Azərbaycanın mesajı: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır
2
“Mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm”.
“Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Dəmir yollarını biz Azərbaycanda on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq”.
“Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.
“Azərbaycanda da dəmiryolçular həmişə qabaqcıl olublar. Dəmiryolçular həmişə fərqləniblər. Azərbaycanda dəmiryol peşəsi həmişə hörmətli peşə olub”.
Ulu Öndər Heydər Əliyev
ADY-nin Ümummilli Lider Heydər Əliyevin dəmir yollarının inkişafı istiqamətində gördüyü işlərə həsr etdiyi “Ömrün dəmir yolları” filmində Ulu Öndərin bu sahədə yerli kadrların hazırlanmasına, Ağdam–Xankəndi dəmir yolu xəttinin çəkilməsinə, yeni stansiya və terminalların açılmasına xüsusi önəm verdiyi qeyd edilib.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu sahəsinin inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın tranzit potensialının artırılması, beynəlxalq dəhlizlər üzrə rolunun artırılması, ŞimalCənub, Şərq-Qərb marşrutları üzrə dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, Bakı–Tbilisi–Qars dəmiryol xəttinin istifadəyə verilməsi, Böyük Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində dəmir yolu xətlərinin tikintisi, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, o cümlədən Abşeron dairəvi dəmir yolu marşrutunun və bu xətt üzərində yerləşən stansiyaların bərpası, yeni hərəkət tərkiblərinin alınması dövlət başçısının dəmir yollarının inkişafına xüsusi diqqətinin göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci ildə imzaladığı “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
“Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır”.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
ÜÇ ƏSRİN YADDAŞI
“Mən 145 ilin şahidiyəm.
Hər şey necə də dəyişib, müasirləşib.
Bir zamanlar bu ərazidən ilk neft sisternləri yola salınırdı...
XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının neft mərkəzinə çevrilməsi dəmir yolları olmadan, demək olar, mümkün deyildi.
O zamanlar Bakı sənayenin qəlbi idi və qatarlar onun damarları kimi işləyirdi.
Zaman keçdi. Lokomotivlər, vaqonlar dəyişdi.
Bu yol, bu xətt inkişaf etdi.
O dövrdə Bakı ilə Tiflis arasında çəkilən dəmiryol xətti bölgənin əsas iqtisadi arteriyası idi. Səfər edənlər isə bu möhtəşəm vağzaldan keçirdi.
O zaman da bu bina Bakının ən gözəl binalarından biri idi. İndi də elədir.
Bu bina isə ötən əsrin əvvəllərində ilk elektrik qatarlarının yola düşdüyü yerdir. İndi burada
Dəmiryol Muzeyi yerləşir.
Hər gün onlarla insanı keçmişə səyahətə aparan bir yer.
Məhz bu nöqtədən ilk elektrik qatarları Bakıdan Sabunçuya yola düşmüşdü.
Dəmir yollarının ilk yükləri neft idi, amma bu gün neftlə yanaşı, demək olar, bütün strateji məhsullar daşınır.
Bu gün Azərbaycanın dəmir yolları ilə dayanmadan Şimaldan Cənuba, Şərqdən Qərbə yüklər daşınır.
Biz insanları, regionları və iqtisadiyyatları birləşdiririk.
Bu, bir körpüdür – tarixlə gələcəyin, Şərqlə Qərbin arasında.
Azərbaycanın dəmir yolları bu illər ərzində o qədər nüfuz qazanıb ki, bu gün ən etibarlı tərəfdaşlardan sayılır.
Bu gün Azərbaycan dəmir yolları daha sürətli və
təhlükəsiz işləyir.
Təhlükəsizliyin keşiyində duranlar isə peşəkar dəmiryolçulardır.
Bu gün Bakı Beynəlxalq Dəniz Limanında görülən hər bir işin məsuliyyəti də Azərbaycan
Dəmir Yollarına aiddir.
Dəmir relslərdən dənizə, dənizdən quruya bütün əməliyyatlar sürətlidir.
Bir zamanlar qatarlarımızın hərəkət etdiyi yerlərə yenidən, daha güclü, daha innovativ qayıdırıq.
Biz Böyük Qayıdışın bir parçasıyıq.
Horadiz–Ağbənd, Bərdə–Ağdam, Ağdam–Xankəndi...
Bütün bunlar bizi böyük arzularımıza çatdırır.
Horadiz–Ağbənd xəttinin davamı Zəngəzur dəhlizindən keçərək Naxçıvana gedən yolumuzu bərpa edəcək.
Asiyadan Avropaya gedən yüklər həm bu yolla, həm də Bakı–Tbilisi–Qars xətti ilə daim hərəkətdə olacaq.
Əsrlər əvvəl olduğu kimi, bu yollar yenə də canlanır.
İndi isə yeni yolun hekayəsi yazılır.
Həyat qayıdıb, infrastruktur yenidən qurulur, bu uşaqlar bu yerlərin ümidi və gələcəyidir.
Böyük Qayıdışın hər bir mərhələsi bayramdır.
Artıq Bakı–Ağdam–Bakı sərnişin xətti istifadəyə verilib.
Qayıdan yalnız qatar deyil. Ümidlərdir, xatirələrdir bu xəttin daşıdığı. Xankəndiyə gedən tarixi yol da bərpasını gözləyir...
Dəmir yolları indi rəqəmsallaşıb. Daha təhlükəsizdir, daha ağıllıdır.
Bir zamanlar bizim saatlarla gördüyümüz əməliyyatlar indi saniyələr, dəqiqələr ərzində həll olunur.
Amma bir dəyər dəyişməyib – insan.
Dəmiryolçular bu gün yeni tarixin yazılmasında da həvəslə iştirak edirlər.
Mən 145 ilin şahidiyəm.
Bu yol sadəcə yol deyil. Bu tarixdir. Gələcəkdir. Azərbaycanın yeni gücü və simasıdır.
Mən hər gün bu inkişafa da şahidlik edirəm”.
ADY-nin 145 illiyinə həsr olunmuş filmi qurumun rəsmi yutub kanalında izləyə bilərsiniz.
OLMALIDIR
PREZİDENT İLHAM ƏLİYEV:
TRIPP
MARŞRUTU ÇOXSAYLI ÖLKƏLƏR ÜÇÜN BAĞLANTI İMKANLARI YARADACAQ
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu, həqiqətən, tarixi gündür:
“Biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq.
Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib:
“Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü
bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq.
Əminəm ki, Ermənistanla Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.
VAŞİNQTONDA İMZALANMIŞ
BİRGƏ BƏYANNAMƏ
İLƏ KOMMUNİKASİYALARIN
AÇILMASININ ƏHƏMİYYƏTİ BİR DAHA TƏSDİQLƏNDİ
Avqustun 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Amerika
Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan
Respublikasının Baş naziri
Nikol Paşinyan Azərbaycan
Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika
Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
Birgə Bəyannamədə qeyd olunur ki, tərəflər regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə
arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq ediblər. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan
Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.
Həmçinin bildirilir ki, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcək.
Tərəflər bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətlərini təsdiq ediblər.
AZƏRBAYCAN PREZİDENTİ:
DƏMİR YOLUNU ERMƏNİSTAN SƏRHƏDİNƏ
ÇATDIRMAQ ÜÇÜN BİR İLDƏN AZ VAXT LAZIMDIR
Dəmir yolunu Ermənistan sərhədinə çatdırmaq üçün təxminən bir ildən az vaxt lazımdır.
Bunu avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki,
Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var:
“Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi
ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək.
Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir
yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq.
Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq.
Eyni zamanda, biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiberoptik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ölkənin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyir. Bu, daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək:
“Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil və siz tranzit ölkə olmağın üstünlüyünü görəcəksiniz.
Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən
keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir. Beləliklə, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”.
PREZİDENT İLHAM ƏLİYEV:
ZƏNGƏZUR DƏHLİZİ FƏALİYYƏTƏ
BAŞLAMALI
VƏ TƏHLÜKƏSİZ OLMALIDIR
Azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun
Dövlətimizin başçısı qeyd edib ki, təxminən beş il ərzində Ermənistan Azərbaycanın tələbləri və qanuni istəkləri qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi:
“Bu səbəbdən Prezident
Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər,
güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan üçün əsas odur ki yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun:
“Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Düşünürəm ki, layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Bir daha demək istəyirəm ki, Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur
bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir”.
Dövlət başçısı əlavə edib ki, bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq:
“İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil:
“Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdənNaxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən”.
Prezident İlham Əliyev əlavə edib: “Bu beş il ərzində Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə - “Araz dəhlizi” adlanırdı. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırır. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz. Siz, sadəcə olaraq, Ermənistan-Azərbaycan sərhədinə çatırsınız, sonra sola dönürsünüz, çay üzərində körpü tikirsiniz və İran ərazisində 40 kilometr gedirsiniz, sonra
yenidən Naxçıvana daxil olursunuz. Belə ki, bu layihə artıq icra mərhələsindədir. Ermənistandan keçən dəhliz açılanda bizim iki yolumuz olacaq, yükləri çatdırmaq üçün daha çox imkanlarımız olacaq – bir yolla İrandan, digər yolla Ermənistandan. Biz İran hökumətindəki həmkarlarımızla onu da müzakirə etdik ki, çayın digər sahilində, İran ərazisində dəmir yolunun tikintisi zərurəti yarana bilər. Belə olarsa - İran həmin yolu inşa etsə, yüklərin bir hissəsi İrandan keçəcək. Çünki əvvəlcə planlaşdırılmış və layihələndirilmiş ŞimalCənub dəhlizi Şimaldan, Şimali Avropadan, Rusiyadan, Azərbaycandan, İrandan, Fars körfəzindən düz xətlə gedir. Xəritəyə baxsanız, o,
Azərbaycan ərazisindən, qismən də Xəzər dənizinin sahilindən keçməkdədir. Bu, tamamilə Azərbaycan ərazisində tikilmiş həqiqi Şimal-Cənub dəhlizidir.
Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs, Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola,
- və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar”.
Azərbaycan Prezidenti qeyd edib ki, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq:
“Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaqRusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
AZƏRBAYCAN PREZİDENTİ: ZƏNGƏZUR DƏHLİZİNİN POTENSİALINI
15 MİLYON TON SƏVİYYƏSİNDƏ
QİYMƏTLƏNDİRİRİK
“Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk”.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçılarının
suallarını cavablandırarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır: “Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin
zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun
yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır”.
Prezident əlavə edib ki, həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir:
“Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn
ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq. Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir.
Yəni Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”.
PREZİDENT İLHAM ƏLİYEV
XANKƏNDİ
DƏMİR YOLU VƏ AVTOVAĞZAL KOMPLEKSİNİN TƏMƏLİNİ QOYUB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat veriblər.
Bildirilib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri
tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet
kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 10001200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regionda dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosialiqtisadi və mədəni inkişafı daha da sürətlənmişdi.
Əziz dəmiryolçular, Azərbaycan dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə sizi ürəkdən təbrik edirəm!
Bu yubiley sadəcə bir nəqliyyat sahəsinin yaşı deyil, eyni zamanda, ölkəmizin iqtisadi, sosial və mədəni inkişaf yolunun ayrılmaz parçasıdır. 1880-ci ildən başlayan bu yol ilk növbədə Azərbaycanın sənaye gücünü, xüsusilə də neft sektorunun sürətli yüksəlişini dəstəkləyib. Dəmir yolu xətti çəkildiyi ilk gündən ölkəmizi yeni mərhələyə daşıyıb, iqtisadi əlaqələri gücləndirib, insanlar və regionlar arasında körpü rolunu oynayıb. Zaman keçdikcə dəmir yollarımız həm sərnişinlərin, həm də ən müxtəlif yüklərin etibarlı nəqliyyat vasitəsinə çevrilib.
Bu uzun yolun hər bir mərhələsi zəhmət, fədakarlıq və əzmkarlıq üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin dəmir yollarına göstərdiyi diqqət bu sahəyə yeni nəfəs verib. Bu gün Prezident İlham Əliyevin nəqliyyat infrastrukturuna birbaşa dəstəyi və qayğısı dəmiryolçulara yeni çağırışlara cavab verməkdə böyük stimul verir.
Son illərdə əldə etdiyimiz nəticələr göz önündədir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm halqası kimi Azərbaycan dəmir yolları qlobal yükdaşımaların etibarlı iştirakçısına çevrilib. Qatar parkımız yenilənir, xidmətlərimiz rəqəmsallaşır, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişlənir. Bu gün təkcə yük deyil, sərnişindaşıma da əsas fəaliyyət sahəmizdir. Qarabağa – Ağdama qatarların işləməsi bu sahədə tarixi dönüşdür. Tezliklə Xankəndi də dəmir yolu xəritəmizə daxil olacaq və Qarabağın inkişafı üçün yeni imkanlar açılacaq.
Dəmir yollarımız həm də “yaşıl gələcəy”in daşıyıcısıdır. Elektrik qatarları ətraf mühitə zərər vurmadan yolları qət edir, depolarımız günəş enerjisi ilə işləyir, təkrar su istifadəsi və ağacəkmə layihələri həyata keçirilir. Bu addımlar nəinki nəqliyyatın müasirləşdirilməsi, həm də ekoloji məsuliyyətimizin ifadəsidir.
Əziz həmkarlar,
Bütün bu nailiyyətlərin arxasında sizin dəmir iradəniz, peşəkarlığınız və fədakarlığınız dayanır. Sizin əməyinizlə dəmir yolları 145 illik zəngin tarixini yaşadır və gələcəyə inamla addımlayır. Qarşımızda uzun yol, böyük hədəflər var – yeni xətlər, yeni layihələr, daha geniş beynəlxalq əməliyyatlar və əməkdaşlıqlar.
İnanıram ki, növbəti illərdə dəmir yollarımız təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına töhfə verəcək və biz dəmiryolçular hər yubileyimizi
MƏN DƏMİRYOLÇUYAM –
KEÇMİŞDƏN BU GÜNƏ
XIX əsrin sonları, XX əsrin əvvəllərində Rusiya imperiyasında dəmiryolçu kadrlarını, əsasən, iki ali təhsil ocağı hazırlayırdı: Peterburq Yol Mühəndisləri İnstitutu və Moskva Nəqliyyat Mühəndisləri İnstitutu.
İnstitutların Qafqazdan uzaq olması, bütün imtahanların rus dilində verilməsi, müsəlmanların ali təhsil ocaqlarına qəbuluna maneələrin yaradılması həmin institutlarda azərbaycanlıların təhsil almasını məhdudlaşdırırdı.
Rusiya imperiyasının müsəlman xalqları arasında ilk ali təhsilli dəmiryolçu mühəndis Fətəli bəy Sultanov olub. O, 1845-ci ildə gizir Nəcəfqulu bəy Əli Soltan oğlunun ailəsində anadan olub, 1856–1865-ci illərdə zadəgan ailəsinin üzvü kimi Tiflis kişi gimnaziyasının pansionunda təhsil və tərbiyə alıb.
Tiflis quberniyası məktəbləri direksiyası Fətəli bəyi və daha iki şagirdi Peterburqdakı Yollar İnstitutuna oxumağa göndərməyi təklif edir. Lakin 1860-cı il təlimatına görə, qafqazlıların Peterburqun ali təhsil ocaqlarına qəbulu məhdudlaşdırılmışdı.
Məhdudiyyətlər, ilk növbədə, müsəlman tələbələrinə aid edilmişdi. Yollar İnstitutunun direktoru general-leytenant K.M.Sobolevski Fətəli bəyi instituta qəbul etməkdən imtina etmiş və yazılı olaraq bildirmişdi ki, müsəlman olduğuna görə Fətəli bəyin təhsili üçün çar xüsusi icazə verməlidir. Qafqaz komitəsi işlər müdiri P.V.Qulkeviç institut direktoruna ünvanladığı məktubda qeyd etmişdi ki, müsəlmanların ali təhsil ocaqlarına qəbul olması ümumən hökumətin tələblərinə cavab verir. Yazışma nəticəsində F.Sultanova imtahanda iştirak
etmək icazəsi verildi. Lakin o, imtahanları əla qiymətlərlə versə də, iki digər qafqazlı instituta qəbul olundu, Fətəli bəyin taleyi isə sual altında qalmaqda idi. Yalnız yollar nazirinin 14 sentyabr 1865-ci il tarixli 31 saylı xüsusi qərarına əsasən, Fətəli bəy Sultanov Yollar İnstitutuna qəbul olundu.
Təhsil illərində institut direktorunun xüsusi nəzarəti altında olmasına baxmayaraq, Fətəli bəy əla qiymətlərlə oxumuş, III kursdan yay təcrübəsinə mühəndis köməkçisi kimi göndərilmişdi. İnstitutu əla qiymətlərlə bitirən Fətəli bəy Sultanov 1870-ci ildə Qafqaz Yollar İdarəsinə təyinat alır. Qafqazda dəmiryol sistemində 20 ildən artıq müddətdə çalışan F.Sultanov Bakı–Batum dəmir yollarının inşasında, 70-ci illərdə Kutaisi, 80-ci illərdə isə Batumda işləyib.
Vladiqafqaz dəmir yolu inşa olunanda Fətəli bəy yolun Vladiqafqaz–Temirxan-Şura hissəsinin tikintisinə rəhbərlik edib. 1896-cı ildə F.Sultanov dövlət müşaviri rütbəsinə layiq görülüb.
F.Sultanov dəmiryol sahəsində nəzəriyyəçi kimi də tanınırdı. O, elmi mətbuatda məruzələr və məqalələrlə çıxış edirdi.
1888-ci ildə F.Sultanovun rus dilində “Yer qazmaq üçün alətlər” kitabı işıq üzü görüb.
Kitabda dəmir yollarının inşası zamanı istifadə olunan alətlər, vasitələr, maşın və
mexanizmlər haqqında ətraflı məlumat verilib. İlk dəfə olaraq məhz F.Sultanov Naxçıvan və Ordubaddan İrana dəmiryol xətlərinin inşası fikrini bildirib. Həmçinin o, Lənkəran yaxınlığındakı Sarı adasında limanın, bu limandan isə İranın Urmiya şəhəri istiqamətinə dəmiryol xəttinin inşasını təklif etmişdi. Bütün təkliflərlə bağlı müxtəlif sxem və xəritələr, statistik göstəricilər tərtib olunmuşdu.
1904-cü ildə F.Sultanov vəbadan əziyyət çəkən Bakı sakinlərinə maliyyə yardımı göstərib. 1907–1908-ci illərdə F.Sultanovun adı “Nicat” xeyriyyə-maarif cəmiyyəti üzvlərinin siyahısında göstərilirdi.
İsax Mehmandarov – 1882-ci ildən dəmir yollarında xidmət edib. Zaqafqaziya dəmir yolunun inşasında çalışıb, yolun Ucar–Müsüslü hissəsini inşa edib. Sonralar Rusiyaya köçüb, Peterburqda yaşayıb.
Rəhim Axundov – 1891-ci ildən dəmir yollarında xidmət edib. Yollar Nazirliyinin
Qafqaz dairəsinin müxtəlif distansiyalarında, 1900-cü ildən Vaqon-sisternlərin paylanması üzrə Bakı Komitəsində Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi kimi çalışıb.
Mirzə İbrahim Abdullabəyov –1891-ci ildən dəmir yollarında xidmət edib. Yollar Nazirliyinin
Qafqaz dairəsi Dağıstan distansiyasında işləyib, bir müddət Yollar Nazirliyinin
Qafqaz İdarəsində şöbə müdiri olub. Xeyriyyəçiliklə məşğul olub, Tiflisdəki Qafqaz Müsəlman Cəmiyyətinin fəaliyyətində iştirak edib.
Səməd ağa Vəkilov –Peterburq Yol Mühəndisləri İnstitutu bitirib. 1899-cu ildən dəmir yollarında xidmət edib. Kiyev–Koval dəmir yolunda işə başlayıb, sonralar Zaqafqaziya və Vladiqafqaz yollarında çalışıb. 1917-ci ildə Vladiqafqaz dəmiryol yol xidməti rəisinin müavini vəzifəsində idi.
Yusif xan Məmmədbəyov –1904-cü ildən dəmir yollarında xidmət edib. Yollar Nazirliyi Qafqaz dairəsinin müxtəlif hissələrinin rəisi, yeni işlər üzrə mühəndis vəzifələrində çalışıb. Xeyriyyəçiliklə məşğul olub, Tiflisdəki Qafqaz Müsəlman Cəmiyyətinin fəaliyyətində iştirak edib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra dövlət orqanlarında çalışıb, 1919-cu ilin mart ayından AXC-nin yollar, poçt və teleqraf nazirinin müavini olub.
Xudadat bəy Məlik-Aslanov – 1904-cü ildən dəmir yollarında xidmət edib. 1898-ci ildə Şuşa realni məktəbini bitirmiş X.MəlikAslanov 1904-cü ildə SanktPeterburq Yol Mühəndisliyi İnstitutunda ali təhsilini birinci dərəcəli diplomla başa vurub. Təyinata əsasən 6 ay Voloqda–Petrozavodsk dəmir yolunun çəkilişi idarəsində işləmiş Xudadat bəy 1905-ci ildə Tiflisə göndərilib və Zaqafqaziya Dəmiryol Nəqliyyatı İdarəsində işləməyə başlayıb. Əvvəlcə mühəndis, stansiya rəisinin köməkçisi, sonra isə Zaqafqaziya dəmir yolunun Surami aşırımı (Gürcüstan) keçidində yol xidməti rəisinin köməkçisi, daha sonra rəisi təyin olunub. Onun rəhbərliyi ilə Çiatura
manqan filizlərinə dəmir yolu çəkilib.
Məlik-Aslanovun Peterburq jurnallarında elmi məqalələri, 1918-ci ildə ilk kitabı çap olunub.
O, dəmiryol texnikası sahəsində yeni ixtiraları ilə tanınmış ixtiraçı mühəndis olub. Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf naziri vəzifəsində çalışıb.
Mirzə Lətif Mirzəyev –1908-ci ildən dəmir yollarında xidmət edib. Soçi–Tuapse dəmir yolunun inşasında çalışıb, 1913-cü ildə Kazan–Yekaterinburq dəmir yolunun inşasında işləyib. Bir sıra tikililərin, o cümlədən Kür çayı üzərində dəmiryol körpüsü kimi mürəkkəb tikilinin inşasında iştirak edib.
İbadulla Əliyev – 1909-cu ildə Riqa Politexnik İnstitutunu bitirib, 1920-ci ilədək Bakı atlı dəmir yolunun (konka) rəisi olub.
Teymur bəy Məlik-Aslanov – Petroqrad Politexnik İnstitutunun mühəndis-tikinti fakültəsini bitirib, 1915-ci ildə Zaqafqaziya Dəmir Yolları İdarəsində yeni işlər üzrə mühəndis vəzifəsində xidmət edib. 1920–1940-cı illərdə İran dəmir yollarının rəhbəri olub.
***
1891-ci ildən dəmiryol stansiyalarında dəmiryol orta məktəbləri açılıb. Burada kənar şəxslərin təhsili pullu, dəmiryolçu uşaqlarınınkı isə pulsuz idi. Qafqazda ilk dəfə olaraq 1887-ci ildə Yelizavetpolda (Gəncə) dəmiryolçu uşaqları üçün fərdi məktəb açılıb.
Bakı−Tiflis dəmiryol xəttinin Qarayazıdan Bakıyadək stansiyalarında 1890-cı ilə aid ştatda olan 896 nəfər kiçik qulluqçu və xidmətçi fəhlə siyahısına əsasən, cəmi 39 nəfər azərbaycanlı işləyib ki, onların da 37-si yoldəyişən, 1-i teleqraf işçisi, 1-i konduktor idi.
Belə vəziyyətin əsas səbəbi çarizmin ruslaşdırma siyasəti ilə bağlı idi. Orta texniki məktəblərə və dəmiryolçuların uşaqları üçün açılmış bir neçə birsinifli və ikisinifli məktəblərə şagirdlər yalnız rus dilində imtahan verəndən sonra qəbul olunurdular. Kadr məsələsi üzrə problemlərdən biri
onunla bağlı idi ki, təkcə tədris ocaqlarına qəbul imtahanları rus dilində deyildi, adi fəhlə kimi işə götürülən şəxslər də rusca bilməli idilər.
1890-cı illərdən sonra milliyyətcə rus olmayanlar rus dilindən imtahan verməli olur, yalnız bundan sonra depolara daimi işə qəbul edilirdilər.
XX əsrin əvvəllərində vəziyyət dəyişdi. Fəhlələr sırasında azərbaycanlıların sayı artdı.
1902-ci ildə Azərbaycan dəmiryol xətləri və stansiyalarında ümumiyyətlə 7-8 min fəhlə, depolarda əlavə olaraq 1200–1300 fəhlə çalışırdı. 9 minə yaxın fəhlədən 1902-ci ildə 1609 nəfəri, 1903-cü ildə isə 1730 nəfəri azərbaycanlı idi. XX əsrin birinci onilliyində dəmir yollarında 2 mindən çox azərbaycanlı fəhlə və qulluqçu işləyirdi. İşləyənlərin 95%-i sıravi fəhlə idi.
Azərbaycanın ilk yollar naziri Xudadat bəy Məlik-Aslanov: “Dəmir yolu camaat malıdır, əhali yola öz yolu kimi baxmalıdır. ...Dəmir yolunda nə xeyir varsa, camaatındır”.
Hazırda Azərbaycan Dəmir Yollarında ən müxtəlif vəzifələrdə 14 mindən çox əməkdaş çalışır.
ADY sədrinin müavini Arif
Ağayev:
“Azərbaycan Dəmir Yollarının fəaliyyəti çoxşaxəlidir. Biz böyük bir komanda ilə birlikdə yükdaşıma, sərnişindaşıma, iri infrastruktur layihələri və beynəlxalq dəhlizlərin inkişafı üzrə layihələri icra edirik.
Bakı–Tbilisi–Qars layihəsi uğurla icra olunub və 2024-cü ildə bərpa işləri və həcmin artırılması nəticəsində yenidən açılıb, keçiricilik qabiliyyəti 1 milyondan 5 milyon tona çatdırılıb. Orta Dəhlizə xidmət edəcək Horadiz–Ağbənd layihəsi də sürətlə davam edir. Bunun davamı olaraq Zəngəzurda və Naxçıvanda yeni layihələr icra olunacaq. Şimal–Cənub istiqamətində isə Biləcəri–Yalama və Ələt–Astara istiqamətində işlər aparılır.
Azərbaycan Dəmir Yolları hərəkət tərkibi parkını da daim yeniləyir. 2025-ci il ərzində yeni vaqonlar və yarımvaqonlar əldə olunub,
yeni lokomotivlərin parkımıza əlavə olunması üçün ilkin müqavilələr imzalanıb.
ADY beynəlxalq tərəfdaşlığa xüsusi əhəmiyyət verir.
Bu il ərzində Çin ilə çox yaxşı işgüzar münasibətlər qurulub. Buna misal olaraq, Çin Dəmir Yolları ilə Azərbaycan Dəmir Yolları arasında bağlanmış Anlaşma Memorandumu göstərilə bilər. Memorandumun əsas komponentlərindən biri Bakı–Tbilisi–Qars dəmir yolunun birgə istifadəsi və bu xətlə yük göndərilməsinin razılaşdırılmasıdır. Bundan əlavə, Sian əyalətində illik 20 min TEU-luq konteyner meydançasının açılışı və daimi nümayəndəliyimizin təsisi də Çinlə əməkdaşlığımızda önəmli addımlardandır.
ADY qonşu ölkələrlə, ümumilikdə dəhlizlər üzərində yerləşən dəmir yolları ilə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstan, Qazaxıstan, Çin və Türkiyə dəmir yolları ilə sıx əməkdaşlıq aparılır.
Birgə qurulan yeni multimodal şirkət logistika operatorları üçün vahid bir pəncərə rolunu oynayaraq ölkəmiz üzərindən keçən tranzit yüklərin daha effektiv təşkilinə imkan verir.
Azərbaycan Dəmir Yollarının hədəflərindən biri də rəqəmsallaşmanı ən yüksək səviyyəyə çatdırmaqdır. Bunun üçün beynəlxalq məsləhətçilərlə birlikdə yeni rəqəmsallaşma strategiyası hazırlanıb və hazırda uğurla icra olunur.
145 illik dəmir yolumuzun növbəti illərdə əsas hədəfi ölkəmizin tranzit mərkəzinə çevrilməsinə töhfə vermək, xidmətləri daha yüksək səviyyəyə çatdırmaq, müştəri məmnuniyyətini artırmaq və həm korporativ, həm də vətəndaşlara daha yaxşı xidmət göstərməkdir.
Azərbaycan Dəmir Yolları beynəlxalq ticarət dəhlizlərində mövqeyini möhkəmləndirməklə xidmət keyfiyyətini artırmaq istiqamətində əzmlə çalışacaq və yeni layihələr həyata keçirəcək”.
Müştəri xidmətləri şöbəsinin müdiri Fidan Məmmədova:
“Bu gün milyonlarla sərnişinimizi müasir qatarlarımızla rahat və təhlükəsiz mənzil başına çatdırırıq. 2023-cü ildə 7 milyon, 2024-cü ildə 8 milyon, cari ilin ilk 6 ayında isə 5 milyona yaxın sərnişin daşımışıq.
Müştəri məmnuniyyəti göstəricisi də artmaqdadır.
Belə ki, 73 faizdən 82 faizə qədər yüksəliş müşahidə olunur. Bunu təmin etmək üçün hər gün yüzlərlə dəmiryolçu həmkarımız çalışır.
Xidmətlərimiz həm əyani, həm də rəqəmsal təqdim olunur: sorğu köşkləri, QR kodla oxunan qatardaxili qida xidməti. “ADY Mobile” üzərindən bilet alışı prosesi daha çevik və əlçatan edilir.
Daima müştəri təcrübəsi və vərdişləri izlənilir. Heyətin inkişafına və peşəkarlığına xüsusi diqqət yetirilir.
Dövlət proqramları çərçivəsində növbəti illərdə sərnişinlərimizi mövcud və yeni istiqamətlərdə daşımağa davam edəcəyik.
Bu ilin ən qürürverici tədbiri isə Ağdam reysinin açılması oldu.
Əziz sərnişinlər, sizə xidmət göstərməkdən sevinc duyuruq. Yolunuz açıq olsun.
Mən də dəmiryolçuyam. Həmişə məsuliyyətlə çalışmaqdan qürur duyuram”.
Tikinti meneceri Cavad Əlövsədov:
“Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinə 2021-ci ildə başlanıb. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və ümumilikdə 500-dən çox mühəndis qurğusunun tikintisi həyata keçirilir. Tikintiquraşdırma işləri 3 mərhələ üzrə aparılır. Birinci mərhələ Horadiz–Soltanlı, ikinci mərhələ Soltanlı–Mincivan, üçüncü mərhələ isə Mincivan–Ağbənd sahəsini əhatə edir.
Layihə üzrə ümumi fiziki irəliləyiş 68% təşkil edir. Hazırda tikinti-quraşdırma işləri, əsasən, ikinci və üçüncü mərhələ üzrə davam etdirilir. İkinci mərhələ üzrə dəmir yolu xətti bəzi yerlərdə təbii relyef baxımından Xudafərin hidroqovşağının suyunun maksimal qalxma səviyyəsindən aşağıda yerləşdiyi üçün burada dəmir yolunu sudan qorumaq məqsədilə əlavə körpülər inşa olunub, müxtəlif qoruyucu tədbirlər yerinə yetirilib.
İnşa edilən körpülərdən biri 771 metr uzunluğa və 20 aşırıma malik olmaqla bu günə qədər ölkəmizdə tikilmiş ən
uzun dəmir yolu körpüsüdür.
Dəmir yolunun üçüncü mərhələsi üzrə 3 tunel inşa edilir. Onlardan biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir və uzunluğu 677 metrdir. Digər tunel isə 1071 metr uzunluğu ilə ölkənin ən uzun dəmir yolu tunelidir. Hər iki tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq normativlər tətbiq olunur.
Bütün bu işlər yalnız regional nəqliyyat infrastrukturunun inkişafı baxımından deyil, həm də strateji və geosiyasi əhəmiyyət baxımından mühüm rol oynayır. Çünki Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacaq. Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Eyni zamanda, region ölkələri arasında yük və sərnişin daşımalarını sürətləndirəcək, yeni logistika imkanları yaradacaq.
Bu yol illərlə həsrətlə gözlənilən bir qayıdışın rəmzidir. Çətin şərait, ekstremal hava, bəzən mina təhlükəsi – bütün bunların öhdəsindən gəlməyi bacardıq. Bu torpaqlarda uzun illər səssizlik vardı, indi isə hər yerdə quruculuq var. Buradan keçən hər qatar Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək”.
Gəncə lokomotiv deposunun aparıcı mütəxəssisi Tərlan Əhmədov:
“Gəncə lokomotiv deposu 2022-ci ilin yanvar ayından fəaliyyət göstərir. Burada Fransa istehsalı olan AZ-8A seriyalı, dəyişən cərəyanla işləyən lokomotivlərin planlı və plandankənar təmirləri həyata keçirilir. Lokomotivlər müasir istehsal olduğu üçün onların qulluğu da ən yeni avadanlıqlardan istifadə olunmaqla aparılır.
Lokomotivlərin monitorinqi və diaqnostikası “Train Tracker” proqramı vasitəsilə həyata keçirilir. Bu proqram sayəsində nasazlıqlar öncədən aşkarlanır, ehtiyat hissələri
və avadanlıqlar vaxtında hazırlanır. Lokomotiv depoya daxil olduqda fiziki baxış keçirilir, nasazlıq dəqiqləşdirilir və yerindəcə aradan qaldırılır. Beləliklə, təmir prosesi daha sürətli və səmərəli şəkildə başa çatdırılır.
Depoda lokomotivlər hər 37 gündən bir planlı təmirə cəlb olunur. Hər bir lokomotivin kilometraj göstəricisinə uyğun olaraq təmir növü müəyyən edilir. Bu yanaşma yükdaşmaların təhlükəsizliyini təmin edir və yüklərin mənzil başına vaxtında çatdırılmasına şərait yaradır.
Yeni Gəncə lokomotiv deposunda müasir enerji qənaətli həllərə də üstünlük verilir. Depoda lokomotivlərin hərəkəti üçün dizel mühərrikli köhnə texnika əvəzinə elektriklə işləyən lokotraktorlardan istifadə olunur. Bu, həm yanacaq sərfiyyatını azaldır, həm də ətraf mühitin qorunmasına xidmət edir.
Bundan başqa, depoda 210 günəş enerjisi paneli quraşdırılıb. Yay aylarında
bu panellər ayda 10 min, qış aylarında isə 3 min kilovata qədər enerji hasil edir. Bununla yanaşı, 140 günəş su paneli işçilərin isti su ilə təmin olunmasına xidmət edir. Bu həll həm enerji qənaətinə, həm də ekoloji təmizliyə mühüm töhfə verir.
Depoda həmçinin təkər yonma sexi fəaliyyət göstərir. Burada AZ-8A seriyalı lokomotivlərin təkərlərinin yonulması həyata keçirilir. Çilingərlər sürüşkən qrafik əsasında fasiləsiz işləyir və lokomotivlərin operativ təmirini təmin edirlər.
Bütün bu görülən işlər ADY-nin yaşıl enerji və ekologiyaya verdiyi töhfənin göstəricisidir”.
Bakı Beynəlxalq Dəniz
Limanının Ro-Ro bərə terminalının rəisi Ceyhun
Aslanov:
“Bakı Limanında karyerama 2018-ci ildə Ro-Ro bərə terminalında əməliyyatlar üzrə mütəxəssis kimi başlamışam. Sonrakı illərdə əməliyyatlar üzrə növbə rəisi, terminalın baş mütəxəssisi və terminal rəisi vəzifələrinə təyin olunmuşam.
Ro-Ro bərə terminalı təkərli nəqliyyat vasitələrinin və vaqonların birbaşa gəmiyə yüklənməsi və boşaldılması üzrə ixtisaslaşıb. Terminalın illik yükaşırma qabiliyyəti 8 milyon tondur. Burada gəmilərin qəbul edilməsi üçün tam avtomatlaşdırılmış körpülər fəaliyyət göstərir.
Yəni dəniz suyunun qalxıbenməsinə uyğunlaşan və kənardan elektron idarə edilən mexanizmlər nəzərdə tutulur.
Limanda müxtəlif tip gəmilər qəbul olunur. Onun cənubşimal, şərq-qərb dəmir yolu və avtomobil magistrallarının kəsişməsində yerləşməsi, körpülərin və avadanlıqların universallığı Limanı regionda əsas nəqliyyat qovşağına çevirir.
Son illərdə yük axınlarında ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər Qərbdən Şərqə, yəni Avropadan Asiyaya daşımalar üstünlük təşkil edirdisə, indi artıq Şərqdən Qərbə, xüsusən də Çindən Azərbaycana və buradan Avropaya daşımalar artıb. Bu da Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
Ümumilikdə Bakı Limanının yükaşırma qabiliyyəti 15 milyon ton təşkil edir. Limanda iki terminal – ümumi yüklər terminalı və Ro-Ro bərə terminalı fəaliyyət göstərir.
Yüklərin böyük hissəsi dəmir yolu vasitəsilə daşınır. Gəmidən boşaldılan və yüklənən konteynerlərin, həmçinin ümumi yüklərin, məsələn, karbamid və kükürd kimi məhsulların əksəriyyəti vaqonlarla gətirilir və göndərilir.
Bakı Limanı həm ŞimalCənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir. Bu mövqe bizə üstünlük verir: şəhər mərkəzinə girmədən, kənardan birbaşa limana çıxış mümkündür. Beləliklə, dəmir yolu və avtomobil daşımaları daha qısa məsafə qət edir. Liman 24 saat fəaliyyət göstərir və istənilən vaxt müxtəlif nəqliyyat vasitələrini qəbul edib yola sala bilir.
Bakı Limanının konsepsiyası liman kimi tam şəkildə 1902-ci ildən formalaşıb. Sonrakı illərdə inkişaf etdirilərək bugünkü müasir infrastruktur yaradılıb”.
Bakı Limanının kran operatoru Gülnar Əliyeva:
“Artıq 1 ildir ki, burada çalışıram. Bu sahə, hamının bildiyi kimi, xanımların çox az göründüyü bir sahədir. Təbii ki, buna görə çətinliklər olur. Lakin həm işi mənimsəməyimdə, həm də bu mühitə adaptasiya olmağımda həmkarlarımın böyük dəstəyi nəticəsində bu çətinliyi aşdım.
Hazırda bir çox əməliyyatlarda yaxından iştirak edirəm. Burada gəmilərlə yüklər gəlir və ya göndərilir. Həmin yüklərin aşırılmasında, yerləşdirilməsində kran operatorları olaraq biz yaxından iştirak edirik.
Mənə elə gəlir ki, cəmiyyətdə qadınların yükü kişilərdən daha ağırdır. Qadın çalışdığı vəzifədən asılı olmayaraq, ailə və məişət qayğıları ilə də məşğul olur. Mən də özümü güclü bildiyim üçün bu peşəyə marağım yarandı”.
Hər bir qadın həm işinin peşəkarı, həm ailəsinin xanımı, həm də gözəl bir şəxsiyyət yetişdirəcək ana ola bilər”.
Biləcəri lokomotiv deposunun əməkdaşı Azər Əkbərov:
“Azərbaycan Dəmir Yollarında istismar olunan hər bir lokomotiv – istər sərnişin, istərsə də yük qatarına aid olsun – müasir depodan keçərək texniki baxışdan keçirilir.
145 illik dəmir yolu şəbəkəsində bu gün texnoloji baxımdan dəqiq və təhlükəsiz təmir işləri həyata keçirilir. Burada elektrik və dizel lokomotivlərinin tam texniki baxışı, mühərriklərin, dartı mühərriklərinin, təkər sistemlərinin təmiri, eləcə də elektrik idarəetmə bloklarının vaxtında dəyişdirilməsi təmin olunur.
Əvvəllər texniki nasazlıqların aşkarlanması saatlarla vaxt aparırdısa, bu gün müasir diagnostika avadanlıqları sayəsində lokomotivlərin
bütün göstəriciləri qısa müddətdə müəyyən edilir. Hazırda bütün lokomotivlər kompüter sistemləri ilə təchiz olunub.
Bizim əsas məqsədimiz sərnişinlərin təhlükəsiz və rahat səyahətini, yük daşımalarının isə fasiləsiz və problemsiz şəkildə həyata keçirilməsini təmin etməkdir. Hər bir lokomotiv müasir GPS izləmə sistemi ilə təchiz olunub.
Bu depo, sözün əsl mənasında, dəmir yolunun ürəyidir. Burada biz qatarların gücünü qoruyur, onların hər səfərə tam təhlükəsiz və etibarlı şəkildə çıxışını təmin edirik.
145 illik Azərbaycan dəmir yolları bu gün müasir, təhlükəsiz və fasiləsiz daşımaları uğurla həyata keçirir”.
Maşinist təlimatçısı Həsən Həsənov:
“Mən 1965-ci ildə Zəngilan
rayonun Şayıflı kəndində dəmiryolçu ailəsində anadan olmuşam. Babam, atam və əmilərim də dəmiryolçudur. 1985-ci ildən sonra maşinist köməkçisi kimi fəaliyyətə başlamışam. 4 il bu vəzifədə işlədikdən sonra maşinist kimi fəaliyyətimi davam etdirdim.
Bu sahəyə olan sevgim uşaqlıqdan başlayıb.
Orta məktəb illərindən bəri dəmiryolçu olmağı arzulamışam və sonunda bu sahədə fəaliyyətə başlamışam. Ailəmizdə də dəmiryolçuluq ənənəsi davam edir. Oğlum da bu sahədə fəaliyyət göstərir.
1988-ci ildən bəri Zəngəzur yolu, Culfa–Mincivan və Mincivan–İmişli yollarında çalışdım. Mincivan dövriyyə deposunda maşinist köməkçisi kimi işə başladım. 1988-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan qovulan azərbaycanlıları yük qatarlarında Mincivana gətirərkən çox çətin vəziyyətlərlə üzləşdik. Bir neçə maşinist köməkçimiz şəhid
oldu və onların şəkilləri indiyə qədər depomuzda asılıb.
1992-1993-cü illərdə şəraitdən dolayı lokomotiv deposunun işini dayandırmalı olduq və yeni bir yerə köçdük.
2015-ci ildən sonra isə maşinist təlimatçısı olaraq fəaliyyətimi davam etdirdim. 9 ildən artıqdır ki, maşinist təlimatçısı olaraq çalışıram. 44 nəfərlik bir heyətə rəhbərlik edirəm. Onlardan 23-ü maşinist, 21-i isə maşinist köməkçisidir. Tabeliyimdə 6 lokomotiv var. Təlimat proseslərində iştirak edir, yolda yoxlama yürüşləri təşkil edirəm. Ayrıca hər yeni maşinistin praktiki və psixoloji vəziyyətlərini izləyirəm. Yeni maşinistlərə də təlimat verib onları müvafiq qaydalara uyğun olaraq işə hazırlayıram.
Təltif olunduğum “Fəxri dəmiryolçu” adı mənim üçün böyük bir fəxrdir və bundan sonra da bu etimadı doğrultmaq üçün daha da məsuliyyətli olmağa çalışacağam”.
“Təxminən 9 ildir ki dəmir yollarında fəaliyyət göstərirəm. Azərbaycan Texniki Universitetini 2015ci ildə bitirmişəm. Sonra hərbi xidmətə getmişəm və 2016-cı ildən Azərbaycan Dəmir Yollarında işləyirəm.
Bu peşə ailəmizdə nəsildən
nəslə keçir; atam “Fəxri dəmiryolçu” olub, mən də onun yolunu davam etdirirəm.
İşim vağzallarda nümayiş olunan monitorlar, qatarlarda səsləndirmə sistemi, qatarların hərəkət qrafiklərinin hazırlanmasıdır.
Dəmiryolçu olmaq mənim üçün böyük fəxrdir. Atam məni bu sahəyə həvəsləndirib və mən də öz sahəmi informasiya texnologiyaları və sistem mühəndisliyi olaraq seçmişəm.
Müasir texnologiyalar dəmir yollarında çox inkişaf edib. Əvvəllər sərnişinlər qatarların istiqamətini və vaxtını bilmirdilər, amma indi monitorlar vasitəsilə hər şey rahatlıqla izlənilir. Bu, sərnişinlər üçün böyük rahatlıqdır və bizim üçün qürur mənbəyidir.
2020-cı ildə Vətən müharibəsində iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut uğrunda
gedən döyüşlərdə oldum və sonra sağ-salamat tərxis edildim. Müharibə həyatımızda ağır izlər buraxdı, şəhid və yaralı dostlarımız oldu. Onların qarşısında baş əyirəm. Müharibə zamanı 9 aylıq oğlum vardı, döyüşdən qayıtdığımda onun artıq 1 yaşı tamam olmuşdu. Hətta onun 1 yaşı tamam olan gün mən müharibədə idim. Həmin gün Hadrut şəhəri işğaldan azad olundu, bu mənim üçün ikiqat bayrama çevrildi.
Oğlumla müharibədən sonra ilk görüşümüz qəribə və kədərli idi, oğlum məni tanımırdı, amma zamanla yaxınlaşdıq.
Övladımın da dəmiryolçu olmasını istəyirəm. Boş vaxtlarımda onu vağzala gətirib qatarları göstərirəm. Bu peşə bizim ailəmiz üçün qürur mənbəyidir.
Mən fəxr edirəm ki, dəmiryolçuyam”.
ADY-NİN BEYNƏLXALQ
DƏHLİZLƏRİN İNKİŞAFINDA
ARTAN ROLU
Azərbaycan iqtisadiyyatının diversifikasiyası, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində əsas hədəflərdən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, Şərqdən Qərbə və Şimaldan Cənuba gedən ticarət yollarının kəsişməsində yerləşməsi bu hədəfə çatmaq baxımından müsbət amil olsa da, kifayət etmir. Bunun üçün beynəlxalq tranzit yük axınlarını təmin etmək məqsədilə ölkə daxilində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi, eləcə də beynəlxalq dəhlizlərin keçdiyi ölkələrlə aktiv əməkdaşlıq edərək dəhlizlərin funksionallığının artırılması tələb olunur.
ADY Azərbaycan üzərindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır
“Azərbaycan Dəmir Yolları”
QSC tranzit daşımaları effektiv təşkil etməklə yanaşı, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı, rəqabətliliyinin və cəlbediciliyinin artırılması üzrə aktiv fəaliyyət göstərərək bu sahədə ölkəmizin beynəlxalq koordinasiya fəaliyyətinin əsas iştirakçılarındandır.
Azərbaycan üçün əsas strateji əhəmiyyətli tranzit dəhlizi Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşındığı Orta Dəhliz hesab olunur. ADY 2017-ci ildən Orta Dəhlizin aktiv iştirakçı və qurucularındandır. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan limanlarından keçməklə formalaşan əsas marşrutun
fəaliyyətinin təmin edilməsi ilə yanaşı, Azərbaycan tərəfi bu dəhlizin şaxələndirilməsi və alternativ qollarının da formalaşdırılması üzrə əsas təşəbbüskar tərəf olub.
Belə ki, tranzit yüklərin Gürcüstan limanlarına paralel olaraq Türkiyə üzərindən də Avropaya və açıq dənizlərə daşınmasını təmin etmək məqsədilə Azərbaycan tərəfinin, xüsusilə də ADY-nin aktiv və birbaşa
iştirakı ilə Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti inşa edilib və 2017-ci ildə açılışı olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Orta Dəhlizin Xəzərin şərq sahilində daha bir qolunun –Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Xəzər dənizindən keçməklə –formalaşdırılması məqsədilə sentyabr ayında Bakı şəhərində “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması
işlərinə başlanılıb. Orta Dəhlizin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında üçtərəfli (“Middle Corridor Multimodal” LTD) və ikitərəfli (“BTKI Railways” LLC) birgə müəssisələr yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Bakı Beynəlxalq Dəniz Limanı ADY-nin strukturuna inteqrasiya olunub. Bu addım liman-dəmiryol əməliyyatlarının daha səmərəli koordinasiyasına və beynəlxalq tərəfdaşlara kompleks və optimallaşdırılmış logistika xidmətləri təqdim etməyə imkan verir. Bakı Limanı Asiya və Avropa arasında yük axınının təmin edilməsində vacib rol oynayır. Hazırda limanın yükaşırma gücü ildə 15 milyon ton, o cümlədən 150 min TEU konteyner təşkil edir. Gələcəkdə isə limanın ümumi gücünün ildə 25 milyon ton, o cümlədən 500 min ton TEU
konteyner olacağı nəzərdə tutulur.
Tranzit daşımalarda
artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir
Azərbaycan beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması ilə əlaqədar olaraq, yük daşımalarının etibarlı və təhlükəsiz təmin edilməsi üçün lokomotiv parkının yenilənməsi və genişləndirilməsinə, Çin şirkətləri ilə, o cümlədən
CRRC (“China Railway Rolling Stock Corporation”) və “China Railway Container Transport Corp. Ltd.” (CRCT) ilə bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti iyulda Çinə işgüzar səfər çərçivəsində bu ölkənin aparıcı nəqliyyat-logistika şirkətləri və limanlarının rəhbərliyi ilə görüşlər keçirib.
Görüşlərdə Çindən 7 ədəd yeni lokomotivin alınması ilə bağlı carı ilin aprelində imzalanmış sazişin təfərrüatları, ADY mütəxəssisləri üçün təlim kursları və texniki treninqlərin təşkili, texniki həllər, istehsalat imkanları, təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub, Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkilinin prioritet istiqamətlərdən biri olduğuna diqqət çəkilib.
Hazırda Çin və Azərbaycan arasında yükdaşımaların artan dinamikası müşahidə olunur. Bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edilib. Ötən ilin eyni dövründə bu göstərici 213 qatar olub.
Azərbaycan və Çin arasında dəmiryol sahəsində əməkdaşlıq üzrə yeni mərhələ
“Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.
“Azərbaycan Dəmir Yolları”
QSC ilə “Çin Dəmir Yolları”
Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji
əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.
Sənəddə əsas diqqət həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi
barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.
Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.
2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta Dəhlizin
rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
Çinin Sian Limanında
ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı
ADY ilə Çinin “Xi’an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, ADY-nin Sian Limanında nümayəndəsi təyin edilib və konteyner meydançası açılıb. Tərəflər bu sənədlə dəmir yolu nəqliyyatı və tranzit sahəsində, eləcə də rəqəmsal layihələrin icrası istiqamətində yeni əməkdaşlıq istiqamətlərini müəyyən ediblər.
Bu sənəd çərçivəsində Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi
və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ADY nümayəndələrinin sürətli məlumat mübadiləsi üçün Sian Limanının əməliyyat sisteminə girişlə təmin edilməsi Orta Dəhlizin imkanlarının genişləndirilməsi və bu dəhlizlə yük axınlarının artırılması üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımdır.
ADY-nin beynəlxalq əlaqələrini, xüsusilə Çinin
Sian Limanı ilə mövcud əməkdaşlığını daha da genişləndirəcək bu mühüm sənəd Azərbaycanla Çin arasında dəmir yolu sahəsində iş birliyinin güclənməsinə və
Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılmasına töhfə verəcək.
Orta Dəhliz üçün yeni perspektiv: Çin şirkəti Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol şirkətlərinin birgə müəssisəsinə qoşuldu
7 avqustda Bakıda
“Azərbaycan Dəmir Yolları”
QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti”
SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib.
Görüşdə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle
Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə müvafiq protokol imzalanıb.
Azərbaycan, Qazaxıstan və Gürcüstanın “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsi çərçivəsində əməkdaşlığı Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə, vahid pəncərə vasitəsilə müştəri rahatlığının artırılmasına yönəlib. Çin şirkətinin bu müəssisəyə qoşulması ilə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərinin təşkili üçün yeni imkanlar yaranacaq.
ADY Şimal-Cənub dəhlizinin inkişafına önəm verir
24 iyulda “Azərbaycan
Dəmir Yolları” QSC-nin sədri
Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri zamanı Astara Terminalında bu ölkənin
Dəmir Yollarının rəhbəri
Cabbar Əli Zakeri ilə görüşüb.
Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.
Qeyd olunub ki, ŞimalCənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində)
tikintisi üzrə əsaslı işlər görülüb.
2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.
Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.
Astara Terminalında 2023-cü
ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur.
ADY vaqon parkını genişləndirir: Konteyner daşımaları daha çevik və səmərəli həyata keçiriləcək
ADY vaqon parkının genişləndirilməsi və modernləşdirilməsi məqsədilə daxili investisiya hesabına 300 ədəd yeni vaqon alıb. Vaqonlardan 200ü yarımvaqon, 100-ü isə universal platforma vaqondır.
Platforma vaqonların yükqaldırma qabiliyyəti 72 ton, istismar müddəti 32 ildir. Bu vaqonlar xüsusən konteyner daşımaları üçün yüksək səmərəli, çevik və sərfəli həll yoludur, həm standart 20,
həm də 40 futluq konteynerlər üçün uyğundur.
ADY-nin vaqon parkında platforma vaqonların artırılması konteyner yüklərinin daşınmasına olan tələbatın qarşılanmasına imkan verəcək.
Platforma vaqonlarda
konteynerlə yanaşı, taxtaşalban, boru, rels, ağır və iriölçülü digər yükləri daşımaq mümkündür. Sadələşdirilmiş dizaynı sayəsində yan və yuxarı hissələrdən yükləmə və boşaltma işləri asan həyata keçirilir, nəticədə vaqonda aparılan yükləmə və ya boşaltma əməliyyatının müddəti azalır.
Yarımvaqon modellər isə iriölçülü və xüsusi formada daşınan yüklərin, o cümlədən taxta, qırmadaş və digər bərk tikinti materiallarının nəqli üçün uyğundur. Yükqaldırma qabiliyyəti 70 ton, həcmi 85 kubmetr olan vaqonların istismar müddəti 22 ildir.
Yüksək həcmə və yük tutumuna malik olması yarımvaqonları kütləvi daşımalarda etibarlı və qənaətcil edir. Kömür, metallurgiya, tikinti və kənd təsərrüfatı sənayesində əvəzolunmaz daşıma vasitəsi olan yarımvaqonların üstünün açıq olması və mürəkkəb mexanizmlərin olmaması texniki xidmət, boşaltma və təmir işlərini asanlaşdırır.
Yüksək texniki göstəricilərə malik yeni yük vaqonları həm daxili, həm də Azərbaycan ərazisindən keçən ŞimalCənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit yükdaşımalarda istismar olunacaq, əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradacaq.
Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlar üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv və vaqon parkının yenilənməsi və genişləndirilməsi işlərini davam etdirir.
Bu ilin aprel ayında ADY Çin istehsalı olan 7 ədəd yeni lokomotiv və ehtiyat hissələrinin alınması haqqında müqavilə imzalayıb. Növbəti mərhələdə 14 ədəd magistral lokomotivin parka daxil edilməsi nəzərdə tutulur.
AZƏRBAYCAN DƏMİR
YOLLARI – 145
Azərbaycanda dəmir yollarının yaranma tarixi ölkənin neft sənayesi tarixi ilə bağlıdır.
1828-ci ildən Şimali
Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Bu dövrdə Abşerondakı neftçıxarma rayonlarından neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması qədim dövrlərdə olduğu kimi, karvan üsulu ilə, taxta çəlləklərdə və tuluqlarda həyata keçirilirdi.
Qeyd edək ki, Rusiya imperiyasının mərkəzi bölgələrində ilk dəmir yollarının inşasına XIX əsrin 30-cu illərində başlansa da, əyalətlərdə, o cümlədən
Azərbaycanda bu məsələ yubadılırdı. Vəziyyət XIX əsrin 2-ci yarısında dəyişməyə başladı. Neftin çəlləkli arabalarda köhnə daşıma üsulları artan tələbata cavab vermirdi, üstəlik, təhlükəli, həm də çox bahalı idi.
1861-ci ildə Zaqafqaziyada dəmir yolunun inşası ideyası rəsmi strukturlar tərəfindən dəstəkləndi. Dəmir yolunun inşasının ilkin sənəd, sxem və layihələri hazırlandı. 1861-ci ildə müəllifi mühəndis Belli olan ilk tam tərtib edilmiş layihə müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Şamaxı–Mingəçevir–Tiflis–Qori–Kutaisi dəmir yolu inşa olunmalı idi. Lakin layihənin bahalı olması, üstəlik, marşrutun
Bakıya qədər çatdırılmaması səbəbindən qəbul olunmadı.
Əsaslı müzakirə edilən növbəti layihənin müəllifi əslən ingilis olan mühəndis Qobb idi. Layihədə Bakı–Yevlax–Yelizavetpol (Gəncə)–Ağstafa–Tiflis marşrutu üzrə yolun çəkilməsi göstərilmişdi. Qobbun layihəsi kifayət qədər ucuz olduğundan məhz o, Zaqafqaziya dəmir yolunun əsas layihəsi kimi 1865-ci ildə təsdiqləndi.
1872-ci il oktyabrın 10-da Poti–Tiflis xətti üzrə qatarların hərəkəti başladı, 1877-ci ildə xətt Kutaisiyə qədər uzadıldı. Lakin yolun tikintisinə qoyulmuş xərclər özünü doğrultmadı. Rusiya
Texniki Cəmiyyətinin Qafqaz şöbəsinin sədri M.Qersevanov yazırdı:
“Tiflis Zaqafqaziya diyarının istehsal mərkəzi deyil. Taxıl, düyü, balıq, meyvələr, ipək, yun, pambıq, marena, mis, neft, hətta şərab, başqa sözlə desək, Zaqafqaziya diyarının var-dövlətini təşkil edən hər şey şərq ərazilərində, yəni Bakı və Yelizavetpol quberniyaları və Zaqatala dairəsində istehsal olunur, ona görə diyarın istehsal mərkəzi Bakıya daha yaxındır, nəinki Tiflisə...”
Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında Abşeron neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiqləndi. Uzunluğu 19 km, eni 1524 mm olan Bakı–Sabunçu–Suraxanı
dəmir yolunun inşası 1878-ci ilin sonunda başladı. Dəmir yolu Sabunçu və Suraxanı mədənlərini Bakının neft zavodları və dəniz limanı ilə birləşdirdi.
1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı oldu.
Bu, Azərbaycanda ilk dəmir yolu idi. Bakı–Sabunçu–Suraxanı dəmir yolu neft daşınmaları üçün nəzərdə tutulsa da, çox keçmədi ki, Bakı–Sabunçu–Suraxanı dəmir yolunun gəlirli olmasına görə eyni marşrutla sərnişin daşınmasına başlandı. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 1,5 saata getmək olurdu. Bakıda sadə sərnişin vağzalı binası inşa olundu. 1890-сı illərdə marşrutla 6 qatar hərəkət edirdi. 1900-cü ildən sonra bu marşrutla ildə 1 mln. 200 min sərnişin daşınırdı.
145 ildir sərnişinlərə xidmət göstərən ADY bu gün də sərnişin məmnuniyyətinin daha da artırılmasına çalışır.
ADY Azərbaycanın bütün regionlarını
sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını
genişləndirməyi hədəfləyir
Sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edilir, həmçinin pandemiyadan öncə mövcud olmuş marşrutlar mərhələli şəkildə bərpa olunur.
2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutunun Ağstafaya qədər uzadılması, ilk dəfə olaraq Qəbələyə müasir qatarlarla sərnişindaşımanın təşkili, 2024-cü ildə yeni qatarların xəttə buraxılması, Ləki və Ucar stansiyalarına dayanacaq verilməsi, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin artırılması, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidmətinin aktivləşdirilməsi, ötən il rekord sayda – 8,5 milyon sərnişin daşınması, 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutunun bərpası, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutunun Qazaxa qədər uzadılması, avqustun 30-da 32 ildən sonra Bakı–Ağdam–Bakı xəttinin açılması, sentyabrın 28-də ilk dəfə regiondaxili Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi və s. ADY-nin sərnişindaşıma sahəsinin inkişafına, müştəri məmnuniyyətinin artırılmasına xüsusi diqqət yetirdiyini nümayiş etdirir.
32 İLDƏN SONRA QATARLA AĞDAMA!
“Azərbaycan Dəmir Yolları” QSC 30 avqust tarixindən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib.
32 ildən sonra Qarabağa doğru hərəkət edən qatar tam doluluqla Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə çatıb.
Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri,
media mənsubları və digər qonaqlar olub.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində bu tarixi hadisəyə həsr olunan tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən danışıb.
ADY sədrinin müavini Nicat Quliyev azad olunmuş torpaqlara müntəzəm qatar səfərlərinin keçmiş məcburi köçkünlərin Ağdama qayıdışına, ümumilikdə Böyük Qayıdışa töhfə verəcəyini bildirib.
Qeyd edilib ki, Bakı–Ağdam–Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi
dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə dəstək verəcək.
Tədbir çərçivəsində
Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri 32 il sonra qatarla doğma yurda qayıtmağın sevincini, ilk səfərin təəssüratlarını və xatirələrini bölüşüb, 1993-cü ildə işğal nəticəsində dayandırılmış bu reysin bərpasının Ağdam, ümumilikdə Qarabağ üçün əhəmiyyətindən danışıblar.
Sonra azad olunmuş ərazilərin bərpası çərçivəsində Prezident İlham Əliyev tərəfindən 10 mayda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə açılışı edilmiş Ağdam Dəmir Yolu və
Avtovağzal Kompleksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sərnişinlərə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarlarla xidmət göstərilir.
Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşür, Ağdama 11:53-də çatır. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olur.
Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə bilirlər.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına
biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.
Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkündür.
Bakı–Ağdam–Bakı marşrutu üzrə biletləri 27 avqust tarixindən ADY-nin vebsaytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.
İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunur.
Aynur Bağırova
Milli Qəhrəman Allahverdi Bağırovun qızı
“32 il sonra Ağdamı görməyə qatarla gedirik. Bütün ağdamlılar kimi, bu bizi sevindirir”.
Aqil Abbas
Millət vəkili
“Biz azad olunmuş torpaqlarımıza qatarla gedirik. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Əkbər Rüstəmov
Qarabağ müharibəsi veteranı, şəhid atası
“Bu bizim üçün fərəhdir, sevinirəm. Sağ olsunlar ki, belə bir günü bizə bəxş etdilər”.
Cahangir Məmmədli
Professor
“Ağdama gedirik. 33 ildir ki, mən bu qatarı gözləmişəm”.
Flora Qasımova
Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı
“Mən ağdamlıları təbrik edirəm, xalqımızı təbrik edirəm. Çünki indi bütün Azərbaycan axışır Qarabağı görməyə”.
Zahid Qarayev
Qarabağ müharibəsi veteranı
“Hamı sevinir. Niyə? Heç kəs inanmırdı ki, 32 ildən sonra biz Ağdama qatarla gedəcəyik”.
Seyfəddin Hüseynli
Ədəbiyyatşünas
“Mən inanıram ki, Ağdam dəmiryol vağzalı çox tezliklə qaynar bir mühitə çevriləcək. Öz rolunu təkcə Ağdamın deyil, bütövlükdə
Qarabağın sosial-mədəni həyatında oynayacaq. Buna görə çox sevinirəm. Bu münasibətlə bütün xalqımızı, qarabağlıları, ağdamlıları təbrik edirəm”.
Elçin Mirzəbəyli
Millət vəkili
“Gəlir azan səsi minarələrdən, Kimsə ahəngini pozmasın, Vətən. Bayraq pıçıltısı, azan sədası, Bir daha heç zaman susmasın, Vətən.
Sən bizi ümidsiz qoymadın, Allah.
Bilirdik, ayrılıq bitəcək bir gün.
Didərgin ruhların keşik çəkdiyi
Ağdama qatar da gedəcək bir gün”.
ADY-də rəqəmsal yeniliklər qurumun strategiyasına uyğun olaraq həyata keçirilir və əməliyyat səmərəliliyinin, ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit həcmlərinin artırılmasına xidmət edir.
Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyan ADY ŞimalCənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirib, onlayn tarif kalkulyatoru və “ADY Smart” platforması ilə yük sahibləri üçün səmərəli, sürətli və “bir pəncərə” sisteminə əsaslanan xidmətlər paketi təqdim edib.
Yükgöndərənlər artıq “ADY Smart” vasitəsilə yükün
qeydiyyatından başlamış daşınmasına qədər bütün prosesləri real vaxt rejimində izləmək imkanı əldə edib.
Digər mühüm nailiyyət beynəlxalq daşımaları sürətləndirən vahid CIM/ SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük
prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır. Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq
ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir.
Rəqəmsal həllər logistika proseslərini sadələşdirir və beynəlxalq müştərilərlə əlaqələri gücləndirərək Azərbaycanı regionda daha cəlbedici nəqliyyat mərkəzinə çevirir. Analoji rəqəmsallaşma prosesləri Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində həyata keçirilir. Yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya
ADY-nin dəstəklədiyi təşəbbüslər sırasındadır.
Rəqəmsal həllər sayəsində sərnişindaşıma sahəsində də yeniliklər həyata keçirilib. 2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” tətbiqinin mobil cihazlara
yüklənmə sayı 300 mini ötüb. Sərnişinlərin təqribən 70 faizdən çoxu biletlərini onlayn alır.
Yeniliklərdən biri ölkədaxili sərnişin qatarlarına minik zamanı fiziki şəxsiyyət vəsiqəsinə olan tələbin aradan qaldırılması ilə bağlı olub. Artıq “My.gov.az” portalından
QR kod vasitəsilə elektron vəsiqəni təqdim etmək kifayətdir.
Hazırda turniketlərdən üztanıma sistemi vasitəsilə keçid üçün işlər görülür. Bu, pik saatlarında turniketlərdə sıxlığın yaranmasının qarşısını alacaq. Layihənin əvvəlcə pilot şəklində işə salınması planlaşdırılır.
2024-cü ildə sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib. Hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı–Qazax–Bakı, Bakı–Qəbələ–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı və Qazax–Mingəçevir–Ağstafa marşrutları ilə hərəkət edən qatarlarda “Wi-Fi” internet bağlantısı mövcuddur.
ADY-nin strategiyasına
uyğun olaraq, əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib.
İnnovativ platforma istifadəçilərə bir sıra xidmətlərə görə onlayn şəkildə müraciət etmək, sorğularının statusunu izləmək və cavabları operativ əldə etmək imkanı yaradır.
Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi
ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. 2023-cü ildə
BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim
dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.
Son illər ərzində istifadəyə verilən “ADY Mobile” tətbiqi, “ADY Smart”, elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin
təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.
ADY tərəfindən rəqəmsallaşma sahəsinə qoyulan investisiyalar təkcə ölkənin iqtisadi artımına deyil, həm də vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına töhfə verir.
İNFRASTRUKTURUNU
YENİLƏYİR, İRİ LAYİHƏLƏR
HƏYATA KEÇİRİR
ADY ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yükdaşıma əməliyyatlarının daha səmərəli icrası üçün dəmiryol infrastrukturunu yeniləyir, iri layihələr həyata keçirir. Bu layihələr həm Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, həm də işğaldan azad edilmiş ərazilər üzrə infrastrukturun təkmilləşdirilməsinə hesablanıb.
Horadiz–Ağbənd dəmir yolu xətti:
Zəngəzur dəhlizinin həyata keçirilməsi məqsədilə Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2021ci ildən başlanılıb, sözügedən işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Xəttin ümumi uzunluğu 110,4
km-dir (yan yollarla birlikdə 140,6 km). Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası nəzərdə tutulub. Mühəndis qurğularının sayı 553-dür.
Dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 84%-i, tikinti-quraşdırma
işlərinin 68%-i yerinə yetirilib.
Horadiz–Ağbənd dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi işləri
davam etdilir. Eyni zamanda, dəmir yolu xəttinin 72-82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. İşlər başa çatdıqda illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.
Bərdə–Ağdam dəmir yolu xətti:
Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2020-ci ildən başlanılıb və 2025-ci ilin ikinci rübündə yekunlaşdırılıb.
Bərdə–Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə uzunluğu isə 57,857 km-dir. Dəmir yolu xətti boyunca 4 stansiya – Bərdə və Köçərli
stansiyaları, Təzəkənd dayanacağı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, 130 ədəd mühəndis qurğusu inşa olunub.
Ağdam–Xankəndi dəmir yolu xətti:
Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olaraq Ağdam–Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işləri tamamlanıb.
Ağdam–Xankəndi dəmir yolu xəttinin ox üzrə uzunluğu 28 km, yan yollarla birlikdə
34,7 km-dir. Dəmir yolu xətti boyunca 3 stansiya (Əsgəran, Xocalı və Xankəndi) və 121 mühəndis qurğusunun tikintisi nəzərdə tutulur. Mühəndis qurğuları üzrə layihələndirmə işləri davam edir.
Hazırda 4 ədəd körpü, 5 ədəd yolötürücü, 3 ədəd piyada keçidi, 4 ədəd suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Həmçinin Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb.
Astara Terminalı:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görüb. Terminalın layihələndirmə işlərinin 92,5%-i, tikintiquraşdırma işlərinin isə 80%-i başa çatdırılıb. Layihə çərçivəsində 1 körpü tikilib, 5 körpünün tikintisi başa çatmaq üzrədir, digərinin tikinti işlərinin 76 faizi yekunlaşıb.
Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur.
Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib.
Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 km məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.
Sumqayıt–Yalama dəmir yolu xətti:
Sumqayıt–Yalama dəmir yolu xəttinin və əlaqədar komponentlərin layihələndirilməsi və tikinti işlərinin icrasına 2020-ci ildən başlanılıb, sözügedən işlərin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Sumqayıt–Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu
333,69 km, yan yollarla birlikdə uzunluğu 362,12 km təşkil edir.
Dəmir yolu xəttinin layihələndirilməsi işləri tamalanıb, xəttin Lot 1 və Lot 2 hissəsi üzrə tikinti-quraşdırma işlərinin 95,80%-i yekunlaşıb.
Layihə çərçivəsində 167,7 km uzunluğunda əsas dəmir yolu xəttinin yenidən qurulması, stansiya ərazilərində 2 yan xəttin təmiri, yeni yoldəyişənlərin quraşdırılması, körpülərin və suötürücü boruların yenilənməsi və əsaslı təmiri, yerüstü piyada keçidlərinin (bəziləri hərəkət məhdudiyyətli insanlar üçün liftlər quraşdırılmaqla) tikintisi və quraşdırılması, heyvan keçidlərinin təmin olunması, yol kəsişmələrinin təmiri və s. işlərin layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Ələt–Osmanlı–Astara dəmir yolu xətti:
Ələt–Osmanlı–Astara dəmir yolu xətti üzrə enerji və rabitəişarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması və tikintisi işlərinin
icrasına 2024-cü ildən başlanılıb, sözügedən işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib,
xəttin tikinti-quraşdırma işlərinin (Ələt–Osmanlı hissəsi) 37%-i bitib.
Texniki Servis Mərkəzi:
Yeni alınan sərnişin vaqonlarına və elektrik qatarlarına servis xidmətlərinin yerinə yetirilməsi üçün Bakı lokomotiv deposunun ərazisində Texniki Servis Mərkəzinin tikintisi nəzərdə tutulub.
Mərkəzin layihələndirilməsi və tikinti-quraşdırma işlərinin icrasına 2023-cü ildən başlanılıb, sözügedən işlərin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.