Skip to main content

Sentyabr-Oktyabr

Page 1


DƏMİR YOLLARINDA ENERJİ SİSTEMİNİ YENİLƏYİRİK

21 12

Azərbaycan Prezidenti dəmiryolçuları təltif etdi

ADY sədri: Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq

35 Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

ADY-də rəqəmsal yüksəliş: e-imzadan yüklərin onlayn izlənilməsinədək

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başladı

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi qeyd olunub 15

48

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlər keçirir

52

ADA Universitetində ADY-nin “Liderlərin İnkişaf Proqramı”na start verildi

ADY enerji sistemini yeniləyir: dəmir yollarında dayanıqlı gələcəyə doğru

30

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi yeni nəqliyyat arteriyası olacaq

8

YARADIB

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də

Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir:

“Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyatlogistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və

texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir”.

Prezident vurğulayıb ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır:

“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Kəmər və Yol” Təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən

biridir.

Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.

O bildirib ki, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir:

“Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və ŞimalCənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb”.

Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan Bakı Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona

çatdırmaq niyyətindədir:

“Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan

vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb”.

Dövlət başçısı onu da

bildirib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək:

“Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta

Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

PREZİDENT İLHAM ƏLİYEV:

AZƏRBAYCANDA MÜASİR DƏMİR YOLU

İNFRASTRUKTURU YÜKSƏK TRANZİT

SƏMƏRƏLİLİYİ TƏKLİF EDİR

Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır.

Bu barədə Prezident İlham Əliyevin sentyabrın 22-23-də Bakıda keçirilmiş “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində qeyd olunub.

Müraciətdə bildirilib ki, Azərbaycanda yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir:

“Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional

iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur dəhlizinin işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Eyni zamanda, xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir”.

REGİONAL BAĞLANTILAR DAVAMLI

SÜLH İSTİQAMƏTİNDƏ

AZƏRBAYCANIN BAXIŞLARININ ƏSASINI TƏŞKİL EDİR

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək.

Bu barədə Prezident İlham Əliyev sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb:

“Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib”.

Azərbaycan Prezidenti vurğulayıb ki, regional

bağlantılar davamlı sülh istiqamətində Azərbaycanın baxışlarının əsasını təşkil edir:

“Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur”.

BTQ VƏ BAKI LİMANI ORTA

DƏHLİZİN FUNKSİONALLIĞINI

TƏMİN EDİR

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yük daşımalarının həcmi 90 faiz artıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda keçirilmiş “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur:

“Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi

sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.

Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir”.

Prezident bildirib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Aparılmış hesablamalara əsasən, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir:

“Cari ilin 8 avqust tarixində

Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda, gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik”.

PREZİDENT İLHAM ƏLİYEV: ZƏNGƏZUR DƏHLİZİ

YENİ NƏQLİYYAT

ARTERİYASI OLACAQ

Zəngəzur dəhlizi yeni nəqliyyat arteriyası kimi mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri 7 oktyabrda

Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı bildirib ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb:

“Azərbaycan Şərq-Qərb

və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi

Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. 2022-ci ildən bəri

Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri

əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı–Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”.

Ölkə başçısı vurğulayıb ki, bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

AZƏRBAYCANLA QAZAXISTAN ARASINDA

TRANZİT DAŞIMALARI 20 FAİZ

ARTIB

2024-cü ildə Azərbaycanla Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 18-də Qazaxıstanın “Kazinform” informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır:

“2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur”.

Prezident İlham Əliyev həmçinin Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlərin Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcəyini bildirib.

“ORTA DƏHLİZİN İNKİŞAFI”

BİRGƏ

LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Oktyabrın 21-də Astana şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Azərbaycanın və Qazaxıstanın dövlət başçılarına layihə barədə məlumat verilib.

Qeyd edilib ki, Çin və Orta

Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası

ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib.

AZƏRBAYCAN PREZİDENTİ:

ZƏNGƏZUR DƏHLİZİ 2028-Cİ İLİN SONUNADƏK

AÇILA BİLƏR

Zəngəzur dəhlizi 2028-ci ilin sonuna qədər açıla bilər.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Astanada Qazaxıstan

Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq:

“Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna

qədər baş verə bilər”.

Azərbaycan Prezidenti bildirib ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq:

“Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur –Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi.

Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”.

AZƏRBAYCAN PREZİDENTİ

DƏMİRYOLÇULARI TƏLTİF ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də imzaladığı sərəncamı ilə Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryolçuların peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşı orden və medallarla təltif edilib.

Sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-CÜ DƏRƏCƏLİ “ƏMƏK” ORDENİ İLƏ

Şəmsəddin Talıbov

3-cü dərəcəli “Əmək” ordeni

İlqar Mustafayev

3-cü dərəcəli “Əmək” ordeni

Şamil Cəfərov 3-cü dərəcəli “Əmək” ordeni

Telman Qocayev 3-cü dərəcəli “Əmək” ordeni

“TƏRƏQQİ”

MEDALI İLƏ

Nicat Quliyev

“Tərəqqi” medalı

Elyar Muradov “Tərəqqi” medalı

Pənah Kərimov “Tərəqqi” medalı

Hikmət Kərimov “Tərəqqi” medalı

Kazım Kazımov “Tərəqqi” medalı

Afiq Nəzərov “Tərəqqi” medalı

Aleksandra Boqolyubova

“Tərəqqi” medalı

Kazım Cəfərov “Tərəqqi” medalı

Arif Hidayətov “Tərəqqi” medalı

Elxan Cabbarov “Tərəqqi” medalı

Məhəmməd Pənahov “Tərəqqi” medalı

Rafiq Gülmaliyev “Tərəqqi” medalı

Mədəd Şixəmirov “Tərəqqi” medalı

Məmməd Əfəndi-zadə “Tərəqqi” medalı

Vəfadar Məmmədov “Tərəqqi” medalı

FƏXRİ XİYABANI VƏ ŞƏHİDLƏR

XİYABANINI ZİYARƏT

ADY rəhbərliyi və veteran dəmiryolçular Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Dəmir yollarının inkişafına mühüm töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi yad edilib.

AZƏRBAYCANDA DƏMİR YOLLARININ

YARANMASININ 145 İLLİYİ VƏ

DƏMİRYOLÇULARIN

PEŞƏ BAYRAMI

QEYD OLUNUB

Oktyabrın 13-də

Azərbaycanda Dəmir Yollarının yaranmasının 145 illiyi və dəmiryolçuların peşə bayramı münasibətilə yubiley tədbiri keçirilib.

Tədbirdə “Azərbaycan Dəmir

Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, AZCON

Holding-in icraçı direktoru Şahin Babayev, “Bakı

Metropoliteni” QSC-nin sədri

Vüsal Aslanov, digər fəxri qonaqlar və dəmiryolçular iştirak ediblər.

Tədbirdə çıxış edən ADY sədri qeyd edib ki, bu yubiley təkcə dəmir yolunun yaşı deyil,

ölkəmizin inkişaf yolunun ayrılmaz bir mərhələsidir:

“Hörmətli qonaqlar, Əziz dəmiryolçular,

Hər birinizi xoş gördük! Bu gün biz çox əlamətdar bir günü –Azərbaycan dəmir yollarının 145 illik yubileyini birlikdə qeyd edirik. Bu möhtəşəm tarixin bir parçası olan, bu mirası yaşadan hər birinizi təbrik edirəm.

“Qatar” deyəndə yəqin ki, çoxlarının təsəvvüründə yük və sərnişin daşıyan nəqliyyat vasitəsi canlanır. Amma mən

bu qatara həm də “ömür qatarı” deyərdim. Çünki dəmiryolçuların ömrü dəmir yolu ilə vəhdət təşkil edir. Buna görə də, düşünürəm ki, bu gün, əslində, hər birimiz 145 yaşımızı qeyd edirik.

Bu yubiley təkcə dəmir yolunun yaşı deyil, ölkəmizin, xalqımızın inkişaf yolunun ayrılmaz dövrüdür. 1880-ci ildə hərəkətə başlamış ilk qatar Azərbaycanın sənaye gücünü, xüsusilə də neft sənayesinin inkişafını dəstəkləyib.

Zamanla dəmir yolu ölkəmizi yeni bir mərhələyə daşıdı, iqtisadiyyatı gücləndirdi, şəhərləri və insanları bir-birinə yaxınlaşdırdı – yük daşımaları ilə yanaşı, milyonlarla sərnişinin rahat, maneəsiz, təhlükəsiz yoluna çevrildi.

Bu zəngin mirasın xəmiri zəhmətlə, fədakarlıqla, əzmkarlıqla yoğrulub.

Ulu Öndər Heydər Əliyevin həm sovet illərində, həm də müstəqillik dövründə dəmir yollarına göstərdiyi qayğı bu sahəyə yeni nəfəs verdi.

Bu gün isə cənab Prezident İlham Əliyevin diqqəti və

dəstəyi dəmir yollarımızı yeni çağırışlara hazırlamaq üçün bizə mühüm stimul verir.

Son illərdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm halqası kimi Azərbaycan dəmir yolları qlobal yükdaşımaların etibarlı iştirakçısına çevrilib.

Qatarlarımız yenilənir, əməliyyatlarımız rəqəmsallaşır, xidmət və əməkdaşlıq coğrafiyası genişlənir. Hər yeni xətt, hər yeni vaqon, hər yeni layihə bizi daha da gücləndirir, insanları, regionları və iqtisadiyyatları daha sıx, daha etibarlı birləşdirir.

Əziz həmkarlar,

Səyahətimizin 145-ci ilinə, yəni bu ilə nəzər salsaq, ilk növbədə, Qarabağa qatarla qayıdışı vurğulamaq istərdim. Çünki bu səfərlə 32 illik ayrılığa son qoyuldu. Ümumilikdə bu tədbir həmin gün – 30 avqustda ölkənin əsas gündəminə çevrildi.

Beş il bundan öncə elə bu günlərdə qəhrəman ordumuz torpaqlarımızın azadlığı uğrunda döyüşürdü. Böyük həyəcanla Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş yeni ərazi adlarını açıqlamasını gözləyirdik.

Beş il öncə misilsiz bir qəhrəmanlıq dastanı yazıldı və biz bu gün müasir qatarla Ağdama gedə bilirik. Bildiyiniz kimi, burada cənab Prezidentin təşəbbüsü və birbaşa dəstəyi ilə müasir dəmiryol və avtovağzal kompleksi tikilib və hazırda sərnişinləri qarşılayır.

Növbəti layihə çərçivəsində gələn il Ağdam–Xankəndi dəmir yolu xətti və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışını planlaşdırırıq.

Bildiyiniz kimi, cənab

Prezidentin Fərmanına əsasən, fevral ayından etibarən Bakı Beynəlxalq Dəniz Limanı ADY-yə inteqrasiya edildi.

Liman artıq dəmir yollarının bir hissəsidir. Bununla da ŞərqQərb bağlantısı üzrə nəqliyyat əməliyyatları və logistika proseslərinin daha səmərəli və operativ icrası üçün geniş imkan yaranıb.

Bu yaxınlarda Bakı Limanı ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib. Yeni mərkəzdə bir sıra dövlət qurumları, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərir. Əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri artıq vahid mərkəzdə cəmləşib. Bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

Bu il ADY Prezidentin fərmanı ilə yaradılmış AZCON Holding-in idarəetməsinə verilən qurumlardan biri oldu. Holdinq fəaliyyətimizin

təkmilləşdirilməsinə dəstək verir, eyni zamanda, nəqliyyat və kommunikasiya sahələrinə aid qurumlarla qarşılıqlı fəaliyyətin daha səmərəli təşkilinə xidmət edir.

Holdinqin rəhbərliyi, eləcə də bir zamanlar ADY komandasının üzvləri olan həmkarlarımızı burada görməkdən böyük fəxarət hissi keçiririk. Bu gün ölkəmizin nəqliyyat sektoru müstəqillik dövründə heç zaman olmadığı qədər sinerji halında çalışır.

Hörmətli tədbir iştirakçıları,

Ötən ay Şərq-Qərb dəhlizinin tərkib hissəsi olan Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi çərçivəsində Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid etdik. Bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin rabitə və işarəvermə sistemləri yenidən qurulub. Bu, beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.

Şərq-Qərblə yanaşı, Şimal-Cənub dəhlizi üzrə çalışmalarımız davam edir. Sumqayıt–Yalama, Ələt–Astara xətlərinin əsaslı təmiri ölkəmizin tranzit potensialının artırılmasına, bu dəhliz üzrə yük tələbatının qarşılanmasına xidmət edəcək. Həmçinin Şimal-Cənub dəhlizin əsas elementlərindən olan İran ərazisindəki Astara

Terminalında da işlər davam edir. Yaxın vaxtlarda bu layihə də tamamlanacaq.

Bildiyiniz kimi, avqust ayında cənab Prezidentin Vaşinqtona tarixi səfəri baş tutub. Səfərdə regionumuzda dayanıqlı sülhün yaradılması üçün mühüm sənədlər imzalanıb. Sənədlərin birində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat xəttinin çəkilməsi barədə razılıq əldə edilib. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” Azərbaycan–Ermənistan sərhədində Horadiz–Ağbənd dəmir yoluna birləşəcək və Naxçıvana qədər uzanacaq. Oradan isə Türkiyə və Avropaya çıxışı təmin edəcək.

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub bağlantılarının mühüm seqmenti olacaq. Bakı–Tbilisi–Qars dəhlizi ilə birgə region üçün tranzit imkanlarını artıracaq. Eyni zamanda, Naxçıvan Muxtar

Respublikasında dəmir yollarının yenidən qurulması, modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihələndirmə işləri davam etdirilir. Layihələndirmə mərhələsi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.

Bütün bunlar potensialımız və resurslarımızın artırılmasını tələb edir. Hərəkət tərkibinin yenilənməsi əsas prioritetlərimizdəndir. Bu məqsədlə təkcə bu il 300 vaqon hərəkət tərkibini parkımıza əlavə etmişik.

Yükdaşıma ilə paralel olaraq, sərnişin daşımalarının təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, səyahət coğrafiyasının genişləndirilməsi üçün də əsaslı işlər görülür. Ən son layihə olaraq ötən ay Mingəçevirə qatar xəttinin

bərpasını qeyd etmək istərdim. İlk dəfə Bakıdan kənarda –regiondaxili sərnişindaşıma xidməti göstərməyə başlamışıq. Gəncə–Mingəçevir marşrutu qərb regionu üçün ilk dəfə elektrik qatarı ilə nəqliyyat əlçatanlığını artırır, eyni zamanda, Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına xidmət edəcək.

İlin əvvəlində Bakı–Balakən–Bakı marşrutunu da bərpa etdik. Eyni zamanda, ölkədaxili səyahət coğrafiyasını genişləndirmək üçün 15 iyundan etibarən Bakı–Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu xətlə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb.

Abşeron dairəvi dəmir yolu marşrutu ilə də səyahət imkanlarını təkmilləşdirməyə nail olmuşuq. Sentyabrın 15dən qatarların hərəkət qrafiki optimallaşdırılıb, iş günləri reyslərin sayı 92-dən 104-ə

çatdırılb. Ona görə də dairədə günlük sərnişindaşıma artıq 42 min nəfəri ötüb. Əsas məqam ondan ibarətdir ki, bu saya yalnız 100 faiz doluluq halında nail ola bilmişik. Xatırladım ki, ötən il pik günlərdə 36 min nəfər sərnişini 140 faiz doluluqla daşıya bilirdik. Həmçinin bu ilin sonunadək Abşeron dairəvi marşrutu üzrə Dərnəgül dayanacağının inşasını başa çatdırmağı planlaşdırırıq.

Hörmətli həmkarlar,

Biz rəqəmsal həllərin tətbiqini, kağız əməliyyatların minimuma endirilməsini davam etdiririk. Bu il də bir sıra rəqəmsal yeniliklərimiz olub. Bunlardan biri yeni elektron xidmət portalının (“Digital ADY”) istifadəyə verilməsidir. Bu innovativ platforma sayəsində müraciətlər, sorğuların izlənməsi və cavabların əldə edilməsi kimi ənənəvi kağız əsaslı proseslər indi onlayn həyata keçirilir.

Bir ay öncə yükdaşımalarda elektron sənəd dövriyyəsinə keçmişik. Bununla kağızsız əməliyyatlarımızı daha da genişləndirdik. Məqsədimiz həm əməkdaşlarımız, həm də müştəri və tərəfdaşlarımız üçün qarşılıqlı fəaliyyətin şəffaf, sürətli və rahat təşkilini təmin etməkdir.

Rəqəmsal imzanın tətbiqi sənədlərin rəsmiləşdirilməsini asanlaşdırıb. Artıq ekspeditorlarımız sənədləri birbaşa yerində tez və təhlükəsiz şəkildə imzalaya bilir, müştərilər isə şəxsi iştiraka ehtiyac olmadan yüklərin qəbulunu məsafədən təsdiq edə bilirlər.

Rayonlararası istiqamətlərə onlayn bilet alışı ənənəvi bilet alışını üstələyir. Sərnişinlərin 80 faizi biletləri vaxt itirmədən, kassalarda növbədə dayanmadan, rahat şəkildə saytımız və “ADY Mobile” tətbiqi vasitəsilə alır.

Dəyərli həmkarlar,

Xarici əlaqələrimiz genişlənir, xarici şirkətlərlə təmaslarımız artır və bu əməkdaşlığın nəticəsi işimizdə də özünü göstərir. Uğurlu əməkdaşlığın nəticəsidir ki, Şərq-Qərb dəhlizi üzrə daşıma həcmləri artır. Eyni zamanda, Çin və Azərbaycan arasında yükdaşımalarda artım dinamikası müşahidə olunur. Bu ilin 9 ayı ərzində 296 blokqatar qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artım deməkdir.

İyulda Çin Xalq Respublikasına çox səmərəli işgüzar səfərimiz baş tutub. İlk dəfə olaraq

Çinin Sian Limanında ADYnin nümayəndəliyini və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasını açmışıq. Bu, əməkdaşlığımızı gücləndirəcək, yük daşımalarının daha sürətli və səmərəli təşkili üçün operativ müzakirə aparmağa imkan verəcək.

Eyni zamanda, “Çin Dəmir Yolları” Dövlət Korporasiyası ilə Anlaşma Memorandumu imzalamışıq. Sənəddə əsas diqqət həm də Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. Bakı–Tbilisi–Qars dəmir yolu ilə bağlı daha bir Memorandumu bu yaxınlarda Qazaxıstana səfərimiz çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyaları ilə imzalamışıq. Bu sənədlə BTQ-nin daha sürətli və rəqabətqabiliyyətli marşrut kimi inkişaf etdirilməsini hədəfləyirik.

Hörmətli dəmiryolçular,

Bütün bu sadaladığım istiqamətlər, xidmətlər yükdaşıma və sərnişindaşıma üzrə müştərilərə görünən hissədir. Lakin bu xidmətlərin ərsəyə gəlməsində minlərlə dəmiryolçu – yol işçiləri, elektrik və işarəvermə mütəxəssisləri, keçid növbətçiləri, stansiya işçiləri, depo işçiləri, çilingərlər, maşinistlər və adını çəkə bilmədiyim digər dəmir yolu peşəsinin daşıyıcıları iştirak edirlər. Bütün bu sadaladığımız uğurların, islahatların mərkəzində məhz onlar dayanırlar.

Sizin dəmir iradəniz, peşəkarlığınız və fədakarlığınız bütün bunları şərtləndirir. Sizin əməyinizlə dəmir yolları 145 illik zəngin tarixini yaşadır və gələcəyə inamla addımlayır.

Qarşımızda uzun yol, böyük hədəflər var – yeni qatar xətləri, yeni layihələr, daha geniş beynəlxalq əməliyyatlar və əməkdaşlıqlar.

İnanıram ki, növbəti illərdə dəmir yollarımız təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına töhfə verəcək və biz hər yubileyimizi daha böyük uğurlar və nailiyyətlərlə qeyd edəcəyik”.

Tədbirdə Azərbaycan Dəmir Yollarının tarixindən və infrastrukturunun inkişafından bəhs edən “Üç əsrin yaddaşı” adlı film təqdim olunub.

Tədbirin sonunda

dəmiryolçular təltif olunub.

10 nəfər “Fəxri Dəmiryolçu” döş nişanı, 85 nəfər “Fəxri Fərman”, 181 nəfər “Təşəkkürnamə”yə layiq görülüb, 1000 nəfərə isə pul mükafatı təqdim olunub. Bundan əlavə, 8 nəfərə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının “Fəxri Fərman”ı, 14 nəfərə Müstəqil Dövlətlər Birliyi Dəmir Yolları Şurasının “Fəxri Fərman”ı, 3 nəfərə isə Şuranın Direksiyasının “Təşəkkürnamə”si təqdim olunub.

Videonu izləmək üçün QR kodu oxudun

ADY-DƏ ABŞ-NİN BİZNES NÜMAYƏNDƏ

HEYƏTİ

İLƏ GÖRÜŞ KEÇİRİLİB

8 sentyabrda “Azərbaycan

Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycanda səfərdə olan ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı qonaqlara

ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, ADY

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması Orta

Dəhlizin inkişafı və Şərq-QərbŞərq daşımaları baxımından mühüm nailiyyətlərdir.

Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.

ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı

nəqliyyat və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib. 2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub.

Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə müqayisədə 48 faiz çoxdur.

Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.

ADY SƏDRİ:

ZƏNGƏZUR DƏHLİZİ BTQ İLƏ BİRGƏ

TRANZİT İMKANLARINI ARTIRACAQ

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznesforumu çərçivəsində “Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak edib. Müzakirələrdə Orta Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular müzakirə olunub.

ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət

axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.

ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.

Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.

Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazırlıq prioritet istiqamətlər kimi müəyyən edilib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində həmçinin 28ci Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilib. Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin, Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər iştirak edib. ADY sərgidə ayrıca stendlə təmsil olunub.

AZƏRBAYCAN, TÜRKİYƏ VƏ GÜRCÜSTAN ARASINDA YENİ RAZILAŞMA

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.

Bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə

bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.

BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.

Razılaşmaya əsasən, Ələt–

Böyük Kəsik və Qardabani–Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama–Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars–Mersin sahəsində 60 saatdan, Qars–İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin 4 gün yarıma çatdırılması mümkün olacaq.

Standart çatdırılma müddətlərindən kənara çıxma halında tərəflər bir-birlərini məlumatlandıracaq və qrafiki bərpa etmək üçün tədbirlər görəcəklər.

Həmçinin BTQ marşrutu üzrə daşıma tarifləri qarşılıqlı razılaşmalar əsasında müəyyən edilib.

Sənədə əsasən, yüklərin izlənməsi və sənədlərin idarə edilməsi üçün birgə rəqəmsal platformanın və ya interfeysin tətbiqi imkanları prioritet hesab olunur.

ADY VƏ ÇİNİN SİAN LİMANI BEYNƏLXALQ

YÜKDAŞIMA ƏMƏLİYYATLARINI

TƏKMİLLƏŞDİRİR

ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə səfərinin Azərbaycan–Çin əlaqələrinin inkişafında mühüm mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, həmçinin beynəlxalq multimodal daşımalar və “Kəmər və Yol Təşəbbüsü”nün birgə təşviqi haqqında imzalanmış sazişlər nəqliyyat və logistika

sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.

Həmçinin Orta Dəhlizin inkişafı üzrə ADY və Çin nəqliyyatlogistika şirkətləri və limanları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə ADY və Çinin Sian Limanı sıx əməkdaşlıq edir.

Bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iyulda ADY-nin Sian Limanında

nümayəndəsi təyin edilib və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançası açılıb. Eyni zamanda, ADY nümayəndələri sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilib.

Qeyd edilib ki, ADY bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir. Analoji dövrdə ümumilikdə 103 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (86 413) təxminən 20 faiz çoxdur.

Görüş çərçivəsində

“Azərbaycan Dəmir

Yolları” QSC və Çinin Sian Limanı arasında Anlaşma Memorandumu imzalanıb.

ADY sədrinin müavini Arif

Ağayev və “Xi’an International Port Group”un baş direktoru Yuan Syaodzyunun imzaladığı sənəddə beynəlxalq yükdaşımalar üzrə əlverişli mühitin yaradılması, rəqəmsallaşma sayəsində xidmət keyfiyyətinin artırılması və “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində Orta Dəhliz boyunca multimodal nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlər nəzərdə tutulur.

Tərəflər Anlaşma Memorandumunu imzalamaqla:

- konteyner qatarlarının təşkili və istismar qaydalarının optimallaşdırılması;

- yüklərin daşınma müddətinin təkmilləşdirilməsi;

-Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının artırılması, dəhliz boyu dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi, o cümlədən Xəzər dənizində yüklərin daşınması mexanizminin təkmilləşdirilməsi;

- Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin funksionallığının genişləndirilməsi, bu xəttin Türkiyə və Avropanın dəmir yolu şəbəkələri ilə əlaqəsinin

daha səmərəli təşkili;

- Orta Dəhliz boyunca nəqliyyatın dayanıqlı inkişaf planının hazırlanması;

- daha çox tranzit yüklərin cəlbi və daşımaların həcminin artırılması istiqamətlərində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Həmçinin yükdaşımaların real vaxt rejimində monitorinqi məqsədilə elektron məlumat mübadiləsi sisteminin hazırlanması və tətbiqi barədə razılıq əldə olunub.

ADY və Sian Limanının rəhbərliyi logistika infrastrukturuna birgə investisiya, tikinti layihələrinin birgə icrası və infrastrukturdan birgə istifadə modellərini fəal şəkildə araşdıracaqlarını bəyan ediblər.

Bundan başqa, tərəflər Orta Dəhliz boyunca yerləşən

ölkələrdə müştərilərə yüksək səmərəli yükdaşıma xidmətləri göstərmək üçün Çin və ya Azərbaycanda sadələşdirilmiş biznes modeli əsasında şirkətin yaradılmasında maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, Çinin mərkəzində yerləşən Sian Limanı quru ərazidə olsa da, beynəlxalq ticarətə qapı funksiyası daşıyır, daxili bölgələr üçün dəniz limanlarına çıxış nöqtəsi rolunu oynayır. Sian Limanı Çinin qərb və mərkəzi bölgələrini Mərkəzi

Asiya, Avropa və Yaxın Şərqlə birləşdirən dəmir yolu marşrutlarının əsas qovşağıdır.

Bu liman vasitəsilə Çinin daxili bölgələrindən Avropaya, əsasən, elektronika, tekstil və kənd təsərrüfatı məhsulları ixrac olunur, eyni zamanda, Avropadan və Mərkəzi

Asiyadan enerji resursları, kimyəvi məhsullar və sənaye avadanlıqları idxal edilir.

ORTA DƏHLİZ ÜZRƏ MÜHÜM

RAZILAŞMA

Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər.

Bu sözləri Baş nazir Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən V İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

Hökumət başçısı qeyd edib ki, görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb. Bununla yanaşı, dəhliz üzrə yükdaşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalaraq 15 günə enib:

“Biz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük

və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atırıq.

Bundan əlavə, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar barədə razılığa gəliblər”.

TÜRK DÖVLƏTLƏRİ BTQ-NİN İMKANLARINDAN

İSTİFADƏNİ GENİŞLƏNDİRMƏK

NİYYƏTİNDƏDİRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini

Nicat Quliyev 30-31 oktyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclasında iştirak edib.

İclasda TDT dövlət başçılarının 2024-cü ildə qəbul etdikləri Şuşa Bəyannaməsi və 2025-ci ildə qəbul edilmiş Qəbələ Bəyannaməsindən irəli gələn məsələlər, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal nəqliyyat daşımalarının inkişafı, dəmir yolu, liman və nəqliyyat-logistika əməliyyatlarının təşviqi və

rəqəmsallaşdırılması, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanlarından istifadənin genişləndirilməsi, eləcə də Zəngəzur dəhlizinin potensialı kimi məsələlər müzakirə edilib.

Həmçinin TDT üzv dövlətləri arasında dəmir yolu ilə yük daşımalarının cari vəziyyəti və yük həcmlərinin artırılması perspektivləri nəzərdən keçirilib. Bu kontekstdə tarif siyasəti, infrastrukturun inkişafı, sərhəd keçid məntəqələrinin buraxıcılıq qabiliyyətinin artırılması və milli dəmir yolu şəbəkələrinin qovşaqlarında əməkdaşlığın gücləndirilməsi kimi əsas istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar nəqliyyat əməliyyatlarının səmərəliliyinin artırılması və TDT regionu daxilində tranzit marşrutlarının rəqabətqabiliyyətinin təmin olunması üçün əlaqələndirilmiş tədbirlərin görülməsinin və region boyunca dayanıqlı və fasiləsiz nəqliyyat zəncirlərinin yaradılmasının zəruriliyini vurğulayıblar.

İclasda TDT-nin dəmir yolları üzrə işçi qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsi və gücləndirilməsi barədə qərar qəbul edilib. Qeyd olunub ki, bu qrupun iclaslarının daha müntəzəm keçirilməsi qəbul edilmiş qərar və təşəbbüslərin əlaqələndirilmiş şəkildə icrasını təmin edəcək.

ABŞ-NİN BİZNES NÜMAYƏNDƏ HEYƏTİ

BAKI LİMANININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

7 sentyabrda AZCON

Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.

Görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.

USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

ADY Bakı İqlim Fəaliyyəti Həftəsində təmsil olunub.

Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov “Nəqliyyat və rəqəmsallaşma: Xəzər və Mərkəzi Asiya regionuna baxış” mövzusunda keçirilən sessiyada

ADY BAKI İQLİM

HƏFTƏSİNDƏ

çıxış edərək, rəqəmsal texnologiyaların dəmiryol əməliyyatlarında marşrutların optimallaşdırılması, yanacaq sərfiyyatının və karbon emissiyalarının azaldılmasında, həmçinin əməliyyatların şəffaflığı və dayanıqlılığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Sessiyada nəqliyyatda elektrikləşmənin genişləndirilməsi, rəqəmsal alətlərin tətbiqi və emissiyaların azaldılmasına yönəlmiş birgə regional yanaşmalar müzakirə olunub.

ADY ENERJİ SİSTEMİNİ YENİLƏYİR:

DƏMİR YOLLARINDA DAYANIQLI GƏLƏCƏYƏ DOĞRU

ADY ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan daha bir layihəni uğurla başa çatdırıb.

Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması,

stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.

Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.

Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən

lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə AC sistemindən istifadə olunur. Bu, beynəlxalq

dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.

Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək. Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma xərcləri azalacaq, tranzit

marşrutlar isə dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə

statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı

birləşdirən əsas nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.

ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçid yalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıq öhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizel dartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyi yüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyə dayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələri cəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadi cəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı və rəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.

Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını da ardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsi yenilənib və müasir standartlara cavab verir. Bu isə daşımaların çevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmət keyfiyyətini artırır.

ADY-nin davamlı olaraq

yenilənən parkında AC ilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotiv var. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla, 9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həm də dəyişən cərəyan (AC) ilə işləyir.

AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləri aradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalı azalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsi isə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalq tranziti daha səmərəli və sürətli edir.

Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu

mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək.

Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.

BAKI–KEŞLƏ SAHƏSİ ƏSASLI

TƏMİR OLUNDU

ADY Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işlərini yekunlaşdırıb.

Təmir işləri nəticəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub.

Bu işlər Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun daha sağlam olmasını və hərəkətin təhlükəsizliyinin davamlılığını təmin edir.

Sahələrdə davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

ÇİN–AVROPA DƏMİRYOL EKSPRES MARŞRUTU

ÜZRƏ YİVUDAN

GƏLƏN 237-Cİ QATAR BAKIDA QARŞILANDI

9 sentyabr 2025-ci il tarixində Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) keçən Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən Çinin Çjetszyan vilayəti qubernatorunun müavini Ke Ketszyan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin

Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev və Çinin Azərbaycandakı səfiri Qo Min bildiriblər ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Orta Dəhlizdən 100 konteynerdən ibarət 237-ci blok-qatarın keçməsi Çindən Avropaya uzanan

nəqliyyat marşrutlarının əhəmiyyətinin və Azərbaycanın qitələri birləşdirən mühüm nəqliyyat qovşağı kimi rolunun artdığını göstərir.

Qeyd olunub ki, Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən blokqatarla gətirilmiş konteyner yüklərin (əsasən, metal məmulatları, məişət əşyaları, elektrik avadanlıqları və digər məhsullar) Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və

regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir. Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.

Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib. Bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.

BAKI LİMANINDA VAHİD KEÇİD

MƏRKƏZİ İSTİFADƏYƏ VERİLDİ

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.

Yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq.

Bakı Limanı üzrə Vahid

Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək. Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji

yaradacaq. Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq.

Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.

ADY-DƏ RƏQƏMSAL YÜKSƏLİŞ: E-İMZADAN YÜKLƏRİN ONLAYN

İZLƏNİLMƏSİNƏDƏK

Son illərdə bir çox dövlət müəssisələri kimi, “Azərbaycan Dəmir Yolları” QSC də aktiv şəkildə modernləşmə və transformasiya mərhələsindən keçir. Bu dəyişikliklərin əsas istiqaməti rəqəmsallaşmadır. Xüsusilə son iki il ərzində bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilib. Rəqəmsal təşəbbüslər ADY-nin xidmət keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

ADY-nin Rəqəmsal inkişaf departamentinin müdir müavini Anar İmamverdiyev “APAEconomics”ə müsahibəsində rəqəmsallaşmanın həm

beynəlxalq nəqliyyat dəhlizlərində, həm də şirkətin daxili idarəetmə proseslərində tətbiqi barədə danışıb.

– Anar bəy, “Azərbaycan Dəmir Yolları” QSC yaxın zamanda yükdaşımalar sahəsində elektron sənəd dövriyyəsi sistemini tətbiq edib. Bu yeniliyin üstünlükləri nələrdir?

– Biz yükdaşıma ilə bağlı bütün əsas proseslərin rəqəmsallaşdırılması istiqamətində genişmiqyaslı və kompleks işlər həyata keçirmişik. Hazırda bu istiqamətdə aparılan rəqəmsal transformasiyanın

mühüm mərhələsi uğurla başa çatdırılıb. Bu dəyişikliklərin əsas məqsədi həm əməkdaşlarımız, həm də müştəri və tərəfdaşlarımız üçün şəffaflığı, operativliyi və rahatlığı əhəmiyyətli dərəcədə artırmaqdır.

Ən mühüm addımlardan biri rəqəmsal imzanın tətbiqi olub. Artıq ekspeditorlarımız iş yerlərindən birbaşa, uzaqdan, sürətli və təhlükəsiz şəkildə zəruri sənədləri imzalaya, müştərilər isə yüklərin qəbulunu şəxsən iştirak etmədən, məsafədən təsdiqləyə bilirlər. Bu, kağız üzərində sənəd dövriyyəsinə sərf olunan vaxtı xeyli azaldır və səhvlərin baş vermə riskini minimuma endirir.

Xidmət keyfiyyətini artırmaq məqsədilə hər bir stansiyada əmtəə üzrə kassir, çəki operatoru və stansiya rəisinin fəaliyyətinə dəyişikliklər edilir. Belə mütəxəssislər rəqəmsal imzalarını qoyacaq, elektron sənədlərin düzgün tərtibinə nəzarət edəcək və yüklərlə bağlı yaranan məsələlərin operativ həllinə cavabdeh olacaqlar. Bu isə logistika proseslərini və müştərilərlə qarşılıqlı əlaqəni

təkmilləşdirəcək.

Bundan əlavə, biz bütün tərəfdaşlarımız üçün yüklərin çatdırılması üzrə onlayn monitorinq sisteminə çıxışın yaradılmasını və istifadəyə verilməsini planlaşdırırıq. Yeni sistemin istifadəyə verilməsi ilə hər bir müştəri və tərəfdaş öz yüklərinin olduğu məkanı real vaxt rejimində izləyə, marşrut üzrə hərəkət mərhələlərini görə və göndərişin statusu barədə vaxtında bildirişlər ala biləcək. Bu, etimad səviyyəsinin yüksəldilməsinə və istənilən dəyişikliklərə operativ reaksiya verilməsinə şərait yaradacaq. Belə bir sistem müasir logistika əməliyyatlarında beynəlxalq biznesin əsas tələblərindən biri sayılır.

Əlavə olaraq, klirinq proseslərinin rəqəmsallaşdırılmasını tamamlayırıq ki, bu da tərəfdaşlarla qarşılıqlı hesablaşmaları xeyli

sürətləndirir və sadələşdirir. Əgər əvvəllər müştərilərə hesab-fakturaların təqdim olunması bir aya qədər (bəzi hallarda isə daha çox) davam edirdisə, indi bu proses maliyyə sistemlərinin avtomatlaşdırılması və inteqrasiyası sayəsində ən qısa müddətdə həyata keçirilir.

Əminik ki, yükdaşıma proseslərinin rəqəmsal transformasiyasının bütün mərhələlərinin tamamlanması xidmətlərimizin keyfiyyətini yeni bir mərhələyə

yüksəldəcək, bizimlə qarşılıqlı əməkdaşlığı logistika zəncirinin bütün iştirakçıları üçün daha rahat və şəffaf edəcək.

– Azərbaycan Dəmir

Yollarında rəqəmsallaşma sahəsində ilin birinci yarısında əldə olunan nailiyyətlər barədə məlumat verməyinizi istərdik. Bu müddət ərzində hansı uğurlar əldə olunub?

– 2025-ci ildə ADY elektron xidmətlər portalını istifadəyə verib. Yeni platforma sayəsində istifadəçilər artıq xidmətlərə onlayn müraciət edə, sorğularının gedişatını izləyə və operativ cavablar ala bilirlər. Əvvəllər bu xidmətlər yalnız kağız sənədlərlə həyata keçirilirdi. Yeni sistem sayəsində fiziki və hüquqi şəxslər artıq xidmətlərdən yararlanmaq üçün ofislərə gəlməli və sənədləri kağız formatında təqdim etməli olmayacaqlar. Bütün proses 24/7 rejimində tamamilə onlayn şəkildə həyata keçiriləcək. Portal ADY-nin Rəqəmsal

inkişaf departamentinin mütəxəssisləri tərəfindən şirkətin daxili resursları əsasında yaradılıb.

Qeyd etmək istərdik ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Elektron Hökumət Portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi – digital.login ilə uğurla inteqrasiya edilib. Bu yenilik sayəsində istifadəçilər portala ASAN sistemində saxlanılan məlumatlarından istifadə edərək daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil ola və qeydiyyatdan keçə bilirlər.

Portal xidmətlərindən yararlanmaq istəyən istifadəçilər mövcud identifikasiya vasitələri, eləcə də SİMA İmza, ASAN İmza və SİMA Token kimi rəqəmsal imza vasitəsilə elektron sənədləri imzalaya bilərlər. Bu da sənədlərin etibarlığını və təhlükəsizliyini təmin edir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin idarə olunması çərçivəsində ADY tərəfindən “Control Tower” adlı ixtisaslaşdırılmış İT platformasının yaradılması təşəbbüsü irəli sürülüb. Bu, logistika marşrutlarını real vaxt rejimində izləməyə və optimallaşdırmağa, əməliyyat məlumatlarını təhlil etməyə, eləcə də çatdırılma proseslərinin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə operativ qərarlar qəbul etməyə imkan verəcək mərkəzləşdirilmiş idarəetmə sistemidir.

Layihə çərçivəsində tərəfdaşlarımızla birgə izləmə və nəzarət (“Track and Trace”) modulunun tətbiqi nəzərdə tutulub ki, bu da dəhliz boyunca yükdaşımaların tam şəffaflığını təmin edəcək. Belə bir platformanın yaradılması ideyası məhz “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsusdur və şirkət artıq bu təşəbbüsü strateji tərəfdaşlarına rəsmi şəkildə təqdim edib. Gələcək sistemin maketi artıq şirkətin nümayəndə heyəti tərəfindən Çində təqdim olunub və müsbət rəy qazanıb.

Sistemin ilk işlək versiyasının ilin sonunadək istifadəyə hazır olması gözlənilir. Sistem Çin istiqamətindən həyata keçirilən konteyner daşımalarının izlənməsini təmin edəcək və tərəfdaşlarımıza zəruri məlumatlar, eləcə də statistik göstəriciləri təqdim edəcək. Bu məqsədlə Qazaxıstan və

Gürcüstan dəmir yolları ilə sıx əməkdaşlıq münasibətləri qurmuşuq.

Daha sonra elektron sənədlərin daha müasir standartlarına keçidi gözləyirik. Bu, artıq yeni format, yeni doldurma qaydaları və Orta Dəhliz boyunca multimodal sənəd dövriyyəsinin vahid standartlara uyğunlaşdırılması deməkdir. Bu, yüklərin su, quru və hava nəqliyyatının istənilən növü ilə daşınmasına, eləcə də bu daşımaların transsərhəd legitimliyinin rəqəmsal formada təmin edilməsinə imkan verəcək vahid nəqliyyat sənədinin tətbiqini nəzərdə tutur.

Hazırda müəyyən inzibati və texniki çətinliklər mövcuddur, lakin belə bir keçid bizə sənədləri Azərbaycanın hüdudlarından kənarda da əldə etməyə və təbii ki, mövcud resurslardan daha

səmərəli istifadə etməklə məlumat mübadiləsini effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

– Cari ilin sonunadək hansı layihələrin həyata keçirilməsi planlaşdırılır?

– Biz qəbul olunmuş İT strategiyası əsasında təsdiqlənmiş rəqəmsal transformasiya prosesini davam etdiririk. Hazırda sistem-əməliyyat və maliyyə konturlarının inkişafı istiqamətində iş aparılır.

Kadrların idarəetmə sistemi artıq tamamlanıb və hazırda aktivlərin idarəetmə sistemi üzərində işləyirik.

Əsas diqqət əməliyyat fəaliyyətinin təhlükəsizliyini və səmərəliliyini artırmaq məqsədilə daxili proseslərin rəqəmsal transformasiyasına yönəlib. Xüsusilə yeni insidentlərin idarəetmə sisteminin tətbiqi fövqəladə situasiyalara operativ reaksiya verməyə imkan yaradır və onların hərəkət

təhlükəsizliyinə təsirini minimuma endirir. Bizim strateji məqsədimiz bu sistemi mərhələli şəkildə inkişaf etdirməklə, mövcud çağırışlar və adaptasiya zərurətinə baxmayaraq, dəmir yolu əməliyyatlarında təhlükəsizlik və etibarlılığı əhəmiyyətli dərəcədə artıracaq dayanıqlı və effektiv insident idarəetmə mexanizmini formalaşdırmaqdır.

Biz “Rəqəmsal ADY” layihəsini daha da genişləndirərək onun funksionallığını artırmağı planlaşdırırıq. İlin sonunadək bu çərçivədə daha üç yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

– Cari il ərzində sərnişinlərin rahatlığını və xidmət təcrübəsini yaxşılaşdırmaq məqsədilə yeni addımların atılması planlaşdırılırmı? Sərnişindaşıma üzrə əməliyyatların rəqəmsallaşdırılması istiqamətində hansı işlər nəzərdə tutulur?

– Son altı ay ərzində xidmət keyfiyyətinin artırılması və infrastrukturun inkişafına yönəlmiş bir sıra mühüm layihələri uğurla həyata keçirmişik.

Ən mühüm nailiyyətlərdən biri kimi, bir sıra stansiyalarda və regionlararası marşrutlarda internetə çıxış imkanının yaradılmasını qeyd etmək olar. Bu yenilik sərnişinlərə səfər zamanı internet bağlantısından istifadə etməyə şərait yaradır və onların rahatlığını əhəmiyyətli dərəcədə artırır.

Belə bir imkan, xüsusilə səfər zamanı internetdən istifadə edən və onlayn fəaliyyətini davam etdirmək istəyən işgüzar insanlar və gənc sərnişinlər üçün çox vacibdir. Biz şəbəkənin keyfiyyətinə təsir edən mövcud məhdudiyyətlərin fərqindəyik, lakin hazırda bu məhdudiyyətləri tam şəkildə aradan qaldırmaq üçün texniki imkanlar məhduddur. Bu, ixtisaslaşmış GSM-R rabitə örtüyünün olmaması və əlaqənin mövcud GSM standartları əsasında təmin edilməsi ilə bağlıdır.

Bildiyiniz kimi, ölkə ərazisində qatar marşrutlarının yenilənməsi və genişləndirilməsi istiqamətində fəaliyyəti ardıcıl şəkildə davam etdiririk. Xüsusi diqqət yeni marşrutların açılmasına və mövcud istiqamətlərin bərpasına yönəlib ki, bu

da nəqliyyat şəbəkəsinin inkişafına və regionlararası əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Həmçinin ölkədaxili sərnişindaşıma xidmətlərinin inkişafına xüsusi diqqət yetiririk və həyata keçirilən tədbirlərin nəticələri artıq öz müsbət təsirini göstərir – sərnişin axını sabit şəkildə artır. Bu, əhalinin xidmətlərimizə olan etimadının və marağının artdığını göstərir.

Bundan əlavə, infrastrukturun inkişafı çərçivəsində Ağdamda yeni dəmir yolu stansiyası inşa edilib və artıq Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişindaşımalar həyata keçirilir. Bu, nəqliyyat şəbəkəsinin imkanlarını genişləndirməklə yanaşı, regionun iqtisadi inkişafına və yerli əhalinin nəqliyyat əlçatanlığının genişlənməsinə töhfə verən mühüm addımdır. Şübhəsiz ki, göstərilən xidmətlərin keyfiyyətinin artırılması bütün əsas proseslərin

rəqəmsallaşdırılması ilə birbaşa bağlıdır. Bu istiqamətdə növbəti mərhələdə Abşeron dairəvi dəmir yolu marşrutunun əsas stansiyalarında SİMA

Pay sistemi vasitəsilə ödəniş imkanı olan turniketlərin istifadəyə verilməsi planlaşdırılır. Bu yeniliyin cari ilin sonunadək tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Elektron ödənişlərin tətbiqi sərnişinlər üçün səfərlərin rahatlığını artıracaq, turniketlərdən keçid prosesini sürətləndirəcək və daha müasir, komfortlu xidmətin göstərilməsini təmin edəcək.

– Söhbətimizi yekunlaşdıraraq, son illərdə “Azərbaycan Dəmir Yolları”nda rəqəmsallaşma çərçivəsində həyata keçirilmiş əsas yeniliklər barədə sizin fikirlərinizi öyrənmək istərdik.

– Doğrudan da son dövrdə dəmir yollarının rəqəmsallaşdırılması sahəsində əhəmiyyətli

nailiyyətlər əldə etmişik. Bütün yeniliklər iki əsas istiqamət üzrə həyata keçirilir: sərnişinlər üçün rahatlığın təmin edilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və şirkətin fəaliyyətinin optimallaşdırılması.

2023-cü ildə “ADY Mobile” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq sərnişinlərə biletləri tez və rahat şəkildə almaq, ödəniş etmək və qatarların hərəkət cədvəli barədə məlumat əldə etmək imkanı yaradır. Həmin ilin yayında Abşeron dairəvi marşrutunda elektron bilet satışı tətbiq edilib. Stansiyalarda sərnişinlərin gediş kartlarının balansını artırmaq və məlumat əldə etmək üçün elektron terminallar istifadəyə verilib.

Ölkədaxili sərnişin qatarlarına minik zamanı yalnız fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb edən qayda ləğv edilib. İndi sərnişinlər şəxsiyyət vəsiqəsini həm fiziki formada, həm də my.gov.az portalı vasitəsilə QR-kodla təqdim olunan elektron versiyada təqdim edə bilirlər.

Yaxın gələcəkdə turniketlərdə üztanıma sistemi üzrə pilot layihənin həyata keçirilməsi planlaşdırılır ki, bu da pik saatlarda sərnişin axınının tənzimlənməsinə və stansiyalarda sıxlığın azalmasına imkan verəcək.

Ödənişsiz Wi-Fi artıq bir sıra stansiyalarda – Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Ağstafa və digərlərində, həmçinin ölkədaxili marşrutlar üzrə hərəkət edən qatarlarda istifadəyə verilib.

2024-cü ilin noyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin istifadəçi yönümlü yeni korporativ veb-saytı istifadəyə verilib. Bu platforma sərnişinlərə və biznes tərəfdaşlarına xidmətlərə və layihələrə asan və operativ müraciət imkanı verir.

Yükdaşıma sahəsində müasir yük və kommersiya sistemlərinin tətbiqi istiqamətində işlər aparılır. Bununla yanaşı, biz mövcud “ADY Smart” platformasında da mühüm yeniliklər edirik. Bu yeniliklər müqavilələrin bağlanması, yüklərin izlənməsi və sənədləşmə proseslərinin rəqəmsal idarə olunmasını əhatə edir. Elektron sənəd dövriyyəsi və konteynerlərin izlənməsi sistemləri sayəsində logistika proseslərinin tam rəqəmsal nəzarəti və sənədləşdirilməsi təmin olunur.

2024-cü ildə yük sahibləri üçün “vahid pəncərə” prinsipi əsasında fəaliyyət göstərən onlayn tarif kalkulyatoru istifadəyə verilib. Bütün proseslər – yüklərin qeydiyyatı, daşınması və izlənməsi –real vaxt rejimində həyata keçirilir. Sistem çərçivəsində

“rəqəmsal naryad” funksiyası tətbiq olunub ki, bu da əməliyyatların icra müddətini bir neçə saatdan təxminən 20 dəqiqəyədək azaldıb. Platforma pilot rejimdə CIM/ SMGS vahid elektron qaimə sistemi ilə inteqrasiya olunub ki, bu da bir neçə sənədi vahid formaya birləşdirərək gömrük prosedurlarını və informasiya axınını sürətləndirir.

Cari ilin 15 iyul tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC proseslərin rəqəmsallaşdırılması istiqamətində növbəti təşəbbüsü həyata keçirib. Belə ki, Bakı və Gəncə vağzalları istisna olmaqla, ölkədaxili marşrutlar üzrə xidmət göstərən vağzal və stansiyalardakı kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılıb. Bu qərarın əsas məqsədi kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, əməliyyat səmərəliliyinin artırılması və biletlərin növbəsiz, daha rahat şəkildə alınmasını təmin edən təkmilləşdirilmiş veb-sayt və mobil tətbiqdən istifadənin genişləndirilməsidir. Ötən il ölkədaxili marşrutlar üzrə səyahət edən sərnişinlərin 70%-i biletləri onlayn qaydada əldə edib. Bu ilin ilk yarısında isə bu göstərici 80%-ə yaxınlaşıb. “ADY Mobile” tətbiqinin istifadəçilərinin sayı artıq 300 min nəfəri keçib; son altı ay ərzində təxminən 90 min istifadəçi tətbiqi yükləyərək

onun geniş funksiyalarından yararlanıb.

Bu sistem əməkdaşların texniki dəstək xidmətinə müraciət prosesini sadələşdirir, sorğulara operativ cavab verilməsinə və onların izlənməsinə imkan yaradır. Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” QSC-nin daxili elektron sənəd dövriyyəsi sistemləri Azərbaycanın “rəqəmsal qovşaq” (digital hub/ESD) platforması ilə tam inteqrasiya olunub. Bu inteqrasiya sənədlərin rəqəmsal imza vasitəsilə hazırlanması, təsdiqlənməsi və göndərilməsi proseslərini sürətləndirib. Nəticədə sənəd dövriyyəsinin effektivliyi və təhlükəsizliyi xeyli dərəcədə artıb, kağız üzərində aparılan əməliyyatların həcmi isə minimuma endirilib.

Sərnişin məmnuniyyətinin artırılması ilə yanaşı, rəqəmsallaşma həm də qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir, ölkənin nəqliyyatlogistika potensialının gücləndirilməsi və Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların əməliyyat səmərəliliyinin artırılmasına şərait yaradır.

ABŞERON DAİRƏVİ DƏMİR YOLU

ÜZRƏ

HƏRƏKƏT CƏDVƏLİ

OPTİMALLAŞDIRILIB

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair

Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı− Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanıb.

Bu səbəbdən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edib.

Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən

yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.

Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 103 reysə çatdırılıb.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdırır.

Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradır.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində əsaslı təmir işləri aparılıb.

ADY İLK DƏFƏ REGİONDAXİLİ MARŞRUT

ÜZRƏ SƏRNİŞİN

DAŞIMALARINA BAŞLADI

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilməsinə başlanılıb.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə stansiyalarından istifadə edə bilirlər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN təşkil edir. Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi”

xidmətindən də yararlana bilirlər.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərlərində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət

etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir

yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “WiFi” xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə

Bakı–Ağdam–Bakı xətti açılıb.

Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın

əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosialiqtisadi dirçəlişinə imkan verəcək.

“ADY

MOBILE”

TƏTBİQİNİ

YÜKLƏYƏNLƏRİN SAYI 300 MİNİ KEÇDİ

“ADY Mobile” tətbiqi rəqəmsal sərnişindaşıma xidmətlərini genişləndirməyə davam edir.

Mobil tətbiq mağazaları üzərindən artıq 300 mindən çox yüklənmə sayı ilə

ADY-nin rəqəmsal məhsulu olan bu tətbiq rahat və təhlükəsiz səfərlərinizə töhfə verir.

Həm də müntəzəm bildirişlərlə sizi ən son məlumatlar və yeniliklər haqqında xəbərdar edir.

ABŞERON DAİRƏVİ DƏMİR

YOLU ÜZRƏ REKORD

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə rekord sayda sərnişin daşınıb.

Belə ki, Abşeron dairəvi marşrutu üzrə 27 oktyabrda 42 804 sərnişin səfər edib. Bu, gündəlik rekord göstəricidir.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq azalıb.

Göstərilən rekorda 100 faiz doluluq halında nail olunub.

Xatırladaq ki, ötən il 36 min nəfər sərnişin pik günlərdə 140 faiz doluluqla daşınırdı.

ADY VƏ DÖVLƏT ƏMƏK MÜFƏTTİŞLİYİ

XİDMƏTİ BİRGƏ TƏLİMLƏR KEÇİRİR

“Azərbaycan Dəmir Yolları” QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ADY-nin müxtəlif sahələrində çalışan işçilər üçün birgə təlimlərə başlayıb.

Təlimlərin keçirilməsində məqsəd ADY-də çalışan əməkdaşların əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsidir.

Proqram çərçivəsində keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarətdir.

DƏMX-nin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları barədə ətraflı məlumat veriblər.

Təlimin praktiki hissəsi isə ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşları tərəfindən keçirilib və bu mərhələdə yanğından

mühafizə zamanı davranış qaydaları nümayiş etdirilib.

Təlimdə ADY-nin 100-ə yaxın əməkdaşı iştirak edib.

Qeyd edək ki, gələcək mərhələlərdə ADY və Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən müəssisələrdə metodiki dəstəyin davam etdirilməsi, zəruri hallarda işçilərin birbaşa təlimatlandırılması və SƏTƏM ixtisas tələblərinə uyğun maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.

QATARLARIN QARŞISINA ÇIXMAQ

Bu ilin 10 ayında qatarlarımızın qarşısına 100 dəfə qəfil insan çıxması nəticəsində maşinistlərimiz təcili tormozlama etməli olublar.

Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 8 nəfər dünyasını dəyişib, 22 nəfər xəsarət alıb.

ADY bir daha xatırladır ki,

dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etmək olmaz. Yolu keçərkən sağa və sola baxmaq, hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək lazımdır.

Yadda saxlamaq lazımdır ki, qatarın dayanması üçün böyük məsafəyə ehtiyac var.

SAHİBSİZ

BURAXILAN MALQARA QATARLARIN

HƏRƏKƏTİNƏ CİDDİ

TƏHLÜKƏ YARADIR

Bu ilin 10 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.

Nəticədə qatarlara ciddi

maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır, heyvanlar tələf olur.

Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir.

Videonu izləmək üçün QR kodu oxudun

QATARA ATILAN

DAŞ HƏM DƏ İNSAN

HƏYATINA ATILIR

Oktyabrın 31-də BakıSumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

Nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin 10 ayı ərzində ADY-nin qatarlarına hərəkətdə olarkən 41 dəfə daş atılıb.

Xatırladaq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada aşkar edilir və qanunvericiliyə uyğun olaraq cəzalandırılır.

ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər

QATAR YOLUNA

KƏNAR ƏŞYALAR QOYMAQ CİDDİ

FƏSADLARA YOL AÇIR

2025-ci ilin 10 ayı ərzində ADY qatarlarının maşinistləri 45 təcili tormozlama ediblər ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr

yaranıb.

Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.

Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar.

üçün həmrəy olmağa çağırır.

DƏMİRYOL

KEÇİDLƏRİNDƏ

DİQQƏT

TƏHLÜKƏSİZLİYİN

ƏSAS ŞƏRTİDİR

İlin əvvəlindən bu günə kimi dəmiryol keçidlərində sürücü diqqətsizliyi nəticəsində 19 hadisə baş verib, 5 nəfər xəsarət alıb.

Təhlükəsizlik üçün dəmiryol

nəqliyyatında xəbərdarlıq nişanları, qorunan və qorunmayan keçidlər haqqında məlumatlı olmaq vacibdir.

Unutmayaq, qatar avtomobilləri vurmur, avtomobillər qatarın yoluna çıxır!

ADY-nin sahəsinə daxil olan dəmir yolu keçidlərində baş vermiş toqquşma hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalıb.

Videonu izləmək üçün QR kodu oxudun

MÜƏLLİM VƏ DƏMİRYOLÇU: İKİ ŞƏRƏFLİ

PEŞƏNİ EYNİ VAXTDA İCRA EDƏN HƏMKARIMIZ

Müəllim təhsili, peşəni, təcrübəni gələcək nəsillərə ötürən qəhrəmandır.

ADY-də bu şərəfli işi yerinə yetirənlərdən biri də Ramin Abdullayevdir:

“Xalqımızın gələcəyi müəllimlərimizin yetişdirdiyi nəsillərdən asılıdır. Mən də fəxr edirəm ki, bu peşəni öz çiyinlərimdə daşıyıram.

2006-cı ildən müxtəlif vəzifələrdə çalışmışam, mühəndis, baş mühəndis vəzifələrinə qədər yüksəlmişəm.

2019-cu ildən Bakı Sərnişin Stansiyasının rəisi vəzifəsinə təyin olunmuşam. Sərnişinlərə xidmət göstərmək, xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda sərnişinlərin rahat və təhlükəsiz səfərlərini təşkil etmək mənim vəzifə öhdəliklərimə daxildir.

Bu məsuliyyətli və çətin işlə yanaşı, artıq 10 ilə yaxındır Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsində baş müəllim kimi çalışıram. Bu sahə üzrə bir neçə fənni tədris edirəm: nəqliyyat logistikası, multimodal daşınmalar, hərəkətin təhlükəsizliyi və s.

Müəllim keçmişi öyrədən, gələcəyi qurandır. Bu şərəfli və məsuliyyətli peşə sahiblərini – müəllimləri 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm, çətin və şərəfli işlərində onlara uğurlar arzu edirəm. Mən dəmiryolçuyam!”

Videonu izləmək üçün QR kodu oxudun

ADA UNİVERSİTETİNDƏ ADY-NİN

“LİDERLƏRİN

İNKİŞAF PROQRAMI”NA START VERİLDİ

ADA Universitetində

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi “Liderlərin İnkişaf Proqramı”nın açılışı keçirilib.

ADA Universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində liderlik və idarəetmə səriştələri üzrə tanınmış peşəkarlar tərəfindən tədris olunur və idarəetmənin əsasları, dəyişikliklərin idarə olunması, emosional zəka, effektiv kommunikasiya, həmçinin sahiblik və məsuliyyət kimi önəmli modulları əhatə edən bu proqram ADY-də çalışan rəhbər

heyətin liderlik bacarıqlarının daha da təkmilləşdirilməsini hədəfləməkdədir.

ADY-nin rəhbərliyi əməkdaşlığı strateji əhəmiyyətli addım kimi qiymətləndirərək bildirib ki, belə proqramlar qurumun idarəetmə keyfiyyətinin yüksəlməsinə, rəhbərliyin səriştələrinin artırılmasına və ümumi rəqabət qabiliyyətinin möhkəmlənməsinə, o cümlədən, ADY-nin strateji məqsədlərinə nail olmasına mühüm dəstək olacaqdır.

Hazırkı sürətlə dəyişən və rəqabətin artdığı iş mühitində davamlı inkişaf və liderlərin

potensialının artırılması təşkilatın uğurla irəliləməsi üçün vacib amillərdən biridir.

Qeyd edək ki, proqramda ADY və tabeliyindəki qurumlardan 160-dan çox rəhbər iştirak edəcək, bu da liderlərin inkişafına verilən önəmin bariz nümunəsidir.

Liderlərin İnkişaf Proqramını həyata keçirməklə ADY ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir.

ADY ƏMƏKDAŞLARI ÜÇÜN GÖZ

MÜAYİNƏSİ AKSİYASI KEÇİRİLİB

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryolçuların peşə bayramı münasibətilə Akademik

Zərifə Əliyeva adına Milli

Oftalmologiya Mərkəzinin

Dəmiryol Səyyar Klinikası

Bakı Dəmiryol Vağzalında

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün göz müayinəsi aksiyası təşkil edib.

İki gün davam edən aksiyada

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının həkim

DƏMİRYOLÇULAR

SAĞLAM GƏLƏCƏK

ÜÇÜN QAN VERDİLƏR

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryol işçilərinin peşə bayramı münasibətilə

heyəti dəmiryolçuları müasir oftalmoloji cihazlarla müayinələrdən keçirib, müayinələrin nəticələrinə əsasən onlara müvafiq tibbi məsləhətlər verilib.

Hər il dəmiryolçuların peşə bayramı ilə əlaqədar keçirilən bu ənənəvi aksiyanın məqsədi ADY əməkdaşlarının sağlamlığının dəstəklənməsi və korporativ məsuliyyət çərçivəsində insan mərkəzli fəaliyyətin gücləndirilməsidir.

“Azərbaycan Dəmir Yolları” QSC-də növbəti xeyriyyə məqsədli qanvermə aksiyası keçirilib.

Respublika Qan Bankı ilə birgə keçirilən ənənəvi aksiyada ADY-nin müxtəlif struktur

bölmələrinin əməkdaşları könüllü şəkildə iştirak ediblər.

Xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyasının əsas məqsədi Respublika Qan Bankının qan ehtiyatının artırılmasına töhfə verməkdir.

ADY cəmiyyətə faydalı sosial təşəbbüslər göstərməyə, sağlamlıq və həyat naminə humanitar fəaliyyətləri dəstəkləməyə davam edəcək.

AZƏRBAYCAN DƏMİR

YOLLARININ 145

İLLİYİ MÜNASİBƏTİLƏ

İMƏCİLİK KEÇİRİLİB

ADY Azərbaycan dəmir yollarının yaranmasının 145 illiyi və dəmiryolçuların peşə bayramı münasibətilə dəmir yolunun Biləcəri sahəsində iməcilik keçirib.

145 yaşlı Azərbaycan dəmir yolları müasir çağırışlara cavab verən, qitələr arasında körpü rolunu oynayan, ölkəmizin nəqliyyat-logistika imkanlarını genişləndirən mühüm bir strukturdur.

Dəmir yolları yalnız nəqliyyat sisteminin deyil, həm də iqtisadi dirçəlişin, sosial rifahın və regional əməkdaşlığın dayaqlarından biridir.

Dəmiryolçuların yorulmaz əməyi sayəsində ölkəmizdə sərnişin və yük daşımaları daha rahat, təhlükəsiz və

dayanıqlı şəkildə həyata keçirilir.

Bütün dəmiryolçu həmkarlarımızı təbrik edir, dəmir yollarının fədakar, zəhmətkeş ailəsinə uğurlar və tükənməz enerji arzulayırıq.

MİNLƏRLƏ ZİYARƏTÇİ, MİNLƏRLƏ UNUDULMAZ XATİRƏ!

Azərbaycan Dəmiryol

Muzeyini 14-19 oktyabr “Açıq qapı” günlərində 9 mindən çox

DƏMİR YOLLARININ

145 İLLİYİNƏ HƏSR

OLUNMUŞ POÇT

MARKASI BURAXILDI

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb.

4 min tirajla çap olunmuş poçt markası ADY-nin yükdaşıma xidmətinin yerli və regional iqtisadi inkişafa, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulayır.

insan ziyarət edib.

Məktəblilər başda olmaqla, ziyarətçilər dəmir yollarının 145 illik tarixi, keçmişdən bu günə inkişaf yolu, müxtəlif eksponatlar və daha çoxu ilə yaxından tanış olublar.

“Açıq qapı” günləri bitsə də, muzey ənənəvi olaraq bazar ertəsi istisna olmaqla, hər gün ziyarət üçün açıqdır.

Sizi də gözləyirik!

“QARA QIZILIN SALDIĞI DƏMİR YOLLAR”

“Azərbaycan Dəmir

Yolları” QSC və “Balakhani Operating Company” LTDnin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı keçirilib.

Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotoları təqdim edilib. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunub.

Tədbir “Azərbaycan Dəmir Yolları”nın 145 illik yubileyinə

həsr olunmuş “Üç əsrin yaddaşı” adlı qısa filmin nümayişi ilə başlayıb.

Açılış mərasimində çıxış edən “Balakhani Operating Company”nin prezidenti Rövşən Rzayev dəmir yolları və neft sahəsinin hər zaman Azərbaycanın iqtisadi inkişafının aparıcı qüvvələrindən olduğunu bildirib. O, həmçinin qeyd edib ki, hazırda da neftçilərin qatarla gündəlik səfərə üstünlük verdiyini qeyd edib.

ADY-nin Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov ADY-nin

tarixində neftin mühüm rolundan və dəmir yollarının sənayenin etibarlı tərəfdaşına çevrilməsindən danışıb:

“Neft Azərbaycan dəmir yollarını saldı, Dəmir Yolları isə Azərbaycan neftinin daşınmasında, dünyaya çatdırmasında xüsusi rolu olub. Bu sərgi sadəcə dəmir yollarının neftlə bağlantısını göstərmir, həm də bütün tarixin vizual hekayəsidir”.

Millət vəkili Vüqar Rəhimzadə isə çıxışında ölkəmizin iqtisadi inkişafında dəmir yollarının önəmindən bəhs edib:

“145 il ərzində Azərbaycan Dəmir Yolları kifayət qədər strateji quruma çevrilib və bu gün də öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməyi bacarır”.

“Qara qızılın saldığı dəmir yollar” sərgisi Azərbaycanın sənaye və nəqliyyat tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.

1880-ci ildə Azərbaycanın ilk dəmir yolu – Bakı–Sabunçu–

Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıb. Çox keçmədən dəmir yolları ilə təkcə neft deyil, həm də sərnişinlərin, Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrinin daşınmasına başlayıb.

1926-cı ildə isə Bakıda keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilib.

Həmin xətt üzrə qatarlar bu gün Dəmiryol Muzeyinin yerləşdiyi binadan Sabunçuya yola düşürdü.

Fotolar 10 gün ərzində Dəmiryol Muzeyində nümayiş etdirildikdən sonra sərgi işini Sabunçu Dəmiryol Vağzalında davam etdirib.

ADY-NİN VOLEYBOL

KOMANDASI QALİBLƏR

SIRASINDA

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən çimərlik voleybolu turnirində “Azərbaycan Dəmir Yolları” QSC-nin kişi komandası uğurla çıxış edərək üçüncü yerə layiq görülüb.

Bu nailiyyət komandamızın peşəkarlığını, əzmini və güclü komanda ruhunu bir daha

sübut etdi. Komandamız həm oyundakı bacarığı, həm də müsbət enerjisi ilə yadda qaldı.

Komandamızı təbrik edir, onlara gələcək yarışlarda da yeni uğurlar arzulayırıq!

ADY ƏMƏKDAŞI VELOSİPED YARIŞINDA ÜÇÜNCÜ OLDU

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkil etdiyi dövlət qurumları arasında keçirilən velosiped yarışında “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Arzu Nəbiyeva uğurlu çıxış edərək 3-cü yerin sahibi olub.

Qalibimizi təbrik edir, ona gələcək yarışlarda da yeni uğurlar arzulayırıq!

SƏSSİZ ÇAĞIRIŞLARI

EŞİDİN!

Hər gün minlərlə insan, yüzlərlə qatar buradan keçir. Qatarların yükü olduğu kimi, bəzən insanların da mənəvi yükü olur.

Bəzən getdiyimiz yol çətin gələ bilər, amma birlikdə

addımlayanda hər şey asanlaşır.

10 oktyabr Psixi Sağlamlıq Günüdür. Ətrafınızdakıların səssiz çağırışlarını eşidin, hiss edin, yanında olun. Həyat qiymətlidir, onu qorumaq lazımdır.

ADY GƏNCLƏRİN

QATARLA SƏFƏRİNƏ

YENİ NƏFƏS VERİR

Gəncə Dövlət Universiteti və Gəncə Aqrar Universitetindən olan 50 tələbə Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə yaddaqalan bir səyahətə

çıxdı, bu marşrutun gündəlik səfərlər üçün üstünlükləri ilə tanış oldu.

Tələbələr üçün səyahət boyunca interaktiv müzakirələr, viktorina və motivasiya təlimi təşkil olundu, onlara xatirə hədiyyələri təqdim edildi.

ADY gənclərin dəmir yolundan rahat və təhlükəsiz səfərlər üçün istifadəsini təşviq etməyə, onların etibarlı yol yoldaşı olmağa bundan sonra da davam edəcək.

Videonu izləmək üçün QR kodu oxudun

ADY-NİN ADINDAN KİM DANIŞA BİLƏR?

ADY ilə bağlı rəsmi məlumat və açıqlamaların KİV-də, internetdə və sosial şəbəkələrdə elan olunması, bəyanatların verilməsi yalnız qurumun sədrinə və onun səlahiyyət verdiyi şəxslərə aiddir.

ADY adından ictimaiyyətə maraqlı olan hər hansı bir açıqlama verilirsə, bu, mütləq şəkildə Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirilməlidir.

Məsələn, sosial şəbəkədə “qatar gecikir, çünki texniki nasazlıq olub” yazmaq və ya hər hansı bir jurnalist gözlənilmədən sual verərkən cavab vermək OLMAZ!

Sizə hər hansı bir sual ünvanlanırsa, “Rəsmi

“QOHUMUM ADY-DƏ

açıqlama üçün ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərsiniz” cavabını istifadə edin.

Bu qaydaya əməl etməklə biz bütün açıqlamaların vahid

mənbədən yayılmasını, şirkətin reputasiyasının qorunmasını və əməkdaşların məsuliyyətinin aydın bölgüsünü təmin edirik.

Sözümüzün dəyəri nüfuzumuzun göstəricisidir.

seçim prosesini qorumaqdır.

ADY-nin Korporativ Kodeksində qeyd olunub:

Bəzən tanışımız və ya qohumumuz təsadüfən bizim işlədiyimiz şirkətə müraciət edir. Bu, tamamilə normal haldır. Amma etik qaydalar baxımından burada əsas məsələ şəffaflıq və ədalətli

“ADY-də əməkdaşın birinci və ikinci dərəcəli qohumlarına iş təklif olunarsa, əməkdaş (məlumatlı olduğu təqdirdə) bu barədə insan resursları üzrə məsul şəxsə məlumat verməlidir”.

Bəs birinci və ikinci dərəcəli qohumlara kimlər aiddir?

Birinci dərəcəli qohumlar qan qohumluğu və ya övladlığa götürmə yolu ilə birbaşa ailə üzvləridir: ana, ata, bacı, qardaş, övlad.

İkinci dərəcəli qohumlara isə bir nəsil daha uzaqda olan, amma hələ də yaxın qohum

sayılan şəxslərdir: qardaş və ya bacının övladları, nənə, baba, nəvə, həmçinin əmi, dayı, xala, bibi və onların uşaqları.

Bu barədə məlumat vermək qohumunun işə qəbuluna mane olmaq üçün deyil, əksinə, prosesin tam obyektiv və qaydalara uyğun aparıldığını göstərmək üçündür.

Məlumatı paylaşmaq həm sənə, həm də şirkətə qarşı güvəni artırır, yanlış anlaşılmaların qarşısını alır.

Unutma, şəffaflıq hər bir peşəkarın ən güclü tərəfidir!

ADY ƏMƏKDAŞI

OLARAQ BU

PRİNSİPLƏRDƏN XƏBƏRDARSINIZ?

Bəzən elə situasiyalar olur ki, əməkdaş bilərəkdən, ya da bilməyərəkdən ADY-yə aid məxfi məlumatları ictimaiyyətə

yayır, sosial mediada paylaşır və ya hər hansı üçüncü tərəfə ötürür.

Bəzi məlumatların məxfiliyini təmin etmək hər bir əməkdaşın vəzifə borcudur.

Bu məlumatların gəlir (fayda) əldə etmək üçün və ya hansısa bir səbəblə müəssisənin məqsədlərinə uyğun olmayan formada istifadəsi yolverilməzdir.

Aşağıdakı məlumatlar ADY-nin xüsusi mülkiyyəti və ya kommersiya sirri kateqoriyasına daxildir:

- əldə edilən biznes məlumatları;

- xidməti fəaliyyət üçün zəruri informasiyalar;

- maliyyə rəqəmləri;

- mal, vəsait və xidmətlərin

satınalma qiymətləri;

- ictimaiyyətə açıqlanmayan və daxili qərarvermə üçün nəzərdə tutulan hesabatlar;

- əməkdaşların şəxsi məlumatları;

- əməkhaqqı məlumatları və bu xarakterli digər sənəd və məlumatlar.

Bu məlumatların şəxsi maraq üçün, yaxud sosial şəbəkələrdə paylaşılması qəti qadağandır.

Əgər hər hansı məlumatın məxfi olub-olmaması barədə şübhən varsa, paylaşma! Əvvəlcə birbaşa rəhbərinlə məsləhətləş.

Məlumat paylaşmadan öncə iki dəfə düşün, çünki hər bir informasiya etibarımızın göstəricisidir.

İLK DƏMİRYOL VAĞZALI

Azərbaycanın ilk dəmiryol stansiyası 1880-ci ildə Bakıda istifadəyə verilib.

O dövrdə bina əsasən neft mədənlərinə və limana fəhlələrin daşınması üçün nəzərdə tutulmuşdu. Lakin inkişaf edən Bakının simasını əks etdirən müasir vağzala ehtiyac yaranmışdı.

1882-ci ildə yeni vağzal binasının layihəsi təsdiqləndi və 1884-cü il yanvarın 10-da Bakı Dəmiryol Vağzalı təntənəli şəkildə açıldı. “Tiflis vağzalı” adı ilə məşhurlaşan bina tezliklə imperiyanın ən gözəl vağzallarından birinə çevrildi.

BAKIDAN SABUNÇUYA

İLK QATAR

99 il əvvəl Bakıdan Sabunçuya ilk elektrik qatarı hazırda Azərbaycan Dəmiryol Muzeyinin yerləşdiyi vağzal binasından yola düşüb. 1925-ci ildə Bakının neft rayonlarına – Sabunçu və Suraxanıya daha sürətli, müasir nəqliyyat lazım idi.

Həmin il Bakı–Sabunçu dəmir yolunun elektrikləşdirilməsinə start verildi. 1926-cı il iyulun 26-da isə bu xətt üzrə ilk elektrik qatarları hərəkətə başladı.

Bu, təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi.

GƏNCƏ DƏMİRYOL

VAĞZALI

Gəncə Dəmiryol Vağzalı 1882-1883-cü illərdə Tiflis və Bakı şəhərlərini birləşdirən dəmiryol xəttinin üzərində inşa edilib.

Gediş-gəlişin çox olması ilə əlaqədar, vağzalın yerləşdiyi ərazidə yaşayış massivi salınıb. Qafqazda dəmiryolçu uşaqları üçün ilk fərdi məktəb də 1887-ci ildə Gəncədə açılıb.

1970-ci illərdə yeni binaya köçürülmüş Gəncə Dəmiryol Vağzalı bu gün də öz əvvəlki

BAKI LİMANINDAN

KEÇƏN ELEKTROVOZ

Tarixən Bakı limanında elektrovozlar yük daşımalarında mühüm rol oynayıb. XX əsrin 30-cu illərində burada istifadə olunan elektrovozlar yükün operativ şəkildə daşınmasını təmin edir, limanın nəqliyyat infrastrukturunun səmərəliliyini artırırdı.

145 illik qürurlu və uğurlu səyahəti ilə ADY həm keçmişin

möhtəşəmliyi ilə sərnişinlərin xidmətindədir.

BİLƏCƏRİ DƏMİRYOL STANSİYASI

Biləcəri stansiyası 145 yaşlı Azərbaycan dəmir yolu şəbəkəsinin əsas qovşaqlarından biridir.

Tarixi 19-cu əsrin sonlarına qədər uzanan bu stansiya bu gün də həm yüklərin, həm də sərnişinlərin daşınmasında mühüm rol oynayır.

zəngin irsini qoruyur, həm də müasir dövrdə liman və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, əməliyyatların bu iki mühüm nəqliyyatın inteqrasiyası ilə yükdaşımaların sürətli və effektiv təşkilini davam etdirir.

Turn static files into dynamic content formats.

Create a flipbook
Sentyabr-Oktyabr by Ady Wetransfer - Issuu