Skip to main content

Noyabr-Dekabr

Page 1


№8 (32) 2025

RELSLƏRLƏ, LIMANLARLA, DƏHLIZLƏRLƏ 2026-CI ILƏ

Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı

Şimal-Cənub dəhlizinin inkişafı üzrə memorandum imzalanıb

27

ADY ilk dəfə istiqrazların emissiyasına başlayıb

Bakı Limanında rekord nəticə

ADY sədri: 2026-cı ildə əsas hədəflərimizdən biri innovasiyanı gündəlik fəaliyyətimizin ayrılmaz hissəsi etməkdir 9

Sərnişindaşımada yeni rekord: 10 milyon sərnişin

54

ADY-də rəqəmsallaşma: əməliyyat səmərəliliyindən dayanıqlı gələcəyə

66 “Etimad xətti” platforması istifadəyə verildi

Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib

Prezident İlham Əliyev: Orta Dəhliz üzrə

Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb

13 5

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI BÜTÜN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNƏ

FAYDA GƏTİRƏCƏK

Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri

şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir:

“Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının

və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir”.

Prezident bildirib ki, müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və 9 beynəlxalq hava limanı Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.

TÜRK DÖVLƏTLƏRİ ŞƏRQ-QƏRB VƏ

ŞİMAL-CƏNUB

DƏHLİZLƏRİNİN İNKİŞAFINDA

APARICI ROLA MALİKDİRLƏR

Bu gün Türk dünyası ölkələri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Xankəndidə “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda

keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu istiqamətdə müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır və nəqliyyat və kommunikasiya xətlərini Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx

inteqrasiyası üçün vacib təməl kimi görür:

“Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır”.

PREZİDENT İLHAM ƏLİYEV:

ORTA DƏHLİZ ÜZRƏ AZƏRBAYCANDAN

KEÇƏN

YÜKDAŞIMALAR 90 FAİZ ARTIB

Orta Dəhliz üzrə

Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb.

Bunu Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev noyabrın

16-da Daşkənddə Mərkəzi

Asiya Dövlət Başçılarının

“Mərkəzi Asiya + Azərbaycan” formatında 7-ci Məşvərət

Görüşünün iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan və Mərkəzi

Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür:

“Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır”.

Prezident vurğulayıb ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb.

Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb:

“Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirmişdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək:

“Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir”.

AZƏRBAYCAN ŞƏRQLƏ QƏRB ARASINDA KÖRPÜ ROLUNU OYNAYIR

“Biz bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq”.

Bu barədə dekabrın 9-da Slovakiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışında deyib. Dövlət başçısı davamlı

investisiyaların Azərbaycanın

Şərqlə Qərb arasında nəqliyyat bağlantısındakı rolunu gücləndirdiyini qeyd edib:

“İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin.

Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik”.

AZƏRBAYCAN PREZİDENTİ:

HAZIRDA AĞDAM–ХANKƏNDİ DƏMİR

YOLUNUN

İNŞASI İLƏ MƏŞĞULUQ

Hazırda Ağdam–Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Ağdamda nəqliyyatla bağlı məsələlər həll olunur:

“Birinci layihə Bərdə–Ağdam avtomobil yolu, Bərdə–Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir.

Hazırda biz vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam–Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq”.

ADY KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER

HEYDƏR ƏLİYEVİN MƏZARINI

ZİYARƏT EDİB

ADY kollektivi Ümummilli Lider

Heydər Əliyevin anım günü Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də hörmətlə yad edilib.

ADY SƏDRİ:

2026-CI İLDƏ ƏSAS HƏDƏFLƏRİMİZDƏN BİRİ

İNNOVASİYANI GÜNDƏLİK FƏALİYYƏTİMİZİN

AYRILMAZ HİSSƏSİ ETMƏKDİR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair tədbir keçirilib.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dəmiryolçuları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, zəhmətlə, məsuliyyətlə, hədəflər uğrunda həmrəyliklə yadda qalan 2025-ci ilin şirkətimiz üçün ən uğurlu illərdən biri olduğunu bildirib:

“2025-ci il ADY üçün xüsusi il oldu. 145 illik tariximizi qeyd etdik. Bu tarix kağız üzərində yazılan rəqəmlərdən ibarət deyil. Bu tarix relslər boyunca gecə-gündüz çalışan insanların, minlərlə peşəkarın, nəsildən-nəslə ötürülən mirasın tarixidir. Bir sıra həmkarlarımızın bu münasibətlə cənab Prezident tərəfindən orden və medallarla təltif olunması da məhz bu zəhmətə verilən ali qiymətin göstəricisidir.

Biz təkcə bir nəqliyyat

infrastrukturunu deyil –insanları, regionları və iqtisadiyyatları birləşdirən strateji sistemi təmsil edirik. Fəaliyyətimizin təməlində məsafələri qısaltmaq, bazarları yaxınlaşdırmaq, regionlar arasında sosial və iqtisadi balans yaratmaq dayanır.

Bu baxışın nəticəsi olaraq 2025-ci il ADY üçün mühüm uğurlarla yadda qaldı. Yük və sərnişin daşımaları, infrastruktur, təhlükəsizlik, rəqəmsallaşma, beynəlxalq

əməkdaşlıq, insan kapitalının inkişafı və bir sıra digər istiqamətlərdə mühüm nailiyyətlər əldə etdik. Regionlararası əlaqələrin güclənməsi iqtisadi aktivliyi artırdı, logistika zəncirlərində etibarlılığı yüksəltdi və dəmir yollarının ümumi nəqliyyat sistemində rolunu möhkəmləndirdi.

Bu gün Azərbaycan dəmir yolları regionun əsas nəqliyyat dayaqlarından biridir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərində tutduğumuz mövqe artıq sözlə yox, əməllə təsdiqlənir. 2025-ci ildə bu mövqeyimizi daha da möhkəmləndirdik.

2025-ci ildə infrastruktur quruculuğu istiqamətində ciddi layihələrimiz yerinə yetirildi. İlk növbədə, 5 ildir icra edilən Sumqayıt–Yalama dəmir yolu xəttinin inşası sona çatdırıldı, Ucar–Hacıqabul sahəsində dəyişən cərəyana keçdik, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində işlərimizi tamamladıq. Təbii ki,

infrastruktur istiqamətində bir layihəni xüsusilə vurğulamaq istərdim. Bu da Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasına başlanması oldu. Bu layihə tamamlandıqda geniş bir regionun iqtisadi və logistik gücünə güc qatacağıq. Bu bizim üçün

sadəcə bir meqalayihə deyil, strateji məsuliyyətdir.

Yükdaşıma imkanlarımızı daha da genişləndirmək üçün hərəkət tərkibini yenilədik, 300 yeni vaqon parkımıza əlavə olundu, Çindən 7 yeni lokomotivin alınmasına dair müqavilə imzalandı. Bu istiqamətdə işlərimiz bundan sonra da davam etdiriləcək.

Bir məqamı da qeyd edim ki, bu il ADY-yə dəmir yolu tarixində rekord məbləğdə – 927 mln manat investisiya ayrılmışdı. Bu, eyni zamanda, ölkə başçımızın dəmir yoluna verdiyi önəmi bariz şəkildə nümayiş etdirir.

2025-ci ildə Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyasının da ölkə başçımızın uzaqgörən

yanaşması əsasında qəbul edilmiş, vaxtında və strateji əhəmiyyətli bir qərar olduğuna şahid olduq: rekord göstəricilər, daha çevik və sürətli proseslər səmərəliliyi gündəlik işimizdə daha aydın hiss etməyə imkan verdi. Çox qısa zamanda bu birləşmə öz praktiki nəticələrini göstərdi: liman tarixində 100 min TEU-dan çox konteyner aşırıldı, yükaşırma həcmi 8 mln tonu keçdi.

2025-ci ilin ən qürurverici hadisələrindən biri Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılması, 32 ildən sonra Qarabağa qatarların qayıtması oldu. Bu, təkcə dəmir yolu xəttinin açılması deyildi. Bu, tarixi ədalətin bərpası, yaddaşın yenilənməsi, illərlə susdurulmuş qatar səsinin

Qarabağa qayıdışı idi. Bu gün Bakı–Ağdam marşrutu üzrə müntəzəm reyslər təşkil olunur. 2026-cı ildə isə Ağdam–Xankəndi xəttinin və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşasını tamamlamağı planlaşdırırıq.

Bu işi görmək hər birimiz üçün həm peşəkar, həm də mənəvi məsuliyyətdir.

Sərnişindaşıma sahəsində də mühüm addımlar atıldı, bir sıra yeni marşrutlar açıldı, rekord göstəricilərə nail olduq. Pandemiyadan öncəki göstəricilərimizi bir neçə dəfə üstələyərək 10 milyonuncu sərnişinimizi qarşıladıq. Bu nailiyyətlərin arxasında məqsədyönlü fəaliyyət, böyük zəhmət və güclü komanda işi dayanır.

Rəqəmsallaşma, ekoloji məsuliyyət, dekarbonizasiya proqramı – bütün bunlar gələcəyə olan baxışımızın 2025-ci il pəncərəsi idi. Kağız-qələmdən onlayn həllərə keçməyə davam etdik. Yükdaşımalarda elektron sənəd dövriyyəsi və rəqəmsal imza tətbiq olunaraq proseslər sürətləndirildi, fiziki iştirak tələbi aradan qaldırıldı.

2025-ci ildə İkinci Dayanıqlılıq Hesabatını təqdim etməyimiz məqsədlərimizə sadiqliyimizi göstərir. Çünki dəmir yolları rahat və təhlükəsiz olduğu qədər də ekoloji zərərsiz olmalıdır”.

ADY sədri qeyd edib ki, bu uğurlar nə bir nəfərin, nə də bir strukturun uğurudur. Bu, vahid komandanın, minlərlə dəmiryolçunun uğurudur:

“Mən bu komandanın üzvü olmaqdan, sizinlə eyni yolu getməkdən, eyni məqsədə xidmət etməkdən qürur duyuram. Dəmir yolları ölkəmizin yeni ritmi, bir an belə dayanmayan nəbzidir. Qarşıda bizi yeni çağırışlar, yeni hədəflər gözləyir. 2026-cı ildə əsas hədəfimiz etibarlı və müştəriyönümlü xidmət modelini daha da möhkəmləndirmək, texnologiyanı əməliyyatların mərkəzinə gətirmək, innovasiyanı gündəlik fəaliyyətimizin ayrılmaz hissəsi etməkdir”.

Tədbirdə Strategiya departamentinin müdiri Anar Qasımov 2025-ci il üzrə İcra Proqramının nəticələrini təqdim edib.

Qeyd olunub ki, 2025-ci ildə hərəkətin təhlükəsizliyi

ADY rəhbərliyinin diqqət mərkəzində saxladığı əsas istiqamətlərdən olub. İl ərzində müxtəlif diaqnostika vasitələri ilə, o cümlədən mütəxəssislər tərəfindən yerində yoxlamalar aparılıb, müvafiq təlimlər, normativ icra tədbirləri, infrstruktura yaz və payız baxışları keçirilib, hərəkətin təhlükəsizliyi üzrə aylıq menecment iclasları baş tutub.

ADY sədrinin rəhbərliyi ilə hərəkətin təhlükəsizliyinin vəziyyətinə dair şirkətin bütün əlaqədar qurumlarının iştirakı ilə onlayn iclaslar keçirilib və müvafiq qərarlar qəbul edilib. Avtomatlaşdırılmış nəzarət sistemi, insidentlərin idarə olunması sistemi

təkmilləşdirilib, rəhbər şəxslərin normativləri sistemlərə əlavə edilib.

Görülmüş işlərin nəticəsində hərəkətin təhlükəsizliyi sahəsində göstəricilərdə ciddi irəliləyişlərə nail olunub.

A.Qasımov bildirib ki, 23.12.2025-ci il tarixdə Bakı Fond Birjasında ADY-nin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan, faizli, sənədsiz, adlı, təmin edilməmiş, 5 il müddətinə illik faiz dərəcəsi 7% olan 300 min ədəd istiqrazına abunə yazılışı başlanıb.

İstiqraz emissiyasından əldə ediləcək vəsaitlərin hesabına 7 ədəd magistral lokomotivin alınması nəzərdə tutulur. İstiqraz emissiyasının yekunlaşdırılması nəticəsində ADY - nin maliyyələşmə mənbələri

şaxələndiriləcək, likvidlik mövqeyi gücləndiriləcək və uzunmüddətli maliyyə dayanıqlığı artırılacaq.

Emissiya həmçinin şirkətin kapital bazarlarında emitent kimi mövqeyini və institusional investorlar qarşısında etibarlılığını möhkəmləndirəcək.

O vurğulayıb ki, 2025-ci il üzrə illik İcra Proqramında nəzərdə tutulan hədəf göstəriciləri ümumilikdə 77%, ADY-dən asılı olmayan səbəblər nəzərə alındıqda isə 85% icra edilib.

Sonra tədbir müxtəlif oyunlar və konsert proqramı ilə davam edib.

BAKIDA MDB DƏMİRYOL NƏQLİYYATI

ŞURASININ 83-CÜ İCLASI

KEÇİRİLİB

25-26 noyabr tarixlərində Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları

Konfederasiyasının rəhbər heyəti iştirak edib.

İclasda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov MDB ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın regionun iqtisadi inteqrasiyasının əsas amillərindən biri olduğunu, dəmir yolu nəqliyyatında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin bütövlükdə regionun sabit inkişafına xidmət etdiyini vurğulayıb.

ADY sədri qeyd edib ki, son illərdə Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb.

Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib:

“ADY Orta Dəhliz üzrə əməliyyatların daha da səmərələşdirilməsi üçün infrastruktur quruculuğu istiqamətində işlərini davam etdirir, o cümlədən ŞərqQərb istiqamətində əsas magistral dəmir yolu olan Bakı–Böyük Kəsik xəttinin dəyişən cərəyana keçidi üzrə işlər uğurla aparılır.

Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü kimi

fəaliyyət göstərir. BTQ xəttinin modernləşdirilməsindən sonra bu xəttin yükötürmə qabiliyyəti illik 1 milyondan 5 milyon tonadək artırılıb. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY İran ərazisində Astara Terminalının tikintisi üzrə əsaslı işlər görüb və terminalın inşası 2026-cı ilin 1-ci rübündə tamamlanacaq”.

R.Rüstəmov bildirib ki, 2025-ci ilin fevral ayından ADY-yə inteqrasiya edilən

Bakı Beynəlxalq Dəniz Limanı bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təmin edən əsas qovşaqlardan biridir. Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayaqlarından olan

Bakı Limanının buraxılış qabiliyyətinin ildə 15 milyondan 25 milyon tona çatdırılması

planlaşdırılır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında deyib ki, Azərbaycan üzv ölkələrlə birgə nəqliyyat siyasətinin inkişafına, logistika zəncirinin rəqabətqabiliyyətinin artırılmasına və yeni marşrutların formalaşdırılmasına böyük önəm verir.

Nazir 2024-cü il dekabrın 21-də Moskva şəhərində Azərbaycan və Rusiya arasında imzalanmış “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən, eləcə də Şimal-Cənub və Orta Dəhlizin Azərbaycandan keçən hissəsi üzrə dəmiryol infrastrukturunun təkmilləşdirilməsi üçün görülən işlərdən danışıb.

Qeyd edilib ki, son illərdə

ölkəmizdə aparılan genişmiqyaslı infrastruktur layihələri regionun tranzit xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Yenilənən dəmir yolu xətləri, müasir terminallar və rəqəmsal idarəetmə sistemləri nəqliyyatın səmərəliliyini və təhlükəsizliyini artırır.

İclasda gündəlikdə dayanan məsələlər müzakirə edilib. Müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib.

İştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbirin yekununda iclasın protokolu imzalanıb.

ORTA DƏHLİZİN ROLU GÜCLƏNİR:

AZƏRBAYCANIN SƏDRLİYİ İLƏ YARADILAN

BEYNƏLXALQ TƏŞKİLAT FƏALİYYƏTƏ BAŞLADI

Noyabrın 25-də Bakıda

“Avrasiya Nəqliyyat Marşrutu”

Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi

Yığıncağının iclası keçirilib.

Azərbaycanın sədrliyi ilə təşkil olunan iclasda Assosiasiya üzvü olan Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarının rəhbər heyəti iştirak edib.

“Azərbaycan Dəmir Yolları”

QSC-nin sədri Rövşən Rüstəmov məlumat verib ki, mənzil-qərargahı Bakıda yerləşən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qeydiyyatı ilə bağlı hüquqi proses başa çatıb və Assosiasiya Azərbaycan Respublikası qanunvericiliyinə uyğun şəkildə uğurla qeydiyyatdan keçib.

ADY sədri Çindən Avropaya və əks istiqamətə yükdaşımalarda artımın müşahidə edildiyi bir vaxtda marşrutların şaxələndirilməsinə ehtiyac yarandığını bildirib və bu məqsədlə Avrasiya Nəqliyyat Marşrutunun fəaliyyətinin tam təmin edilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Orta Dəhlizin cənub qanadı hesab edilən Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir. Artıq bu aydan Çinin Qaşqar şəhərindən Azərbaycana Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə multimodal daşımalara başlanılıb.

Bildirilib ki, Özbəkistan–Qırğızıstan–Çin dəmir yolunun inşası da Avrasiya Nəqliyyat Marşrutunun rolunu artıracaq. Həmçinin bu marşrut Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqə yaratmaqla

Əfqanıstan və Pakistan üçün yeni imkanlar açacaq.

ADY sədri Orta Dəhlizin cənub qanadının inkişafının Azərbaycana Mərkəzi Asiya ilə Avropa arasında əsas körpü olmağa və ölkə ərazisindən tranzit həcmlərini artırmağa şərait yaradacağını, eyni zamanda, Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu kimi mühüm infrastrukturdan maksimum istifadə olunacağını, Zəngəzur dəhlizinin isə bu imkanları daha da genişləndirəcəyini deyib.

Tədbirdə Assosiasiyanın fəaliyyətə başlaması üzrə

zəruri tədbirlər müzakirə edilib. Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər – Assosiasiyanın korporativ strukturunun, Katibliyinin və işçi orqanlarının strukturu, Assosiasiyanın fəaliyyətinin təşkilinə dair planlaşdırılan tədbirlər və digər məsələlər təsdiqlənib.

Həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı üzrə komitə və dispetçerləşdirmə, infrastrukturun inkişafı, kommersiya, rəqəmsallaşma, marketinq, kommunikasiya və hüquqi məsələlər üzrə xüsusi işçi qruplarının əsasnamələrinin və 2026-cı il üçün ətraflı marketinq planı layihələrinin hazırlanması, razılaşdırılmış layihələrin növbəti ümumi yığıncağın müzakirəsinə təqdim edilməsi qərara alınıb.

Müəyyən edilib ki, Beynəlxalq Assosiasiyanın fəaliyyətinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirilməli, o cümlədən Avrasiya Nəqliyyat Marşrutu üzrə intermodal daşımalarda mövcud vəziyyət təhlil edilməli, Marşrutun diaqnostikasının aparılması

məqsədilə darboğazlar aşkar edilməli və aradan qaldırılmalı, daşımaların idarə olunması üçün İT həllər və rəqəmsal platformalar tətbiq olunmalı, Avrasiya Nəqliyyat Marşrutu üzrə məhdudiyyətlərin və darboğazların aradan qaldırılması üçün plan-qrafik, resurslar və prioritetlər müəyyənləşdirilməli, marşrutun inkişafı təmin edilməlidir.

Bundan başqa, Assosiasiya ilə Avrasiya regionunun maraqlı tərəfləri (o cümlədən Mərkəzi Avropa ölkələri, Çin, Pakistan) və beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması, Marşrutun Avrasiya intermodal nəqliyyat xidmətləri bazarında tanıdılması və mövqelərinin möhkəmləndirilməsi məqsədilə onun təşviqi üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu”

Beynəlxalq Assosiasiyası yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Assosiasiyaya

Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir.

Bu, şirkətə tarif siyasətinin formalaşdırılmasına, logistika prosedurlarının standartlaşdırılmasına və daşımaların koordinasiyası üçün rəqəmsal platformaların inkişafına təsir göstərmək imkanı verir, həmçinin dəmir yolu layihələrinə beynəlxalq sərmayələr cəlb etməyə şərait yaradır.

ADY VƏ İRAN DƏMİR YOLLARI

ƏMƏKDAŞLIĞIN GÜCLƏNDİRİLMƏSİNİ MÜZAKİRƏ EDİB

Noyabrın 24-də Bakıda ADY sədri Rövşən Rüstəmov İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən

Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu

strateji marşrutun mühüm halqalarından olan

Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq.

Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci

rübündə tamamlanması planlaşdırılır.

Astara Terminalının layihələndirmə işlərinin 94%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82%-i yekunlaşıb.

Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

AZƏRBAYCAN VƏ ESTONİYA ARASINDA

DƏMİR YOLU SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN

GENİŞLƏNDİRİLMƏSİ

MÜZAKİRƏ EDİLİB

Noyabrın 24-də Bakıda ADY sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının (“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş keçirilib.

Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını,

Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin

Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb.

Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin

Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.

Estoniya Dəmir

Yollarının rəhbəri Kaido Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.

ADY VƏ RUSİYA DƏMİR YOLLARI ARASINDA

MÜHÜM RAZILAŞMA: ƏMƏLİYYATLAR RƏQƏMSALLAŞDIRILIR

Noyabrın 25-də ADY sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov arasında görüş keçirilib.

Görüş zamanı iki ölkənin dəmir yolu administrasiyaları arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, marşrutların səmərəliliyinin yüksəldilməsi və daşıma proseslərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər yükdaşımaların rəqəmsallaşdırılması, o cümlədən rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin sürətləndirilməsi və logistika zəncirinin optimallaşdırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC və “Rusiya Dəmir Yolları” ASC arasında məlumatların ikitərəfli elektron mübadiləsi haqqında saziş imzalanıb. Saziş yük daşımalarının effektivliyinin artırılmasına və rəqəmsal sənəd dövriyyəsinin həyata keçirilməsinə tam imkan verəcək.

ŞİMAL-CƏNUB DƏHLİZİNİN İNKİŞAFI

ÜZRƏ MEMORANDUM İMZALANIB

Noyabrın 25-də Bakıda ADY sədri Rövşən Rüstəmov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.

Görüşdə nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindən keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit imkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcək müvafiq addımlar müzakirə edilib.

Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama

dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanacaq.

Tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və

logistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.

Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərinin gücləndirilməsini və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şəraiti təmin edəcək.

AZƏRBAYCAN VƏ QAZAXISTAN

DƏMİR

YOLU SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI

GENİŞLƏNDİRİR

Noyabrın 25-də Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” QSC-nin rəhbər heyətləri arasında görüş keçirilib.

Görüşdə son illərdə iki ölkə arasında nəqliyyat, xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bundan əlavə, Qazaxıstan mənşəli məhsulların Bakı Limanında aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli imkanları barədə fikir

mübadiləsi aparılıb, bunun yük axınlarının daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən yükün azalmasına töhfə verəcəyi bildirilib.

ASİYA İNKİŞAF BANKININ DƏSTƏYİ İLƏ

ADY-NİN DEKARBONİZASİYASI ÜZRƏ STRATEJİ LAYİHƏYƏ START VERİLİB

“Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub. AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədi daşıyır. Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya

proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirilməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən

edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılmasında texniki dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov layihənin “Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətləri”ndə mühüm yer tutan dekarbonizasiya, rəqəmsallaşma, dəhliz rəqabətliliyi və təhlükəsizlik prioritetlərinin real fəaliyyətə transformasiyasında əhəmiyyətli rol oynadığını bildirib. ADY sədrinin sözlərinə görə, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində

strateji tranzit mərkəzinə çevrildiyi bir vaxtda layihənin əhəmiyyəti xüsusilə böyükdür:

“Orta Dəhliz və Şimal–Cənub marşrutları üzrə yük daşımalarının artması dəmir yolu sisteminin səmərəlilik, etibarlılıq və ekoloji məsuliyyət baxımından gücləndirilməsini tələb edir, dekarbonizasiya isə məhz bu imkanları daha da artırır”.

Asiya İnkişaf Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən layihə ölkənin dəmir yolu sektorunda dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm addım hesab olunur. ADB tərəfindən ayrılmış 1,25 milyon ABŞ dolları həcmində texniki yardım dəmir yolu infrastrukturunda enerji səmərəliliyinin artırılması, elektrikləşdirmə prosesinin genişləndirilməsi və emissiyaların azaldılması istiqamətində aparılan hazırlıq işlərinə şərait yaradır. Layihə çərçivəsində dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyası nəzərdə tutulur.

Dekarbonizasiya təşəbbüsü ADY üçün mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2035ci ilə qədər isə 40% azaltmaq üzrə milli hədəflərinə çatmaq istiqamətində fəaliyyətini daha da gücləndirir. Ən təmiz nəqliyyat növü kimi ölkə üzrə

ümumi emissiyalarda payının 0,5%-dən az olmasına baxmayaraq, ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam edir.

Son illərdə ADY dekarbonizasiya üzrə təşəbbüslər çərçivəsində bir sıra vacib addımlar atıb. Belə ki, son bir ildə təbii qaz istehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsi 63% elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxu elektrik lokomotivlərlə həyata keçirilib. ADY-nin qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunmuş Biləcəri və Gəncə lokomotiv depolarında 650-dən çox günəş paneli quraşdırılıb və “yaşıl enerji”nin istehsalı 2023-cü illə müqayisədə 50% artıb.

Rəqəmsallaşma sahəsində əldə edilən irəliləyişlər də ADY-nin modernləşmə prosesinin ayrılmaz hissəsini təşkil edir. AİB ilə əməkdaşlıq bu istiqaməti daha da möhkəmləndirir və şirkətə

yük əməliyyatları üçün tam elektron sənəd dövriyyəsinin, həmçinin stansiya rəisləri, yük agentləri və çəki nəzarətçiləri üçün rəqəmsal imza sistemlərinin tətbiqinə imkan verir.

Dekarbonizasiya layihəsi çərçivəsində bərpa olunan enerjinin inteqrasiyası, enerji saxlama texnologiyaları, əməliyyat səmərəliliyi və uzunmüddətli emissiya azaldılması strategiyalarını müəyyənləşdirmək üçün texniki-iqtisadi əsaslandırma həyata keçiriləcək. Nəzərdə tutulan tədbirlər dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşmasına imkan verəcək.

Qeyd edək ki, ADY-nin AİB və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı infrastrukturun modernləşdirilməsinə, dəhlizlərin inkişafına və iqlim fəaliyyətininin optimallaşdırılmasına töhfə verməklə şirkətin regional mövqeyini gücləndirir.

ADY NÜMAYƏNDƏ HEYƏTİ ÇİNDƏ

BEYNƏLXALQ FORUMDA

İŞTİRAK EDİB

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif

Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin–Avropa Dəmir Yolu Ekspresinin II Beynəlxalq Əməkdaşlıq Forumunda (“China–Europe Express Railway Cooperation Forum”) iştirak edib.

Bu forum Çin–Avropa marşrutu üzrə yükdaşımaların dayanıqlı inkişafına dəstək, Asiya və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsi, həmçinin “Kəmər və Yol” təşəbbüsünün inkişafı üçün əsas beynəlxalq müzakirə platformalarından biridir.

Forumda çıxış edən Arif Ağayev Azərbaycanın Çini təkcə strateji ticarət tərəfdaşı kimi deyil, həm də nəqliyyat və logistika sahəsində etibarlı müttəfiq kimi qiymətləndirdiyini bildirib. ADY sədrinin müavini qeyd edib ki, infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi regionlararası əlaqələrin möhkəmlənməsi, logistika proseslərinin sürətlənməsi, marşrutların şaxələndirilməsi və iştirakçı ölkələrin ixracidxal potensialının artırılmasına mühüm töhfə verir.

Forumda iştirakla yanaşı, ADY nümayəndə heyəti Çin Xalq Respublikasının “Cosco”, “Huawei” və “CCCC” şirkətlərinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, əməkdaşlıq perspektivlərini, regional yükdaşımalar və rəqəmsallaşma üçün atılacaq mümkün birgə tədbirləri müzakirə edib.

Tədbir çərçivəsində ümumi müzakirələr Çin–Avropa Dəmir Yolu Ekspresi dəhlizindən istifadə səmərəliliyinin artırılması, yükdaşıma həcminin genişləndirilməsi, müasir beynəlxalq logistika sisteminin formalaşdırılması, eləcə də Şərqlə Qərb arasında quru nəqliyyat əlaqələrinin təkmilləşdirilməsinə həsr olunub. İştirakçılar təhlükəsiz, dayanıqlı və rəqabətqabiliyyətli multimodal nəqliyyat marşrutlarının yaradılmasının “Kəmər və Yol” layihəsinin inkişafı üçün mühüm faktor olduğunu bildiriblər.

Forumun yekununda rəqəmsal məlumat mübadiləsi, tarif siyasətinin təkmilləşdirilməsi, infrastruktura investisiyaların artırılması, “yaşıl logistika” siyasətinin tətbiqi və s. istiqamətləri əhatə edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yüksək keyfiyyətli inkişafı üzrə Birgə Təşəbbüs” sənədi imzalanıb.

BAKIDA I GƏNC DƏMİRYOLÇULAR FORUMU KEÇİRİLİB

Bakıda Müstəqil Dövlətlər

Birliyinin (MDB) Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində I Gənc Dəmiryolçular Forumu keçirilib.

Forumda gənc dəmiryolçuların inkişafına dəstəyin vacibliyi vurğulanıb, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin təmin edilməsi barədə geniş müzakirələr aparılıb, həmçinin dəmiryolçu bacarıqlarının praktiki tətbiqi üzrə yarışma təşkil olunub.

Müzakirələrdən sonra MDB ölkələrinin gənclər siyasəti sahəsində əməkdaşlığı haqqında Bakı Bəyannaməsi

qəbul edilib.

Bəyannamədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın dəmiryol qurumlarının gənc mütəxəssisləri tərəfindən Şuranın müxtəlif

mədəniyyətləri təmsil edən gənclərin birgə inkişafındakı müsbət rolu yüksək qiymətləndirilib.

Sənəd çərçivəsində Şura və gənc dəmiryolçular arasında müntəzəm fikir mübadiləsinin aparılması, müasir gəncliyin maraq dairəsində olan aktual məsələlər barədə təkliflərin hazırlanması, müxtəlif tədbirlər vasitəsilə mədəni mübadilənin gücləndirilməsi, sağlamlığın təşviqi, təhsil, özünüinkişaf və gənclər siyasəti haqqında birgə proqramların həyata keçirilməsi barədə razılıq əldə edilib.

Forumda dəmiryol sənayesində gənclərin iştirakının genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi bəyan edilib.

“LOGİTRANS TÜRKİYE 2025” SƏRGİSİNDƏ

AZƏRBAYCANIN TRANZİT POTENSİALI

TƏQDİM OLUNUB

“Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkəti “ADY Express” MMC 19–21 noyabr tarixlərində İstanbulda keçirilən “Logitrans Türkiye 2025” beynəlxalq nəqliyyat və logistika sərgisində stendlə təmsil olunub.

Stenddə regional tranzit marşrutları, logistika həlləri və əməkdaşlıq imkanları barədə təqdimatlar, görüşlər və müzakirələr keçirilib. Beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə yeni layihələrin icrası və yük axınlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Sərgi çərçivəsində həmçinin ziyarətçilərə Azərbaycanın

tranzit potensialı, ölkənin nəqliyyat şəbəkəsinin Orta Dəhlizlə Çindən yük daşımaları üçün təqdim etdiyi üstünlüklər barədə geniş məlumat verilib.

Sərgi təşkilatçıları tərəfindən səmərəli fəaliyyətinə görə ADY nümayəndə heyətinə “Dəyərli tərəfdaş” nominasiyası üzrə mükafat təqdim olunub.

Qeyd edək ki, “Logitrans Türkiye” sərgisi regionun aparıcı logistika platformalarından biri hesab olunub. 20 000-ə yaxın insanın ziyarət etdiyi builki sərgidə 20 ölkədən 230-a yaxın şirkət təmsil olunub, iştirakçılar və ziyarətçilərə texnoloji həllərin nümayişi və beynəlxalq tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim edilib.

ADY İLK DƏFƏ İSTİQRAZLARIN

EMİSSİYASINA BAŞLAYIB

23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB)

Listinq Komitəsinin qərarı ilə ADY-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı həmin tarixdə başlayıb, 29 dekabr 2025-ci il tarixində bitib.

Hər birinin nominal dəyəri

100 ABŞ dolları olan 300 min ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiya prospekti Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilib.

AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçirilib.

İstiqrazların tədavül müddəti

5 il, illik faiz dərəcəsi 7%-dir. İstiqrazlar üzrə faizlər istiqrazların tədavül müddəti ərzində ardıcıl olaraq hər 90 gündən bir ödənilir.

Ödənişlər bank hesabları vasitəsilə nağdsız formada həyata keçirilir.

ƏLİRZA SÜLEYMANOV ADY-DƏ

FƏALİYYƏTİNİ BAŞA VURUB

“Azərbaycan Dəmir Yolları”

QSC-nin baş mühəndisi Əlirza Süleymanov dəmir yollarında 45 illik şərəfli və fədakar fəaliyyətini başa vurub.

Əlirza müəllimin yarım əsrlik fəaliyyəti sadəcə bir insanın ömür və karyera yolunun təqdirəlayiq mərhələsi deyil, eyni zamanda, dəmiryol tarixinin qiymətli mirasıdır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycandan kənarda təhsil almağa göndərmək üçün etibar etdiyi azsaylı mütəxəssislərdən biri olması Əlirza müəllimin vətənpərvərlik və milli ruhunun, dövlətə və dövlətçiliyə sədaqətinin ifadəsidir.

1980-ci ildən başlayaraq ömrünün 45 ilini Azərbaycan dəmir yolunun inkişafına həsr edən Əlirza müəllim çalışdığı bütün vəzifələrdə məsuliyyət, dürüstlük və əsl liderlik nümunəsi göstərib. Onun məktəbindən keçmiş peşəkar və gənc mühəndislər bu gün dəmir yollarının gələcəyini qurur.

Əlirza müəllim təkcə peşəkar dəmiryolçu deyil, həm də

əsl vətənpərvər, xalqına və dövlətinə bağlı bir şəxsiyyətdir. O, hər zaman insanlara qayğı, dostluq və birlik hisslərini aşılayıb, ətrafındakı hər kəs üçün mənəvi dayağa çevrilib.

Onu “peşəkar dəmiryolçu və yaxşı insan” adlandırırlar. Çünki işdə dəmir intizamı, işdən kənarda isə qayğıkeşliyi ilə hər zaman fərqlənib. Əlirza müəllimlə istər dəmir yolunda, istərsə də ömür yolunda birgə addımlayan hər kəs ağız dolusu onun etibarlı yol yoldaşlığından danışır.

3-cü dərəcəli “Əmək” ordeni, “Fəxri dəmiryolçu” döş nişanı, Dəmir Yolları Əməkdaşlıq

Təşkilatının “Fəxri Fərman”ı və digər yüksək mükafatlarla təltif edilməsi onun əməyinə verilən ən böyük qiymətdir.

Əlirza müəllimlə bir yerdə çalışmaq hər bir dəmiryolçu üçün həm məktəb, həm də ilham mənbəyi olub. Xidmətləri heç vaxt unudulmayacaq.

Dəmir yoluna və dövlətçiliyimizə göstərdiyi sadiq xidmətə görə Əlirza müəllimə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayırıq.

XARİCİ JURNALİSTLƏR QARABAĞ, ŞƏRQİ

ZƏNGƏZUR VƏ NAXÇIVAN MR-DƏ DƏMİR

YOLU İNFRASTRUKTURUNDA GÖRÜLƏN

İŞLƏRLƏ TANIŞ OLUBLAR

Dekabrda ABŞ-nin “The Washington Times” və Yaponiyanın “Nikkei” xəbər agentliklərinin müxbirləri Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-də dəmir yollarında görülən işlərlə tanış olublar.

İlkin olaraq Bərdə–Ağdam dəmir yolunda aparılan yenidənqurma işləri ilə tanış olan xarici jurnalistlərə yenilənən dəmir yolu xətti,

stansiya binaları, eləcə də ölkədə unikallığı ilə seçilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi haqqında məlumat verilib. İşğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Horadiz–Ağbənd dəmir yolunun müxtəlif sahələrinə də baxış keçirilib. ADY əməkdaşları jurnalistlərə tikinti işlərinin sürətlə davam etdiyi Horadiz–Ağbənd dəmir

yolunun Zəngəzur dəhlizinin reallaşdırılmasındakı rolundan, layihənin texniki parametrləri və gələcək planlar barədə ətraflı məlumat verib.

Xarici qonaqlar həmçinin Naxçıvan MR-də Salamməlik stansiyasında olublar. Burada yenidən qurulan dəmir yollarının HoradizAğbənd dəmir yolu xətti kimi regional kommunikasiyalar üçün əhəmiyyətli olduğu bildirilib. Jurnalistlər yenilənən infrastrukturla yaxından tanış olublar.

Qeyd edək ki, “The Washington Times” və “Nikkei” geniş oxucu kütləsinə malik nüfuzlu qlobal xəbər agentlikləridir. Son illərdə bu agentliklər Azərbaycanın regionda artan iqtisadi gücü və qlobal əməkdaşlıq təşəbbüsləri barədə onlarla məqalə hazırlayıb.

BAKI LİMANINDA REKORD NƏTİCƏ:

İLLİK KONTEYNER AŞIRMA TARİXDƏ

İLK DƏFƏ 100 000 TEU-YA ÇATDI

2025-ci ilin dekabr ayında

ADY-nin Bakı Beynəlxalq

Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.

Bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral

2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan

Dəmir Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid nəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir.

Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında

Bakı Limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin davamlı artmasına dəstək verir.

Görülən işlərin nəticəsi olaraq limanın yükaşırmalarında rekord göstərici əldə olunub. Bakı Limanı regionun və Orta Dəhlizin (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini

daha da artırıb. Bakı Limanı infrastruktur imkanları, texniki göstəriciləri və təcrübəli mütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyük töhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin edir.

Konteyner yükaşırmasının artım dinamikası bu nailiyyəti daha da əhəmiyyətli edir.

Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir. Car ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.

Bununla yanaşı, limanın ümumi

yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir.

Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.

Bu yüksək nəticələr Bakı Limanının regionun ən etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut

edir və Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da möhkəmləndirir. Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir.

Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük qəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

ADY 2025-Cİ İLDƏ BEYNƏLXALQ

DƏHLİZLƏR

ÜZRƏ MÖVQEYİNİ GÜCLƏNDİRİB

Azərbaycan Dəmir Yolları son illərdə beynəlxalq nəqliyyat və logistika xəritəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu baxımdan xarici əlaqələrin, o cümlədən aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlığın dərinləşdirilməsi ADY-nin strateji prioritetləri sırasında xüsusi yer tutur. Görülən işlər nəticəsində Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə

daşıma həcmlərində davamlı artım müşahidə olunur.

2025-ci ildə bu artım Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə beynəlxalq daşımalarda özünü aydın şəkildə göstərib, xüsusilə Çin–Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. 2025-ci il ərzində 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin

göstəricisi ilə müqayisədə 37 faiz çoxdur.

Bakı Limanının uğurlu inteqrasiyası

Ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında

Bakı Beynəlxalq Dəniz

Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. Prezident İlham Əliyevin Fərmanı ilə fevral ayından etibarən Liman ADY-nin strukturuna daxil

edilib. Bu inteqrasiya dəmir yolu–dəniz əməliyyatlarının vahid idarəetmə prinsipi əsasında təşkilinə geniş imkanlar yaradaraq ŞərqQərb bağlantısı üzrə logistika proseslərini əhəmiyyətli dərəcədə sürətləndirib.

İnteqrasiyanın müsbət nəticələri qısa müddətdə özünü göstərib. 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir. Ümumilikdə isə Limanda 8 milyon tondan çox yük aşırılıb. Bu fakt qəbul edilən qərarın vaxtında və düzgün olduğunu, həmçinin dəmir yolu–liman sinerjisinin effektivliyini nümayiş etdirir.

Eyni zamanda, Limanda əməliyyatların daha operativ təşkili məqsədilə Vahid Keçid Mərkəzi istifadəyə verilib. Mərkəzdə cəmləşmiş xidmət məntəqələri yük sahibləri və daşıyıcı şirkətlər üçün sənədləşmə proseslərini sadələşdirir, vaxt itkilərini minimuma endirir və tranzit əməliyyatlarının ümumi səmərəliliyini artırır.

Sian Limanında ilk nümayəndə və konteyner meydançası

Beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə 2025-ci ilin iyul ayında ADY rəhbərliyinin Çin Xalq Respublikasına işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində ilk dəfə

olaraq Çinin Sian Limanında ADY-nin rəsmi nümayəndəsi təyin edilib və illik 20 min TEU yükaşırma gücünə malik konteyner meydançası açılıb. Bu addım Çin–Azərbaycan–Avropa marşrutu üzrə daşımalarda koordinasiyanın gücləndirilməsinə və əməliyyatların operativliyinin artırılmasına xidmət edir.

Səfər zamanı ADY ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti üzrə daşımaların artırılması, marşrutun ötürmə qabiliyyətinin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. BTQ xətti ilə bağlı daha bir Memorandum isə oktyabr ayında Qazaxıstana səfər çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyaları ilə imzalanıb. Bu razılaşmalar Orta Dəhlizin əsas seqmentlərindən

olan BTQ-nin səmərəli fəaliyyətinə imkan yaradır. Ötən il Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinə qoşulub. Bu addım Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm addım kimi qiymətləndirilir.

Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC və Çinin Sian Limanı arasında beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirləri əhatə

edən Anlaşma Memorandumu imzalanıb.

2025-ci ildə ilk dəfə Zirə Limanından dəmir yolu ilə tranzit yüklərin daşınmasına başlanılıb. Mərkəzi Asiyadan göndərilmiş kükürd yükü qatarla Avropa istiqamətinə yola salınıb.

Beynəlxalq dəhlizlər üzrə əməkdaşlığın gücləndirilməsi

Bakıda region ölkələri arasında beynəlxalq dəhlizlər üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edən bir sıra tədbirlər keçirilib. Martda “TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib. Orta Dəhlizlə yük nəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin və rəqəmsal həllərin tətbiqinin vacibliyinin vurğulandığı tədbirdə “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlər imzalanıb.

Azərbaycanın regional nəqliyyat xəritəsində güclənən mövqeyinin məntiqi nəticələrindən biri də ötən ilin noyabrında Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasının keçirilməsi olub. İclas çərçivəsində regional əməkdaşlığın genişləndirilməsi üzrə mühüm müzakirələr aparılıb. Xüsusilə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı

üzrə Rusiya və İran dəmir yolu şirkətləri ilə Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, Rusiya tərəfi ilə əməliyyat proseslərinin rəqəmsallaşdırılması üzrə razılaşmalar əldə edilib. Digər tərəfdaşlarla da qarşılıqlı maraq doğuran istiqamətlər üzrə danışıqlar aparılıb.

Noyabrda həmçinin

Azərbaycanın sədrliyi ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin Ümumi Yığıncağı keçirilib. Tədbir çərçivəsində iştirakçı ölkələrlə geniş müzakirələr aparılıb, Orta Dəhlizin cənub qanadı hesab edilən və Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni əhatə edən bu marşrut üzrə əməkdaşlıq mexanizmləri razılaşdırılıb.

ADY tərəfindən 2025-ci ildə 300 vaqon alınaraq qatar

parkına daxil edilib. Aprel ayında isə Çinin “CRRC Ziyang Co., Ltd” şirkətindən 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması ilə bağlı müqavilə imzalanıb. Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır. Lokomotivlərin xüsusən beynəlxalq dəhlizlər üzrə artan yükdaşımalara xidmət məqsədilə istifadəsi nəzərdə tutulur.

Ümumilikdə ADY-nin beynəlxalq tərəfdaşlıq, dəhlizlərin inkişafı və liman–dəmir yolu inteqrasiyası üzrə həyata keçirdiyi tədbirlər Azərbaycanın regionun əsas logistika və tranzit mərkəzlərindən biri kimi nəqliyyat potensialının uzunmüddətli perspektivdə daha da güclənməsinə zəmin yaradır.

NAXÇIVAN MR-DƏ DƏMİR YOLUNUN

TİKİNTİ-BƏRPA

İŞLƏRİNƏ

BAŞLANILDI

“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.

Tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.

Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut olaraq qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.

ADY İNFRASTRUKTURUN DAYANIQLI

İNKİŞAFI ÜÇÜN İRİMİQYASLI LAYİHƏLƏR

HƏYATA KEÇİRİR

Azərbaycan Dəmir Yolları ölkənin nəqliyyat-logistika sistemində strateji əhəmiyyət daşıyan layihələrin icrasını 2025-ci ildə də ardıcıl şəkildə davam etdirib. Həyata keçirilən əsas infrastruktur layihələri Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunun möhkəmləndirilməsinə, tranzit potensialının artırılmasına və ölkədaxili əlaqələrin bərpasına xidmət edir.

2025-ci ilin mühüm infrastruktur layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun layihələndirilməsinin yekunlaşması və tikinti işlərinə başlanması olub. Məqsəd

müasir tələblərə cavab verən dəmir yolu şəbəkəsinin qurulmasıdır. Hazırda Salamməlik stansiyasının yaxınlığında, Azərbaycan–Ermənistan sərhədində dəmir yollarının inşası davam etdirilir. Layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 800-dən çox mühəndis qurğusu, o cümlədən 29 körpü və 4 tunelin tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttinin uzunluğu 194.1 km, yan yollarla birlikdə 264 km təşkil edir.

Layihə tamamlandıqdan sonra Naxçıvan MR-də dəmir yollarının illik yükötürmə gücü 15 milyon ton təşkil edəcək. Bərpası aparılan bu xətt Ermənistan ərazisində TRIPP marşrutu, digər tərəfdən isə

hazırda tikintisi davam edən Horadiz–Ağbənd dəmir yolu ilə birləşəcək. Bu üç əsas infrastruktur komponentinin inteqrasiyası nəticəsində

Zəngəzur dəhlizi yeni regional nəqliyyat arteriyası kimi formalaşacaq.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi bir tərəfdən Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən nəqliyyat blokadasının aradan qaldırılmasına, digər tərəfdən isə bölgənin iqtisadi və sosial inkişafının sürətlənməsinə imkan yaradacaq. Eyni zamanda, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutları üzrə Azərbaycan ərazisindən keçən tranzit axınlarını əhəmiyyətli dərəcədə artıracaq.

Bu proseslər Prezident İlham Əliyevin regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin edilməsi, nəqliyyatkommunikasiya xətlərinin açılması istiqamətində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. 2025-ci ilin avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar regionun yeni geosiyasi və iqtisadi mərhələyə keçidinin başlanğıcıdır.

Həmçinin Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işləri davam etdirilir. Dəmir yolu xəttinin layihələndirilməsinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 70%-i yerinə yetirilib. Dəmir yolunun uzunluğu 110.4 km, yan yollarla birlikdə 140.6 km təşkil edir. Layihə çərçivəsində 8 stansiya, 594 mühəndis qurğusu, o cümlədən 40 körpü və 4 tunelin tikintisi nəzərdə tutulur.

Beynəlxalq nəqliyyat dəhlizlərinin texniki imkanlarının artırılması da ADY-nin əsas prioritetlərindən biridir. Şərq–Qərb dəhlizinin əsas seqmentlərindən olan Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan (AC) sisteminə keçid 2025-ci ildə uğurla tamamlanıb və 122 km xətt boyunca yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib.

Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azaldılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.

Bundan əvvəl Böyük

Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək.

Paralel olaraq, ADY tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə infrastrukturun modernləşdirilməsi işləri aparılır. Bu dəhlizin mühüm seqmentlərindən olan Sumqayıt–Yalama dəmir yolu xəttinin (363.94 km) yenidən qurulması tamamlanıb. Həmçinin Rusiya ilə sərhəddə yerləşən Yalama stansiyasının təmir-bərpa işləri görülüb. Layihə çərçivəsində Yalama-2 stansiyasının inşası nəzərdə tutulur.

Ələt–Osmanlı–Astara dəmir yolu xəttində isə əsaslı təmir işləri davam etdirilir. Dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i, tikintiquraşdırma işlərinin (Ələt–Osmanlı hissəsi) isə 48%-ə yaxını yerinə yetirilib, Kür çayı üzərində körpünün inşası başa çatıb. Ələt–Osmanlı–Astara xətti üzrə işlərin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Eyni zamanda, İran İslam Respublikası ərazisində yerləşən Astara Terminalında tikinti işləri davam etdirilir. Terminalın layihələndirilməsinin 95%-i, tikinti-quraşdırma işlərinin 86.4%-i bitib. Layihənin icrası üzrə 7 ədəd körpünün tikintisi nəzərdə tutulub, o cümlədən Baxçasaray körpüsü üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb, Kəmərbəndi körpüsünün inşası işlərinin 83 faizi görülüb. Ümumilikdə Astara Terminalında işlərin ilin birinci rübündə başa çatdırılması gözlənilir.

Bu layihələrin icrası Şimal-Cənub marşrutu üzrə daha böyük tranzit

həcmlərinin cəlb olunmasına və daşımaların səmərəliliyinin artırılmasına şərait yaradır.

Beynəlxalq dəhlizlərdə Azərbaycanın rolunun gücləndirilməsi ilə yanaşı, ADY ölkədaxili dəmiryol şəbəkəsinin də genişləndirilməsini davam etdirir. Ötən il Bərdə–Ağdam xəttinin əsaslı təmiri və bərpası, Bərdə və Köçərli stansiyalarının, Təzəkənd dayanacağının istifadəyə verilməsi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı ilə Qarabağ iqtisadi zonasının dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün mühüm addım atılıb. Artıq Bakıdan Ağdama və əks istiqamətə müntəzəm qatar reysləri həyata keçirilir.

Bərdə–Ağdam xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi davam etdirilir. Xətt üzrə layihələndirmə işlərinin 82%-i, tikinti-quraşdırma işlərinin 30%-i yerinə yetirilib.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran, Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 123 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Ötən il iyulun 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, sahəsi 6,4 hektar olan Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası aparılacaq. Ümumilikdə tikinti işlərinin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

ADY “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq mövcud sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi məqsədilə tədbirləri davam etdirir. O cümlədən Abşeron dairəvi dəmiryol marşrutu üzrə dəmiryol xəttinin qatarburaxma, eləcə də sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların

istismara buraxılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə Dərnəgül stansiyasında tikinti işləri sürətlə davam etdirilir. Artıq tikinti işlərinin 58 faizi yekunlaşıb.

Bundan başqa, Dövlət

Proqramına əsasən, 2026–2028-ci illərdə

Bakıxanov–Binə–Qala, 2026–2027-ci illərdə Yeni Suraxanı–Hövsan və 2028–2030-cu illərdə

Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdilir.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar 2025-ci il ərzində 28.7 km yol əsaslı təmir olunub, 19.6 km hava elektrik verilişi xətləri, 39.1 km boyunca rabitə və işarəvermə qurğularının hissələri yenilənib.

Beləliklə, 2025-ci ildə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın dəmir yollarını regionun əsas nəqliyyat dayaqlarından birinə çevirməklə ölkənin tranzit, logistika və iqtisadi potensialının uzunmüddətli perspektivdə daha da güclənməsini, eyni zamanda, ölkədaxili xidmətlərin səviyyəsinin yüksəlməsini təmin edir.

SƏRNİŞİNDAŞIMADA YENİ REKORD: 10 MİLYON SƏRNİŞİN

Azərbaycan Dəmir Yollarının sərnişindaşıma fəaliyyətində növbəti rekord qeydə alınıb.

2025-ci ildə ADY-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.

ADY-nin Sərnişin daşımaları departamentinin rəhbərliyi və nümayəndələri Bakı Dəmiryol Vağzalında 10 milyonuncu sərnişin Xuraman Layıcovanı təbrik edib, ona sertifikat və xatirə hədiyyələri təqdim ediblər.

Sərnişin göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirərək ADY-nin müasir qatarları ilə rahat və təhlükəsiz səfərlərin onu dəmir yolu nəqliyyatından müntəzəm istifadə etməyə həvəsləndirdiyini qeyd edib.

Son illərdə ADY-də həyata keçirilən ardıcıl layihələr sərnişindaşıma göstəricilərində davamlı artımı təmin edib.

Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci

ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir.

2025-ci il ərzində marşrut şəbəkəsinin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi sərnişin axınının artmasında mühüm rol oynayıb.

Belə ki, Bakı–Balakən–Bakı marşrutunun bərpa edilməsi, Bakı–Ağstafa–

Bakı marşrutunun Qazax stansiyasınadək uzadılması, 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı istiqamətində reyslərin istifadəyə verilməsi, eləcə də ilk dəfə Gəncə–Mingəçevir xətti üzrə müasir qatarlarla sərnişindaşıma xidmətinin təşkili dəmir yollarını müntəzəm səyahət seçiminə çevirib.

Eyni zamanda, Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması nəticəsində iş günlərində reyslərin sayı 103-ə çatdırılıb. Bu tədbirlər nəticəsində gündəlik sərnişindaşıma 42 min nəfəri ötüb ki, bu da ADY-nin şəhərətrafı daşımalar tarixində daha bir rekord göstərici hesab olunur.

ADY sərnişin daşımalarının təhlükəsiz və səmərəli

təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qatar heyətinin peşəkar bilik və bacarıqlarının

davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

ADY 2025-Cİ İLDƏ

SƏRNİŞİNDAŞIMA XİDMƏTLƏRİNİ

GENİŞLƏNDİRDİ

Azərbaycan Dəmir Yolları sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və coğrafiyasının genişləndirilməsi məqsədilə ardıcıl və sistemli addımlar atmağa davam edir. Son illər həyata keçirilən infrastruktur layihələri, yeni marşrutların istifadəyə verilməsi və hərəkət tərkibi parkının yenilənməsi nəticəsində daha rahat, təhlükəsiz və əlçatan səyahət imkanları təmin edilir.

2025-ci il bu baxımdan ADY-nin fəaliyyətində mühüm yeniliklərlə yadda qaldı.

Qarabağa qatarla səfərlər bərpa olundu

10 may tarixində, Ümummilli

Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə

Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı keçirilib. Kompleks Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir. İlin əsas hadisələrindən biri 32 ildən sonra Qarabağa qatarla səfərlərin bərpası olub. Bərdə–Ağdam dəmir yolu xəttinin yenidən qurulmasından sonra Bakı–Ağdam–Bakı

marşrutu üzrə həftəsonları hər iki istiqamətdə müntəzəm reyslər təşkil edilir. Bu, Böyük Qayıdış proqramının icrasına mühüm töhfə verir. Daxili İşlər Nazirliyinin rəqəmsal platforması ilə inteqrasiya sayəsində Ağdama bilet almış sərnişinlər üçün icazələrin alınması avtomatik həyata keçirilir.

ADY tərəfindən Bərdə–Ağdam xəttinin davamı olaraq Ağdam–Xankəndi dəmir yolu xətti və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası işləri aparılır. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması gözlənilir. Bu xətt üzərində Əsgəran və

Xocalı stansiyalarının da inşası nəzərdə tutulur.

İlk regiondaxili marşrut

2025-ci ildə ilk dəfə olaraq

Bakı şəhərindən kənarda –Gəncə–Mingəçevir marşrutu üzrə müasir elektrik qatarları ilə regiondaxili sərnişindaşıma xidmətinə start verilib.

Yeni marşrut regionlararası əlaqələrin gücləndirilməsi ilə yanaşı, Gəncə və Mingəçevir şəhərləri arasında gündəlik hərəkətin daha sürətli və komfortlu təşkilinə imkan yaradır. Layihənin uzunmüddətli perspektivdə bölgənin iqtisadi fəallığının artmasına, turizm potensialının genişlənməsinə və əhalinin mobilliyinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.

2026-cı ilin əvvəllərində daha bir regiondaxili marşrut – Gəncə–Qəbələ–Gəncə marşrutu istifadəyə verilib.

Sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə atılan digər mühüm addım 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə gecə reyslərinin bərpası olub. Növbəti mərhələdə Bakı–Ağstafa marşrutu Qazax stansiyasına qədər uzadılıb və bu istiqamətdə ilk dəfə müasir sərnişin qatarları ilə səfərlər təşkil edilib. Yeni marşrutlar paytaxtla şimal-qərb və qərb bölgələri arasında nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, alternativ və dayanıqlı nəqliyyat növü kimi dəmir yolunun rolunu daha da

gücləndirib.

Ötən il ölkə boyu dəmiryol infrastrukturunun yenilənməsi çərçivəsində Yevlax və Mingəçevir stansiyalarında yeni VIP zallar, Gəncə vağzalında isə VIP zal daxilində VVIP zal istifadəyə verilib.

Abşeron dairəvi marşrutu təkmilləşdirilir

Paytaxt və ətraf ərazilərdə sərnişin tələbatının artması fonunda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə xidmətlərin intensivliyinin artırılması üçün müvafiq addımlar atılıb. İş günlərində bu marşrutla müntəzəm reyslərin sayı 103-ə çatdırılıb. Nəticədə, pik günlərdə gündəlik sərnişin sayı 42 min nəfəri ötüb ki, bu da Abşeron dairəvi marşrutu üzrə rekord göstərici hesab olunur. Artan reys sayı sərnişinlərin pik saatlarda daha rahat və vaxtında hərəkətini təmin etməklə avtomobil nəqliyyatının yükünün azaldılmasına da müsbət təsir göstərir.

Şəhərətrafı qatar səfərlərinin daha rahat təşkili üçün

Abşeron dairəvi dəmir yolu üzrə Xırdalan dayanacağı və Biləcəri stansiyasında yeni turniket zalları, balans artırma köşkləri, səsləndirmə sistemləri və monitorlar istifadəyə verilib, həmçinin Məmmədli dayanacağında sərnişin sıxlığı nəzərə alınaraq turniket sayı artırılıb, Bakı Dəmiryol Vağzalında isə turniketlər yenilənib.

Artan sərnişin məmnuniyyəti

Görülmüş işlərin ümumi nəticəsi olaraq il ərzində

daşınan sərnişin sayında yeni rekord qeydə alınıb. Belə ki, 2025-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərilərək dəmir yolları tarixində yeni nailiyyətə imza atılıb. Artan sərnişin axını dəmir yolunun seçimlər arasında əsas nəqliyyat növü kimi ön sırada dayandığını, həyata keçirilən layihələrin səmərəli olduğunu göstərir.

Müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində ötən il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri sərnişindaşımada xidmət səviyyəsinin yüksəldiyini göstərir. Belə ki, əyani sorğularda 84,3%, rəqəmsal sorğularda 78,8%, korporativ müştərilər arasında sorğuda isə 100% məmnuniyyət səviyyəsi qeydə alınıb.

İnfrastrukturun gücləndirilməsi

ADY xidmətlərin davamlı təkmilləşdirilməsi məqsədilə infrastruktur layihələrini də paralel şəkildə icra edir.

Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun daha da sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlılığının təmin edilməsi üçün Bakı–Keşlə sahəsində əsaslı təmir işləri aparılıb.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Abşeron dairəvi marşrutunun

inkişafı davam etdirilir. Şəhərətrafı nəqliyyat mobilliyinin gücləndirilməsi məqsədilə Dərnəgül dayanacağı inşa olunur. Yeni dayanacaq sərnişin axınının daha səmərəli idarə olunmasına və nəqliyyat qovşaqlarının funksionallığının artırılmasına imkan verəcək.

ADY-nin sərnişindaşıma sahəsində həyata keçirdiyi bu tədbirlər ölkədə dəmir yolunun müasir, tələbatlı və mobillik baxımdan əlverişli nəqliyyat növü kimi mövqeyini daha da möhkəmləndirir.

Şirkət qarşıdakı dövrdə də xidmət keyfiyyətinin yüksəldilməsi, yeni marşrutların açılması və sərnişin məmnuniyyətinin artırılması istiqamətində yeni layihələr həyata keçirəcək.

TƏLƏBƏLƏR MİNGƏÇEVİR–GƏNCƏ

QATARI İLƏ SƏFƏR ETDİLƏR

Müasir qatarlar tələbələr üçün həm sürətli çatdırılma, həm də yolda vaxtı səmərəli dəyərləndirmək imkanı deməkdir.

Mingəçevirdən Gəncəyə ilk dəfə qatarla yola düşən Oqtay bu təcrübəsini belə təsvir edir:

“Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin “Kimya-biologiya müəllimliyi” ixtisasının 4-cü kurs tələbəsiyəm. Hazırda Gəncə Dövlət Universitetinin yataqxanasında qalıram. Nəqliyyat bizim üçün çox önəmlidir.

Bu mənim qatarla ilk səfərim idi. Qatarla getməyimiz çox əlverişlidir – komfort, qidalanma, asudə vaxtı daha səmərəli istifadə etmək. Məsələn, mənim dərslərim var idi və onu qatarda hazırlamaq mümkündür.

Qatarla səyahət çox xoş idi”.

Videonu izləmək üçün QR kodu oxudun

350 MİN NƏFƏR BİR TOXUNUŞLA

SƏFƏR EDİR

“ADY Mobile” tətbiqinin rəqəmsal həlləri artıq 350 mindən çox istifadəçi üçün əlçatandır.

Hər gün böyüyən bu ailəyə qoşulmaq üçün tətbiqi “App Store” və ya “Google Play”dən yükləmək olar.

ADY-DƏ

HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİNƏ

DAİR İCLAS KEÇİRİLİB

ADY-də 2025-ci il üzrə hərəkətin təhlükəsizliyi ilə bağlı iclas keçirilib.

İclasda 2024-cü illə müqayisədə 2025-ci ildə hərəkətin təhlükəsizliyi sahəsində irəliləyişlərə nail olunduğu, ümumi baş vermiş hadisələrin sayının 22% azaldığı qeyd olunub.

Eyni zamanda, xüsusi xəta hadisələrinin 3 dəfə azaldığı bildirilib.

Görülmüş tədbirlər nəticəsində 2015-ci ildən bu günə qədərki 10 illik dövr ərzində hadisələrin ümumi sayının 2 dəfədən çox azaldığı təsdiqlənib.

İclasda həmçinin SƏTƏM və

mühafizə sahələri üzrə ötən ilin statistik göstəriciləri, il ərzində həyata keçirilmiş tədbirlər və sahələr üzrə 2026-cı ildə icra edilməkdə olan fəaliyyətlər barədə təqdimatlar edilib.

Bundan başqa, dəmiryol təsərrüfatı və infrastruktur obyektlərinin saxlanılması, stansiya və struktur bölmələrində hərəkətin təhlükəsizliyinin təmin olunması, eləcə də ətraf mühit və texniki təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı vəziyyət müzakirə edilib.

Qış mövsümündə təhlükəsiz iş mühitinin gücləndirilməsi

məqsədilə sərnişindaşıma və yükdaşıma sahələrində qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, işçilərin hərəkət və texniki təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsinin artırılmasının vacibliyi qeyd olunub və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİNİN

ARTIRILMASI ÜÇÜN İNSİDENTLƏRİN İDARƏ EDİLMƏSİ SİSTEMİ TƏKMİLLƏŞDİRİLİR

Azərbaycan Dəmir Yollarının regionda etibarlı nəqliyyat qovşağına çevrilməsi yolunda atılan hər bir addımın mərkəzində təhlükəsizlik dayanır. Məhz bu yanaşma ADY-nin sərnişin və yükdaşıma xidmətlərini təhlükəsiz, etibarlı və müasir standartlar əsasında quraraq regional və beynəlxalq miqyasda etimad qazanmasına imkan verir.

ADY əməkdaşların, sərnişinlərin və yüklərin təhlükəsizliyini əsas tutaraq davamlı şəkildə bu sahədə addımlar atır və yeniliklər aparır. Potensial risklərin vaxtında müəyyənləşdirilməsi, onların təsirinin qiymətləndirilməsi

və azaldılması üçün hərtərəfli risk idarəetmə mexanizmləri tətbiq olunur. 2025-ci ildə hərəkətin təhlükəsizliyi üzrə rəqəmsallaşma və idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir çox işlər görülüb, həmçinin insidentlərin idarə edilməsi sistemi daha da təkmilləşdirilərək əhatə dairəsi genişləndirilib. Yeni stansiyalar və məsul şəxslər bazaya daxil edilib. Nəticə olaraq hərəkətin təhlükəsizliyinə mane olan halların vaxtında aşkar edilməsi və həlli daha da sürətlənib, hesabatlıq və əməliyyat şəffaflığı artıb.

Həmçinin diaqnostik nöqsanların mərkəzləşdirilmiş qaydada inteqrasiyası və

effektiv idarə olunması məqsədilə yeni funksional modul istifadəyə verilib.

Dəmir yollarında hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri kənar müdaxilədir. Azərbaycan Dəmir Yolları da kənar müdaxilələrin təsirini ən aşağı səviyyəyə salmaq üçün davamlı maarifləndirmə işləri görür, infrastrukturda yenilənmələr aparır.

Lakin təhlükəsizlik sahəsində insan davranışı hələ də əsas risk mənbələrindən biri olaraq qalır. Diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur.

2025-ci ildə ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər. Lakin 18 dəfə toqquşma qaçılmaz olub. Nəticədə 8 nəfər həyatını itirib (2024-cü ildə bu göstərici 11 nəfər olub), 10 nəfər isə müxtəlif xəsarətlər alıb.

2024-cü illə müqayisədə təcili tormozlama halları iki dəfə artsa da, toqquşma sayında artım yoxdur.

2025-ci ildə hərəkətdə

olan qatarlara 46 dəfə daş atılıb. Lakin nəzərə almaq lazımdır ki, 2025-ci ildə ADY qatarları daha çox məsafə qət edib. Məsələn, 2025-ci ilin sentyabrında ADY-nin sərnişin qatarları 2688 reys həyata keçirib, 206 686 kilometr hərəkət edib. 2024-cü ildə isə bu rəqəm müvafiq olaraq 1711 reys və 138 465 kilometr olub.

Hərəkətin təhlükəsizliyinə mane olan məqamlardan biri də qatarların qarşısına nəzarətsiz buraxılan heyvanların çıxmasıdır. Ötən il 61 dəfə toqquşma qaçılmaz olub, bu da həm heyvan tələfatı, həm də qatarlara ciddi ziyan dəyməsi ilə nəticələnib. 49 dəfə yola kənar əşya qoyulduğu üçün qatarın hərəkəti dayandırılıb. Bu hadisələr arasında ən çox rast gəlinən hal relslər üzərinə daş düzülməsidir.

ADY-nin sahəsinə aid olan dəmiryol keçidlərində baş vermiş toqquşma hadisələrinin sayı 2024-cü illə müqayisədə ötən il 13 faiz azalıb. 2025-ci ildə 23 hadisə baş verib və 5 nəfər xəsarət alıb.

2026-cı ildə təhlükəsizlik

ADY-nin dəyərlər sistemində dəyişməz prioritet olaraq qalır. Əvvəlki illərdə olduğu kimi, dəmiryol ətrafında yaşayanlar, dəmiryol yaxınlığında yerləşən məktəblərin şagirdləri və keçidlərdən istifadə edən insanların maarifləndirilməsi üçün tədbirlər davam etdiriləcək.

Dəmiryol keçidlərində əlavə

məlumatlandırıcı bilbordların yerləşdirilməsi, infrastrukturda yenilənmələrin aparılması, paytaxt və bölgələrdəki məktəblərdə təlimlərin keçirilməsi, sosial mediada və qatarlarda maarifləndirmə işlərinin aparılması planın bir hissəsidir.

Təhlükəsiz hərəkət, etibarlı xidmət və davamlı inkişaf ADY-nin bölgədə qlobal nəqliyyat qovşağına çevrilməsi yolunda əsas yol xəritəsidir.

ADY MÖVSÜM DƏYİŞİKLİYİ ZAMANI

TƏHLÜKƏSİZLİYİ DAHA DA GÜCLƏNDİRİR

ADY-də sürücülərə və Dəmir

Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə yanğınsöndürmə üzrə praktiki təlim keçirilib.

İştirakçılar həm nəzəri biliklər əldə edib, həm də real yanğın vəziyyətində odsöndürən balonlardan düzgün istifadəni öyrəniblər.

Bu təlimlər nəqliyyat sektorunda həyati əhəmiyyətli təhlükəsizlik bacarıqlarının formalaşması baxımından vacibdir.

STRUKTUR

BÖLMƏLƏRDƏ YANĞIN

TƏHLÜKƏSİZLİYİ ÜZRƏ

PRAKTİKİ TƏLİMLƏR

KEÇİRİLİB

2025-ci il ərzində ADY-nin müxtəlif struktur bölmələrində yanğın təhlükəsizliyi sahəsində praktiki təlimlər keçirilib.

Sözügedən təlimlərin əsas məqsədi işçilərin yanğın təhlükəsizliyi üzrə bilik və bacarıqlarının artırılması, fövqəladə hallara operativ

və düzgün reaksiya vermə qabiliyyətinin formalaşdırılması olub.

İl ərzində ümumilikdə 6119 nəfər əməkdaş təlimlərə cəlb olunub.

Praktiki təlimlər Bakı, Qəbələ, Qızılca, Naxçıvan, Şəki, İmişli, Yevlax, Ağstafa, Hacıqabul, Salyan və digər regionları əhatə edib.

ADY-DƏ RƏQƏMSALLAŞMA: ƏMƏLİYYAT SƏMƏRƏLİLİYİNDƏN

DAYANIQLI GƏLƏCƏYƏ

Azərbaycan Dəmir Yolları fəaliyyətində rəqəmsal transformasiyanı prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Son illərdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində kağız əsaslı ənənəvi proseslər mərhələli şəkildə rəqəmsal platformalarla əvəzlənir, əməliyyatlar daha çevik, şəffaf və səmərəli şəkildə həyata keçirilir.

Bu istiqamətdə atılan mühüm addımlardan biri 2025-ci ildə yeni elektron xidmət portalının (portal.ady.az) istifadəyə

verilməsi olub. Yeni platforma vasitəsilə vətəndaşlar, yük sahibləri və tərəfdaş qurumlar müraciətlərin təqdim edilməsi, sorğuların izlənməsi və cavabların əldə olunması kimi prosesləri tam onlayn formada icra edə bilirlər. Bununla da sənəd dövriyyəsində insan amili minimuma endirilib, vaxt itkisi və inzibati proseslər əhəmiyyətli dərəcədə azalıb. Həmçinin ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha

sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. Artıq istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün mövcud identifikasiya vasitələrindən (SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmza) istifadə edə bilirlər.

Daxili daşımalarda kağızsız əməliyyatlara tam keçid

Rəqəmsallaşma prosesi xüsusilə yükdaşıma əməliyyatlarında özünü aydın şəkildə göstərir. ADY yük daşımalarının operativliyinin artırılması və məlumat mübadiləsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkədaxili daşımalarda elektron sənəd dövriyyəsinə keçidi tam həcmdə təmin edib, elektron imza tətbiq olunub. Daşıma ilə bağlı sənədlərin elektron imza vasitəsilə rəsmiləşdirilməsi ekspeditorlar və logistika tərəfdaşları üçün prosesi daha sürətli və təhlükəsiz edib. Artıq ekspeditorlar iş yerlərindən birbaşa, uzaqdan, sürətli və təhlükəsiz şəkildə zəruri sənədləri imzalaya, müştərilər isə yüklərin qəbulunu şəxsən

iştirak etmədən, məsafədən təsdiqləyə bilirlər. Bu isə həm əməliyyat vaxtının, həm məlumat itkisi risklərinin, həm də logistika zəncirində fasilələrin azalmasına imkan yaradır.

ADY-nin rəqəmsal həlləri yük sahibləri üçün “bir pəncərə” prinsipi əsasında xidmətlərin təqdim olunmasını genişləndirir. Rəqəmsal alətlər vasitəsilə yüklərin qeydiyyatı, daşıma prosesi və sənədləşmə real vaxt rejimində izlənilir. Bu yanaşma beynəlxalq tranzit daşımalarında etibarlılığın və rəqabətqabiliyyətinin artırılmasına xidmət edir.

2025-ci ildə “ADY Smart” platformasında edilən mühüm yeniliklərlə də yadda qaldı – müqavilələrin bağlanması, yüklərin izlənməsi və sənədləşmə proseslərinin rəqəmsal idarə olunması sayəsində logistika proseslərinin tam rəqəmsal nəzarəti və sənədləşdirilməsi təmin olundu.

Beynəlxalq nəqliyyat dəhlizlərinin idarə olunması çərçivəsində ADY tərəfindən “Control Tower” adlı ixtisaslaşdırılmış İT platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Bu, logistika marşrutlarını real vaxt rejimində izləməyə və optimallaşdırmağa, əməliyyat məlumatlarını təhlil etməyə, eləcə də çatdırılma proseslərinin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə operativ qərarlar qəbul etməyə imkan verəcək

mərkəzləşdirilmiş idarəetmə sistemidir. Layihə çərçivəsində tərəfdaşlarla birgə izləmə və nəzarət (“Track and Trace”) modulunun tətbiqi nəzərdə tutulub ki, bu da dəhliz boyunca yükdaşımaların tam şəffaflığını təmin edəcək.

Sərnişindaşımada yeniliklər

Rəqəmsallaşma sərnişindaşıma sahəsində də mühüm nəticələr verib. Onlayn bilet satışının payı davamlı şəkildə artır. Hazırda rayonlararası istiqamətlərdə səfər edən sərnişinlərin təxminən 80 faizi biletləri ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə edir. Bu, sərnişinlərə vaxt və resurslara qənaət etməklə yanaşı, kassalarda növbələrin azalmasına, biletlərin növbəsiz, daha rahat

şəkildə alınmasına və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olub.

Mobil tətbiq və onlayn platformalar vasitəsilə sərnişinlər marşrutlar, qrafiklər, biletin mövcudluğu və digər xidmətlər barədə operativ məlumat əldə edə bilirlər. Bu da müasir istifadəçi tələblərinə cavab verən, müştəriyönümlü xidmət modelinin formalaşmasına imkan yaradır.

Rəqəmsallaşma dayanıqlı nəqliyyat sisteminə xidmət edir

Rəqəmsallaşma ADY-nin ikinci Dayanıqlılıq Hesabatının əsas mövzularından biri kimi müəyyən edilib. Çünki rəqəmsal dəmir yolları yalnız əməliyyat səmərəliliyini

deyil, eyni zamanda, ekoloji və sosial dayanıqlılığı təmin edən əsas faktorlardandır. Kağız istehlakının azalması, fiziki səfərlərin və əməliyyat vaxtının minimuma endirilməsi karbon izinin azaldılmasına da müsbət təsir göstərir.

ADY-nin rəqəmsallaşmasının qarşıdakı dövründə rəqəmsal xidmətlərin spektrinin artırılması, məlumatların analitik təhlili və avtomatlaşdırılmış qərarvermə mexanizmlərinin tətbiqi planlaşdırılır.

Beləliklə, ADY-də rəqəmsallaşma təkcə texnoloji yenilənmə deyil, daha şəffaf, dayanıqlı və müasir nəqliyyat sisteminə keçidin əsas dayağı kimi çıxış edir. Şirkət bu missiyanın icrasını gələcək illərdə də prioritet istiqamət kimi davam etdirməyi hədəfləyir.

Rəqəmsallaşma ilə yanaşı, dəmir yollarında ekoloji məsuliyyət də gücləndirilir.

Dəmir yolları dünyanın ən təmiz, ekoloji nəqliyyatlarından biridir. ADY-nin elektrik qatarlarının keçdiyi ərazilər karbon tullantılarına məruz qalmır. İnfrastruktur obyektlərində istifadə edilən günəş panelləri ilə 50% daha çox təmiz enerji əldə edilib, təbii qaz istehlakında 50% azalma qeydə alınıb, dəmir yolu şəbəkəsinin 63%-i elektrikləşdirilib, son dövrlərdə yükdaşımaların 80%-dən çoxu elektrik lokomotivlərlə həyata keçirilib.

Ölkə üzrə ümumi emissiyalarda dəmir yolu nəqliyyatının payının 0,5%-dən az olmasına baxmayaraq, ADY dekarbonizasiya təşəbbüslərini fəal şəkildə dəstəkləməyə davam edir. Bu məqsədlə bu yaxınlarda Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olunub. Bu baxımdan, ADY Qafqaz və Mərkəzi Asiyada AİB ilə

hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

Aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidi sürətləndirəcək bu layihə çərçivəsində texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Dizel əsaslı hərəkət tərkibindən mərhələli şəkildə imtina edilməsi, bərpa olunan enerji mənbələrinin, xüsusilə günəş enerjisinin stansiya və xidmət sahələrinə inteqrasiyası ilə dəmir yollarının “net-zero”, yəni tam karbonsuz nəqliyyat növü kimi formalaşdırılması nəzərdə tutulur.

ADY rəqəmsallaşma

strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə rəqəmsal həllər tətbiq etməyə davam edəcək.

Dərnəgül dayanacağının tikintisi

ADY ƏMƏKDAŞLARI “FƏXRİ FƏRMAN”LA TƏLTİF EDİLİB

Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə təltif olunan əməkdaşlarımıza medallar təqdim olunub.

Əməkdaşlarımıza medallar rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən təqdim edilib.

Qeyd edək ki, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Bundan başqa, rabitə və İT sahəsi işçilərinin peşə bayramı

münasibətilə uzunmüddətli, səmərəli fəaliyyətlərinə və sahənin inkişafına verdikləri töhfələrə görə Azərbaycan Dəmir Yollarının 3 əməkdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilib.

ADY sədri Rövşən Rüstəmov ölkəmizdə telefon rabitəsinin yaranmasının 144 illiyi ilə əlaqədar təltif olunan Rəqəmsal inkişaf departamentinin Məlumatların emalı və mübadiləsi şöbəsinin müdiri Aqil Allahverdiyev, Texniki dəstək şöbəsinin Bakı regional bölməsinin müdiri Zülfüqar Hacıyev, həmçinin İnfrastruktur departamentinin

İşarəvermə və rabitə xidmətinin 2 nömrəli Biləcəri işarəvermə və rabitə sahəsinin böyük elektrik mexaniki Rafik Paşayevə təltiflərini təqdim edərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar diləyib.

Bildirilib ki, bu mükafatlandırma nazirlik tərəfindən əməkdaşlarımızın fəaliyyətinə göstərilən etimadın və onların xidməti fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Həmkarlarımızı bir daha təbrik edir, gələcək fəaliyyətlərində bol uğurlar arzulayırıq.

RƏHBƏR HEYƏT ÜÇÜN

TƏLİM-SEMİNAR KEÇİRİLİB

ADY-nin rəhbər heyəti üçün “İdarəetmədə meta bacarıqlar” mövzusunda təlim-seminar təşkil edilib.

Təcrübəli kouç Güneş Ufuk tərəfindən aparılan təlim-seminarda ADY-nin strateji məqsədlərinə nail olunmasında kritik faktor olan effektiv komanda idarəçiliyini xarakterizə edən əsas xüsusiyyətlərin təyini, alternativ yanaşmaların və yeni liderlik modellərinin

tətbiqi istiqamətində geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ADY-də insan kapitalının inkişafı, liderlik potensialının gücləndirilməsi və strateji idarəetmə bacarıqlarının təkmilləşdirilməsini dəstəkləyən bu kimi təşəbbüslərin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

ADY KOMANDASI

BEYNƏLXALQ

SERTİFİKATLARLA

YENİ UĞURLARA İMZA

ATDI

ADY əməkdaşları daim müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə edərək öz peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyirlər.

Bu uğurlar komandamızın bilik və bacarıqlara verdiyi dəyəri, davamlı inkişaf ruhunu və

peşəkar yanaşmasını bir daha sübut edir.

2025-ci ilin son rübündə beynəlxalq sertifikat alan hər bir əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və bol nailiyyətlər arzulayırıq.

GƏNCƏ DEPOSU HƏRƏKƏTİN

TƏHLÜKƏSİZLİYİNİN

TƏMİN EDİLMƏSİNDƏ MÜHÜM

ROL OYNAYIR

ADY-nin Gəncə lokomotiv deposu yük və sərnişin qatarlarının hərəkət təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Burada ən müasir avadanlıqlarla lokomotivlər müntəzəm yoxlanılır, texniki xəta və çatışmazlıqlar operativ qaydada aradan qaldırılır.

Deponun “yaşıl enerji” ilə təminatı isə ekoloji məsuliyyətimizi gücləndirir.

Tərlan Əhmədov – deponun aparıcı mühəndisi:

“Burada lokomotivlərin diaqnostikası, monitorinqi, izlənməsi, yoxlanması və baxımı həyata keçirilir.

Kilometraja uyğun olaraq təmir növləri təyin olunur.

Hər 37 gündən bir lokomotivlər təmirə daxil olurlar. Nəticədə, yükdaşımalarının təhlükəsizliyi təmin olunur və yüklərimiz mənzil başına tam təhlükəsiz çatdırılır.

Gəncə lokomotiv deposunda təkər yonma sexi də fəaliyyət göstərir.

Bundan əlavə, depomuzda günəş panelləri quraşdırılıb ki, bununla da ətraf mühiti qoruyaraq enerjiyə qənayət edirik. Bundan başqa, günəşsu panelləri də quraşdırılıb. Bu da işçilərin isti su ilə təmin olunmasına kömək edir”.

Gəncə lokomotiv deposu 2022-ci ilin yanvar ayından fəaliyyət göstərir. Lokomotivlər müasir olduğu üçün onların təmiri müasir texnologiyalarından istifadə olunaraq aparılır.

DƏMİR YOLLARINDAN CƏBHƏYƏ:

ƏLİYEVİN VƏTƏNƏ DAVAM EDƏN XİDMƏTİ

ADY-nin aparıcı mühəndisi, Vətən müharibəsinin iştirakçısı Əli Əliyev döyüş meydanındakı uğurunu sərnişindaşıma xidmətində də davam etdirir:

“Qubadlıdan olub Qubadlını görməmək mənə hər zaman ağır təsir edirdi. Bu qələbədə iştirak etmək və tarixi anlara şahidlik etmək mənim üçün unudulmaz və silinməz bir izdir.

2019-cu ildən dəmir yollarında çalışıram. Burada ölkədaxili və şəhərətrafı qatarların təyin edilməsi və ləğvi, yeni marşrutların açılması, bununla bağlı təkliflərin hazırlanması və tətbiqi ilə məşğul oluram. Müharibə başlayanda bilirdim

ki, məni də çağıracaqlar. Çünki iyul döyüşlərində, Milli Qəhrəman Polad Həşimovun şəhid olduğu vaxtda cəbhəyə könüllü yazılmışdım. Müharibəyə gecə yarısı yollandım. Həmin gün mən növbəyə çıxmalı idim, amma rəhbərimə zəng edib müharibəyə getməli olduğumu bildirdim.

Bu günü illərlə gözləmişdim. Mən də məcburi köçkünəm, Qubadlıdanam. Atam da I Qarabağ müharibəsinin iştirakçısı olub. Mən həm Azərbaycan vətəndaşı, həm də bir dəmiryolçu kimi bu müharibədə iştirak etdim və biz qələbə qazandıq. Bununla qürur duyuram.

Müharibədən sonra yenidən dəmir yollarına qayıtdım və bunu Vətənə xidmətin davamı kimi qəbul edirəm”.

Videonu izləmək üçün QR kodu oxudun

ADY-nin elektrik mexaniki

Gülnaz Məmmədova 44 ildir ki işini sevgi və məsuliyyətlə görür.

G.Məmmədova deyir ki, hələ də işinə ilk gündəki kimi həvəs və əzmlə davam edir:

“Dəmiryolçu peşəsi məsuliyyətli, intizamlı və şərəfli peşədir. Mənim babam, əmilərim, atam uzun illər Azərbaycan Dəmir Yollarında çalışıb.

Bizim işimiz işarəvermə, mərkəzləşmə, bloklama və rabitə qurğularının fasiləsiz işini təmin etməkdən ibarətdir. Mütəmadi olaraq SƏTƏM üzrə mütəxəssislə birgə işçiləri əməyin mühafizəsi ilə bağlı

DƏMİR YOLLARINDA KEÇƏN 44 İL

təlimatlarla tanış edirik. Fəxr edirəm ki, bu peşəni seçmişəm, ailəmizin ənənəsini davam etdirirəm. Bu il Azərbaycanda dəmir yolları 145 yaşını qeyd etdi. Bu 145

ilin 44 ilində mən də varam. Sevindirici və qürurverici haldır ki, bu ailənin üzvüyəm. Mən dəmiryolçuyam!”

“FLAQMAN” ADY

ƏMƏKDAŞLARININ GƏLƏCƏK

TƏSİR EDƏCƏK”

ADY-nin “Flaqman” karyera inkişaf proqramının qaliblərindən olan Arif İbayev bilik və təcrübəsi ilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsinə töhfə verir.

Proqramın qalibi kimi aparıcı iqtisadçı vəzifəsinə irəli çəkilən A.İbayev ADY-də karyera inkişafı və şəxsi inkişaf üçün yaradılmış şansları yüksək qiymətləndirir:

“Mənim əsas işim Sərnişin daşımaları departamentinə aid olan məlumatların operativ şəkildə toplanması, təhlil olunması, sərnişinləri təhlükəsiz, vaxtında mənzil başına çatdırmaq üçün risklər

üzrə məlumatların toplanması və hesabatların təqdim olunmasından ibarətdir.

“Flaqman” müsabiqəsi barədə məlumat alanda çox sevincli idim və düşünürdüm ki, bu müsabiqə ADY əməkdaşlarının gələcək inkişafına, perspektivinə təsir edəcək bir yarışma olacaq. Bu barədə fikirlərimdə yanılmadım.

Düşünürəm ki, bu müsabiqə

ADY-nin transformasiyasını sürətləndirəcək, eyni zamanda, yüksək potensiallı kadrların ADY-nin yeni layihələrinə cəlb olunmasına təsir göstərəcək.

Bu müsabiqə nəticəsində aparıcı iqtisadçı vəzifəsinə təyin olundum. Karyerada inkişaf etmək potensialı və imkanları, eyni zamanda, şəxsi inkişaf üçün yaradılmış şərait ADY-nin hər bir əməkdaşı üçün əvəzsizdir”.

ATADAN OĞULA ÖTÜRÜLƏN MİRAS

Zal növbətçisi Nizami Abdurrəhmanovun dəmir yollarında çalışmış atasının işinə göstərdiyi maraq onun özünü də dəmiryolçu olmağa, bu işə ömrünün 25 ilini həsr etməyə həvəsləndirib:

“Dəmir yollarına bağlılığım, əsasən, atamdan gəlir.

Atam da 40 ilə yaxın dəmir yollarında fəaliyyət göstərib.

Dəmir yollarında 25 ilə yaxındır fəaliyyət göstərirəm. Zal növbətçisi işləyirəm.

Bizim əsas işimiz ondan ibarətdir ki, sərnişinlərə xidmət göstəririk. Həm də işçilərimizin təhlükəsizliyinə nəzarət edirik ki, maksimum təhlükəsiz vəziyyətdə işləsinlər. Sərnişinlərlə işləmək isə bizim üçün çox gözəldir.

Dəmir yollarına bağlılığım əsasən atamdan gəlir. Atam da 40 ilə yaxın dəmir yollarında fəaliyyət göstərib. Buraya uşaq vaxtı atamla çox gəlirdim, atamın iş prosesi ilə maraqlanırdım. Elə o vaxt dedim ki, mən də dəmiryolçu olacağam, sərnişinlərə xidmət göstərəcəyəm.

Mən dəmiryolçuyam!”

Videonu izləmək üçün QR kodu oxudun

ADY-DƏ KORPORATİV ETİKANIN TƏMƏL

PRİNSİPLƏRİ:

DÜRÜSTLÜK, ŞƏFFAFLIQ, VƏ MƏSULİYYƏTLİ DAVRANIŞ

Dürüstlük və xoşməramlıq ADY-nin dəyərlər sisteminin əsas halqalarındandır

Hər bir təşkilatda güvən, şəffaflıq və obyektivlik uğurun əsas dayaqlarıdır.

Azərbaycan Dəmir Yollarının Korporativ Kodeksində qeyd olunub ki, rəhbərlər hər hansı şəxsi münasibətlərə əsaslanaraq işgüzar

keyfiyyətləri yetəri qədər olmayan əməkdaşları vəzifədə irəliyə çəkə, onlara əsasız güzəştlər edə bilməzlər.

Təsəvvür edin ki, marafonda bəzi iştirakçılar daha ön sıradan başlasa, qələbə nə qədər dəyərli olar? Elə iş mühiti də belədir. Ədalətlə olmayan bir üstünlük qazanılmış uğurun dəyərini heçə endirir.

Çünki ədalətin olmadığı yerdə motivasiya da yoxdur, inam da yoxdur, dürüstlük də… Nəticə olaraq isə komandanın ümumi işi zəifləyir. Əsl liderlik kimisə irəli çəkmək yox, hər bir işçiyə inkişaf üçün bərabər imkanlı yol açmaqdır.

ADY hər bir əməkdaşın obyektiv qiymətləndirilməsini təmin edir. Bərabər imkanlar və ədalətli rəqabət mühiti yaradır. Şəxsi maraqlar karyera qərarlarına təsir edə bilər.

Bəzən xoş niyyətlə verilən hədiyyə qərarı yönləndirən, qarşı tərəfdə öhdəlik yaradan bir təzyiqə çevrilə bilər. Buna görə də ADY və tabeliyində olan qurumların əməkdaşları hədiyyə verərkən və qəbul edərkən diqqətli olmalıdırlar.

Hansı hallarda hədiyyə qəbulu yolverilməzdir?

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanununa görə bir il ərzində 55 manatdan artıq dəyərdə hədiyyə qəbul edilməsi yolverilməzdir və qanun pozuntusu hesab oluna bilər. Belə hallar müəyyən

şərtlər daxilində rüşvət və ya maraqlar toqquşması riski daşıya bilər.

Həmçinin təsir məqsədi güdən hədiyyələr qəbul edilmir. Heç bir hədiyyə şirkət və ya hədiyyə almış işçisi üçün öhdəlik yaratmamalıdır.

Yəni kimsə sənə bahalı qələm, saat və ya başqa bir təsiredici hədiyyə verirsə, bu, düzgün deyil. Çünki bu, qərarlarına təsir edə bilər. Amma kodeks kitab, təqvim kimi kiçik, simvolik və korporativ hədiyyələrin verilməsini istisna etmir.

Quruma təqdim edilən hədiyyələr açıq şəkildə qeydiyyata alınır və qorunur.

Sosial mediadan necə istifadə etməliyik?

Əməkdaşlarımızın şəxsi hesabları onların özəl məkanıdır. Lakin sosial

şəbəkələrdə edilən bəzi paylaşımlar təmsil etdiyimiz qurumun imicinə təsir göstərə bilər.

Bu səbəbdən:

– ADY-nin reputasiyasına xələl gətirə biləcək hər hansı paylaşım və şərhlərdən uzaq durmalıyıq;

– ADY haqqında dəqiqləşdirilməmiş və məxfi məlumat, foto və videoları paylaşmamalıyıq;

– Daxili məsələləri, əməkdaşlararası anlaşılmazlıqları açıq platformalarda müzakirə etməməliyik;

– Təhqir və nifrət ifadələrindən uzaq durmalıyıq.

Bu mövzuda hər hansı sualınız, fikriniz, təklifiniz olarsa, “Viva Engage” platformasında yazaraq fəallıq göstərə bilərsiniz.

“ETİMAD XƏTTİ” PLATFORMASI

İSTİFADƏYƏ VERİLDİ

Azərbaycan Dəmir Yollarında və onun tabeliyindəki müəssisələrdə korporativ kodeksin tələblərinə zidd davranışların, iş və əmək şəraiti, idarəetmə və psixoloji rifahla bağlı neqativ halların, eləcə də korrupsiya və digər hüquq pozmalarının vaxtında aşkarlanması, onlar haqqında məlumatların etibarlı şəkildə toplanması və müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədilə “Etimad xətti” platforması istifadəyə verilib.

Kimlər müraciət edə bilər?

ADY, həmçinin ADY-nin struktur qurumları, filial və törəmə cəmiyyətlərinin işçiləri

Necə müraciət etmək olar?

077 223 20 20 telefon nömrəsinə zəng edərək və ya vatsap əlaqə vasitəsinə yazaraq məlumat verə, həmçinin şikayətinizi bildirə bilərsiniz.

Məxfiliyə tam təminat:

Müraciətlər daxili nəzarət işçi qrupu tərəfindən operativ

şəkildə araşdırılır; Müraciət edən şəxsin anonimliyi qorunur.

Ədalətli, şəffaf və etibarlı iş mühiti üçün “Etimad xətti”nə müraciət edin.

“NƏ?

HARADA? NƏ ZAMAN?” – II ADY KUBOKU KEÇİRİLİB

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu – II ADY kuboku keçirilib.

Tədbirdə ADY-nin departament və struktur bölmələrindən təşkil olunan komandalar iştirak edərək bilik, məntiq və çevik düşünmə bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin keçirilməsinin əsas məqsədi ADY əməkdaşları arasında komanda quruculuğunun inkişaf etdirilməsi, münasibətlərin effektivliyinin daha da artırılması, o cümlədən əməkdaşların intellektual səviyyəsinin və dünyagörüşünün stimullaşdırılmasıdır.

Qeyd edək ki, 21 strukturdan olan ümumilikdə 24 komanda arasında keçirilən dinamik yarışın sonunda ilk 3 yer müəyyənləşib. Qaliblər kubok, medal və hər bir komanda üzvünə illik təlim büdcəsi ilə mükafatlandırılıb.

Qalib komandalar:

I yer: RİD (Rəqəmsal inkişaf departamenti)

II yer: Əks-hücum (Strategiya və Kommunikasiya departamentləri, “ADY Əmlak” MMC)

III yer: Hüquq departamenti

Tədbirdə iştirak edən bütün həmkarlarımızı, xüsusilə qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır, gələcəkdəki tədbirlərdə aktiv iştirak etmələrini tövsiyə edirik.

SOS UŞAQ KƏNDLƏRİNİN YENİYETMƏLƏRİ

GƏNCƏYƏ SƏFƏR ETDİLƏR

ADY-nin dəstəyi ilə “SOS” Uşaq Kəndlərinin Bakı və Gəncə mərkəzlərində yaşayan uşaq və yeniyetmələr qatarla səfər ediblər.

Onlar ADY ilə Bakıdan Gəncəyə səyahət edərək oradakı həmyaşıdları ilə görüşüblər.

Habil Qurbanov – Gəncə “SOS” Uşaq Kəndinin əməkdaşı:

“Gəncə “SOS” Uşaq Kəndində hazırda 76 uşaq var. 2 yaşdan 19 yaşadək uşaqlarımız var. Bu görüşlərin təşkil olunmasında məqsəd uşaqların bir-birini tanıması, Bakı və Gəncədən olan uşaqların bir-birinə inteqrasiyası, onların öz aralarında dialoq qurması, məsləhət verməsi və bir-birini daha yaxından tanımasından ibarətdir”.

Aytən Ağayeva – Bakı “SOS” Uşaq Kəndinin əməkdaşı:

“Bakıdan Gəncəyə 16 uşaqla gəlmişik. Mütəmadi olaraq görüşlərimiz keçirilir – istər onlayn, istərsə də canlı. Bu görüşlər nəticəsində biz fikir mübadiləsi aparırıq, eləcə də öz təcrübəmizi bölüşürük. Bu bizim işimizi yüngülləşdirir,

çünki Bakı və Gəncə “SOS” Uşaq Kəndləri arasında sıx əməkdaşlığımız var”.

Qatarla səyahət onları yeni tanışlıqlara, dostluqlara və xatirələrə apardı.

ADY ƏMƏKDAŞLARI

8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq ADY əməkdaşı Kəmalə Ağazadə Zəfər zirvəsinə (4301 m) uğurla yürüş edib.

Həmçinin həmkarlarımız Xarıbülbül yüksəkliyinə (2783 m) qalxaraq ADY-nin bayrağını qaldırıb, şəhidlərimizin xatirəsini yad ediblər.

ADY Kitabxanasının

fəaliyyətə başlamasının 1 illiyi çərçivəsində əməkdaşlarımızın iştirakı ilə “Dəyərlərlə oxu” adlı tədbir təşkil edilib.

Tədbirdə təşkilatımızın təhlükəsizlik, keyfiyyət, dürüstlük, innovasiya, dayanıqlılıq və xoşməramlılıq dəyərlərinə uyğun olaraq seçilmiş kitablar müzakirə olunub, əməkdaşlarımız tərəfindən bu kitablarda əks olunan yanaşmalar haqqında məlumatlar verilib, iş mühitində onlardan necə faydalalana biləcəyimiz haqqında rəy və təkliflər təqdim olunub.

Görüş zamanı kitabxananın aktiv oxucuları və tədbirdə fəal iştirak edən əməkdaşlara kiçik hədiyyələr təqdim olunub.

Əməkdaşlar arasında oxu mədəniyyətinin daha da gücləndirilməsini təşviq edən belə tədbirlər təşkilati dəyərlərimizin daha yaxşı anlaşılması və mənimsənilməsini də hədəfləməkdədir.

Bütün əməkdaşlarımızı kitabxanamızdan aktiv istifadə etməyə, öyrənmə və inkişaf üçün təqdim edilən imkanlardan yararlanmağa dəvət edirik.

DƏYƏRLƏRLƏ OXU

ADY-NİN 145 İLLİK

FOTO YADDAŞI

Fotolar tarixin səssiz carçılarıdır.

Azərbaycanın dəmir yollarının üç əsrlik foto yaddaşı böyük mira sı, zəngin tarixi yaşadır və əsrdən-əsrə ötürür.

Bu fotokitab sizə zaman tuneli ilə maraqlı bir səyahət təqdim edir –köhnə relslərdən müasir dəmir yollarına, illərin dəyişən mənzər əsindən hər yeni dövrdə böyüyən dəmir yolu əzəmətinə doğru.

ADY-nin 145 illiyi ilə bağlı hazırlanmış fotoalbomla buradan tanış ola bilərsiniz

azerbaycandemiryollari

Turn static files into dynamic content formats.

Create a flipbook