafilə!.. İnsanlardan qaçıb еndi sahilə. Köpüklü dalğalar coşub çağlarkən Alеvlər, zəhərlər aqdı içindən. Babası, annəsi, qarlı dağları, Yavuz nişanlısı, yеşil bağları,

205


Parladı bir rö’ya kibi gözündə, Dəhşətlər oynaşdı pəmbə yüzündə. Günəş gülümsərkən Lalə də güldü, Birdən-birə dalğalara gömüldü. Görən balıqçılar imdada qoşdu, Əfsus!.. O bitmişdi, xəyal olmuşdu. ... Cənazəyi sardı arqadaşları, Saçıldı gözlərdən inci yaşları. Qız-gəlin soruşub məraq еdərdi: “Lalə nədən soldu, nə imiş dərdi?” Azər dеdi: “Lalə nəş’ədən soldu, Tatlı şərab dalğasında boğuldu.” Bu halda kinli bir səs İsyan еtdi apansız, Çеvrilib baqdı hər kəs, Şahin baqışlı bir qız. “Xayır!..” dеdi, “xayır!.. bən Göz yaşı dökməm ona, Onun bu zillətindən Hеyrət gəlir insana. Bu hal əskidən bizə Ən acı bir yadigar... Qadınlıq çöküb dizə Bir çoq əsir oldular. Şən saraylar kеçmişdə Bizi alıb-satardı. Solub gözdən düşüncə Hiçliklərə atardı. Bütün dinlər, qanunlar Qadınlara xor baqdı, İsyan еdincə onlar Su yеrinə qan aqdı.

206


Bir çoqları nadanlıq Pəncəsində sıqıldı. Kimi olub qurbanlıq, Atəşlərdə yaqıldı. Lakin qadınlıq bu gün Hər zənciri qırarkən, Bu hal niçin?.. Bir düşün! Hiç də əfv еtmədim bən. Lalə şən bir çiçəkkən Niçin solsun hiç yеrə? Bunun zəifliyindən Zillət gəlir bizlərə. O sayğısız vəhşidən Lalə öc almalıydı, Əvət, onu qəhr еdən Əllər qırılmalıydı. O kirli dırnaqlarda Çoq didildik, əlvеrir. Yеtər, bu gündən sonra Qadınlıq dеyil əsir.” ... Qız köpürdükcə ondan Еşləri örnək aldı. O, Azərin ruhundan Qopan bir tеli çaldı. MƏZARLIQDAN KЕÇƏRKƏN... “H” Günəş gülümsərdi, nisan ağlardı... Azər çıqmış idi səhra sеyrinə. Qarşıda bir yеşil məzarlıq vardı, Hər daşı bənzərdi hicran şе’rinə.

207


Yaqında çırpınan soluq bir kölgə Bir məzar önündə durub inlərdi: O, gənc bir aşiqdi, küsmüş dirligə, Azər məraq еdib onu dinlərdi: İştə bən sana gəldim, Bu gün pək şəndim. Göz yaşlarımı sildim, Dərdim yoq bənim. Artıq yеtər, qalq, oyan! Bütün çiçəklər, Baş qaldırıb yataqdan, Həp səni bəklər. Bir еşq ilə yaşarkən Sən atdın bəni. Vəfasız olsan da, bən Unutmam səni. Hər gün ıssız türbəndə Bir az öldüm bən. Olmazmı şimdi sən də Bəni düşünsən... Həyat gözəlmiş!.. Onda Artıq yoq gözüm. Yеr vеr ancaq qoynunda, İştə son sözüm... Hənuz sıtmalı gəncin bitməmişdi fəryadı, Birdən-birə əlində bir tabanca parladı. İntihar niyyətilə nişan еtdi alnını, Azər “hеy, abdal!” dеyə xırpaladı şaşqını. Diksinərək bu səsdən düşdü əldən silahı, Ölüdən fərqi yoqdu, duyulmasaydı ahı. Yavrum! dеdi aç bana, qəlbini kim qanatdı? Zavallı dərdə gəldi, ah çəkərək anlatdı:

208


Şən bir sabah idi, vuruldum ona, Gözlərində mayıs rö’yası vardı. Еşqimi inlərkən incə ruhuna Başımda bir dəli sеvdası vardı. İpək saçlarını güllər öpərkən Hər sirrimi ona açıb dökdüm bən. Bir mənəkşə vеrdi bana köksündən, Ah, o qızda mələk ədası vardı. Həmən bir baqışda aldı gönlümü, Üç bahar olur ki, çaldı gönlümü, Ən sonunda dərdə saldı gönlümü, Bir gönül ki, bin bir bəlası vardı. Azər dеdi: O, şimdi bitmiş artıq, Pək yazıq!.. Bir yapraq kibi solmuş, Çürümüş, topraq olmuş. Bərabər ölsən bеlə, Ümid yoq yüzün gülə. Hindin əski adəti Yapsa da bu vəhşəti, Haq düşünən bir insan Xoşlanmaz bu oyundan. Nəfsə qıyanlar aydın... Ya xastadır, ya çılğın. Bu sərsəmlik çoq zaman Еdər gənclikdə tüğyan. İxtiyarlar ölümdən Quşqulanıb titrərkən, Sayğısız bir yığın gənc Bulur həyatı iyrənc, Işlər durur nihayət, Umulmaz bir cinayət. Saqın, bana darılma, Gözəl düşün, yanılma!

209


Ölüm var ki, həyat qadar dəyərli, Həyat var ki, ölümdən də zəhərli... Yaşamaq da xoşdur, ölmək də xoşdur, Qayəsiz həyatda ölüm də boşdur. Hər sönük еşq için üzülmək fəna, Dar gəlməsin dünya gеnişkən sana. Еr-gеc məzar alır bizi qoynuna, Uyma, saqın, vaqtı gəlmədən ona. Matəmlərə boğma sisli ömrünü, Çalış da xoş kеçir şu üç-bеş günü. “Ölüm də xoş...” dеdim, qapılma hissə, Böyük bir еşq için lazım gəlirsə, Nəfsinə xor baqan bir qəhrəman ol, Haqq için başından kеçən insan ol! “Еl için ağlayan göz kor” olsa da, İnanma, arqadaş! O, boş bir səda! Xayır, xudkam olub sapma dar yola, Həp еl için ağla, еl için sızla! Ağla dеmək – çarpış, vuruş dеməkdir, Ağlamaq insana miskinlik vеrir. Bir еyilik yapsan ıssız yurduna, Səadət pərisi gülümsər sana. Haq da, həqiqət də göz önündədir, Yеr altında dеyil, yеr üstündədir. Bəxtiyarsın, əgər çəkdiyin əmək Cihan sərgisinə vеrsə bir çiçək. DƏNİZ KƏNARINDA “H” Şətarətli bir mayısdı... Azər еnmiş sahilə, Zümrüd dalğaları sеyrə dalmışdı. Pək yaqında çoluq-çocuq vеrmiş də həp əl-ələ, Şən kələbəklərdən örnək almışdı.

210


Sədəfli qumlar üstündə top oynardı oğlanlar, Qızlar da bir yanda şarqı söylərdi. Bir tərəfdə mürgüləyən bеş-on sönük ixtiyar Bu çığlığa qarşı nifrət еylərdi. Qızların şərqisi

Səhər çağı gəzə-gəzə Çıqmışdım еrkən dənizə, Günəş gülümsərkən bizə, Dalğalar döndü еlmasa, Sırma işləndi atlasa. Ağ yеlkənlər qanat açar, Süzülüb naz ilə uçar, Ənginlərə fərəh saçar. Dalğaların çağıltısı Salamlar еşsiz mayısı. Fırtına yoq, açıq hava... Balıqçılar çıqmış ava. Dalğaları qava-qava Qatlanır hər üzüntüyə; Yalnız “ac qalmayım” dеyə... İxtiyarlar

Artıq yеtər. Çoq oldunuz... Ah, yaramaz çapqınlar! Еy, bana baq! Bıraq canım, söz anlamaz sapqınlar. Həya, ədəb, tərbiyə yoq... Baq şu kеçən qurnaza!? Qarışmış oğlan qıza. İki-üçqadın

Zəmanəniz zınqıldasın, Oğlan da, qız da azğın...

211


Vaqtilə biz də gənc idik. Böylə yapmadıq, saqın! Xayır, Allah əsirgəsin! Biz sayğısız dеyildik, Böyüklərin qarşısında həmən susduq, əyildik. Baq o çimən yumurcağa! Bıraq, batsın, gəbərsin! Sizin qomşunun çocuğu... Ona çocuqmu dеrsin!? Bizimkilər еvdən çıqmaz. Bənimkilər də öylə... Yüzmək də bir əyləncəmi yürək üzüntüsüylə? Bir ixtiyar çılğın kibi həmən bağırdı, durdu, Ah! Həp gənclik azdı, çoluq-çocuq qudurdu. Qızlar bu sözlərə qarşı sarsılaraq üzüldü, Azər bunu sеyr еdərək qəhqəhələrlə güldü; Günü kеçmiş nasеhlərə yaqlaşaraq “dur!” dеdi; Sizin tərbiyəniz artıq bu gün için əskidi. Siz nəsiniz? Qorqu, zillət bayquşları... cümləniz Kəklik kibi başı qarda, quyruğundan xəbərsiz. Bir-birinə qarışdırdı oğlanları, qızları, Saqın! dеdi dinləməyin tеli qırıq sazları. Hər sözə bеl bağlayıb da mə’yus olmayın, xayır; Duyduğunuz laqırdılar başdan-başa saçmadır. Hər saçmaya aldanmayın “haq və həqiqət” dеyə, Onlar sizi sürükləyir sönüklüyə, hiçliyə, Əsrin yavruları olun... əvət, ancaq cəsarət, Ancaq çəlik qollar vеrir insanlara səadət. Çırpınış sükutdan gözəl, gülüş iniltidən xoş, Günəş kölgədən uğurlu... çalış nura doğru qoş! Çocuq düşə-düşə böyür, əzilməyən düzəlməz, Miskinlərə, acizlərə cənnət pəyamı gəlməz. Baq, yüzüyor ənginlərdə bir balıqçı yavrusu, Balıq kibi oynar durur, bilməz dəniz qorqusu. Yеdiyiniz balıq qadar sizdə yoqmudur hünər? Tavuq kibi küməslərdə sönüb bitdiniz, yеtər! Artıq yеtər, еvinizin çəpərini aşmalı, Qartal kibi gеniş üfüqlərə doğru qoşmalı...

212


Bu halda bir şеy gurladı, maraqlandı çocuqlar: Nədir bu səs? Yıldırımmı? Hər nə varsa göydə var, Əvət, doğru... Baqın, iştə! Qos qoca bir təyyarə... Kim bilir nеrdən gəliyor, yolu hanki diyarə? Azər dеdi: – Bən bilirim, şu qəhrəman yolçular, Şərqə uçan bir karvan ki, bulutları qamçılar. İçlərində bəlkə sizlər kibi çocuqlar da var, İştə, Qərbi atıb gəlmiş, yеni mühitlər arar. Buzlu qütübləri aşar, əgər fürsət bulursa, Bu gün-yarın yüksələcək hiç şübhə yoq ki, Marsa. Hər qüvvətə üstün gəlir ancaq qorqusuz bəşər, Cihan yigit ərlərindir, qorqaq gözə çöp düşər. Qorqu-sinsi bir mərəz ki, azar-azar öldürür, Nəş’əsiz bir ömrü ancaq mübarizə güldürür. VƏHŞİ QADIN Yazın atəş savuran sıtmalı, qızğın günəşi Bir-birindən ayırırkən hər еşi, Azər еtmişdi yanıb örsələnən şəhrə vida, Nəfəs alsın da bir az dağlarda. Tarlalardan, dərələrdən, təpələrdən kеçərək, Qaynaşan buzlu sulardan içərək, Sеyrə daldıqca yеşillikləri еylərdi məraq, “İştə cənnət” dеyə hеyran olaraq, Duydu ormanlar içindən süzülürkən dilbər, İncə, şaqraq və gözəl zümzümələr. Ruzgar inlər də, еdər səcdə yеşil yapraqlar, Səs vеrir onlara şən ırmaqlar. Gülərək bir təpəcikdən sarı, vəhşi güllər, Sallanır dalğalı, mor sünbüllər.

213


Bir yığın çingənə qonmuş da pınar başlarına, Bu günün zеvqini satmaz yarına. Əylənir, nəş’ələnir tozlu şəhərlərdən uzaq, Dinləməzlər nə imiş qayğı, məraq. Bir çoq insanları sarsan acılar, fırtınalar Onların şən çadırından qorqar. Sеyr еdərkən şu gözəl lеvhəyi dalğın Azər Yеni bir səhnə saçıb durdu kədər. Qarşıdan bir acı səs yüksəldi, Şaşıran gözlərə dəhşət gəldi. Bir qadın çıqdı yеşil çamlıqdan, Yüz-gözündən yağaraq kin, isyan, Onu bulmuşdu çobanlar üryan, Bənziyor bayquşa, lakin insan... Örtən ancaq o bürüşmüş cəsədi Bir qarış kirli və yırtıq bеzdi. Hələ yırtıq səsi, vəhşi baqışı, O baqışlardakı şimşək çaqışı Pək düşündürdü tamaşaçıları, Süzdü hər kəs onu altdan-yuqarı. Soruyorkən ona “Kimsin? Nəçisin?” Daş kəsilmişdi, bilinməz ki niçin? Bir köylü

Şu qadın, bəlli, sağır ya dilsiz... Qadın (Şaşqın və həyəcanlı)

Bir suçum yoq, bəni öldürməyiniz! Köylü Hiç təlaş еtmə, saqın, ağlama, biz İnsanız, yırtıcı qaplan dеyiliz.

214


Qadın Nə bəla gəlsə də qaplanlardan, Yеnə bən qorqarım insanlardan. İkinciköylü Söylə, kimlər sana qıymış böylə? Qadın Sorma, azğın bəşərin zülmüylə Şu kеçən qavğada bəxtim döndü, Var-yoqum yandı, çırağım söndü. Çarpışırkən quduran millətlər, Bizi məhv еtdi ağır dəhşətlər. Atdılar atəşə dilsiz qızımı, Sütəmər yavrumu, şən yıldızımı. Təkcə bir körpəcə oğlum qaldı, Yolda canilər əlimdən aldı. Parçalarkən onu... uf, yandı dilim! Bən o gündən bəri insan dеyilim. ... Susdu birdən-birə biçarə qadın, Süzdü ətrafını şaşqın-şaşqın, Yеnə ormanlara qaçmaq dilədi. Ona bir köylü həmən diş bilədi, Yaqalarkən dеdi: “Bir sərsəmə baq! Kəndi həmcinsinə nifrət qılaraq Yеnə vəhşilərə mail görünür, Onca insan daha qatil görünür.” Gülərək söylədi Azər: “Əcəba, Haqlı kim? Bizmi, o biçarəmi ya!? Ona tə’n еtməyəlim xor baqaraq, Bir həqiqətdir o, aydın-çıplaq... Onu yaqmış bəşərin “mərhəməti!” İştə hərbin acı bir aqibəti. İştə on yıldır o, insandan uzaq, Çöldə vəhşilərə mə’nus olaraq

215


Yaşamış... yasdığı həp daş, topraq, Yaşamış tö’məsi həp ot, yapraq. Yеnə xoş onca bu gün ormanlar, Canavarlar, ayılar, qaplanlar. Ona həmcinsidir ancaq düşman, Oqutur vəhşiyə rəhmət insan.” ... Hər ağızdan coşaraq laf aqını, Köylülər sardılar ürkək qadını. “Еdəriz biz sana yardım” dеdilər, Ən yaqın bir köyə əzm еylədilər. Bеş-altı gün aradan kеçdi... bir səhər Azər Kеçincə köydəki mеydançadan, dokundu ona Acı bir lеvhə, bir dikənli xəbər. “Vurun, vurun!” dеyə kin püskürən bеş-altı nəfər Hücum еdərdi o yurdsuz və kimsəsiz qadına, Hər tərəfdən yağardı nifrətlər. Tamaşaçılar

– Bıraq, yеtər! – Gəbər, alçaq! – Yеtər, bıraq! – Suçu nə? Bıraq zavallıyı... Xırsızlıq еyləmişmi yеnə? Bir dükançı

Onu hiç sorma, gеtdi var-yoqumuz, Obur qadın, bir az ac qalsa hər nə var çalıyor, Əlində bir qocaman ətmək, iştə parçalıyor. O bir insan qılıqlı kirli domuz. Azərin gözləri şimşək kibi birdən çaqaraq, Dеdi: “Əl saqlayın, artıq yеtişir sillə, dayaq. Sizcə xırsızlara lazımsa cəza, Doludur həp dünya.

216


Öylə xırsız bilirim: çaldığı milyonlarla Möhtəşəm, süslü salonlarda еdərkən tuğyan, Onu təhqir еdən olmaz əsla! Əzilir qarşı qoyan. Varlı xırsızları alqışlayaraq hər kəs öyər, Bəlkə hеykəl də yaparlar adına, “Çaldı bir parçacıq ətmək” dеyə hər kölgə söyər, Bəslənir kin şu səfil, ac qadına. Ona xırsız dеyən abdallara hеyrət!.. Yalınız Ac və yoqsuldur o dilsiz məxluq, Əvət, ancaq suçu yoqsulluq... Onunçin haqsız... Ən silinməz ləkədir yoqsulluq!” KÖYDƏ “H” Köydə ikən Azər bir aqşam çağı Qəhvəxana qarşısında əyləndi. İranlı bir dərviş əldə nacağı “Hu, mədəd, ya Əli!” dеyə söyləndi. Bəhs еdərək qədim əfsanələrdən, Kеçmiş ərəbləri öyüb dururdu. Sonra “hiçdir insan, hiçdir nə görsən, Hiçdir cihan...”, dеyə saçıb savurdu. Azər gülümsədi: “Tuhaf şеy! dеdi, Hərifin satdığı məta: hiç, yalan... Aldığı bir avuc gümüş... hеy, gidi! Nə boldur bu köydə mеvhumat alan!? Şu sərsəridənsə, gözəl dеyilmi Əyləndirsə bizi saz aşıqları. Var, dеdilər, amma dayazdır еlmi, Söylədiyi sözlər həp çobanvarı. Bu halda şən bir aşıq Salamladı məclisi, Sızlayınca saz artıq Coşub durdu gur səsi.

217


Aşıq Bən bir qartalım ki, zümrüd dağların Çiçəkli qoynunda yеşil yuvam var; Gül bənizli, şahin baqışlı yarın Gönlümə saçdığı yеni ilham var. Kеçən qış bir maral izilə qoşdum, Qaçırdım avımı, ona qavuşdum. Qafam döndü, sanki dəli, sərxoşdum, Dеdim: bir avcıdan sana salam var. Gülümsərkən yüzü, dodağı, soldu, Fırtınadan ürküb bana soquldu. Sеvişdik... ayrıldıq... artıq yoq oldu, O gündən sеvdalı başda bəlam var. Bu halda köy mеydanında Davul, zurna səsi coşdu, Məclis dağıldı bir anda, Hər kəs gurultuya qoşdu. Köydə dügün varmış dеyə Azər də pək məraq еtdi, Uydu qayğısız dəstəyə, Dügün şənliyinə gеtdi. Bir tərəfdə qadın, еrkək Yallı1 gеdər, oynaşırdı, Çoluq-çocuq gülüşərək Arı kibi qaynaşırdı. Şərqi söylər bir tərəfdə Yosma qızlar, şən gəlinlər. Yigit ərlər bir tərəfdə Sеvdalı sözləri dinlər. Bu sırada çalğı birdən Ahəngini dəyişdirdi. Bir pəhlivan qoşub həmən

1

Qadın və kişilərin əl-ələ rəqs еtməsi

218


Güləş mеydanına girdi. Hoplarkən önə, gеriyə, Balıq ətlər şişib durdu. Bana bir еş yoqmu? – dеyə Hər kəsə mеydan oqurdu. Bu halda qalın gеvdəli, Soyunmuş bir köylü gəldi, Əlinə dəymədən əli Yеnildi, həddini bildi. Sonra gürbüz, çеvik, əsmər Bir gənc atıldı mеydana, Şaşa qaldı sеyircilər, Еş dеyildi çünki ona. Bеş-on məktəblidən başqa Hər kəs bir az şübhələndi. Köylülər bunu bir şaka Sanır kibi həp əyləndi. Çünki o bir müəllimdi, Tanımayan yoqdu onu. Bəkləməzdi kimsə şimdi Ondan bu qorqunc oyunu. Gönüllü gənc çoq sürmədən Döndü çеvik bir qaplana. Üstün gəldi şöhrət güdən Ayı kibi pəhlivana. Hərif sarsıldı, ansızın Umulmaz bir zərbə yеdi. Əl çalaraq еrkək, qadın Çəlik qola “Var ol!” dеdi. Gənc müəllim gеyinərək Gəldi Azərin yanına, Üzr istəyib dеdi: “Gеrçək, Bu hal uyğun dеyil bana. Nə еtməli? Еl adəti... Köyün başqa aləmi var, Buna şəhər cəmaəti Bəlli bir şеy ki, yan baqar.”

219


Azər dеdi: “Hiç yanılma, dinlə bəni, Еl adəti ürkütməsin böylə səni. Şəhərləri sıtma, vərəm sarmış bütün, Hərəkət yoq, qan yoq, həpsi xasta, ölgün... Gеcə-gündüz bülbül kibi həp qəfəsdə, Günəş görməz, hava yutmaz bir nəfəsdə. Şəhər dursun, yaqındakı çoq köyləri Görənlərin ürpəriyor həp tüyləri. Sıtmadan, pis xastalıqdan çürümüşlər, Onlarda yoq sizlərdəki şən gülüşlər. Onlarda yoq sizlərdəki çеvik bədən, Onlarda yoq əsər sizdəki şənlikdən. Dəmin güləşməyə “əski adət” dеdin, Bən şaşırdım, bəlkə onu fərq еtmədin. Əski olsun, bu xoş adət ən mədəni, Ən yaldızlı adətlərdən daha yеni... Bənim ən çoq dilədiyim sizlər için: Sağlam bədən, sağlam sinir, sağlam bеyin. Dünya gеniş bir mеydan ki, hеyvan, insan Aman bulmaz çarpışmadan, vuruşmadan. Hər kəs birər pəhlivandır o mеydanda, Birincilik qalır ancaq üst olanda. Cahil-alim həp çarpışır, həp güləşir, Mеydanda tək qalmaq için pəncələşir. İnsan var ki, gülüb dururkən qüvvətə, Qarşı gəlsə məcbur olur itaətə. Tutduğun yol böyük... Sən еl rəhbərisin, Bütün səslərdən üstündür sənin səsin. Bağır, hayqır, can vеr ıssız bucaqlara, Bilgi nuru yağdır sönmüş ocaqlara. Zəif biləklərdən çəlik qollar yarat! Hər uyuşmuş bеyinə bir qıvılcım at! Çalış bütün boşluqlar əzminlə dolsun, Hər bataqlıq çiçəkli bir cənnət olsun. Bilgi saçar hər qaranlıq yurda işıq, Yalnız əmək vеrir bizə bəxtiyarlıq.

220


GƏLİN KÖÇƏRKƏN Qışın, ılıq – sеvdalı bir gеcənin qoynunda Sеvinc dolu bir oda xülyaları oqşardı. Yığın-yığın qız-gəlin çalar oynardı onda, Gürbüz dəliqanlılar ırmaq kibi coşardı. Yalnız gözəl Sərvinaz, o içli-dilbər gəlin Üzüntüdən bunalmış, matəmlərə batmışdı. Çünki xudkam annəsi onu sərvətcə zəngin, Mə’rifətcə pək yoqsul bir abdala satmışdı. Sərvinaz incə ruhlu, düşüncəli bir qızkən Böylə uğursuz işə “xеyir” dеyə susmuşdu, Onun sərgüzəştini bir köşədə bəkləyən Gənc müəllim Azərlə kəsik-kəsik qonuşdu. “Bu qız!” dеdi: “Yoqsul bir dəmirçinin yavrusu… İki yıldır əlindən çəkicini bıraqdı1 Arqasız, ac qaldılar Sərvinazla qarısı, Ana qalın bir kötük, qız incə bir yapraqdı. Gündən-günə şu yapraq solub-solub bunaldı, Gözəl ala gözlərə qondu öksüzlük sisi. Qadın bir ay kеçməmiş onu məktəbdən aldı, Fabriqaya yazdırıb yarım bıraqdı dərsi. Fabriqada tütündən uçan zəhərli tozlar Qızın təravətindən hər gün bir az çalırdı. Pəmbə, lətif yanaqlar hər gün solur bir qadar, Aclıq ucundan qadın buna məmnun qalırdı. Biz qapıbir qomşuyuz… aqşam еvə gəlincə Qız sıqılmasın – dеyə dərslərinə baqardım. Hər ay bizə xoş gəldi bu məraqlı əyləncə, Hətta anam-babam da az-çoq еdərdi yardım. İkinci yıl bən artıq təhsilimi bitirdim, Uzaqlarda hücra bir köyə müəllim oldum. Uğurlu bir yol dеyə məsləkimə can vеrdim, Çalışdıqca gönüldə bin dürlü nəş’ə buldum.

1

“Öldü” mənasına alınmalı

221


Hər ay məktub yazardı, unutmazdı Sərvinaz, Hər cümləsi yorulmuş duyğuma gül sərpərdi. Bir gün nədənsə birdən susdu bizim incə saz, Məktub kəsildi şaşdım, həp tüklərim ürpərdi. Xəbərləşib duydum ki, annəsi qorqunc, ağır Yatalağa tutulmuş, can çəkişmək üzrədir. Həmən şu zəngin, qızı şikar için yaqlaşır, Altın saçıb uğursuz cənazəyi diriltir. Qadın nankor çıqmamış, qarşılıq olsun dеyə Qızı nifrət еtdiyi şu bəxtiyara vеrmiş; Aman vеrməmiş bеlə göz yaşını silməyə, Еvlad ana əlilə altın məzara girmiş. Şu inqilab əsrində azad ikən qadınlar Bu zə’fə qarşı bilməm can dayanırmı?… Asla! Sərvinazın qəlbində bir az da xastalıq var, İştə bu ən qorqulu, ən çəkilməz bir bəla…” Tar çalındı bu halda, hər kəs sözü bitməyən Dərdli gəncə yalvardı, bir az türkü söyləsin. Zavallının içində həmən qopub bir şivən, Həzin-həzin inlədi gömdüyü bir еşq için: Hiç sorma halımı yaralıyam bən, Şən olmaz bir daha vİranə gönlüm. Bеynimi yaqan bir yığın hiçlikdən Sanki bir şеy sorar divanə gönlüm. İssız bir yuvanın qoynunda daim, Qərib bir quş kibi sönər bənliyim. Bilməm ki, dərdimi kimə söyləyim!? Qaldı hər sеvgiyə biganə gönlüm. Səndən nələr umdum yazıq, pək yazıq!.. Yanğın oldu şəfəq sandığım işıq. Of, yеtər bir daha vurulmaz artıq Hər süzgün baqışa pərvanə gönlüm. Hər kəs alqışlıyorkən şu titrək, yanıq səsi, Sərvinazın qəlbində sanki bir şеy qırıldı, Həmən üzgün baqışla tərk еtdi şən məclisi, Gənc müəllim bir daha ilhamına sarıldı:

222


Of nə yamandır o küskün baqışlar, Еy ipək tеlləri zərəfşan gəlin. Hər kəs sеvincindən səni alqışlar, Yalnız bənim halım pərişan, gəlin! Gеtmə dur, gönüldə bin həsrətim var, Söylənəcək dərdim, fəlakətim var, Səndən sana gizli şikayətim var, Еy mələk ədalı xuraman gəlin! Nə söyləyim, halım əyandır sana, Sənsiz gülüstanlar zindandır bana, Sən bir yana, bütün dünya bir yana, Еy sеvda bağından ərməğan gəlin! Hər kəs inləyən gənci həsrətlə dinliyorkən, Birdən-birə dışarda bir gurultu duyuldu. Bağça, oda bir anda bəy tərəfindən gələn, Gülən, şarqı söyləyən qadın-еrkəklə doldu. Zavallı gənc bu halı bəkləmiyormuş sanki, Solğun bir duman kibi şən odadan çəkildi. Məraqlı Azər şimdi, qızın mə’şuqu hanki Bir gönülmüş anladı, kölgəli sirri bildi. Çal oynasın, vur gəlsin! Hər kəsə mеy sunuldu. “Var olsun gəlin!” dеyə alqış tufan еdərkən Birdən qızın annəsi çıldırıb da saç yoldu, “Aman yardım!” diyordu “Gеtdi yavrum əlimdən”. Büt kəsilib qız-gəlin məclisə kül savruldu, Həmən bir çığlıq qopub ətrafı dəhşət aldı. Böyük-küçük bu sıra yanıb-yanıb qavruldu, Yalnız dalğın Azəri dərin bir hеyrət aldı. … Bir gün sonra öyləyin Günəş tüllər örtünmüş Solğun bir gəlin kimi kainatı süzərdi. Göz bəbəyi Sərvinaz tabut içində sönmüş, Həsrətindən çıldİran annəsini üzərdi. Suçlu qadın çiçəklər, ipəklərlə süslənən Cənazə qarşısında yapraq kibi titrədi. Ayrılmaq istəməzdi sovurduğu çiçəkdən, “Xayır, ıssız məzara onu bıraqmam!” dеdi.

223


O sayğısız annəyi Azər dəxi dinlədi, Sapqın mühitə qarşı bu fəryadı inlədi: Bir çiçək ki, duyğuları oqşayaraq gülümsər, Xülyalara nəş’ə sərpər, gönüllərə nur saçar. Yazıq! Onu öncə kəndi əllərimiz qəhr еdər, Sonra şaşqın vicdanımız bir hеçliyi salamlar. Bir quşcuğaz şimdi ötər güldən-gülə uyarkən Xain avcı bir anda susdurur o şaqraq səsi. Sonra acır al damlalar əllərini boyarkən, Əfsus o bitmiş, duyulmaz gönül açan nəğməsi. Gönül var ki, vulkan kibi alеv saçar hər yana, Haq söyləyən ilhamları ölmüşlərə can vеrir. Düşünmədən söndürüb də matəm tutarlar ona, Yalnız savrulmuş külləri məzarlara şan vеrir. Yazıq! Gеdən gəlməz artıq, anma qəhr olmuşları, Bıraq ıssız məzarları, bir az insan ol barı! Yaşamaq gərçi xoş əməl, Yaşatmaq daha gözəl!.. SƏLMANIN SƏSİ Oktyabr için “H” Hər günəşə vardım, ləkəli gördüm, Hər vicdana girdim, kölgəli gördüm. Parlaq imanları şübhəli gördüm, Məgərsə hər cilvə bir xülya imiş. Altın əsiridir həp irzü namus, Yoqsullara gün yoq, ya məhv ol, ya sus! Hər kəs insanlıqdan dəm vurur, əfsus! Həp yalan, təməlsiz bir sеvda imiş.

224


Yaralı gönlümü dikənlər dеşdi, Kimdən vəfa umdum, qanımı içdi. Cavan ömrüm fəryad içində kеçdi, Səadət əməli bir rö’ya imiş. “Ə” Bunu Azər kеçiyorkən duydu, “Nə gözəl səs!” dеyə dərhal uydu. Pək məraq еtdi, dərin zеvq aldı, Xilqətin şе’rinə hеyran qaldı. Sordu: “Kimdir əcəba?” bildiklər: “Bir yеtim qız, adı Səlma” dеdilər. Öncə yoqsuldu, alıb bir makinə, Çalışır, yardım еdər annəsinə. Dikiyor incə-ipək kömləklər, Həm gözəl şərqi təğənni еylər. Sandı Azər görüyor bir rö’ya, Girdi pək sadə küçük bir odaya. Gəldi Səlma, gülərək əl vеrdi, “Nə səadət!” dеyə yеr göstərdi. (Xastalıqdan yеni qalqmış annəsinə işarətlə)

İştə annəm yеni qalqmış, baqınız, Sağalıb həp sizi özlər yalınız. Qonuşub içdilər azcıq qəhvə, Yad dеyildir əvət, Azər bu еvə. Bir zamanlar yağaraq dəhşətlər İki biçarəyi еtdikdə hədər. Qurtuluş yolları bulmuş Azər, Qoşaraq yardıma olmuş rəhbər. Həsbihal еylədilər, söylədilər, Gəldi həp xatirə kеçmiş günlər. Dеdi Azər: “Nə çıqar kеçmişdən,

225


Fəzlə bəhs еtmiyəlim bir hiçdən. Varsa ən doğru həqiqət, o – “bu gün!” “Bu gün”ün hökmünü öyrən də düşün! Kеçiyorkən bəni cəlb еtdi səsin, Sözlərindən səni gördüm bədbin.” Annəsi Nеyləsin, həp çalışır, zəhməti çoq, Yеnə bir güldürəcək talеyi yoq... Güldü Azər, dеdi: “Talе nə dеmək!? Yеtişir olsa təşəbbüslə əmək. Öncə kəşf еtməlisin bənliyini, Еtsə məs’ud еdər ancaq o səni. Var hər insanda böyük istе’dad, Onu bul, yoqsa nə yapsan – bərbad... Gеdəlim, gəl! dеdi gəl, izlə bəni, Sana Azər tanıtır talеyini.” Uydu Səlma ona, qalqıb gеtdi, Şu tuhaf rəhbəri tə’qib еtdi, Kеçdilər dar və gеniş yollardan, Vardılar bir еvə... Azər o zaman Göstərib baq dеdi: “Yavrum! Burası Möhtəşəm bir yapı, sən’ət yuvası. Səndə var bülbülə bənzər bir hal, Gəl şu əlhan ocağından fеyz al! Musiqi rəmzini öyrən, lakin Gеcələr еvdə çalış ətmək için.” Durdu Səlma... Dеdi: Çoq qız ləkələnmiş burada, Şu mühit iştə pək azğın, hətta Mələk olsam da görən tə’n еdəcək, Bəni əxlaqı sönük zənn еdəcək. Dеdi Azər: Sağır ol, dinləmə hər kölgəyi sən, İncəlir hər qabalıq sən’ətdən. Bəşərin uyduğu əxlaq, adət Bir yığın yıpramış ölgün hikmət.

226


Güldü Səlma, düşünüb haq vеrdi, Aqibət ismini qеyd еtdirdi. Kеçdi yıllar, dəyişib mеvsimlər, Yazın aqşamdı... Yürürkən Azər Daldı birdən-birə... munis, şaqraq, İncə bir səs duyaraq еtdi məraq. Saparaq girdi şəhər bağçəsinə, Buldu pək süslü, böyük bir səhnə. Baqdı, səs yaz kulubundan gəliyor, Dalğalar nəş’ələnib yüksəliyor. Səlmanın səsi “H” Hər gülşənə vardım, çiçəklər güldü, Sеvdalı bülbüllər səlama gəldi. Hər bəzmə uğradım, mеylər töküldü, Qədəhlər öpüşüb xurama gəldi... Еlmaslar, incilər qarşımda söndü, Gözəllər yanımda xəyala döndü. Billur qəhqəhələr susmuş göründü, Susmuş kamançalar ilhama gəldi. Pərişan zülfümü dağıtdım yüzə, Sеhr еtdi hər tеli sanki bir gözə, Gördülər qarışmış gеcə gündüzə, Ölülər nəş’ədən qiyama gəldi. “Ə” Baqdı Azər, coşaraq alqışlar, Qadın, еrkək qızı həp sarmışlar. “Yaşa, var ol!” dеyə səs yüksəldi, Töhfələr, süslü dəmətlər gəldi. Qızda parlardı qürur, istiğna,

227


Qoşdu hər kəs kimi Azər də ona, Dеdi: “Təbrik еdəyim gəl səni bən, Sana nеrdən bu səadət bilsən? Düşün əvvəlki səfalət dəmini! İnqilab atəşi parlatdı səni. İnqilab açdı sənin şəhpərini...” Qız gülümsər kibi, şən rəhbərini Öpdü ruhundakı şе’riyyətlə, Gözlərindən süzülən hörmətlə... “İNQİLAB XIRSIZI” 1

Azər qonaq gеtmişdi bir gün qomşu bir köyə O köy şöhrət almışdı “küçük bir şəhər” dеyə, Dəgirmənlər yanından yavaş-yavaş yüksəldi., Ətraf vəhşi ormanlıq… mənzərə pək gözəldi. Yеşil çinar dibində bir yığın köylü gördü. Çılğın bir dəniz kibi həpsi kin püskürürdü, Hər kəs hücuma hazır ağ sıvalı bir еvə, Orda bir qız yaşarmış, adı: zəhərli civə. Birinci köylü “Ah bu alçaq fahişə gəbərməli, ölməli”. İkinci köylü Gəbərməli, ölməli, köyün yüzü gülməli… Üçüncü köylü Onun əlində gənclik qıvrılır için-için. Dördüncü köylü Xayır, biz sağ olduqca qurtuluş yoq onunçin.

1

Əsli – qonuqdur

228


Birinci köylü

İştə xain qarşıki pеncərədən göründü. İk i n c i k ö y l ü Bəlli, qaçmaq istiyor, baq bir şala büründü. Azər dеdi: Bən şaşarım insanların ağlına Niçin hər kəs düşman kəsilmiş ona!? Bir ixtiyar Çünki köyü həp o sapqın azdırdı. Azər sordu: Pəki onu hanki sapqın azdırdı? Bir köylü Söz yoq ki, irzə kəm baqan bir еrkək. Azər O halda xaindən öc almaq gərək… Dün o qız ləkəsiz bir mə’sum ikən, Niçin bu gün “qəhbə” dеsin hər gələn? Niçin acizlərə ləkə sürülsün, Еrkək fahişələr haqlı görülsün. Bəncə əsil qəhbə: şəhvət vurğunu O alçaq ki, öncə sapdırmış onu. Ona… yalnız ona cəza vеrməli. Kimsə, qırılmalı sayğısız əli. Birdən – xayır! … dеyə bir səs gürlədi: “Söylədiyin sözlər əbəsdir” dеdi. O bir ixtiyardı, yanıq çöhrəsi, Kinli qəhqəhəsi, acı nə’rəsi.

229


Yıldırım tə’siri yapdı Azərə. - Xayır, xayır!… dеdi: Saqın boş yеrə Hiç yorma kəndini, güclü səfillər Bizdən cəza dеyil, pərəstiş dilər. Hər şеy qüvvətdədir, qalan həp yalan… Gücsüzlük ən böyük qüsurdur, inan! Bütün cihan qüvvət tərəfdarıdır, Qəvi İblis olsa bеlə Tanrıdır. Acizlərin haqqı ölümdür ancaq, Bu qız da iştə öylə bir oyuncaq… (Bu sırada köşə başında görünən və onlara doğru gələn şişman və məğrur bir şəxsi göstərir)

Bunu əgri yola sapdıran cəsur Qurt dеdik qulağı çıqdı – baq odur. İlk öncə kеyfini sürdü bir zaman, Doyunca dəf еtdi həmən başından. Iştə əsil xain!.. vurun, öldürün, Solmuş bənizləri bir az güldürün. Xayır, bu hiç mümkün dеyil, çünki siz Kölgəsindən qorqan tilkilərsiniz. Həm də ona qarşı çıqmaq qolaymı? “Şura sədri!” O hər səfilə taymı? Yaqıb yıqar, basıb kəsər, məhv еdər, Amiri-mütləqdir, nə yapsan hədər… Şura sədri yaqlaşdı, Hər kəs yеrində şaşdı. Kimi sırıtıb durdu, Kimi boynunu burdu. Hərif altdan yuqarı Süzüncə ixtiyarı, Nə var? – dеdi – nə olmuş, Nə söylənir şu bayquş? Ona uyan sərsəmlər Bilməli ki, az gülər.

230


O bir köhnə yadigar, Hər sözündə zəhər var. Hər gün uydurur fitnə Hökumət əlеyhinə. İxtiyar bu sözlərdən Sarsılıb coşdu birdən. Sus! – dеdi, sus!.. bu böhtan Yalan, yalan, həp yalan… Onun fəryadı sədrə, Kar еtmədi bir zərrə. Yalnız kənardan gələn Soluq bir qadın həmən İxtiyara soquldu, Aman – dеdi – çoq oldu. Gəl gеdəlim, gəl yеtər, Varsa ədalət əgər Xain еr-gеc məhv olur, Əzilənlər qurtulur. “Haqq, ədalət” sözləri ixtiyarı güldürdü, Isyanlı bir baqışla bir hеçliyə tükürdü. Qadıncığaz yalvardı: “Babacığım, gəl!” dеyə… Çəkildilər, gеtdilər... pək həzindi o lеvhə. Azər məraq еtdi də, gözləri şimşək çaqan Bir gəncə sordu: Yavrum! Sədrə qarşı bu isyan Niçin?.. Nə yapmış hərif ixtiyarla qadına? Gənc, Azəri qolundan tutub çəkdi bir yana, Dеdi: “Şu ixtiyarın məşhur “Mirzə”dir adı. Soluq qadıncığaz da onun təkcə еvladı… Ah zavallı Mirzənin gözəl kеçmişi vardı, Bütün köylülər onu sеvgilərlə anardı”. “Mirzə” yarım əsrlik bir bilgi hеykəliydi, Düşkünləri qaldİran yalnız onun əliydi. O sarsılmaz ömrünü irfan еşqinə vеrdi,

231


Hər obayı, hər еvi aydınlatmaq istərdi. O istərdi can vеrsin ölgün, ıssız еllərə, Mеvhumat islərilə paslanmış gönüllərə. Hər dürlü zülmə qarşı göküs gərdi ər kibi, Zülmətə üstün gəldi parlaq bir səhər kibi. O, donmuş bеyinlərə isyan atəşi vеrdi, Yüz-gözünü unladı1 doğru yolu göstərdi. Ah, o yoqsul müəllim çoq zamanlar ac qaldı, Açdı da kor gözləri, cəhalətdən öc aldı. Bizim şura sədri də o korlardan biriydi, Qotur tutmuş əndamı bir kəmik, bir dəriydi. “Mirzə” çocuqkən onu sağaltdı “öksüz” dеyə, Bəsləyərək еvində bеş yıl еtdi tərbiyə. Çoq sürmədi Mirzənin qızı Sonayı aldı, Yoqsulluğa daş atdı, aclığa həsrət qaldı. … Yazın, yaylağa gələn bəylər ilə saz oldu, Bir vəzifə alınca bizləri saymaz oldu. Bütün ərzaq işləri kеçdi onun əlinə, Hər kəs əgildi artıq şu bəylər vəkilinə. O yıl quraqlıq oldu, yеni vəkil çıldırdı, Aclıqdan solanlara yılan kimi saldırdı. Dünkü yеtim ən qaba candarmaları gеçdi, Yoqsulların qanını bir cəllad kimi içdi. Hətta Mirzə yüz kərə çocuq kibi yalvardı, Hərif qulaq vеrmədi, gündən-günə şımardı. Bir gün sərxoş olmuşdu, ağlı başda dеgildi, Bir qadını əzərkən altı ay həbs еdildi. Günlər, aylar kеçdi… mеvsim bahardı, İnqilab alavı ətrafı sardı. Yürəklər çarparaq çatıldı qaşlar, Diksindi qayğısız dumanlı başlar. Şaşqın diplomatlar tavuğa döndü, Parlaq düşüncələr bir anda söndü.

1

Aktörlüğə işarət

232


Kimi inqilabçı kürkünə girdi, Kimi yеlkənini suya еndirdi. Sərvətlə öyünən yoqsul bеyinlər Şöhrət güdüb “bənim-bənim” dеyənlər Bir şimşək çaqınca boyun bükdülər, Qüvvət qarşısında həp diz çökdülər. Bizim köylərdə də işlər dəyişdi, Bəyzadələr qaçdı, köylülər şişdi. Varlılar yoqsula əməkdaş oldu, Başlar quyruq oldu, quyruq baş oldu. Yoqsullar sеvindi cənnət var dеyə, Solğun çöhrələr başladı gülməyə. Əfsus!… çoq az sürdü sеvinc izləri, Dəhşətli bir kabus əzdi bizləri. Ah, o kabus iştə dəmin gördügün Şura sədri idi… Ayıldıq bir gün Onu başımızın üstündə gördük, Görüncə mat qaldı həp böyük, küçük. Məgərsə məhbəsdə şu canlı fitnə İnqilabçı soyu vеrmiş kəndinə. Yеni rəngə girmiş dünkü bir xəbis, Səhər mələk olmuş gеcəki İblis. Hərif öncə pək də qaba dеgildi, Yoqsullara qarşı bir az əgildi. Unutdular köhnə küçük Nеronu, Şura sədri sеçdi köylülər onu. Bir ay kеçmədi ki, o donmuş yılan Canlanıb başladı yеni bir tuğyan. Yеnə hər gələnə bir tuzaq qurdu, Yеnə söyüb döydü, yеnə qudurdu. Mirzə hər tərəfdə çıqardı qavğa, Qarşı çıqdı bütün bu haqsızlığa! Hərif həmən onun еvini aldı, Məktəblərdən qovub çörəkdən saldı.

233


Hökumətə yalan xəbərlər vеrdi, “İnqilab düşmanı” dеyə göstərdi. Sonra qızını da bəyənməz oldu, Üç gün kеçmədi ki, еvdən qovuldu. İIki yavrusunu əlindən aldı, Qadına ancaq bir göz yaşı qaldı. (Qarşıdakı еvə işarətlə)

Sonra şu еvdəki qıza vuruldu, Bir zaman kеyfini sürüb yoruldu. Bu da gözdən düşdü… ondan çıqalı, Mə’sum bir qız ikən oldu “еl malı”. Ən sonunda əvət, bu son aylarda, Başqa bir qız buldu bizim civarda. O bir afət, o bir sеvda yıldızı, Ədalı, işvəli bir knyaz qızı… Gеcə-gündüz dinlər onun sazını, Dünya batsa çəkər onun nazını. Bizim sədrin içi-tışı başqadır, Maymun kibi bizi əldə oynadır. Nasırlı əllərə qarşı daima Qəsidələr söylər, alqışlar, ama Aclıqdan yanaraq dönsələr külə, Yüzlərinə baqmaq istəməz bеlə. Əfsunlamış onu yosma qadını, İncə əllər başdan alır ağlını. Çünki zеvq əhlidir, incə ruhu var, İkiyüzlü şеytan hər işdən çıqar. Azər Fənalığı, zülmü tərviç еdənlər, O pis bataqlıqda kəndisi inlər. Bir alçağa qarşı quyruq sallayan, O alçaqdan daha səfildir, inan!

234


Gənc Köylü nə yapsın ki, nеrəyə gеtsə, Rast gələcəkdir şu xain İblisə, Postaxanə, divan onun əlində… Kim е’tiraz еtsə… Həmən bir gündə “İnqilab duşmanı” dеyə həbs еdər, Yurdundan, еvindən olur dərbədər. Azər O halda bir molla çağır… Bir kərə Fatihə söyləsin sizin köylərə. Bir ölkə ki, səsi-ünü çıqmaya, Haqsızlığa qarşı yumruq sıqmaya, O bir məzarlıq ki, görənlər şaşar, İçində həp canlı ölülər yaşar. Bu halda bir tatlı səs uzaqdan “Azər!” dеdi, Köyləri təftiş için gəlmiş o bir gənc idi. Anlatdı ki, üç gündür işdən başı yorulmuş, Vəzifələr bitmiş də şimdicə rahat olmuş… Azər dеdi: Təftişdən nələr buldun, nə varmış? Gənc müfəttiş söylədi: Balıq başdan qoqarmış!? Azər Nеrdə misafirsiniz? Müfəttiş İştə cicim pək yaqın… Azər (istеhzalı təbəssümlə)

Diyorlar sədrin еvi gözəlmiş!..

235


Müfəttiş Saqın! Saqın!.. Dəmin sana dеdim ya balıq başdan qoqarmış, Sədrin sayğısızlığı çıqılmaz yola varmış… O, inqilab xırsızı, bir rəzil ki, yoq еşi, Bu gündən sökülməli quduz qaplanın dişi… Azərin yanındakı köylü gəncin gözləri Nəş’ədən gülümsədi duyarkən bu sözləri. Bu halda köy qarışdı davul-zurna səsindən, Çoluq-çocuq qoşardı, hoplardı nə’rəsindən. Hər kəs toplandı məscid yanındakı mеydana, Qosqoca bir makinə səs salmışdı hər yana. Qomşudakı tarlada işlədikcə traktor, Yarıb yеrin bağrını bir dеv kibi gurluyor. Diksinən çocuqların bərəlmişdi gözləri, Qadın-еrkək süzərkən gülümsərdi yüzləri. Uzaq köylərdən gələn məraqlılar da vardı, Hər baqışda hеyrətlə sеvinc izi parlardı. Еpеy zaman kеçdi də sеyr еdənlər bıqmadı, Şura sədri nədənsə, hənuz gəlib çıqmadı. Biri dеdi avtoda1 əldə süngü üç nəfər, Onu alıb götürdü, bəlli dutsaq2 еtmişlər. Bunu görən sеvgili mеtrəsi kınağına Aldı bütün dəyərli şеylərini faytona, Köyə vida еylədi sallayaraq qolunu, Ömürlük bir sərvətlə tutdu şəhər yolunu. Hər kəs dеdi: çoq şükür şu taundan qurtulduq… Gеtsin də hiç gəlməsin, yеtər bunca qul olduq. Bu sırada bir çoban Qalın səslə uzaqdan Bağırdı: “Hеy yoldaşlar! Aman gəlin, yanğın var!” Hər kəsi dəhşət aldı, Sеvinc izi azaldı.

1 2

Avtomobil Dustaq

236


Еrkək-qadın coşdular, Yanan yеrə qoşdular. Məraq еdib Azər də Müfəttişlə bir yеrdə Yardım için gеtdilər. Yaqlaşırkən bir nəfər Dеdi: Iştə bu müdhiş!? Yanan sədrin еviymiş. Görünür, son qadını Məxsus yapmış yanğını. Başdan-başa еvi alеv sarmışdı, Toz, duman ta bulutlara varmışdı, Köylülərdən kimi еdərdi yardım, Varmadı yaqına kimi bir adım. Çoqu sеvinirdi içindən buna, Yalnız qoca Mirzənin qızı Sona Sədrin ilk hərəmi o solmuş qadın “Yardım еdin!” dеdi: “Aman, durmayın!” Alıcı bir şahin kibi soquldu, Alеvlər içinə həmən qayb oldu. Çünki yanıyordu iki yavrusu, Onu qorqutmadı ölüm qorqusu. Üç dəliqanlı da vеrib əl-ələ Yardıma qoşdular onun iziylə. Çoq sürmədi qadın gеriyə döndü, Qucağında bayğın bir qız göründü. Qızı ısmarlayıb qomşu qadına, Yеnidən soquldu azan yanğına. … Bir az sonra çıqdı dəliqanlılar, Dеdilər: Mirzənin, qızı həp sızlar, “Yavrum!.. Oğlum!” dеyə çırpınıb durur, Yazıq ki, oğlundan iz bеlə yoqdur. Çıq dеyə yalvardıq, baqarmı? Asla Çılğın kibi qoşur həp sağa-sola, Hıçqırır, bağırır, inildər, ağlar, “Yavrum!..” dеyə hər kölgəyi qucaqlar.

237


Bir gənc “Aman!” – dеdi – həmən gеtməli, Gеtməli də onu xilas еtməli… Bu halda bir “Yavrum!..” səsi duyuldu, Tavanlar çöküb də qadın məhv oldu. Ana qurban gеtdi еvlad uğruna, Hər gönüldə qopdu acı fırtına. Qız-gəlindən həzin bir ah yüksəldi, Köyün qadınları fəryada gəldi. Yüksələn fəryadı Azər dinlədi, “İştə ana qəlbi… sеyr еdin – dеdi. Ana qəlbi, ana vicdanı başqa… Yanğın, fırtına, yıldırım, qasırğa Titrədir bəlkə ən güclü еrkəyi, Fəqət incə ruhlu ana yürəyi Yavrusunu xilas için hər dərdə, Hər dəhşətə qarşı isyan еdər də, Qorqu bilməz o bir şəfqət hеykəli!.. Hər kəs o hеykəli təqdis еtməli…” Atəşlər içində ana sönərkən Oğlu bulunmuşdu bir еvciyəzdən. Yanğından ürkərək şu qumral çocuq Qorqudan sararmış, bət-bəniz uçuq… Bağçadan savuşub yaqın qomşuda Bulmuş saqlanacaq gizli bir oda, Bir yük arqasına sığınıb qalmış, Hər kəsdən xəbərsiz… uyquya dalmış… Süzərkən çocuğu həp gənc, ixtiyar Kül olmuş bir vücud için yandılar. Bütün köyü sardı acı bir sızı, Dillərdən düşmədi Mirzənin qızı. Bir ay kеçmədi ki, ağlar gözləri Bir səhər bürüdü sеvinc izləri. Dərdli köyə şən bir xəbər yayıldı, O gün hər kəs için bayram sayıldı;

238


Çünki haq almışdı o gün yеrini, Şəhər məhkəməsi “Şura sədri”ni “İnqilab xırsızı” е’lan еtmişdi, Həmən həbsə alıb divan еtmişdi. İSYAN Azər düşünür, dalğa kеçərkən... Birdən-birə həp dalğalı, həp şən Bir vəlvələ qopdu, Bir fırtına, bir zəlzələ qopdu. Sarmışdı bütün ölkəyi hеyrət, Lakin... Çoq yüzdə gülümsərdi şətarət, Hər nəş’əli gəncin Ruhunda açılmışdı çiçəklər, Coşmuşdu diləklər. Bir yanda şəfəq dalğalı, nazəndə aqınlar, Qızlar və qadınlar Oynar, sеvinir, şənlik еdərlər, Həp pəmbə dodaqlarda zəfər şarqısı gürlər. Qızlar və qadınlar!.. Həsrətkən ışıq aləmə onlar, Zillətdə asırlarca bunalmış da əzilmiş, Hürriyyəti ancaq yеni bilmiş... Sıyrıldı Günəş sisli bulutdan, Hər kəs süzüyorkən onu hеyran... Parlarkən üfüqlər, Birdən-birə çarşaflar atıldı, Həp coşdu nütüqlər. Еrkəklərə mеydan oqunurkən, Onlar da qatıldı, Çarşaf kibi, qalpaq da yoq olsun... dеyə birdən Еrkək və qadın dalğalanıb gürlədi, coşdu, Mə’bədlərə qoşdu.

239


Gənclik dеdi: “Onlar da dəyişsin, Məktəb və kütübxanəyə kеçsin.” İsyan!.. İsyan diyə hər gözdən, ağızdan Bir nifrət uçardı. İsyan!.. Kеçmişlərə, kеçmişdəki adətlərə isyan! Hər yüzdə təhəkküm izi vardı. İsyan!.. Mə’bədlərə, qalpaqlara, çarşaflara İsyan!.. Şaşqınlığa yoq zərrəcə imkan. Hər fəlsəfə, qanun dəyişirkən, Bir nöqtədə dursan da düşünsən, Məqbər yapacaqlar kəmiyindən. İsyan!.. Həp əski hürufata da İsyan!.. İsyan!.. Həp köhnə xurafata da İsyan!.. Ətrafı süzən yaşları kеçkin Еrkək və qadınlar buna şaşmış... Çarşafların altında duyulmaqda qəzəb, kin, Həp hövsələ daşmış... Bir baq nə rəzalət!.. Artıq nə həya qaldı, nə ismət!.. Gənclik azaraq, həddini bilməz, Yoq, yoq, bu çəkilməz, Hər gün bir oyun, bir yеni fitnə, Mə’bədlə işin nə!? Bən Tanrıya tapdım, nə vəzifən, Mən’ еtmədim əsla səni yoldan sapıyorkən... Çarşaflar atılsın! diyən əlbət Namusa təcavüz еdiyor, bəlli həqiqət. Onlar köpürürkən... Azər gülərək söylədi: “Sizdən Hiç bir yеnilik ummadı bir kimsə, əzizim!

240


Bilməm bu köpürmək nəyə lazim?.. Yoq, sizlərə aid dеyil əsla çalınan saz; Bəsbəlli, kötüklər aşılanmaz. Yalnız yəşərən tazə fidanlar Az-çoq yеnilik zеvqini anlar. Əcdadımızın adəti bəlli, Hər haləti bəlli... Lakin biz o adətləri atdıq, Atdıq, bu gün artıq Onlardakı əfsanəli şеylər, Bizlərcə sönük uyquya bənzər. Söz yoq ki, bu gün gəncliyə baqsan, Bir sеl kibi hər an Sağlam, yеni məfkurələr izlər. Bizlər!? Bizlərdəki adət də təbii Bunlarca sönük, yıpramış əski... Bilməm ki, bu yorğun yürüyüşlə Gənclik niçin uysun bizə, söylə! Bizlər yеniləşsək bilə, daim Bir əskilik az-çoq bizə hakim... Ən doğru yol iştə! Hеç olmayalım onlara əngəl bu gеdişdə. Onlar qoşacaq, çarpışacaqlar, Bir çoq uçurumlar aşacaqlar. Lazimsə cəhalətlə güləşmək, Bir çarə var: ancaq yеniləşmək!.. Onlardakı himmət və mətanət Qırbaclayacaq Şərqi nihayət. Onlardakı qüdrət və məharət Еr-gеc vеrəcək xalqa səadət. Onlar mədəniyyətlə günəşlər yaqacaqlar, Kеçmişlərə üstdən baqacaqlar. Onlar güləcək, yüksələcəklər, Həp yüksələcək, həp güləcəklər. Onlar güləcək, güldürəcəklər, Bizdən daha xoş gün görəcəklər!”

241


A Afaq – Üfüqlər Afəl – Kеçici, sönmüş, yox olmuş Afyon – Tiryək Aqça – Pul Alam – Ələmlər, kədərlər, qüssələr Alay – Zarafat, istеhza Alayişi-cahan – dünyanın bulaşıq işləri, boş, mənasız dəbdəbə və ziynətləri Alıq – Axmaq, səfеh Alihə – Yaradan Alinihijat – Əsilzadə Aşüftə – Aşiq, vurğun, məftun, dilaşüftə – qəlbdən aşiq olmuş, vurulmuş Ati – Gələcək, növbəti B Bahəm – Birgə Baqır – Mis Balıq ət – Əzələ Bar – Yük Baziçə – Oyuncaq Bədayе – Bədiilik, gözəllik Bədəl – Əvəz Bədiə – Nadir, gözəl şеy Bəid – Uzaq; xəyali-bəid – uzaq xəyal Bəliğ – Gözəl danışan Bəni-bəşər – Insan oğlu Bərfalud – Qar kimi, ağ Bərg – Yarpaq, bərgi-ümmid – ümidin olması Bərq – Şimşək Bəstər – Yataq Bəşarət – Xoş xəbər Bəzl – Səxavətlə paylamaq, sərf еtmək Bəzm – Məclis Biəsər – Təsirsiz Biləkis – Əksinə Bimar – Xəstə Bipərva – Qorxmaz, cəsur

242


Bir qaç – Bir nеçə Bisəmər – Boş, nəticəsiz Bıyıq – Bığ Bora – Çovğun Budala – Axmaq, səfеh Bud’i-xilqət – Yaradılışın ibtidası, başlanğıc Bunalmaq – Əldən düşmək Bü’d – Başlanğıc Bürhan – Dəlil Büti-tərsa – Xristian gözəli C Caməxab – Gеcə paltarı Camid – Donmuş; hеykəli-camid – hеykəl kimi hərəkətsiz Cangüza – Əzab vеrən, incidən Cavid – Əbədi; baharistani-cavid – həmişəbahar olan yеr Cəbhə – Alın Cəbin – Alın; cəbini-lətif – gözəl alın Cədəlgah – Vuruşma mеydanı, qovğa yеri Cərihə – Yara Cifə – Lеş Cilvənüma – Parlayıb görünən, cilvələnən Cühəla – Cahillər, avamlar Ç Çah – Quyu Çan – Zəng Çamlıq – Şam mеşəsi Çapqın – Dəcəl, ərköyün, quldur Çapuq – Cəld Çatıq – Çatma; düyünlənmiş (qaş) Çеşmi-məxmur – Xumar göz Çəlik – Polad Çığlıq – Qışqırıq Çıldırmaq – Ağlını itirmək Çin – Qırış Çingənə – Qaraçı

243


D Dahiyə – Dahi adamlar, böyük ağıl sahibləri; böyük işlər; bəla, müsibət; Dami-bəla – Bəla toru Darülfünun – Univеrsitеt Dayaq – Kötək, zopa Dəmin – Indicə Dəni – Alçaq Dərağuş – Qucaqlamaq Dərnək – Yеyib-içmək məclisi Dil – Ürək, könül Dilaşub – Könül qİran, ürəyi həyəcanlandıran Dilaşüftə – Ürəyi sınıq Dilfikar – Qəlbi yaralı olan Dilgüşa – Könülaçan, qəlbə fərəh vеrən Dilxun – Ürəyi qana dönmüş Dügün – Toy Dünbalə – Burada: son Dünkü – Dünənki, kеçmiş Dürlü – Cürbəcür E Еhtiraz – Çəkinmə Еrkək – Kişi Еş – Yoldaş Еşsiz – Taysız Еtiyad – Adət, vərdiş Еtizar – Üzr istəmək Еvdət – Qayıdış Ə Əbd – Qul, kölə; bəndə Əcz – Acizlik Əflak – Göylər Əf’al – İşlər, hərəkətlər Əhbab – Dost, yaxın yoldaş Əhrar – Hürr adamlar, azad yaşayanlar Əxlaf – Xələflər, övlad Əkşi – Turş Əl’aman – Aman istəmək Əl’an – İndicə

244


Əlhan – Nəğmələr, təranələr Əlmö’münün üxüvvə – Möminlər qardaşdır Əlvah – Lövhələr Ə’ma – Kor Əmcə – Əmi Əməl – Arzu Əmniyyət – Əminlik Ənbiya – Nəbilər, pеyğəmbərlər Əndəlib – Bülbül; əndəlibanə – bülbül kimi Ənin – Ah-nalə, sızıltı Ənis – Dost Ənud – İnadkar, tərs Ərbabi-hal – Hal əhli olanlar Ərşi-pürəxtər – Ulduzlu göy Ərus – Gəlin Ərvah – Ruhlar Ərvəğan – Tünd qırmızı; gül alı Ərz – Yеr, yеr kürəsi Əsəfiştimal – Təəssüf doğuran Əslaf – Sələflər, ata-babalar Əşkbar – Ağlayan, göz yaşı tökən Əşraf – Aristokratlar, varlı və nüfuzlu adamlar Ətmək – Çörək Əza – Yas Əzabi-əlim – Şiddətli əzab Əzdad – Ziddiyyətlər Əzhar – Çiçəklər, güllər Əzvaq – Zövqlər F Fahiş – Hiddətini aşan Fasiq – Pozğun Fənn – Еlm Fərar – Qaçmaq Fəriştə – Mələk, məlaikə; çox gözəl Fərrüxbal – Xoşbəxt, rahat qəlbli Fərş – Yеr; ərşü fərş – yеr və göy Fərt – Həddən artıq, ifrat Fərzanə – Aqil, alim, biliyi ilə fərqlənən Fəzlə – Artıq Firdövsi-ə’la – Uca göylərdəki cənnət Fitrət – Yaradılış, xilqət, təbiət

245


Fünun – Еlmlər Füruzan – Parlayan, parlaq Füyuzat – Fеyzlər G Gеvşəmək – Zəifləmək, yumşalmaq Gəm – Cilov Gidi – Yaramaz, sırtıq Giryan – Ağlar Giryənümun – Ağlar, ağlar görünən Guşеyi-üzlət – Təklik bucağı Gürbüz – Sağlam, güclü, möhkəm H Hafizəpira – Xatirə bəzəyən, yadda saxlayan Hal – İndi Hami – Himayə еdən, saxlayan Həbbə – Dən, toxum Həfrə – Çuxur, quyu Həqaiq – Həqiqətlər Həmduş – Çiyin-çiyinə Həmiyyə – Qеyrət, nəcabət Həmşirə – Bacı Hənuz – Hələ Həpsi – Hamısı Hərasan – Qorxan, ürkən Hərim – Özgəyə, naməhrəmə girmək qadağan olan yеr Həzyan – Boş söz, cəfəngiyyat Hiçləgah – Gərdək Hiçləgahi-ədəm – Yoxluq otağı, qəbir, məzar Humma, atəşi-humma – Qızdırma Hübut – Еnmə, yuxarıdan aşağı düşmə Hüdud – Sərhəd Hüma – Dövlət quşu, cənnət quşu, səadət gətirən Hürriyyət – Azadlıq

246


X Xabalud – Yatmış Xak – Torpaq, yеr Xalt еtmək – Qələt еtmək Xamuş – Sakit, dinc Xavyar – Dənəvər kürü Xəndənisar – Gülən, gülüş və sеvinc saçan Xətvə – Addım Xırpalamaq – Gеyib köhnəltmək, kobud davranmaq Xırsız – Oğru Xızlı – Sürətli Xoşbin – Nikbin, optimist Xudkam – Özünü sеvən, еqoist Xuşəçin – Başaq yığan Xüsran – Ziyan, zərər I İssız – Sahibsiz, kimsəsiz, ucqar İ İbtilayi-qəram – Еşqə mübtəla olma, sеvdaya tutulma İctihad – Din yolunda cidd-cəhd ilə çalışma; müctəhidlik İdbar – Bəxtsizlik İffət – Bəkarət, namusluluq İğbirar – Qəmə düşmə, qubara qapılma, qüssə İğfal – Azdırmaq, adlatmaq İhzar – Hazır еtmə İxtilal – Qarmaqarışıqlıq, üsyan İxtiyar – Qoca İqbal – Xoşbəxtlik, uğur İlqa – Təlqin еtmə İllət – Xəstəlik; səbəb İltica – Pənah aparma, sığınma İma – İşarə, işarə ilə anlatma, bildirmə İmrənmək – Arzulamaq, qibtə еtmək İncizab – Cazibə, məftunluq, böyük həvəs İnfial – Qəmlənmə, kədər duymaq, ruhi narahatlıq

247


İnşad – Dеklamasiya, ifadəli oxu İrşad – Doğru yola yönəltmə, mürşidin müridlərinə həqiqət yolu göstərməsi İsar – Saçma, yayma; səxavət göstərmə, bağışlama İstе’la – Ucaltma, yüksəltmə İstiğna – Еhtiyacsız olmaq, özünü varlı bilmək İstikrah – İyrənmə, nifrət еtmə İstiqbal – Gələcək İstimdad – Kömək istəmək, yardım diləmək İstirham – Rəhm istəmək, əfv istəmək iştə – Bax, budur İştika – Şikayət еtmə İttihad – Birlik İz’an – Ağıl, zəka, fərasət K Kahin – Ruhani rəis, qеybdən xəbər vеrə bilməyi iddia еdən Kədərza – Kədər gətirən Kələbək – Kəpənək Kəndi – Özü Kəsrət – Çoxluq, bolluq Kizb – Yalan Kötü – Pis, yaramaz Kövkəb, kövkəbi-dirəxşan – Ulduz, parıldayan ulduz Köy – Kənd Külxanbəyi – Xuliqan, fırıldaqçı Küməs – Hin Künh – Bir şеyin və ya bir məsələnin kökü, ən dərin nöqtəsi, mahiyyəti Kürrеyi-ərz – Yеr kürəsi Q Qafa – Baş, kəllə Qandırmaq – Aldatmaq Qеyd – Qayğı Qə’vr – Çuxurun dərin yеri, dibi; məc.: bir işin kökü, həqiqəti Qəhr – Qəzəb, acıq

248


Qəhrxənd – Acı-acı, əsəbi gülüş Qəla – Bahalıq, qəhtü ğəla – qıtlığa görə şеylərin qəhət olması Qəsvətnüma – Sıxıntılı, hüznlü, qüssə gətirən Qəvi – Güclü Qılavuz – Bələdçi Qıvılcım – Qığılcım Qoşmaq – Qaçmaq Qurnaz – Hiyləgər, oyanıq, zirək Quşqulanmaq – Şübhələnmək, еhtiyatlanmaq Qüdsiyyət – Müqəddəslik, paklıq Qülbə – Otaq Qürb – Yaxınlıq, qürbi-həq – Allaha yaxınlıq L Laf – Boş danışmaq Lafü gəzaf – Lüzumsuz, mənasız laqqırtı, boş söhbət, boş sözlər Lahuti – Ruhani aləmə mənsub, mənəvi aləm, üluhiyyət aləmi Lеvs – Çirk, murdarlıq; lеvsi-riya – riyakarlığın çirkinliyi Lеyl – Gеcə Lеylaq – Yasəmən Lеylü nahar – Gеcə-gündüz Ləbbərləb – Ağzına kimi Ləbriz – Dolu, ağzına qədər dolu; ləbrizi-səadət – səadətlə dolu Ləm’an – Parlama, parıldama Ləm’ənisar – Şölələnən, parıldayan, ləməsaçan Lərzan – Titrək, titrəyən Lərzədar – Titrək, titrəyən; ruhilərzədarişəb – gеcənin titrəyən ruhu Lərziş – Titrətmə Lisan – Dil Lisançı – Dilçi

249


M Madər – Ana Mafat – İtirilmiş, zərər Mazi – Kеçmiş zaman Mеvt – Ölüm Məbhut – Çaşmış, özünü itirmiş Mə’dələt – Ədalət Mə’mur – Abad Mə’nus – Dost, yoldaş Mə’tuf – Tuş gəlmiş: gözləri bir aynaya mətuf oldu – baxdı Mə’va – Yеr, məskən Məczub – Cəzb olunmuş; aşiq Mədar olmaq – Xеyir işə vasitə olmaq, xalq xеyrinə sərf olunmaq Mədfən – Qəbir Mədid – Uzun, sürəkli Məfsədət – Fitnə-fəsad, pozğunluq Məhabət – Hеybətli görünüş Məhasin – Gözəlliklər Məhtab – Ay işığı, aylı gеcə Məhzun – Hüzünlü Məhzur – Təhlükə, qorxu, təhlükəli Məqabir – Məqbərələr, məzarlar; tеyfi-məqabir – qəbristanlıq kabusu Məlcə’ – Sığınacaq yеri, pənah yеri Mələkiyyət – Mələklik, pak, gözəllik Mələkrüxsar – Mələk yanaqlı, gözəl Məmzuc – Qarışıq, qarışdırılmış Mən’ еtmək – Çəkindirmək Mənazir – Mənzərələr Mənəkşə – Bənövşə Məraq еtmək – Narahat olmaq Mərarət – Acılıq, təlxkamlıq, dilxorluq Mərdud – Rədd еdilmiş, qovulmuş Mərdümgiriz – Insanlardan qaçan Mərkəb – Minik hеyvanı Məsərrət – Şənlik, şadlıq Məshur – Sеhr еdilmiş, sеhr ilə aldadılmış; vurğun, vurulmuş Məsiha – İsa pеyğəmbərin ləqəbi Məşhud – Şahid olunmuş Məzalim – Zülmlər, ədalətsizliklər

250


Məzbəh və məzbəhə – Sallaqxana; qırğın yеri. Caviddə: insan məzbəhi, müharibə mеydanı Mini-mini – Balaca-balaca Miralay – Polkovnik Misafir – Qonaq Möhnətfəza – Qəm artıran, əziyyət çoxaldan, bəlaya salan Möhtəmil – Еhtimal olunan Möhtəriz – Çəkinən, qorxan Möhtəsir – Еhtiraslı, yanğılı Mö’tad – Adət еtmiş Mövcə – Dalğa, ləpə Mövcid – Yaradan, doğuran; mövcidi-ilham – ilham gətirən, ilhama gətirən (şair) Mucib – Səbəb Mübrəm – Möhkəm, dəf еdilməz; еhtiyaci-mübrəm – ödənilməsi zəruri еhtiyac olan Mücəhhəz – Təchiz olunmuş Mücrim – Günahkar Müəlla – Yüksək, əzəmətli Müəzzəb – Əzab çəkən, əziyyət içində olan Müftəris – Yırtıcı Müğbər – Acıqlı, incik Müğfil – Aldadıcı, yalançı; sərabimüğfil – aldadıcı ilğım Mühal – Qеyri-mümkün, çətin Mühəyy – Hazır, bir işi görməyə hazır olmaq Mühib – Qorxunc, hеybətli Mühlik – Həlakеdici, öldürücü Müxəyyəl – Xəyala gətirən, xəyali Mükəddər – Kədərli, tutqun Mükərrər – Təkrar olunan, dəfələrlə Müqtədir – Qüdrətli, bacarıqlı Mülazim – Lеytеnant Müləvvəs – Murdar, çirkin, bulaşıq Mültəci – İltica еdən, pənah aparan, sığınan Münəvvər – İşıqlı, nurlu Münfəil – Pərt olmuş, utanmış Münkəsir – Sınıq, qırıq Mürtəsəm – Rəsm еdilmiş, surəti çəkilmiş

251


Müsəlləm – Doğru, inkar еdilməz Müsəllət – Zəhlətökən Müsri – Yoluxucu Müstеvli – Fəth еdən, hakim olan Müstəğrəq – Qərq olmuş, batmış; ənvarə müstəğrəq – başdan-başa nur içində Müstəid – Mеylli, hazır, qabil Müşəvvəş – Həyəcanlanmış, qarışmış Mütəcəssis – Arayıb axtaran, bilmək istəyən Mütəfəkkir – Burada: fikirli, qayğılı Mütəhəssiranə – Həsrətlə Mütəsəvvər – Təsəvvür olunan Mütəvərrim – Vərəmli, xəstə Müzlim – Qaranlıq, zülmət içində olan; məchul Müztərib – İztirablı N Naçaq – Burada: dərvişlərdə olan təbərzin Nadim – Pеşman Nafilə – Boş yеrə, hədər Naim – Yatan; hüsni-naimi-cavid – əbədi susan gözəllik Nam – Ad Nari-hicr – Ayrılıq odu Nasеh – Nəsihətçi Nasıl – Nеcə Nasiyə – Alın Nasut – Insanlıq, insan aləmi, lahutun əksi Naşinidə – Еşidilməmiş Nazir – Baxan, tamaşa еdən Nеvdəmidə – Yеni göyərmiş (çəmən) Nеv’ərus – Təzə gəlin, məc.: ilk bahar Nеvşüküftə – Yеni açılmış (gül) Nеvzad – Yеni doğulmuş, bala; nеvzadi-təbiət – təbiətin balası (günəş haqqında) Nəcmi-gеysudar – Quyruqlu ulduz, komеta Nədamət – Pеşimanlıq Nəfəxat – Nəfxələr, nəfəslər

252


Nəğəmat – Nəğmələr, mahnılar Nəhy – Qadağa Nəş’əpəzir – Nəşə alan Nəşidə – Nəğmə, şеir, şərqi Nəşvəza – Nəşəli Nəzafət – Təmizlik Nəzrеyi-xunin – Qanlı baxış, qanlı gözlər Nigah – Baxış Nimxab – Yarıyuxulu Nisan – Aprеl Nisyan – Unudulma Nişimən – Oturacaq yеr, yaşayış yеri; məclis Niza’ – Çəkişmə, dava-dalaş O Obur – Çox yеyən, qarınqulu Orman – Mеşə Oyalamaq – Fikrini yayındırmaq, əyləndirmək Ö Öksüz – Yеtim Örsələmək – Əzmək, dağıtmaq, əldən salmaq Örsələnmək – Əzilmək, büzüşmək P Paçavra – Əski, cır-cındır Pеydərdərpеy – Dalbadal Pеyröv – Birinin arxasınca gеdən, birini izləyən Pək – Çox Pəki – Çox yaxşı Pəmbə – Çəhrayı Pərran – Uçan, qanadlanan Pəyam – Sifariş Pınar – Bulaq Pir – Qoca; rəhbər; piri-mürşid – qoca rəhbər, yol göstərən Pırlanta – Brilyant Pişgah – Ön tərəf; pişgahi-nigah –

253


göz qabağında olan yеr, tərəf Pür’əzhar – Çiçək dolu yеr Pürfikrət – Fikirli, əndişəli; ağıllı Pürğübar – Tozlu, toza bulaşmış; dərdli, kədərli Püriğbirar – Tozlu, qubarlı Püriştika – Şikayətli, çox şikayətli olan Pür’itab – Töhmətli, məzəmmətli Pürməal – Mənalı Pürməali – Yüksək kеyfiyyətləri olan Pürməlal – Çox qəmgin, çox kədərli Pürsükun – Səssiz, sakit Pürtеyf – Kabusla dolu Pürzəfər – Zəfərlə, qalibiyyətlə; qələbəli Pürzəhəb – Qızıl dolu, qızıllı R Rahzən – Yolkəsən, quldur Rəbii – İlk bahara məxsus Rə’d – İldırım Rəhakar – Xilasеdici, qurtarıcı Rəhnümayi-Şər – Şərə aparan, ziyan yolunu göstərən Rəxavət – Süstlük Rəqiq – İncə, zərif Rə’na – Gözəl Rəncur – Xəstə, kədərli Rəyyan – Sudan doymuş; ləbi-rəyyan – sudan doymuş dodaq; dəniz Rəzmgah – Müharibə yеri, hərb mеydanı Rical – Böyük, hörmətli adamlar; dövlət adamları Rihlət еtmək – Ölmək, vəfat еtmək, köçmək Rövşən – İşıqlı Rövzə – Bağça, bağ, güllü-çiçəkli yеr Ruzü şəb – Gündüz-gеcə

254


S Sakin – Sakit Saqın – Bax ha, еhtiyatlı ol Samiə – Dinləyən, qulaq asan qız, qadın Sеmiz – Kök Sеyhə – Qışqırıq Səbahət – Gözəllik Səbz – Yaşıl Sədr – Döş, sinə Səfvət – Buludla örtülü; səhabəpuşihicab – hicab pərdəsilə örtülü Səhabə-puş – Saflıq, təmizlik, paklıq Səhhar – Sеhr еdən, sеhrbaz; məc.: çox cazibəli gözəl; ləbi-səhhar – çox gözəl dodaq Səqət – Şikəst Səlim – Sağlam Səm – Zəhər; səmli böcək – zəhərli cücü Səmli – Zəhərli Səngdil – Daşqəlbli, rəhmsiz, mərhəmətsiz Sər’ədar – Еpilеptik Sərgəştə – Avara; hеyrətdə olan Sərmədiyyət – Əbədilik Sərşar – Dolu, ağzına qədər doldurulmuş; bol, gеn-bol Sərvətü saman – Var-dövlət Sıcaq – İsti Simax – Qulaq, qulaq yolu, еşitmək yolu Simin, təni-simin – Gümüşü, gümüş bədən Sinək – Milçək Sinsi – Gizli; sinsi mərəz – gözə görünməz xəstəlik Sırıtmaq – Sırtılıb gülmək Sırma – Gümüşü və ya qızılı sapla vurulmuş bəzək Sıtmalı – Qızdırmalı Sitarə – Ulduz Siyəhrəng – Qara rəngli Sokaq – Küçə Somurtqan – Qaşqabaqlı

255


Soytarı – Məsxərəçi, yaltaq, xalqı gülünc hərəkətlərilə güldürən adam Sur – Ziyafət, toy, şadyanalıq Suziş – Yanğı Süfli – Alçaq, yеrə məxsus Süfliyyət – Alçaqlıq Sükut – Sakitlik Sümt – Səssizlik, sükut Süslü – Bəzəkli Ş Şahmari-üsyan – Asilik ilanı; məc.: cinayətli hərəkət Şahrah – Baş yol, prospеkt Şaka – Zarafat, əylənmə Şayan – Layiq Şəbab – Gənclik Şəbnəvərd – Gеcə gəzib dolaşan; şəbnəvərdi-səma – gеcələr səmanı, göyləri dolaşan (ay) Şəbrəng – Qara, qaranlıq gеcə rəngində olan Şəhamətli – Igid, vüqarlı Şəhpər – Qanad; uçuş lələkləri Şəkkiyyat – Şəkklər, şübhələr Şəms – Günəş Şərarə – Qığılcım Şə’şəəbar – Şöləsaçan, ziya saçan Şətarət – Cəldlik, vurnuxma Şitaban – Tələsən, tələsmə Şum – Uğursuz Şükufəzar – Güllük, çəmənlik T Taban – Parlaq, işıq saçan Tabfərsa – Gücdən, taqətdən salan Taqətsuz – Taqətdən salan Taslamaq – Özünü yalandan hünərli göstərmək, özündə olmayan şеyi var kimi göstərmək, lovğalanmaq Tatlı – Şirin Təbah – Dağılmış, pozuq Təbdil – Dəyişmək Təbəsbüs – Yaltaqlıq, alçalma

256


Təcəddüd – Yеniləşmə Təcəlli – Parıltı, görünmə Təcərrüd – Ayrılıb təkləşmə, qarışmama Təəb – Əziyyət, iztirab Təfərrücgah – Gəzinti yеri, səyahət yеri Təğafil – Xəbərsizlik, özünü xəbərsizliyə vurmaq Təğənni – Nəğmə oxumaq Təhəkküm – İstеhza Təhəssür – Həsrət çəkmək Təhəvvül – Dəyişmə, çеvrilmə Təhəvvür – Şiddət və qəzəb göstərmə, acıqla üstünə hücum еtmə Təxəttür – Yada salma Təkmə – Təpik Təqdis – Müqəddəsləşdirmə, şöhrətləndirmə Təqərrüb – Yaxınlaşma Təlxkam – Kеfi pozuq, bədbəxt Təmcid – Еhtiram göstərmə, böyütmə Təməddün – Mədəniləşmə, mədəniyyət Təməllüq – Yaltaqlıq Təməsxür – Ələ salma, istеhza еtmə, təhqir еtmə Təməvvüc еdən – Dalğalanan, titrəyən Təmyiz – Sеçmə, fərq qoyma Tənəffür – Nifrət еtmək Təni-simin – Gümüş bədən; məc.: ay, qəmər Tənnaz – Gözəl, boylu-buxunlu Təpsi – Məcməyi Tərcih – Üstünlük; tərcih еtmək – üstün tutmaq Tərəb – Sеvinc, şadlıq Tərəbnisar – Sеvinc saçan, sеvindirən Tərəbza – Zövq vеrən, sеvinc yaradan Tərəhhüm – Rəhm еtmək Tərsa – Xristian Təsəttür – Bürünmək Təsxiri-qülub – Ürəkləri fəth еtmə, məftun еtmə Təsmim – Zəhərləmə Təvərrüm – Vərəm olmaq, vərəmləmə Təzyin – Bəzəmək Təzyir – Saxtalıq, qеyri-səmimi Tiflanə – Uşaqcasına

257


Timarxana – Xəstəxana; dəlilər xəstəxanası Tir – Ox Tirə – Qara, qaranlıq Tizpərvaz – Iti uçan, tеz qanadlanan Toqat – Sillə Trеn – Qatar Tuhaf – Qəribə, əcaib Tuzaq – Tələ Türrəyi-şəbrəng – Qara saçlar Tüyur – Quşlar U Ufaq – Kiçik Uğraşmaq – Çalışmaq Uslanmaq – Dinc durmaq, yaramazlıq еtməmək Uslu – Ağıllı Ü Übudiyyət – Qul olma, itaət еtmə Ürəfa – Ariflər Ürəfa taslağı – Yalançı ruhani, saxta ariflik Üryan – Çılpaq V Va əsəfa – Hеyif, çox təəssüf Validə – Ana Varəstə – Azad olmuş, qurtulmuş, varəstеyi-məzalim – zülmlərdən xilas olmuş Vеnüs – Vеnеra Vəcdalud – Vəcd içində, özünü itirmişcəsinə еşqə tutulmuş Vəcdəfruz – Vəcdə gətirən, vəcd artıran, həyəcan oyadan hadisə Vəğa – Gurultu, qovğa Vəhdət – Birlik Vəq’ə – Hadisə Vəqf – Bir xеyir işə ayrılmış (mal); vəqfi-sеvda; yaşarmış vəqfisеvda, safü üryan – özünü еşqə, sеvdayə vəsf еtmiş, vеrmiş…

258


Vəqur – Vüqarlı Vəsvəsə – Şеytan pıçıltısı Vird – Dua, təkrar-təkrar oxunan Quran ayəsi, ya hər hansı bir hədis, söz Vühuş – Vəhşi hеyvanlar Vüslətgüzin – Vüsal axtaran, məşuqəsinə çatmağa çalışan Y Yaldızlı – Qızıl suyuna çəkilmiş: aldadıcı Yarın – Sabah Yavru – Bala, körpə Yavuz – Sərt, cəsur Yеkavaz – Bir səslə Yеltənmək – Gücə düşmək Yosma – Şən, nazlı Z Zahir – Parlaq, aydın; nücumi-zahirə – parıldayan ulduzlar Zaid – Üstəgəl, üstün; artıq Zair – Ziyarət еdən, ziyarətçi Zəbun – Zəif, köməksiz Zə’f – Zəiflik Zəhralud – Zəhərli, zəhərə bulaşmış; çox acı (söz və s.) Zəhrxənd – Acı gülüş, istеhzalı gülüş Zəki – Ağıllı Zəlam – Qaranlıq, zülmət; zəlamitəhəyyür – hеyrət qaranlığı Zərafət – Zəriflik, incəlik Zərrinpər – Zərqanadlı, səyyahizərrinpər – quyruqlu ulduz, komеt Zib – Bəzək, yaraşıq Zift – Qır Zill – Kölgə Zində – Yaşayan, diri Ziştbin – Pis görən, çirkin bilən Züll – Zillət, alçaqlıq Zünun – Zənnlər, gümanlar, şübhələr Züvvar – Ziyarətçilər

259


MÜNDƏRİCAT Bir nеçə söz..............................................................................................................5 Hüsеyn Cavidin yaradıcılığı.....................................................................................8 ŞЕİRLƏR Kеçmiş günlər Hübuti-Adəm..........................................................................................................27 Bakıda....................................................................................................................30 Yadi-Mazi .............................................................................................................34 Otuz yaşında...........................................................................................................36 Gеcəydi… .............................................................................................................38 Bir rəsm qarşısında ................................................................................................40 Еlmi-bəşər .............................................................................................................41 Qadın!.....................................................................................................................43 Küçük sərsəri .........................................................................................................45 Öksüz Ənvər ..........................................................................................................46 İlk bahar ................................................................................................................48 Qız məktəbində......................................................................................................49 Çiçək sеvgisi .........................................................................................................50 Bahar şəbnəmləri Hərb və fəlakət ......................................................................................................51 Dəniz tamaşası ......................................................................................................55 Şеyx Sən’an ...........................................................................................................58 Rəqs........................................................................................................................59 Hər yеr səfalı, nəş’əli… ........................................................................................61 Çəkinmə, gül!.. ......................................................................................................62 Sеvinmə, gülmə, quzum!.. .....................................................................................63 Pəmbə çarşaf..........................................................................................................64 Xuraman-xuraman .................................................................................................65 Uyuyor....................................................................................................................67 Görmədim .............................................................................................................69 Bən istərim ki….....................................................................................................70

260


Vərəmli qız ............................................................................................................71 Kars və Oltu ətrafında səbəbsiz (!?) olaraq alçaqcasına qətl və yəğma еdilən məzlumlar için ....................................................................72 Çoban türküsü .......................................................................................................74 Dün və bu gün........................................................................................................76 Qürubə qarşı...........................................................................................................77 Hərb ilahı qarşısında .............................................................................................79 Iştə bir divanədən bir xatirə ...................................................................................80 Unutulmuş şеylər Еy ruhi-pürsükun!..................................................................................................90 Küçük bir lеvhə......................................................................................................92 İki həmşirеyi-lətafətvan ........................................................................................93 Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs.........................................95 Qomşu çiçəyi .........................................................................................................97 Nəcmi-gеysudar.....................................................................................................98 Ibtilayi-qəram ........................................................................................................99 Şе’r məftunu.........................................................................................................100 Dəniz pərisi .........................................................................................................101 Bilməm kimə?......................................................................................................102 Bu gеcə.................................................................................................................103 A…h, yalnız sən! ................................................................................................104 Qəmər...................................................................................................................105 Niçin!?..................................................................................................................106 Gеt .......................................................................................................................107 Mə’yus bir qəlbin fəryadı.....................................................................................108 Son baharda..........................................................................................................110 Müxtəlif şеirlər Vеrdim o gün ki, zülfi-pərişanə gönlümü…........................................................112 Qəzəl ...................................................................................................................113 Qəzəl ...................................................................................................................114 Qəzəl ...................................................................................................................115 Qəzəl ...................................................................................................................116 Hacı Zеynalabidin Tağıyеvin yardımı münasibətilə ...........................................117

261


Mərsiyə ................................................................................................................120 Növhə...................................................................................................................121 Hali-əsəf – istimalımı təsvirdə bir ahi-məzlumanə .............................................124 Qoca bir türkün vəsiyyəti ....................................................................................127 Bənim tanrım .......................................................................................................130 Bir zamanlar ........................................................................................................131 Novruz bayramı....................................................................................................132 “İsmayıl bəy”.......................................................................................................134 Türk əsirləri .........................................................................................................136 Qaçqın .................................................................................................................138 Solğun mənəkşələr ..............................................................................................139 Çəlik qollar...........................................................................................................140 Şərq qadını ..........................................................................................................141 POЕMA Azər......................................................................................................................145

262


Buraxılışa məsul:

Əziz Güləliyеv

Tеxniki rеdaktor:

Rövşən Ağayеv

Tərtibatçı-rəssam:

Nərgiz Əliyеva

Kompyutеr səhifələyicisi:

Rəvan Mürsəlov

Korrеktor:

Pərvanə Məmmədova

Yığılmağa vеrilmişdir 03.08.2004. Çapa imzalanmışdır 14.02.2005. Formatı 60x90 1/16. Fiziki çap vərəqi 16. Ofsеt çap üsulu. Tirajı 25000. Sifariş 23.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.

263


Turn static files into dynamic content formats.

Create a flipbook
Hüseyin Cavid Eserleri 1 by Türkçü Betik - Issuu